Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3246/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk iddiaları, Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi: sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiaları, Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-496/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Zaqatala rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X7, Cavabdeh2 və Cavabdeh1 9.113 kv metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır.
2. Torpaq sahəsinin alğı-satqısı barədə AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, X7, Cavabdeh2 və Cavabdeh1 verdikləri etibarnamə əsasında onlanı adından çıxış edən İddiaçı2 ümumi mülkiyyətdə olan Zaqatala rayonun Aşağı Tala kəndi ərazisində yerləşən 0,9113 ha torpaq sahəsini öz arvadı İddiaçı1 2.000 manata satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və adına reyestrdən çıxarış verilməmişdir.
3. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd tə sərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X4, payı 1/3 hissə olmaqla Cavabdeh2 və payı 1/3 hissə olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Zaqatala Rayon Məhkəməsinin 2(033)-765/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, İddiaçı1 və X17 qarşı AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiaları təmin edilməmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya ş ikayəti təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin 2(033)-765/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, İddiaçı1 və X17 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilərək AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Etibarsız əqd nəticəsində ödənilmiş 2.000 manat pulun 1.500 manatının Cavabdeh2, 500 manatı isə üçüncü şəxs X3 alınaraq İddiaçı1 ödənilməsi, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X7, Cavabdeh2 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsinin İddiaçı1 alınaraq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X5 qaytarılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1616/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli dövlət r eyestrindən verilmiş çıxarışda göstərilən 0,9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23.000 manat, 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və banka ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışlar ki, xx.xx.2017-ci il tarixdə iddiaçılar cavabdehlərdən onların mülkiyyətində olan 0,9113 ha boş torpaq sahəsini 2.000 manat ödəməklə almışlar. Cavabdehlər torpaq sahəsinin alğı-satqısını notariusda həyata keçirmək məqsədi ilə İddiaçı2 və Cavabdeh2 qardaşı Rəşad Əhmədovaya etibarnamə vermişlər. Həmin etibarnamə əsasında sözü gedən torpaq sahəsinin İddiaçı1 adına alğısatqı etmişlər. Lakin bu hadisədən 5 il keçdikdən sonra cavabdehlər məhkəməyə müraciət edərək torpaq sahələrini iddiaçılardan geri istəmişlər. Məhkəmə də öz növbəsində işə baxaraq alğı-satqı müqaviləsini etibarsız hesab etmiş, torpaq sahəsinin geri qaytarılması barədə, eyni zamanda torpağın alınması üçün verilmiş pulun geri qaytarılması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçılar pul verərək aldıqları torpaq sahəsi, onun üzərində yaratdıqları yaxşılaşdırmalar, ondan götürəcək olduqları faydalar əldən çıxmışdır. Məhkəmələr alğısatqı müqaviləsini etibarsız hesab edərkən aşağıdakıları əsas götürmüşlər: Torpaq sahəsi alğı-satqı olunarkən torpağın mülkiyyətçilərindən Şaban Süleymanovun və Cavabdeh1 etibarnaməli nümayəndəsi İddiaçı2 olduğundan və sonuncu alğı-satqını birgə nikahda olduğu arvadı İddiaçı1 satdığından və etibar namənin şərtlərinə görə etibar edilmiş əmlakı etibar edilmiş şəxs özününküləşdirə bilmədiyindən belə qərara gəlmişdir ki, hazırkı iş üzrə alğı-satqı birgə nikahda olan şəxslər olduğuna görə etibar edilmiş şəxs əmlakı özününküləşdirmişdir. Bu səbəbdən alğı-satqı müqaviləsinin həmin hissəsi etibarsız hesab edilmiş, torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 isə tək başına ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini satmaq hüququ olmadığından qeyd olunan səbəbdən də müqavilə həmin hissədə də etibarsız hesab edilmişdir. Göründüyü kimi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yalan ifadələrə əsasən deyil, sırf prosessual hüquqlarının həyata keçirilməsindən ibarət olmuşdur. Belə ki, cavabdehlər alğı-satqının etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırarkən torpaq sahəsini s atmadığını, icarəyə verdiklərini iddia etsələr də onların bu faktları sübuta yetirilməmiş, nəticədə alğısatqı zamanı ödədiklləri pulların geri qaytarılması qət edilmişdir. Mübahisəli torpaq sahəsini iddiaçılar alarkən kol-kos basmış boş torpaq sahəsindən ibarət idi. Həmin torpaq sahəsini iddiaçılar əkib-becərərək münbitləşdirmişlər. Belə ki, iddiaçılar həmin torpaq sahəsinə 5 illik fındıq topaları müxtəlif şəxslərdən alaraq əkmişlər. Bu faktı həmin fındıq topalarını aldığı şəxslər təsdiq edə bilərlər. Belə ki, Zaqatala rayon Muğanlı kənd sakini Ramin Əliyev öz ərizəsində qeyd etmişdir ki, iddiaçının tapşırığı əsasında sözü gedən həmin torpaq sahəsinə 110 topa fındıq ağacını həddindən artıq iri olduğundan traktorla çıxarıb öz şəxsi “Kamaz”ında iddiaçının torpaq sahəsinə daşıyaraq əvəzində o ndan 1.200 manat zəhmət haqqı almışdır. Zaqatala rayon Faldar kənd sakini X27 isə bildirmişdir ki, 2017-ci ildə İddiaçı2 yetişdirdiyi 110 topa fındıq ağacının hər birini 23 manata sataraq Rəhmandan cəmi 2.530 manat pul almışdır. Bundan başqa həmin torpaq sahəsinin kənarı hasarlanmışdır. Həmin torpaq sahəsi artıq 5 ildir ki, iddiaçılar oradan mənfəət götürürlər, fındıq məhsulu toplayırlar. İddiaçılar hər il orta hesabla 1.000-1.500 kq. fındıq məhsulu toplamışlar. Bu da təxminən bazar qiyməti ilə 3.000-4.000 manat təşkil edir. Bundan başqa iddiaçılar həmin torpaq sahəsinə 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı, 4 ədəd şabalıd ağacı əkilmişdir. Torpaq sahəsi həddindən artıq nəmli olduğundan 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilmişdir. Torpaq sahəsinə k anal suyu çəkilərək suvarılır. Torpaq sahəsinə 2,5 metr hündürlüyündə və 35 metr uzunluğunda taxta hasar çəkilmişdir. 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulmuşdur. Beləliklə, boş torpaq sahəsi hər il məhsul verən fındıq və meyvə bağına çevrilmişdir. İddiaçılar tərəfindən torpaq sahəsi üzərində yaxşılaşdırma işləri aparılmış və boş torpaq sahəsi ilə hazırkı vəziyyətdə həmin fındıq bağının bazar qiyməti dəfələrlə artmışdır. Lakin hazırkı iş üzrə cavabdehlərin məhkəməyə müraciət edərək torpaq sahəsini iddiaçılardan geri götürmələri onları xeyli miqdarda ziyana salmışdır. İddiaçıların torpaq sahəsi üzərində apardıqları yaxşılaşdırmalar ondan ayrılaraq götürülməsi mümkün olmadığından hazırkı iddia ilə müraciət etməli olmuşlar.
9. Cavabdeh2 və Cavabdeh1 (bundan sonra c avabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar), yaxud ad, soyadı) İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər), yaxud ad, soyadı) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rəd edilmədi, İddiaçı1 və İddiaçı2 onlara məxsus 0,9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə 13 il ərzində vurulmuş 3.500 x 13 = 45.500 manat maddi ziyanın və əldən çıxmış faydanın müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 110 ədəd fındıq ağacı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə onlara verilmiş 0,9113 ha kənd təsərrüfatlı təyinatlı tor paq sahəsində tərəflərindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb hal-hazırkı vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. iddiaçılar 2015-ci ildə hazır fındıq bağını onlardan icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1.500 manat pul vermişlər. Bundan əlavə bir kisə fındığı hər il onlara verəcəklərini vəd etmişlər. Lakin, öz dediklərinə əməl etməmişlər. İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1.000-1.500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3.000-4.000 manat təşkil edir. Beləliklə 2015-ci ildən başlayaraq ilk iddia üzrə iddiaçılar hər il 1.000 kq fındıq məhsulu əldə etməklə, 3.000 manat gəlir əldə etməklə 2009-cu ildən başlayaraq 2022-ci ilə dək hər il 3.500 x 13 = 45.500 manat gəlir əldə etmiş və onları həmin fındıq bağından istifadə sahiblik və sərəncam hüququndan məhrum etməklə 60.000 manat maddi ziyan vurmuşlar. Bundan əlavə İddiaçı2 onları aldadaraq, torpaq sahəsinin icarəyə verilməsi üçün etibarnamə alaraq, alğı-satqı müqaviləsini Zaqatala rayon Notariat Ofisində öz adından, həyat yoldaşı İddiaçı1 adına sənədləşdirmiş, alğı-satqı müqaviləsinin mövcudluğu onlara 2020-ci ildə ekspertlər, mütəxəssislər fındıq bağında çöl-ölçmə işlərini aparmaq məqsədi ilə gəldikləri zaman bəlli olmuşdur. Bundan sonra da onlar həmin alğısatqı müqaviləsini mübahisələndirmişlər. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaları təmin edilməmiş, həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qət naməsi ilə onların cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru İddiaçı1 və X17 qarşı “alğı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaları təmin edilmiş, 13 iyul 2012-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
11. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə 11 mart 2024-cü ildə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat ından çıxarışa əsasən Cavabdeh2, Cavabdeh1 və X4 mülkiyyətinə verilmiş 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.66 ha hissəsindən sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 70 ədəd fındıq kolundan hər bir fındıq kolunun üzərindən 10 kq fındıq yığaraq, 10 il ərzində 70 ədəd fındıq kolundan (topalarından) 70x10=700x10=7.000 kq fındıq məhsulunu yığıb, bir kiloqramı 3 (üç) manatdan satmaqla 7.000 kq x 3 m=21.000 manat maddi ziyan, əldən çıxmış faydanın İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə 20 avqust 2024-cü il tarixdə “iddi a tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, əldən çıxmış fayda olaraq 45.000 manat və qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 225 manat dövlət rüsumunun iddiaçılardan alınaraq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası "xxxx" MMC-in X13 və digərlərinin paylı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə 20 oktyabr 2022-ci il tarixdə verilmiş hesabatdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 117 ədəd fındıq ağacı, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı və 4 ədəd şabalıd ağacı əkilib becərilmişdir. Torpaq s ahəsi həddindən artıq nəmli olduğundan 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilmişdir. Torpaq sahəsinə kanal suyu çəkilərək suvarılır. Torpaq sahəsinə 2,5 metr hündürlüyündə və 30 metr uzunluğunda taxta hasar çəkilmişdir. 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulmuşdur. Həmin torpaq sahəsinin ağaclarla birlikdə dəyəri 25.000 manat, yalnız torpaq sahəsinin dəyəri 3.500 manat təşkil edir.
14. X16 27 oktyabr 2022-ci il tarixli 24 saylı rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X5 məxsus RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış zamanı həmin sahədə 110 fındıq ağacı olduğu müəyyən edilmişdir. Fındıq ağaclarının 100 ədədinin 10-15 illik, 10 ə dədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir. 15. "xxxx" MMC-in direktoru İlham İsayev tərəfindən verilmiş 5 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 01-31 avqust tarixlərində 1 kq qabıqlı fındığın bazar dəyəri 2,8-3,10 manat, 01-30 sentyabr 2022-ci il tarixlərində isə 2,8-2,9 manat aralığında olmuşdur.
16. X37 X11 sektorunun müdiri X21 rayonu Aşağı Tala kəndinə yerləşən X5 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair 31 may 2023-cü il tarixli rəyindən görünür ki, Torpaq sahəsinə baxış zamanı sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kolları olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar k ollar olduğundan onların bir sahədən digər sahəyə bütöv halda köçürülməsi uçun rayonumuzda müasir texnika yoxdur istisna hal olaraq, ekskavator və ya “Kon”la köçürülməsi mümkündür. Odur ki, ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır. Fındıq ağaclarının bır sahədən digər sahəyə köçürülməsi nəticəsində 5 il ərzində 100% məhsul itkisi gözlənilir ki, orta məhsuldarlıq hər kol üzrə 6 kq götürüldükdə 100 kol üzrə ildə 600 kq məhsul itkisi olur. Köçürmənin 6-7-ci ilində isə 70% məhsul itkisi ola bilər ki, bu da fiziki çəkidə 3.700 kq olması ehtimal edilir Fındıq kollarına qulluq, mühafizə kompleks aqrotexniki tədbirlər o cümlədən, suvarma, gübrələmə, alaq otlarına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılmalıdır.
17. X32 tərəfindən verilmiş ərizədən görünür ki, o özünə məxsu s “Kon”la 2017-ci ildə Rəhman adlı şəxsin əmlak torpağında 120 ağac fındıq əkmişlər. Sayını bilmədiyi qədər meyvə ağacları əkmişlər. 145 metr uzunu, dərinliyi təqribən 3 metr olan kanal qazdırmışdır. Əlavə olaraq da Faldar kəndindən 110 topa fındığı həddindən artıq iri olduğuna görə “Kon”la çıxarıb şəxsi “Kamaz”ında daşımışdır. Gördüyü işlərin əvəzinə Rəhmandan 1.200 manat pul almışdır.
18. X28 tərəfindən verilmiş ərizədən görünür ki, ona məxsus fərdi yaşayış evinin həyətində fındıq tingləri yetişdirməklə məşğuldur. 2017-ci ildə Rəhman adlı şəxsə yetişdirdiyi 110 fındıq tingini satmışdır. Hər tingin birini 23 manata, cəmi 2.530 manata satmışdır. 19. 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, 1996-cı ildə islahat zamanı X5 Aşağı Tala kəndində “Dəlvəli” ferma ərazisindən senaj quyuların ın yerləşdiyi ərazidə verilmiş torpaq sahəsi daşlı və qeyri-münbit halda olmuşdur. 2017-ci ildə həmin torpaq sahəsini İddiaçı2 aldıqdan sonra həmin torpaq sahəsini daş kəsəkdən təmizləyərək münbit hala gətirmiş və fındıq bağı salmışdır. X19, X18, X8, X9 və İddiaçı2 tərəfindən imza edilməklə təsdiqlənmişdir. Zaqatala rayonu X25 26 fevral 2024-cü il tarixli arayışından görünür ki, arayışa əlavə olunmuş 26 fevral 2024-cü il tarixli aktdan göründüyü kimi sözügedən mübahisəli torpaq sahəsi əvvəllər qeyri-münbit halda olmuş, lakin Zübeydə X1 aldıdan sonra həmin torpaq sahəsində yaxşılaşdsırma işləri apararaq fındıq ağacları əkmişdir.
20. X2 tərəfindən verilmiş rəydən görünür ki, fındıq topalarının (kollarının) məhsul vermə qabiliyyəti yerindən, torpağın münbitliyindən və qulluq şəraitindən ası lı olaraq dəyişir. Ortalamada 10-12 illik fındıq topalarından (kollarından) il ərzində 9-12 kq aralığında fındıq məhsulu əldə oluna bilər.
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zaqatala rayon məhkəməsinin e-2(033)- 141/2023 №li mülki iş materialında olan (səhifə 153-154) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X37 X11 sektorunun müdiri Mübariz Şabanovun tərtib etdiyi rəyə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X5 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq kollarına baxış keçirmiş və aşağıd akılar müəyyən olunmuşdur: Sözügedən sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kolları olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar kollar olduğundan onların bir sahədən digər sahədən digər sahəyə bütöv halda köçürülməsi üçün müasir texnika olmaması, istisna hal olaraq, ekskavator və ya “Kon”la köçürülməsi mümkündür. Kollarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır.
22. İnternet məlmatlarından əldə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin qiymətləri:
1. Mənbə: Tap. az 0,95 ha (95 sot) torpaq sahəsinin ümumi qiyməti – 25.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 263 manat (25.000 manat: 95 sot)
2. Mənbə: Tap. az 1 ha (100 sot) torpaq sahəsinin ümumi qiyməti – 30.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 300 manat (30.000 manat: 100 sot)
3. Mənbə: Tap. az 0,25 ha (25 sot) torpaq sahəsinin ümumi qiyməti – 15.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 600 manat (15.000 manat: 25 sot)
4. Mənbə: Tap. az 0,47 ha (47 sot) torpaq sahəsinin ümumi qiyməti – 15.500 manat 0,01 ha (1 sot)-nın qiyməti - 330 manat (15.500 manat: 47 sot)
5. Mənbə: Tap. az 0,65 ha (65 sot) torpaq sahəsinin ümumi qiyməti – 13.000 manat 0,01 ha-nın (1 sot) qiyməti - 200 manat (30.000 manat: 100 sot)
6. Mənbə: Tap. az 0,116 ha (11,6 sot) torpaq sahəsinin ümumi qiyməti – 4.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 345 manat (4.000 manat: 11,6 sot)
7. Mənbə: Tap. az 1,59 ha (159 sot) torpaq sahəsinin ümumi qiyməti – 60.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 377 manat (60.000 manat: 159 sot)
8. Mənbə: Tap. az 1,30 ha (130 sot) torpaq sahəsinin ümumi qiyməti – 41.400 manat 0,01 ha (1 sot)-nın qiyməti - 318 manat (41.400 manat: 130 sot)
9. Mənbə: Emlak.az 1,50 ha (150 sot) torpaq sahəsinin ümumi qiyməti – 40.000 manat 0,01 ha (1 sot)-nın qiyməti - 267 manat (40.000 manat: 150 sot).
23. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən torpaq sahəsinin 0,01 ha-nın (1sot) hazırkı orta bazar qiyməti təqribən 333 manat məbləğində (263+300+600+330+200+345+377+318+267) müəyyən edilir (internet saytlarından götürülmüş elan rəyə əlavə edilir). Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin 0,9113 ha (91,13 sot) təşkil etdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30.000,00 manat (91,13 sot x 333) məbləğində müəyyən edilir. Qərardadın 4-cü sualının cavablandırılması ekspertlərin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın 5-ci sualı üzrə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 1.937 manat məbləğində müəyyən olunur. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30.000,00 manat (91,13 sot x 333) məbləğində müəyyən edilir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 iyul 2024-cü il ta rixli 3-16-16/2-7/668-9/3152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edildi. Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığının 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir illik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq ol ması və bağda bu il suvarılmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. Qərardadda qeyd edilən ağacların yetişdirilməsinə çəkilmiş xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən sual həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən cavablandırıla bilər.
25. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X26” X41 10 oktyabr 2024cü il tarixli 3-22-21/2-105/2024 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsi və X37 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə etdiyimiz məlumatlara əsasən ənənəvi əkin sxemi ilə salınan bağlarda orta hesabla hər hektarda müvafiq olaraq fındıq kolu 150 ədəd, alma tingi 650 ədəd, armud tingi 650 ədəd, zoğal tingi 250 ədəd, xu rma tingi 360 ədəd və şabalıd tingi 100 ədəd olur. Aparılan hesablamalara görə bağın salınma və bar verən yaşadək illik qulluq xərcləri ağacın fiziki vəziyyəti nəzərə alınmaqla 1 ədəd 15 illik fındıq kolunun dəyəri təqribən 56-84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacı 24-36 manat, 1 ədəd armud ağacı 24-36 manat, 1 ədəd zoğal ağacı 17-25 manat, 1 ədəd xurma ağacı 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyəri isə 72-108 manat aralığında dəyişə bilir. Ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 ma nat aralığında dəyişə bilir.
26. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(033)-11/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim X29) ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 3.485 manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 manatın 54,85 manatının Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı2 verilməsi, qalıq 156,15 manatın isə İddiaçı2 özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılılqı iddia üzrə ödənilmiş 240 manat dövlət rüsumunun Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilməsi, ekspertiza xərclərinə görə Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 60 manat, İddiaçı1 və İddiaçı2 bərabər qaydada 50 manatın alınaraq Azərb aycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halların təsdiqi üçün təqdim etdikləri sübutlardan olan və digər sübutlarla yanaşı yoxlanılmış şahid X28 ifadəsindən görünür ki, o, 6-7 il əvvəl İddiaçı2 Çüdülübinə kəndindən birinin dəyəri 23 manat olmaqla 8-9 illik 110-115 topa fındıq tingi satmış, Rəhmanın həmin tingləri hansı sahəyə apardığını bilmir. X28 ərizəsində isə göstərmişdir ki, birini 23 manata olmaqla 110 fındıq tingini 2017-ci ildə Rəhman adlı şəxsə cəmi 2530 manata satmışdır.
28. Məhkəmə X14 yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan əksinə təkzib edilən şahid ifa dəsini və ərizəsini inandırıcı saymamışdır. Belə ki, onun ifadəsində və ərizəsində bildirdiklərinin əksinə olaraq, ilk iddiaçılar 110 fındıq topalarını yalnız ondan deyil, müxtəlif şəxslərdən aldıqlarını, fındıq topalarının isə 5 illik olduğunu iddia etmişlər. X16 xx.xx.2022-ci il tarixli 24 saylı rəyində 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 110 fındıq ağacının olduğu, ağacların 100 ədədinin 10-15 illik, 10 ədədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir.
29. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, X36 və X22 şahid ifadələri, eləcə də sonuncunun ərizəsi ilə İddiaçı2 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda bağ saldığı, bağda kanal qazdırdığı təsdiq edilsə də, ilk iddiaçıların fındıq topalarından iddia etdikləri məbləğdə gəlir əldə etmələri ağlabatan deyil. Belə ki, yanaşı yoxlanılmış X37 X11 sektorunun müdiri Mübariz Şabanovun 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair xx.xx.2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyi ilə tam iri, məhsuldar fındıq kollarının bir sahədən digər sahəyə bütöv halda köçürülməsinin ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmaqla mümkün olduğu, bu halda da, fındıq ağaclarında məhsul itkisinin ilk 5 il ərzində 100 %, köçürmənin 6-7-ci ilində isə 70 % olması müəyyən edilmişdir.
30. Məhkəmə rəyi vermiş şəxslərin bitkiçilik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşm ış və ilk iddiaçıların digər meyvə ağacları istisna olmaqla, köçürdükləri fındıq topalarından 2017-ci ildən sonrakı 5 il ərzində gəlir əldə etmədiklərini işin hallarına uyğun saymışdır.
31. Məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin əmlakların dəyərinin müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim edilmədiyindən, onun xx.xx.2022-ci il tarixli məktubu mübahisənin həllində mötəbər sübut sayıla bilməz.
32. Məhkəmə, yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan, əksinə təkzib edilən xx.xx.2024-cü il tarixli aktı və Zaqatala rayonu X10 əsasında verilmiş xx.xx.2024-cü il tarixli arayışını da in andırıcı saymamışdır. Belə ki, həmin sənədlərdə göstərilənlərin əksinə olaraq ilk iddiaçılar mübahisəli torpaq sahəsinin daşlı və qeyri-münbit halda olduğunu qeyd etməmiş, kol-kos basmış boş torpaq sahəsi olduğunu iddia etmişlər. X15 isə həmin sahənin fermanın zibilxanası olduğunu bildirməklə qeyd edilən sahənin təyinatı barədə akt və arayışda, eləcə də iddia ərizəsində qeyd edilənlərlə ziddiyyətli fikir bildirmişdir. Müəyyən sübutetmə vasitəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışla isə ümumiyyətlə 0,9113 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu təsdiq edilmişdir.
33. Məhkəmə, X2nun rəyini və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2 -7/668-9/3152 saylı ekspert rəyini ağacların məhsuldarlığı hissəsində, onların köçürülməsi halını nəzərə alınmadan verildiklərindən mübahisənin həllində mötəbər sübut saymamışdır.
34. Məhkəmə pul ödənişləri barədə müəyyən sübut etmə vasitəsi sayılmadığından X14 fındıq tinglərinə görə Rəhmandan cəmi 2.530 manat almasına dair ərizəsində, eləcə də gördüyü işlərin əvəzinə Rəhmandan 1.200 manat pul aldığına dair X22 ərizəsində göstərilənləri işin hallarına uyğun saymamışdır.
35. Məhkəmə yanaşı yoxlanılmış sübutlarla, ilk iddiaçıların 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində digər ağaclarla yanaşı fındıq ağacları da əkilməsi halının təsdiq edildiyini Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatında isə torpaq sahəsində 117 ədəd fındıq ağacının əkilməsinin qeyd edildiyini nəzərə alaraq, ilk iddiaçıların həmin ağaclardan yalnız iddia ərizələrində qeyd edilən sayda 110 ədədini əkdiklərini işin hallarına uyğun saymışdır.
36. Məhkəmə ilk iddia üzrə iddiaçıların çəkilmiş xərclər barədə müəyyən sübutetmə vasitələrini təqdim etmədiklərini, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 1937 manat olduğuna dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı və 1 ədəd 15 illik fındıq kolunun dəyərinin təqribən 56-84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacının 24-36 manat, 1 ədəd armud ağacının 2436 manat, 1 ədəd zoğal ağacının 17-25 manat, 1 ədəd xurma ağacının 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyərinin 72-108 manat aralığında dəyişə biləcəyi, ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə biləcəyinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X26” X41 xx.xx.2024cü il tarixli 3-22-21/2-105/2024 saylı rəylərlə müəyyən edilənləri, onları verənlərin bu sahədə xüsusi biliklərinin olduğunu nəzərə alaraq, işin hallarına uyğun saymış və iddiaçıların ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə mə xsus torpaq sahəsində yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin məbləğini həmin sübutlar əsasında müəyyən edilməli olduğu nəticəsinə gəlmişdir.
37. Beləliklə məhkəmə hesab etmişdir ki, hər birinin dəyəri 9 manat olmaqla 65 ədəd 15 illik fındıq ağacına görə 585 manat, hər birinin dəyəri 21 manat olmaqla 20 ədəd 3 illik fındıq ağacına görə 420 manat, hər birinin dəyəri 17 manat olmaqla 13 ədəd alma ağacına görə 221 manat, 9 manat olmaqla 3 ədəd zoğal ağacına görə 27 manat, hər birinin dəyəri 17 manat olan 8 ədəd armud ağacına görə 136 manat, hər birinin dəyəri 7 manat olmaqla 5 ədəd xurma ağacına görə 35 manat və hər birinin dəyəri 62 manat olmaqla 2 ədəd şabalıd ağacına görə 124 manat xərc olmaqla ilk iddiaçıların ağac əkiminə cəmi 1.548 manat, torpaq sahəsində aparılmış hasar tikintisi, dəmir darvaza qoyulması və drenaj xətti çəkilməsi işlərinə cəmi 1.937 manat olmaqla, ilk iddia üzrə cavabdehlərə məxsus torpaq sahəsində yaxşılaşdırmalar üçün ümumilikdə 3.485 manat xərc çəkdikləri təsdiq edilir.
38. Məhkəmə qeyd etmişdir ki, müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, torpaq sahəsi hələ AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli etibarsız alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl ilk iddia üzrə cavabdehlərin könüllü iradə ifadəsi ilə ilk iddiaçıların sahibliyinə verilmişdir. Mübahisə barədə məhkəmənin yekun aktının qüvvəyə mindiyi tarixdən sonrakı illərin, 2023-2024-cü illərin məhsulu qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən yığılır.
39. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, ilk iddia üzrə iddiaçıların torpaq sahəsinə sahiblənmələri mülkiyyətçilə rin iradəsinə uyğun olmuş, onlar torpaq sahəsinə hələ etibarsız əqd bağlanmamışdan əvvəl vicdanlı sahiblik etməyə başlamışlar və onların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Əmlakdan gələcəkdə götürülməli olan bütün gəlirlər isə torpaq sahəsinin mülkiyyətçilərinə aid olduğundan, ilk iddiaçılar salınmış bağa görə 5 il müddətində əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyillər.
40. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, ilk iddiaçıların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduqlarından, torpaq sahəsinin ağaclarla birlikdə dəyərinin 25.000 manat, yalnız torpaq sahəsinin dəyərinin 3.500 manat təşkil etməsinə dair hissədə Azərbaycan Respu blikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilk iddianın tam təmin edilməsinə əsas ola bilməz.
41. Məhkəmə ilk iddia üzrə belə hesab etmişdir ki, ilk iddiaçıların apardıqları və ayrılması mümkün olmayan yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları olduğundan, yaxşılaşdırma xərclərinin əvəzi hesabına 3485 manat ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməlidir.
42. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, ilk iddiaçıların əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüquqları əmələ gəlmədiyindən ilk iddia, 5 il müddətində əldən çıxmış faydanın əvəzi üzrə 17.500 manatın ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməsinə dair hissədə təmin edilə bilməz.
43. Məhkəmə qarşılıqlı id dia üzrə belə nəticəyə gəlmişdir ki, vicdanlı sahib olan qarşılıqlı iddia üzrə cavabdehlər əmlakdan gəlir götürdüklərinə görə zərərin əvəzini (əldən çıxmış fayda) ödəməyə borclu olmadıqlarından qarşılıqlı iddia təmin edilə bilməz.
44. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 manatın 54,85 manatı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı2 verilməli, qalıq 156,15 manatı isə ilk iddia üzrə İddiaçı2 özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 240 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilməlidir.
45. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edildiyindən, ekspertiza xərcinin 60 manatı bərabər qaydada ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılara, 50 manatı isə bərabər qaydada ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməlidir.
46. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.5, 157.7, 163.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 82.3, 88, 106.1, 107, 115, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
47. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 və cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 nümayəndə si və vəkili Vəkil apellyasiya şikayətləri vermişlər.
48. İddiaçı2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi xahiş olunmuşdur.
49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, düzgün araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnaməsində məhkəmənin mövqeyi və nəticə hissəsi ümumiyyətlə məhkəmənin apardığı araşdırma işin hallarına ümumiyyətlə aid deyildir. İddia tələbi mübahisəli torpaq sahəsində salınmış bağın bugünkü gün bazarda satış dəyəri olan 23.000 manat və 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və ödənilmiş dövlət rüsumu olmuşdur. İşin mübahisə edilməyən halları aşağıdakılardır: 1). Mübahisəli torpaq sahəsi 7 il bundan əvvəl 2017-ci ildə qarşı tərəfə 2.000 manat pul ödənilməklə qarşı tərəfdən onlara satılmışdır. 2). 2017-ci ildə həmin torpaq sahəsində hər hansı bir bağ mövcud olmamışdır. Onun və həyat yoldaşı İddiaçı1 tərəfindən həmin torpaq sahəsində 2017-ci ildən başlayaraq müxtəlif meyvə ağaclarından ibarət (fındıq, qoz, şabalıd, zoğal, xurma, armud) bağ salınmışdır. Bağ xüsusən də fındıq bağından ibarət olmaqla ən çox fındıq ağaclarından ibarətdir. Hamıya bəlli olan haldır ki, fındıq ağacları ən azı 5 ildən sonra bar verməyə başlayır. Bu səbəbdən əkdikləri bağdan tezliklə məhsul götürmək məqsədi ilə həmin torpağa 5 illik fındıq topalarını müxtəlif şəxslərdən alaraq 110 topa fındıq ağacı əkmişdir. Həmin ağaclar 2017ci ildə əkilmişdir və artıq bir neçə ildir ki, onlar həmin bağdan 1.000-1.500 kq fındıq məhsulu toplayırdılar. 3). Həmin fındıq bağının hər il ortalama 1.000-1.500 kq məhsul verdiyini qarşı tərəf özünün qarşılıqlı iddiasında da qeyd etmişdir. Bu da o deməkdir ki, onların iddia tələbini qarşı tərəf etiraf edirsə artıq mübahisənin həmin hissəsini sübut etmək üçün hər hansı bir araşdırmalar aparmağa ehtiyac yoxdur. İşin mübahisə edilən tərəfi, yəni məhkəmə tərəfindən araşdırma tələb edən hissə aşağıdakılardan ibarətdir. 1). Mübahisəli torpaq sahəsinə onlar tərəfindən aparılmış yaxşılaşdırmaların dəyərini müəyyən etmək. 2). Tələb etdikləri əldən çıxmış faydanın məbləğini müəyyən etmək. Tərəflərindən iddiada göstərdikləri tələbin sübutu kimi məhkəməyə mübahisəli torpaq sahəsinin bağla birlikdə bazarda satış qiymətinin 25.000 manat olan, boş torpağın isə (ağaclarsız) baz arda satış qiymətinin 3.500 manat olan mütəxəssis rəyi təqdim etmişlər. Məhkəmə onların təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmayaraq mübahisəli torpaq sahəsinin (ağaclarla birlikdə) hazırda satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Aparılmış ekspertiza zamanı müəyyən olunmuşdur ki, həmin bağın dəyəri hal-hazırda bazarda satış qiyməti 30.000 manatdır. Lakin məhkəmə həmin mübahisəli torpağın üzərində ağaclarsız, yəni ağaclar olmadan boş torpağın bazarda satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar ekspert qarşısında sual qoymamışdır. Bununla əlaqədar məhkəməyə vəsatət və Ali Məhkəmənin oxşar mübahisə üzrə qərarını təqdim etsə də məhkəmə vəsatətini təmin etməmiş, nəinki təmin etməmiş, hətta ona əlavə edən Ali Məhkəmənin qərarını belə oxumamışdır. Hesab edir ki, məhkəmə Ali Məhkəmənin qərarını oxumuş olsaydı mütləq mənada mübahisəli torpaq sahəsinin, yəni boş torpaq sahəsinin qiymətini müəyyən etmək üçün ekspertiza təyin edəcəkdi. Məhkəmənin apardığı araşdırmanın səhv olduğunu hesab edir. Ona görə səhv hesab edir ki, məhkəmə torpaq üzərində salınmış bağın, yəni edilmiş yaxşılaşdırmaların dəyərini müəyyən etmək məqsədi ilə torpaq üzərində olan ağacların bir-bir dəyərini araşdırmış, bundan başqa ağacların amortizasiya xərclərinin nədən ibarət olub-olmamasını araşdırmış, lakin ağacların amortizasiya xərcləri deyə sözün mənası məlum olmamışdır ki, nədən ibarətdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, torpağa baglı olaraq uzun illərdə ərsəyə gələn ağaclar bazarda satılmır və onları zədələmədən torpaq ayırmaq mümkün deyil. Məhkəmə tərəfindən təyi n edilmiş ekspertizalar nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsində olan bağın, ağacların köçürülməsi, zədələnmədən, korlanmadan, məhv olmadan mümkün deyildir. Köçürüldüyü halda ağaclar 5 il müddətinə 100% məhsul vermir. Bu da o deməkdir ki, torpağa edilmiş yaxşılaşdırmaları ona zərər vurmadan ayırmaq mümkün deyildir. İddianın ikinci tələbi olan əldən çıxmış faydanın təmin edilməməsi ilə əlaqədar məhkəmə öz qətnaməsində bir sözlə qiymət vermişdir. Belə ki, iddianın həmin hissəsinə qiymət verərkən məhkəmə qeyd etmişdir ki, əmlakdan gələcəkdə götürülməli olan bütün gəlirlər torpaq sahəsinin mülkiyyətçilərinə aid olduğundan ilk iddiaçılar salınmış bağa görə 5 il müddətində əldən çıxmış faydanın əvəzini ödənilməsini tələb etmək hüququna malik deyillər. Bu cümlədə hər hansı b ir məntiq yoxdur. Belə ki, məhkəmənin qətnaməsi ilə və məhkəmənin araşdırması ilə müəyyən olundu ki, eyni zamanda məhkəmə öz qətnaməsində qeyd edir ki, mübahisəli ərazidəki bağ İddiaçı2 tərəfindən salınmışdır. Eyni zamanda hazırkı və əvəllki məhkəmənin qərarlarından müəyyən olunur ki, həmin torpaq sahəsi qarşı tərəfdən onlara satılmışdır. Yəni onlar həmin torpaq sahəsinin mülkiyyətçilərə pul verərək almışlar və hesab etmişlər ki, bu torpaq sahəsi onların xüsusi mülkiyyətindədir və ona görə də həmin torpaq sahəsində bağ salmışdıq ona görə ki, həmin bağdan ömrümüzün sonunadək gəlir və fayda əldə etsinlər. Lakin qarşı tərəfin şikayəti əsasında sırf prosessual hərəkətlərin səhv olduğu nəticəsinə gəlinərək torpaq sahəsinin alğı-satqısı üçün bağlanmış müqavilə etibarsız sayılaraq torpaq onlara q aytarıldı. Alğı-satqı üçün ödənilmiş pulu isə onlara qaytardılar. Buradan da görünür ki, qarşı tərəfin bu hərəkəti olmasaydı onlar həmin bağdan indi də gəlir və fayda götürərdilər. Lakin hazırkı iddialarındakı tələb, yəni əldən çıxmış fayda dedikdə onlar həmin torpaqdan tələb irəli sürmürlər. Onlar tələblərini ona görə irəli sürürlər ki, qarşı tərəf gəlir və fayda götürdükləri fındıq bağını onların əlindən aldıqlarına görə onlar həmin torpağa etdikləri yaxşılaşdırmaları onlara ödəməlidirlər. Əldən çıxmış faydanın dəyəri isə aşağıdakı qaydada müəyyən olunur: Mübahisəli torpaq sahəsində saldığımız fındıq bağının illik məhsuldarlığının dəyəri 3.000-4.000 manat, yəni 1.000-1.500 kq fındıq məhsulundan ibarətdir. Həmin bağda illik 1.000 kq fındıq məhsulunun əldə edilməsini qarşı tərəf özünün qar şılıqlı iddiasında da qeyd edərək fındıq məhsulunun 1.000 kq dəyərini 3.000 manat müəyyən etmişdir. Həmin 3.000 manat onların hər il ərzində əldən çıxmış minimum faydanın dəyəridir. Bunu da 5 ilə vurduqda 15.000 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsi qarşı tərəfin onlara torpaq sahəsinə edilmiş yaxşılaşdırmaları ödəməli olduqları barədə gəldiyi nəticəsi düzgün olmuş, lakin yaxşılaşdırmanın dəyərini düzgün istiqamətdə araşdırmamışdır. Ona görə də yaxşılaşdırmanın dəyərində düzgün nəticəyə gəlməmişdir. Əldən çıxmış faydanın tələbi hissəsində isə iddiaya düzgün hüquqi qiymət verməmişdir.
50. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş olunmuşdur.
51. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birincisi, 0,9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağacları cavabdehlər tərəfindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb, hal-hazırkı vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. İddiaçılar 2015-ci ildə hazır fındıq bağını cavabdehlərdən icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1.500 manat pul vermişlər. Bundan əlavə, bir kisə fındıq hər il cavabdehlərə verəcəklərini vəd etmişlər. Lakin, onlar öz dediklərinə əməl etmədilər. İkincisi, 2(033)-11/2024 nömrəli mülki iş üzrə 2 iyul 2024-cü il tarixli 9/3152-7/668 №-li ekspert rəyində qeyd olunm uşdur ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edildi. Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığının 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir ilik məhsuldarlığı 1920 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq olması və bağda bu il suvarmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1.0001.500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3.000-4.000 manat təşkil edir. Beləliklə iddiaçıların hərəkətləri nəticəsində cavabdehlər fındıq bağından istifadə, sahiblik və sərəncam hüququndan məhrum olmuşlar. Bununla da cavabdehlər özlərinə məxsus torpaq sahəsində əgər onların həmin torpaq sahəsindən istifadə, sahiblik hüquqları iddiaçılar tərəfindən məhdudlaşdırılmasa idi 2009-cu ildən başlayaraq 2022-ci ilədək hər il təxminən 3.500 manat bundan da 2015-2017-ci illər üzrə ödənişlər çıxıldıqda 3.500 x11 = 38.500 manat gəlir əldə edə bilərdilər. Göründüyü kimi məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Üçüncüsü, cavabdehlər öz tələbini n əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, 0,9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağaclarının cavabdehlər tərəfindən əkilməsi sübut olmuşdur. 52. "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixli rəyi ilə ağaclarla birlikdə torpaq sahəsinin bazar dəyərinin 28.000 manat, ağaclarsız olan torpaq sahəsinin bazar dəyərinin isə 5.000 manat olduğu müəyyən edilmişdir.
53. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-496/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Taleh Musayev) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı2 tərəfindən ve rilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiaya münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23.000 manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan qalan 300 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin i lk iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və d ağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib his səsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Bununla bağlı ekspertizanın keçirilməsi qərara alınmış və "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixli rəyi ilə ağaclarla birlikdə torpaq sahəsinin bazar dəyərinin 28.000 manat, ağaclar sız olan torpaq sahəsinin bazar dəyərinin isə 5.000 manat olduğu müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmış və şikayətin dəlillərini əsassız hesab etmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 135.10, 152.1, 157.5, 157.6, 157.7, 163.1, 1094-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 217.1, 217.3, 217.4, 218.1, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
57. Qətnamədən cavabdehlər (qarşı lıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin olunmuş işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul olunmasını xahiş etmişlər.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 0,9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağacları cavabdehlər tərəfindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb, hal-hazırkı vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. İddiaçılar 2015-ci ildə hazır fındıq bağını cavabdehlərdən icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1.500 (bir min beş yüz) manat pul vermişlər. Bundan əlavə, bir kisə fındıq hər il cavabdehlərə verəcəklərini vəd etmişlər. Lakin, onlar öz dediklərinə əməl etməmişlər.
59. Bundan başqa 2(033)-11/2024 nömrəli mülki iş üzrə 2 iyul 2024-cü il tarixli 9/3152-7/668 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edildi, Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığının 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15 -20 kq, zoğal ağacının bir ilik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq olması və bağda bu il suvarmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən, cavabdehlərin qiymətləndirmə rəyi ilə razılaşmayaraq əlavə qiymətləndirmə rəyinin alınmasına dair vermiş olduğu vəsatəti əsassız olaraq rədd etmişdir. Həmçinin cavabdehlər torpaq sahəsinin 0,9113 ha hissəsinin yalnız 0.66 ha hissəsindən istifadə etməyə başladığını, 0,66 ha torpaq sahəsinin ağaclarsız dəyərinin nə qədər olmasını müəyyən etmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Torpaq sahəsinin ümumilikdə dəyəri 11.000 manat olduğu halda ziyanın 23.000 manat müəyyənləşdirilməsi qanunsuzdur.
60. İ ddiaçılar iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1.000-1.500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3.000-4.000 manat təşkil edir. Beləliklə iddiaçıların hərəkətləri nəticəsində cavabdehlər fındıq bağından istifadə, sahiblik və sərəncam hüququndan məhrum olmuşlar. Bununla da cavabdehlər özlərinə məxsus torpaq sahəsində əgər onların həmin torpaq sahəsindən istifadə, sahiblik hüquqları iddiaçılar tərəfindən məhdudlaşdırılmasa idi 2009-cu ildən başlayaraq 2022-ci ilədək hər il təxminən 3.500 manat bundan da 2015-2017-ci illər üzrə ödənişlər çıxıldıqda 3.500 x11 = 38.500 manat gəlir əldə edə bilərdilər. Göründüyü kimi məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir.
61. İşə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qi ymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur.
62. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, məhkəmə qarşılıqlı iddia üzrə belə nəticəyə gəlir ki, vicdanlı sahib olan qarşılıqlı iddia üzrə cavabdehlər əmlakdan gəlir götürdüklərinə görə zərərin əvəzini (əldən çıxmış fayda) ödəməyə borclu olmadıqlarından qarşılıqlı iddia təmin edilə bilməz. Bu isə ona dəlalət edir ki, məhkəmə nə qarşılıqlı iddia üzrə iddiaçıların təqdim etdiyi sübutları araşdırmamış, nə də ki, vicdanlı alıcı ilə bağlı konstitusiya məhkəməsinin hüquqi mövqeyini nəzərə almamışdır.
63. Cavabdehlər öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, 0,9113 ha kənd təsərrü fatlı təyinatlı torpaq sahəsində fındıq ağacların onlar tərəfindən əkilməsi sübut olmuşdur.
64. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
65. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
66. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
67. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
68. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
69. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu c ür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
70. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
71. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.
72. Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
75. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
85. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdə n həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə ilk iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır.
91. Əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevr ilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. İş materiallarından müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki qanunvericiliyin qeyd olunan tələbinə əməl olunmuşdur. Odur ki, kassasiya şikayətinin həmin dəlillər i əsassızdır.
92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hü quqi əsasları düzgün müəyyən edilmişdir.
93. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Məhkəmə kollegiyası bundan başqa qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
95. Beləliklə, məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
96. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-496/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.