Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3248/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X9 və X12 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnаməsi ilə İddiaçı nun Cavabdeh qarşı ziyan və əldən çıxmış fayda təl əbinə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri barədə məsələ həll edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat ziyan xərcinin, bir ədəd balalı inəyin və 37500 manat əldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə məhkəməyə ərizə verərək fındıq kollarının dəyəri olan 19500 manat pulun, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 5000 manat pulun, çəkisi 400 kiloqram olan bir ədəd inəyin və ya onun dəyəri olan 3000 manat pulun, 37500 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdeh də həmkəndlisidir. Özü kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Cavabdeh, onun atası na və ailə üzvlərinə Balakən rayonu Qazma kəndi ərazisindən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh xx xxxxxxx 2001-ci ildə ölmüşdür. 1,98 ha kənd təsərrüfatı təyi natlı torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 4xx xxx 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Onlara verilmiş 1,98 ha torpaq sahəsinin 1,30 ha hissəsi onun ata yurdundan verilmişdir. Həmin torpaq sahəsində 1979-cu ildə 130 ədəd fındıq ağacları əkmişdir. Torpaq islahatı aparılarkən istifadəsində artıq torpaq olduğuna görə cavabdehin atası özü ona bildirmişdir ki, artıq torpağı onun ailəsinin adına işləsinlər, əvəzində onunla halallaşar. na və ailəsinə onun sağlığında torpağın əvəzində iki ədəd inək vermişdir. Eyni zamanda xx xxxxxxx 2010-cu ildə ailə üzvlərinin qarşılıqlı razılığı və imzaları ilə JN 475 F cizgidə göstərilən 1,30 ha torpaq sahəsini ona bağışlamışdır. Həmin t orpaq sahəsi formal olaraq cavabdehə və onun ailəsinə verilmişdir. Çünki həmin torpaq sahəsinə girmək üçün yol ona məxsus torpaq sahəsindən keçir, ora girməyə başqa yol yoxdur. 1979-cu ildən 1,30 ha torpaq sahəsində 130 ədəd fındıq ağacları əkmiş, həmin fındıq ağaclarının hər biri hazırda orta hesabla 8 kq fındıq məhsulu verir. İldə oradan 1 ton fındıq əldə edilir. Həmin ağaclardan gələcəkdə ən azından 15 il xeyir götürə bilərdi. Yəni həmin bağdan bundan sonra ən azı 15 ton fındıq əldə edə blərdi. 15 ton fındığın bugünkü bazar qiyməti orta hesabla 2 manat 50 qəpikdir. Bu da 37500 manat edir. Eyni zamanda əvvəllər həmin torpaq sahəsi boş əkin ərazisi olmuşdur. Həmin torpaq sahəsini abadlaşdırmış, ora 130 ədəd fındıq ağacları əkmiş, bağın ətrafına məftil sim çəkdirmişdir. Həmin bağ sahəsinə qulluq etmiş və həmin işlərin görülməsinə 5000 manat xərcləmişdir. Beləliklə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin həcmi cəmi 42500 manat ziyan xərci təşkil edir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiy yəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə x, X1, X4, Cavabdeh, X5, X3 və X7 1,98 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-475 nömrəli KOD 40103018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. xx xxxxxxx 2001-ci ildə ölmüşdür. İddiaçı cavabdehə və onun ailə üzvülərinə verilmiş torpaq sahəsinin torpaq islahatı aparılana ki mi onun istifadəsində olmasını, həmin dövrdə orada 130 ədəd fındıq ağacları əkməsini, torpaq sahəsinin cavabdehə verilməsi nəticəsində ona ziyan dəyməsini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21, 1096.1 və 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum ol ması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsini n tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi işin hallarını, torpaq sahəsinin cavabdehə və ailə üzvülərinə Balakən rayon Aqrar İslahat Komitəsinin qərarı ilə verilməsini, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan dövrdə iddiaçının orada kolxoz üçün ağac əkib əmək haqqı almasını, iddiaçının cavabdehə yanı balalı inək verməməsini nəzərə alaraq iddiaçının iddia tələb lərini rədd etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində həminr torpaq sahəsinin ona vəkalətnamə ilə bağışlandığını bildirmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilini yoxlamaq məqsədi ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tаrixli, 2(107)1531/2019 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli № 30388 olan ekspert rəyində göstərilmişdir ki; Ekspertizaya təqdim edilmiş mülki işin 7-ci səhifəsində olan xx xxxxxxx 2000-ci il tarixli vəkalətnamədə “h.Рубабə” yazılarının qarşısındakı imza Hacıyeva Rübabə yahya qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 7-ci səhifəsində olan xx xxxxxxx 2000-ci il tarixli vəkalətnamədə “h.Чичəк”, “h.Менди”, “h.Илhамə” yazılarının qarşısındakı yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən yox, X6 tərəfindən yox, Hacıyeva (Şabanova) İlhamə Məhəmməd qızı tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Şərh olunanları nəzərə alan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili əsassızıdır. Bbirinci instansiya məhkəməsi rədd təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 v ə 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına z ərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nun kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3248/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3248/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver