Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3246/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və dövlət qeydiyyatının ləğv edilməsi, fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə birinci mülki iş, habelə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilk və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “miras paylarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ik inci mülki iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak, müqavilənin etibarsızlığı əsasları, miras əmlaka paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddialar üzrə iddiaçının (qarşılıqlı iddialar üzrə cavabdehin) vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkilləri Məmmədov Akif Ramiz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(103)-3445/2020 nömrəli qətnaməsindən ilk iddialar üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində cizgidə göstərilən sahədə uzun illər istifadəsində olan 120 kv.m. torpaq sahəsinin X3 adına sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 0,012 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X3 adına daşınmaz əmlakın dövlət reyestrində 09 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır. X1 Kəmalə Poqruz qızının qardaşı, Cavabdeh1 əri, Cavabdeh2 və Cavabdeh3 isə atası olmuşdur. X5 və Cavabdeh1 02 mart 1983- cü ildə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilərək, sonuncu və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. 09 yanvar 2019-cu il tarixli bağışlama müqaviləsi ilə X5 (onun adından etibarnamə əsasında X6 çıxış etmişdir) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. X5 12 yanvar 2019-cu ildə ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X3 Cavabdeh1 qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə icraata iddiaçının ölməsi ilə əlaqədar xitam verilm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdeh həmin evdə yaşayır və evdən çıxmaqdan imtina edir, bununla da iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 və İddiaçı arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış RX ******* nömrəli çıxarışın və dövlət qeydiyyatının ləğv edilməsi, fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında fərdi yaşayış evi Ədalət Qurbanov və Cavabdeh1 birgə nikahları dövründə inşa edilmiş, onlar uşaqları ilə həmin evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Ədalət Qurbanov 12 yanvar 2019-cu ildə dünyasını dəyişəndən sonra bacısı İddiaçı evə gələrək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin artıq ona məxsus olduğunu bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 deka br 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh1 ilə 2 mart 1983-cü il tarixdə bağlanmış nikahının pozulmuş, 09 avqust 2018-ci il tarixdə Ədalət Qurbanovun adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış alınmış, 30 dekabr 2018-ci ildə Ədalət Qurbanov tərəfindən qardaşı Namiq Qurbanova etibarnamə verilmiş və son nəticədə 09 yanvar 2019-cu il tarixli müqavilə ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi qanunsuz olaraq Namiq Qurbanov tərəfindən İddiaçı bağışlanmışdır. 12 yanvar 2019-cu ildə X10 Qurbanova və uşaqlarının yanında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Cavabdeh1 şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(011)-130/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) İddiaçı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilməklə, X5 və İddiaçı arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 09 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış RX ******* nömrəli Çıxarışın, həmçinin çıxarışın dövlət qeydiyyatının etibarsız hesab edilməsi, X3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ümumi mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya m əhkəməsi hesab etmişdir ki, X3 birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evini bağışlamaqla ona dair sərəncam verdiyi zaman arvadı Cavabdeh1 razılığının olmaması həmin müqavilənin etibarsızlığı barədə nəticəyə gəlinmək üçün kifayətdir. Bağışlama müqaviləsinin etibarsızlığı isə həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən İddiaçı adına verilmiş çıxarışın və dövlət qeydiyyatının etibarsızlığına səbəb olur. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş mübahisəli əmlak ər-arvad kimi X5 və Cavabdeh1 ümumi mülkiyyəti kimi tanınmalıdır. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə hesab etmişdir ki, İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququ itirildiyindən həmin mənzilə dair iddia tələbinə olan hüququ da aradan qalxmış olur ki, bu da həmi n iddianın rədd edilməsi üçün yetərlidir. b) Birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Ədalət Qurbanovun sağlığında sonuncunun qayğısına qalmamış, ona diqqət göstərməmiş, ehtiyaclarını qarşılamamış, xəstə olduğu dövrlərlə onunla maraqlanmamışlar. Qardaşının bütün əziyyətini, qayğısını və müalicə xərclərini iddiaçı, digər qardaşı, bacısı və onların ailə üzvləri çəkmişdir. X11 vəfat etdikdən sonra dəfn, yas və baş daşı xərcləri də onların hesabına ödənilmişdir. Qardaşı, hələ sağlığında onunla maraqlanmayan, xəstə olduğu dövrlərdə ona kö məklik etməyən cavabdehlərə aid edərək, “öldükdən sonra evi, ümumiyyətlə heç nəyi Gülzadəyə, Tünzaləyə və Pərvizə verməyin” deyə vəsiyyət etmişdir. Ədalət Qurbanov sağlığında iradəsini sərbəst ifadə edərək Cavabdeh1 boşanmış, mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini rəsmi şəkildə iddiaçıya bağışlamış, bağışladığı evin cavabdehlərə verilməməsini vəsiyyət etmişdir. Lakin, qardaşının bu vəsiyyətinə heç bir əhəmiyyət verməyən, Cavabdeh1 müxtəlif məhkəmələrə müraciət edərək, bu bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və qardaşı ilə olmuş nikahın məhkəmə qaydasında pozulmasına dair qətnamənin ləğv edilməsinə tələb etmişdir. Nəticə etibarı ilə, Cavabdeh1 Ədalət Qurbanovun son iradəsini həyata keçirməsinə qəsdən maneə törədir və bununla da özünün və ya özünə yax ın digər cavabdehlərin vərəsəliyə çağırılmasına, habelə miras paylarının artırılmasına çalışmışdır. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 6/12 hissəsinə və həmçinin 2/12 hissəsinə, ümumilikdə 8/12 hissəsinə Cavabdeh1 pay hüququnun, 2/12 hissəsinə Cavabdeh2 və 2/12 hissəsinə isə Cavabdeh3 pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Ədalət Qurbanov və Cavabdeh1 birgə mülkiyyətlərində olmuş Bakı şəhəri, İ.İsmayılov küçəsi, ev 3, 61 saylı mənzili 23 iyun 2004cü ildə sataraq əldə edilən vəsait hesabına ünvan 3 ünvanında fərdi yaşayış evi inşa etmiş və oraya köçmüş, uşaqları ilə həmi n evdə yaşamış və birgə təsərrüfat aparmışlar. 2014-cü ildə Ədalət Qurbanov 1-ci qrup əlil olmuş və Cavabdeh1 ona baxmışdır. Ədalət Qurbanov 12 yanvar 2019-cu ildə dünyasını dəyişəndən sonra bacısı İddiaçı evə gələrək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin artıq ona məxsus olduğunu bildirmişdir. Bundan sonra ailəyə məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh1 ilə 2 mart 1983-cü il tarixdə bağlanmış nikahının pozulması qət edilmişdir. Cavabdeh1 ilə nikaha xitam verildikdən sonra 19 iyul 2018-ci il tarixdə qətnamə icraya yönəldilərək nikahın pozulması haqqında şəhadətnamə alınmış, 09 avqust 2018-ci il tarixdə Ədalət Qurbanovun adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış alınmış, 30 dekabr 2018-ci ildə Ədalət Qurbanov tərəfindən qardaşı Namiq Qurbanova etibarnamə verilmiş və son nəticədə 09 yanvar 2019-cu il tarixli müqavilə ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi qanunsuz olaraq Namiq Qurbanov tərəfindən İddiaçı bağışlanmışdır. 12 yanvar 2019-cu ildə səhər saat 4 radələrində X10 Qurbanova və uşaqlarının yanında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Cavabdeh1 şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(011)5582/2019 nömrəli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) ilkin və qarşılıqlı iddia tələbləri rəd d edilmişdir. Bu işdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunmalarına əsas olacaq hal müəyyən edilməmişdir. X9 09 yanvar 2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən mübahisələndirilən mənzili bacısına bağışladığından, həmin müqavilə etibarsız hesab olunmadığından, bununla da, həmin ev miras əmlak hesab edilmədiyindən, o cümlədən, cavabdehlər vərəsə hesab edilmədiyindən, qarşılıqlı iddia da əsassızdır. c) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(011)-130/2020 nömrəli qətnaməsinin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 5 avqust 2019-cu il tarixli, 2(011)-5582/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(103)-3445/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(011)-5582/2019 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilmiş, qarşılıqlı iddia təmin edilməklə, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 ümumi mülkiyyətdə pay hüququnun, həmin evin X2 miras qalmış 1/2 hissəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/6 hissədə miras hüquqlarının tanınması, həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 ümumi payının 4/6, Cavabdeh2 payının 1/6, Cavabdeh3 payının 1/6 hissədə müəyyən edilməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(011)-130/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.6, 337.1, 337.4, 1133, 1159.1.1, 1162, 1243.2-cü, Ailə Məcəlləsinin 32, 33.3, 33.4, 37.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, X8 Qurbanova 02 mart 1983cü ildən 12 yanvar 2019-cu ilədək rəsmi nikah m ünasibətlərində olduğundan və nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, Ədalət Qurbanovun birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evini bağışlamaqla ona dair sərəncam verdiyi zaman arvadı Cavabdeh1 razılığının olmaması həmin müqavilənin etibarsızlığı barədə nəticəyə gəlməyə əsas verir. Bağışlama müqaviləsinin etibarsızlığı isə həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən İddiaçı adına verilmiş çıxarışın və dövlət qeydiyyatının ləğvinə səbəb olur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən bağışlama müqaviləsini etibarsız hesab edib ondan irəli gələn hüquqi nəticələri, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv etməklə işin faktiki halları və tə rəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə bu işə baxılarkən elə həmin məhkəmədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərə dair başqa mülki işə baxıldığını bildiyi halda, işin icraatını dayandırıb həmin işə baxılmasının nəticəsini gözləməmişdir. Bağışlama müqaviləsi etibarsız hesab olunduğundan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 Qurbanovanın ümumi mülkiyyətində olan əmlak sayıldığından, fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 ümumi mülkiyyətdən pay hüququ, evin qalan 1/2 his səsinə isə Ədalət Qurbanovdan miras qalmış əmlak kimi onun birinci növbədə olan vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/6 hissədə miras hüququ tanınmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakı faktiki olaraq qəbul etmiş, X8 Qurbanovanın nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və onların ayrı yaşadıqları təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı “miras paylarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasını rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddialar üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(103)-3445/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, cavabdeh mübahisəli yaşayış evində qeydiyyatı olmamaqla onu zəbt etmişdir. X8 Qurbanova arasında olan nikah son illərdə formal xarakter daşımış, 12 dekabr 2017-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, cavabdehlər birlikdə Rusiya Federasiyasında yaşamış, Ədalət Qurbanova xəstə olan ərəfələrində ümumiyyətlə baxmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddialar üzrə iddiaçının (qarşılıqlı iddialar üzrə cavabdehin) vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddialar üzrə cavabdehlər (qarşılıqlı iddialar üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Məmmədov Akif Ramiz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyas iya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayə t edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bi lər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqama dək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılı ğı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 37.1-ci maddəsinə əsasən Ər-arvad arası ndakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak e dən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, mübahisələndirilən fərdi yaşayış evinin mərhum X3 və Cavabdeh1 birgə nikahları dövründə əldə olunması və onların birgə mülkiyyətləri olması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuş və kassator həmin halı mübahisələndirməmiş, əksini təsdiq edən sübutları aşağı məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, həmin ev X3 adından İddiaçı bağışlanarkən Cavabdeh1 razılığı alınmamışdır. Belə olan halda, evin bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı və Ailə Məcəlləsinin 33.4-cü maddələrinə uyğun olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən müəyyən etmişdir ki, mübahisələndirilən daşınmaz əmlakın 1/2 hissədə pay Cavabdeh1 mülkiyyəti təşkil etdiyindən X3 ölümündən sonra miras kütləsinə həmin əmlakın 1/2 hissəsi daxildir və həmin miras ölənin birinci növbəli vərəsələr i tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, cavabdehlərin mərhum Ədalət Qurbanova baxmamaları, Cavabdeh1 uzun müddət ərzində sonuncu ilə yaşamaması iş nəticəsi üçün əhəmiyyət kəsb etmir. Belə ki, ilk olaraq tərəflərin faktiki nikah münasibətlərində olmamaları Cavabdeh1 birgə nikahda əldə olunmuş mülkiyyət hüququnu aradan qaldırmır. Digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi X8 Qurbanovanın nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və onların ayrı yaşadıqları sübut olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunmaları tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuş və həmin qətn amə qeyd olunan hissədə apellyasiya baxışının predmeti olmamışdır (iddiaçı həmin qətnamədən şikayət versə də, apellyasiya şikayəti geri qaytarılmışdır). Belə olan halda ikinci növbə vərəsə olan iddiaçının birinci növbə vərəsələrinin vərəsəlik hüquqlarını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün q anuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddialar üzrə iddiaçi (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(103)-3445/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3246/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3246/2021
02.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver