Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3247/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər cavabdehnə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər cavabdehnə və Cavabdeh2 qarşı “beh məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 14 aprel 2020-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı mənzilin alqısatqısında göstərdiyi xidmətə görə cavabdehnin xəzinəsinə 600 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdiyi anda ödəməyi öz öhdəsinə götürmüşdür. 2. cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 may 2020-ci il tarixli beh müqaviləsinə əsasən, “beh alan” ümumi sahəsi 74,5 kv metr olan daşınmaz əmlakı 60000 manata “beh verənə” satmağı və alqı-satqı müqaviləsini 14 may 2020-ci il tarixdən gec olmayaraq rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. “Beh verən” isə öz növbəsində 17000 manat məbləğində behi ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər cavabdehnə və Cavabdeh2 qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsinə əsasən cavabdehlərdən 17000 manat behin iki mislini, yəni 34000 manat pulun və ödədiyi 600 manat zəhmət haqqının tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayında ev alqısatqı reklamında 20 mərtəbəli binanın 18-ci mərtəbəsində ümumi sahəsi 75 kv metr ibarət olan mənzilin satılması barədə cavabdeh tərəfindən yerləşdirilmiş reklamı görmüş, evi almaq məqsədilə Agentliklə əlaqə saxlamışdır. Evə baxmaq istədikdə ona lift işləmədiyi üçün 18-ci mərtəbəyə qalxmağın çətin olacağı, 3-cü mərtəbədə yerləşən eyni layihəli mənzilə baxmağın kifayət olduğu deyilmişdir. Müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul veril miş, aprel ayında beh müqaviləsi bağlanmış olsa da, sonradan məlum olmuşdur ki, Agentliyin direktoru tərəfindən aldadılmışdır. Belə ki, əslində reklamda qeyd edilən mənzil yoxdur, Agentliyin satdığı isə mansarddır. Pulunu geri tələb etsə də, cavabdehlər pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5592/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdehndən 34000 manat məbləğində beh və 600 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, İddiaçı Cavabdeh2 qarşı “beh məbləğinin geri qaytarılması” tələbinə dair iddiasının olunması qət edilmişdir.
6. Məhkəmə maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlmişdir ki, iddia tələbi cavabdeh cavabdehnə qarşı əsas lı olduğu üçün ona qarşı təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş behin iki qatı, yəni 34000 manat məbləğində beh və 600 manat məbləğində xidmət haqqı olaraq ödənilmiş pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 aprel 2020-ci il tarixli beh müqaviləsi təşkil etdiyi halda iddia tələbi Cavabdeh2 qarşı əsaslandırılmadığından, ona qarşı təmin edilməməlidir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 491.1, 491.2, 491.3, 492.1 və 492.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Həmin qətnamədən iddiaçı və işdə iştirak etməyə cəlb olunmayan X3 ayrıayrılıqda apellyasiya şikayətləri vermişdir.
10. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, maddi və prose ssual hüquq normaları pozulması qətnamə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. İş materiallarında olan beh müqaviləsində də konkret olaraq Cavabdeh2 həmin behi və xidmət haqqını aldığı tam təsdiq olunmasına baxmayaraq məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbini rədd etmiş, formal adından başqa heç bir statusu olmayan cavabdehnə münasibətdə isə iddia tələbini təmin etmişdir.
11. İşdə iştirak etməyə cəlb edilməyən X3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun sahibkar qismində qeydiyyatının Qəbələ rayon Vəndam kəndi olmasına, digər cavabdehin isə Naxçıvan MR, Kəngərli rayonu, Xıncab kəndində qeydiyyatda olmasına diqqət yetirməmiş, ərazi aidiyyatı pozulmaqla işə baxılmışdır. İşin faktiki halları araşdırılmamış, cavabdehnin hüquqi şəxs olmamasını nəzərə almamışdır. Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli protokol qərarı ilə X3 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) xx.xx.2022-ci il tarixli, 2(103)795/2022 nömrəli qərardadı ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin olunmuş, hazırki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdeh cavabdehnə aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
14. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh adında hüquqi şəxs və ya təşkilat yoxdur. Müəyyə n olunmuşdur ki, X3 bu addan istifadə etməklə daşınmaz əmlak bazarında fiziki şəxs kimi fəaliyyət göstərir. Bu zaman o, müxtəlif sənədlərin üzərinə cavabdeh ifadəsi yazır, habelə sənədlərin üzərinə eyni ifadə olan möhür vurur. Həmin möhürdə X2 aid olan VÖEN kimi ********** qeyd olunur. Mövcud olmayan cavabdehə qarşı iddiaya məhkəmədə baxılmalı deyildir.
15. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) xx.xx.2022-ci il tarixli, 2(103)795/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, 17600 (on yeddi min altı yüz) mana tın Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddianın Cavabdeh2 qarşı yönəlmiş qalan hissəsinin təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, alqı-satqısı nəzərdə tutulan mənzilin beh alana Cavabdeh2 məxsus olduğu müəyyən edilmir. Bundan başqa, həmin mənzilin ünvanı dəqiq deyil. Mənzilin ünvanı beh haqqında razılaşmada “Nizami rayonu, ünvan 1b, iddia ərizəsində isə “20 mərtəbəli binanın 18-ci mərtəbəsində 75 kv metrdən ibarət mənzil” kimi göstərilib. Cavabdeh2 ona məxsus olmayan və ünvanı dəqiq olmayan mənzilə dair alqısatqı müqaviləsi bağlamaq səlahiyyətinə malik olmadığına görə, belə bir alqı-satqı müqaviləsinin b ağlanmasını təsdiq etmək və onun icrasını təmin etmək məqsədilə beh müqaviləsi də bağlaya bilməzdi. Ona görə də, beh haqqında razılaşma Mülki Məcəllənin 491.1-ci maddəsinin tələbinə ziddir, əhəmiyyətsiz əqd olaraq etibarsız sayılır. Beh müqaviləsi etibarsız olduğuna görə iddiaçı behin 2 mislinin ödənilməsini tələb edə bilməz, çünki behin 2 mislinin ödənilməsinini tələb etmək hüququ etibarlı beh müqaviləsindən əmələ gələn hüquqdur. Odur ki, Cavabdeh2 etibarsız əqd üzrə aldığı 17000 manat pulu geri qaytarmalıdır, bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərindən irəli gəlir.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh xidmət haqqı kimi aldığı 600 manatı da geri qaytarmalıdır. Belə ki, xidmət haqqı – göstərilən xidmətin əvəzidir. Cavabdeh iddiaçıya xidmət göstərməyib, cavabdehi n ona aid olmayan və və ünvanı olmayan mənzili iddiaçıya satmaq öhdəliyini üzərinə götürməsi xidmət sayılmır. Göstərilməyən xidmətə görə haqq alına bilməz. 600 manatın geri qaytarılmasının hüquqi əsasını Mülki Məcəllənin 439.4-cü maddəsinin göstərişi təşkil edir. Həmin maddəyə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
18. Tərəflərin arasında xidmət göstərilməsi barədə öhdəlik olmadığına görə 600 manat öhdəlikdən kənar ödənilmiş pul sayılır. Öhdəliyin olması üçün xidmət göstərilməsi barədə müqavilə bağlanmalıdır. Müqavilənin bağlanması üçün isə müqavilənin mühüm şərtləri barədə razılıq əldə olunmalıdır. Predmetə dair şərt mühüm şərtdir. Xidmət göstərilməsi barədə müqavilənin predmeti - xidmətdir. Əgər predmet barədə razılaşma yox dursa, deməli, müqavilənin mühüm şərti barədə razılaşma yoxdur. Bu isə o nəticəni verir ki, xidmət göstərilməsi barədə müqavilə bağlanmayıb. Bu qayda Mülki Məcəllənin 405.1-ci maddəsindən irəli gəlir.
19. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər arasında beh müqaviləsi olması və beh müqaviləsinin satıcı tərəfindən pozulması halında behin dəyərinin ikiqat məbləği alıcıya qaytarmalı olduğu halda, məhkəmə tərəflər arasında münasibətləri borc münasibətləri borc münasi bətləri kimi qiymətləndirmiş və beh məbləği kimi ödənilmiş pulu, həmçinin xidmət haqqını satıcıdan tutulması qərara alınmışdır. Mülki işin içində tərəflərin imzası və möhürlə olan beh müqaviləsi var. Həmin müqavilədə beh müqaviləsinin şərtləri də bilavasitə göstərilmişdir.
21. Xüsusi qərardad çıxarılmasıyla bağlı Bakı Apellyasiya Məhkəməsinə yazılı vəsatət verilsə də, həmçinin bu barədə məhkəmə iclas protokolunda da qeyd olunsa da, məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmiş, nə məhkəmənin qərarında, nə də mülki işdə vəsatətə münasibətə dair sənədə rast gəlinməmişdir.
22. Kassasiya şikayətində Mülki Məcəllənin 492-ci, Mülki Prosessual Məcəllənin 265.4-cü maddələrinə istinad edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olma mışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Mə cəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
27. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
28. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
29. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə öz təsdiqini tapmır, həmin dəlillər iddia ərizəsində və işə apellyasiya icraatı qaydasında baxılan zaman da irəli sürülmüş və apellyasiya məhkəməsi tərəfindən tam, hərətərfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmiş, düzgün olaraq tərəflər arasındakı münasibətlərin beh müqaviləsindən deyil, əhəmiyyətsiz əqddən irəli gələn münasibətlər kimi qiymət vermiş Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etmişdir.
42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.