Məhkəmə qərarları › İş №2(102)-3244/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3244/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3244/2023 26.07.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1200/2023 saylı iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və sair” tələblərə dair ilkin, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Cavabdeh2 qızına qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1200/2023 saylı iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.3-cü maddəsinin tələblərinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı işdə kassasiya şikayəti Cavabdeh3 vəkili Vəkil5 tərəfindən imzalansa da, həmin şəxsin cavabdehin nümayəndəsi olmasına dai r etibarnamə şikayətə əlavə edilməmişdir. Odur ki, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1200/2023 saylı iş üzr ə 19 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar