Məhkəmə qərarları › İş №2(102)-3247/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3247/2024

11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3247/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi” barədə tələbi) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Torpaq münasibətlərindən irəli gələn mübahisələr; Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamay ev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-33/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar:

1. İddiaçı1 (bundan sonra mətndə iddiaçı) Astara rayonu, Suparibağ kəndində yerləşən 0.2275 ha, Cavabdeh (bundan sonra mətndə-cavabdeh) həmin ərazidə 0,240263 ha kənd təsətrrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Bu barədə onların adına çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,2275 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb verilməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Suparibağ kəndində 0,2275 hektar torpaq sahəsini almışdır. Bu barədə onun adına 15 mart 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. Onun torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur.

7. Cavabdeh iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, 2016-cı ildə Astara rayonu, Suparibağ kəndində 0,240263 hektar torpaq sahəsini almışdır. Bu barədə adına 21 yanvar 2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Mülkiyyətində olan torpaq s ahəsində üç ilə yaxındır ki, əkin işləri aparır. İddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etməyə çalışır. 8. “X1”-nin 16 iyul 2021-ci il tarixli, 302 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən **********, qeydiyyat tarixi 15 mart 2018-ci il olan çıxarışla iddiaçıya Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş 0.2275 hektar torpaq sahəsi mövcüd koordinatlara əsasən tam həcmdə cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qeydiyyatı haqqında DƏDR-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 mart 2018-ci il olan çıxarışla iddiaçıya Astara rayonu Suparibağ kəndi ərazisində verilmiş 0.2275 hektar torpaq sahəsi ilə AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR -dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 yanvar 2017-ci il olan çıxarışla cavabdehə Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş 0.240263 hektar torpaq sahəsi üst-üstə düşmür.

9. Astara Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 04 mart 2022-ci il tarixli 2(018)-33/2022 saylı qətnaməsi ilə, (hakim M.Məmmədov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* nömrəli çıxarışında qeyd edilən, Astara rayonu, Suparibağ kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0,2275 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və iddiaçıya verilməsi, iş üzrə ekspertiza xərci olan 300 manat pulun Cavabdeh alınaraq “X1” MMC-nin "xxxx" ASC-də olan hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddiaçının cavabdehə qarşı özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövgeyinə görə, Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən myətində olan 0.2275 hektar torpaq sahəsi cavabdeh itərəfindən zəbt edilmişdir. Belə ki, Azərbaycan Respublikası “X1”-nin 16 iyul 2021-ci il tarixli, 302 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR- nömrəsi **********, qeydiyyat tarixi 15 mart 2018-ci il olan çıxarışla iddiaçıya Astara rayonu, Suparibağ kəndi ərazisində verilmiş torpaq sahəsi mövcüd koordinatlara əsasən tam h əcmdə cavabdehin istifadəsindədir. Odur ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Lakin, iddianın “cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” hissəsi təmin edilməməlidir. Çünki iddiaçının mülkiyyətində sahəsi cavabdehin istifadəsindən azad ediləndən sonra cavabdehin qanunsuz hərəkətləri iddiaçıya qarşı davam edilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, iddia bu hissədə təmin olunmamalıdıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1, 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddəsinə, “İnsan hüquqularını və əsas azadlıqlarını müdafiəsi” haqıında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 124.1, 217.4-cü maddələrinə də istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(018)-33/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmənin qərardadı ilə ekspertiza təyin edilsə də, ekspert rəyi alınmamış, məhkəmə tərəfindən mütəxəssis rəyinə istinad edilmişdir. Məhkəmə əsassız olaraq iddianı qismən təmin etmi şdir. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 97-101-ci maddələrinin tələbləri pozulmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 mart 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-46/2024 saylı mütəxəssisi rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.240263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

15. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/246/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.240263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının sənədlər üzrə üstüstə düşməməsi müəyyən olunmuşdur.

16. Rəyə görə, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-44/2-46/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Suparibağ kəndi ərazisində yerləşən 0.2275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməsi müəyyən olunmuşdur.

17. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndistexniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu və həmin sahənin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir.

18. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmiş, cavabdehin torpaq sahəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(106)-33/2024 saylı, 21 may 2024--cü il tarixli qətnaməsi ilə, (hakimlər – İ. Q. Əsədov (sədrlik edən və məruzəçi), F. C. Hüseynov, T. X. Heydərov) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(018)-33/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Məhkəmə Kollegiyası iş üzrə ekspert rəyini sübut olaraq qəbul edib və hesab edib ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmiş, cavabdehin torpaq sahəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlər onu deməyə əsas verib ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur.

29. Məhkəmə öz mövgeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2ci hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (onun vəkili Vəkil Müşviq oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(106)-33/2024 saylı qətnaməsi ləğv edilməs i və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, iş üzrə Cavabdeh hansı hüquqazidd hərəkəti törətməsi faktı sübuta yetirilməmişdir. İş üzrə məhkəmə ekspert qarşısına düzgün suallar qoymamış və bu hüquqazidd hərəkətlər nəticəsində Cavabdeh mülkiyyət hüququları pozulmuşdur. Belə ki, iş üzrə ekspert rəyində mübahisə predmetini təşkil edən torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Məhkəmə ekspert qarışına aşağıda qeyd edilən sualları qoymalı idi: 1) İş üzrə cavabdeh və iddiaçının DƏDRX üzrə çıxarışlarına əsasən onların mülkiyyətində olan torpaq sahəsinin koordinatların müəyyən edilsin 2) İş üzrə cavabdeh və iddiaçın ın faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü? 3) Mübahisə predmetini təşkil edən torpaq sahəsinin koordinatlarımüəyyən edilsin 4) Mübahisə predmetini təşkil edən torpaq sahəsinin koordinatları ilə işüzrə Cavabdeh faktiki və qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü? Ekspert rəyində iş üzrə korrdinatlar müəəyən edilmədən və fotoşəkillər əalvə edilmədən spzügedən torpaq mübaisəsi üzrə qərar vermək mümkün deyil. Cavabdehin hansı hüquqazidd hərəkətləri etməsi barədə birmənalı sübutlar movcud olmaldır.

32. Cavabdeh kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.1-ci maddlərinə, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında A vropa Konvensiyasınına dair 1-ci əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.1, 97.1, 217, 218 -ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

35. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu və həmin sahənin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilməklə rəy alınmış, işdəki süb utlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(106)-33/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar