Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3245/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və x9 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və x11 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması barədə iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və Yağcı Rəmzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, x4, x7, x2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mülkiyyət hüququnun tanınması, qətnamənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət etmişdilər. Zaqatala rayon məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Həsənov, iş 2(033)-652/2019) iddia qismən təmin edilərək iddiaçı Yağcı Remzinin xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x1 həmin evdən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılması; İddia ərizəsinin ünvan 1 ünvanda yerləşən 0,0298 ha sahəyə malik torpaq sahəsinə və həmin ünvanda yerləşən MH seriyalı ******* saylı, 10.04.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, iş üzrə qəbul edilmiş qətnamənin 0,0298 ha torpaq sahəsinin həmçinin Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, x3 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitinin və 50000 manat məbləğində vurulmuş mənəvi zərərin iddiaçıların xeyrinə tutulması və iddiaçı Yağcı Remzinin xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan cavabdeh x6 evdən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüs eynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov, iş № 2(107)345/2020) iddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 və x11 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması barədə iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. M əhkəmə iclasında iştirak edən İddiaçı1 və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil Məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişdir ki, iddiaçılar kassasiya şiykaətində mübahiələndirilən hissə üzrə iddia tələbindən imtina edirlər və belə olan halda həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə kollegiyası «Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulmasına dair» hissədə iddiadan imtinanın qanuna zidd olmamasın ı və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb hesab edir ki, «Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması» hissəsində iddiadan imtina qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası iddiaçıya Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələb lərini izah edərək bildirir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə müəyyən edir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tamamilə ləğv edib, MPM-nin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261, 262, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 və Yağcı Remzinin «Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanı nması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması» hissədə iddiadan imtinası qəbul edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi həmin hissədə ləğv edilsin. İş üzrə icraatına «Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması» hissəsinə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3245/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3245/2020
23.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver