Məhkəmə qərarları › İş №2(102)-3244/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3244/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3244/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7362/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12-E saylı, 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya mənzil təmiri məqsədi ilə illik 24% olmaqla, 24 ay müddətinə 16.600 (on altı min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzil ipoteka ilə yüklü edilərək Banka gi rov qoyulmuşdur. Cavabdehin 23 may 2019-cu il tarixə banka 11323,78 ABŞ dolları əsas, 2413,72 ABŞ dolları faiz, illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları olmaqla, cəmi borcu 14820,05 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Rayon Məhkəməsinə müraciət edərək, 23 iyun 2014-cü il tarixli 12-E saylı kredit müqaviləsi üzrə yaranmış 11.323,78 manat məbləğində əsas kredit borcu, 2413,72 manat əsas məbləğə hesablanmış faiz borcu, əldən çıxmış faydaya görə 10.070 manat olmaqla, cəmi 23.807,50 manat məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və banka olan borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, 23 iyun 2014-cü il tarixli 12-E saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş mənzil satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində məhkəməyə ərizə təqdim edərək, iddia ərziəsində iddia məbləğinin valyutası səhv göstərildiyindən iddia tələbini dəqiqləşdirmiş, 23 iyun 2014-cü il tarixli 12-E saylı kredit müqaviləsi üzrə yaranmış 11.323,78 ABŞ dolları məbləğində əsas kredit borcu, 2413,72 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, əldən çıxmış faydaya görə 10.070 ABŞ dolları olmaqla, cəmi 23.807,50 ABŞ dolları məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda sa tılması və banka olan borcun ödənilməsi, mənzilinin satıldıqdan 1 ay sonra boşaldılması, 23 iyun 2014-cü il tarixli 12-E saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş mənzili satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 24 iyul 2019-cu il tarixli 11204 №-li ekspert rəyinə əsasən hesabdan çıxarışlardan və 23 iyun 2014-cü il tarixli 12-E saylı kredit müqavil əsinin şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə, yəni 23.06.2016-cı il tarixdən sonra olan ödənişlər məhkəmə tərəfindən qeydə alınarsa, Cavabdeh banka borcunun ümumilikdə (11.438,76 ABŞ dolları əsas borc + 2557,72 ABŞ dolları faiz borcu 259 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilmiş borc = 13.737,47 ABŞ dolları) 13.737,47 ABŞ dolları məbləğində olması müəyyən edilir. "xxxx" MMC tərəfindən tərtib edilən LP-212/19 nömrəli 02 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə Bakı şəhəri rayonu qəsəbəsi küçəsində yerləşən 20a saylı evin 1 saylı mənzilinin bazar qiymətinin 55.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edi lməsi, Cavabdeh iddiaçı Ləğv prosesində olan Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 11323.78 ABŞ dolları əsas borc, 2413,72 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14.820,50 ABŞ dolları məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin 55.000 (əlli beş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 14.820,50 (on dörd min səkkiz yüz iyirmi dollar əlli sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində bəmin mənzili boşaldaraq oradan çıxarılması, ekspertiza tədqiqatının xərcinin cavabdehə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 23 iyun 2014-cü il tarixdə LPO İddiaçı ASC ilə Cavabd eh arasında 12-E saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə LPO İddiaçı ASC tərəfindən Cavabdeh mənzil təmiri məqsədi ilə illik 24% olmaqla, 16.600 (on altı min altı yüz) manat məbləğində kredit verilmişdir və o, 24 ay ərzində, yəni 23 iyun 2016-cı il tarixədək kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə LPO İddiaçı ASC ilə Cavabdeh arasında 23 iyun 2014-cü il tarixdə 12-E saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, rayonu, qəsəbəsi, küçəsində istifadədə olan ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilərək Banka girov qoyulmuşdur. İpoteka müqavil əsi tərəflər arasında imzalandıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında” Qanunun 10.4-cü maddələrinə uyğun olaraq ipotekanın qeydiyyatı aparılmışdır. Bununla bağlı 27.06.2014-cü il tarixdə DƏDRX tərəfindən bu barədə RX № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Cavabdehlər aparılan danı şıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borclarını ödəməmişlər. Nəticədə kredit borcu ödənilməmişdir. Eyni zamanda, borclu kredit borcunu vaxtında ödəsə idi, bank həmin məbləği yenidən kredit verərək (illik 24 %-lə investisiyaya qoyaraq) qazanc əldə edərdi. Cavabdehin 23 may 2019-cu il tarixə banka 11323,78 ABŞ dolları əsas, 2413,72 ABŞ dolları faiz, illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları olmaqla, cəmi borcu 14820,05 ABŞ dolları təşkil edir. Məhkəmə hesab etmişdir ki, iş üzrə, ekspertin gəldiyi nəticələr əsas götürülməklə Cavabdeh iddiaçıya olan kredit borcu üzrə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11.323,78 ABŞ dolları əsas borc, 2413,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.737,50 ABŞ dolları məbləği ndə pulun tutulması əsaslı və məqsədə uyğundur. Həmçinin iddia tələbi əldən çıxmış fayda hissəsində qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları əldən çıxmış fayda tutulmalıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 449.4, 443.1, 448.1, 448.2, 427.3, 741, 428.4, 317.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3, 39.3, 59.3.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikay əti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, o, bankdan dollarla pul vəsaiti götürməmişdir. İş materiallarında da onun bankdan kredit vəsaitini məhz dollarla götürməyi barədə heç bir sübut, sənəd, bank qəbzi, kassa məxaric orderi yoxdur. Əldən çıxmış fayda faktının olub-olmaması araşdırılmamışdır. Həm mühasibatlıq, həm də əmlakın qiymətləndirmə rəyi mötəbər sübut kimi qəbul edilməməlidir, rəylər düzgün tərtib edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən, məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 13 oktyabr 2020-ci il tarixli, 2(103)-7362/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Cavabdehin apellyasiya şikayətinin iş materiallarında onun bankdan kredit vəsaitini məhz dollarla götürməyi barədə heç bir sübut, sənəd, bank qəbzi, kassasiya məxaric orderi olmaması barədə dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, iş materiallarında olan (i.v. 59) 23 iyun 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 16600 ABŞ dollarını İddiaçı ASC-dən qəbzi imzalamaqla şəxsən almışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7362/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır apellyasiya instansiyası məhkəməsi işi hər tərəfli araşdırmamış və qəbul edilmiş qətnamə işin hallarına uyğun gəlmir. Bankdan dollarla pul vəsaiti götürməmişdir. İş materiallarında da onun bankdan kredit vəsaitini məhz dollarla götürməyi barədə heç bir sübut, sənəd, bank qəbzi, kassa məxaric orderi yoxdur. Kredit müqaviləsi üzrə borclar mütəmadi ödənilmişdir. Mənzilin açıq hərracdan satılmasına qədər cavabdehlərin mənzildən çıxarılması barədə iddia təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317,414-416-cı maddələri işə düzgün tətbiq edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Hümbət İskəndərov məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclas ına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il baş a çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmun u ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini g östərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edildiyindən kassasiya şikayətinin dəlilləri əsasında qətnamə mübahisələndirilən hissədə (borcun tutulması, ipotekaya yönəldilməsi və mənzilin boşaldılması hissəsində) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində istinad etdiyi bankdan kreditin ABŞ dolları ilə götürülməməsi barədə dəlili apellyasiya baxışında işdə olan kassa məxaric orderi ilə təkzib edilmiş, 16600 ABŞ dolları vəsaitin bankdan alındığı müəyyən edilmişdir. Cavabdehin tutmanın ipotekaya yönəldilməsinə əsas olmaması və borcun mütəmadi ödənilməsi barədə dəlilləri işdə olan məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə təkzib edilir. Kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdehin müqavilə müddətinin sonuna ödənilməmiş əsas və faiz borcunun olduğu müəyyən edilmişdir və belə olan təqdirdə, ipotekaya tutma yönəldilməsi üçün əsaslar işdə mövcud olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka predmeti olan mənzil ipoteka qoyan (mülkiyyətçi) Cavabdeh tərəfindən ipotekaya qoyulduğundan və tutma ipotekaya predmetinə yönəldildiyindən ev satıldıqdan ən geci bir ay ərzində cavabdehin həmin mənzili boşaldaraq oradan çıxarılması barədə məhkəmənin gəldiyi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfind ən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7362/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar