Məhkəmə qərarları › İş №2(102)-3248/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3248/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3248/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(107)-604/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı, X5, X3 və Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması və özbaşına söküntü işlərinin aparılmasının dayandırılması tələbinə dair iddiası rədd edilmişdir.

3. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 4. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, mülkiyyət hüququ üzrə 1/2 hissədə İdd iaçı və 1/2 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh, X2, X8, X6 cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, İddiaçı istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, X1 inşa olunmuş otağa və köməkçi sahəyə gi rişə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturadda tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 3 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə q oyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qardaşı ilə əldə etdiyi razılığa əsasən 25 il bundan əvvəl qeyd olunan torpaq sahəsində inşa olunmuş evin 2 otağının bir otağından qardaşı olan cavabdeh, bir otağında isə o, istifadə edəcəkdir. Cavabdeh ailəsi 4 nəfərdən, onun ailəsi isə 5 nəfərdən ibarətdir və münasibətləri yaxşı deyildir. Qardaşı Cavabdehla o, uzun müddətdir ki, öz aralarında olan faktiki razılıq əsasında yaşa dıqları evin bir hissəsindən Cavabdeh, digər hissəsindən isə o bərabər şərtlər daxilində istifadə etmək üçün özlərinə zəruri şərait yaratmışdır. Onların istifadəsində olan yaşayış sahəsi bir-birlərindən təcrid olunmuşdur. Bu isə evə iki giriş yolunun açılması ilə nəticələnmişdir. Mübahisəli evin daxilində və xaricində aparılmış dəyişikliklər nə Cavabdeh, nə də ki onun mənzilindən istifadə hüquqları məhdudlaşdırılmamış əksinə daha da yaxşılaşdırılmışdır. Ona görə də bu hal uzun müddət davam etmiş, onlar bu bölgüyə və dəyişikliyə həmin vaxt etiraz etməmişlər. Bundan başqa cavabdehin yaşadığı evdən və həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etmələri onun tərəfindən məhdudlaşdırılmır. Buna baxmayaraq Cavabdeh məhkəmədə ona qarşı əsassız iddialar qaldırır. Hazırkı vaxtda to rpaq üstündə əsassız mübahisələr edir.

10. Cavabdehov oğlunun nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, ekspertizanın rəyi ilə razı deyil. Ekspert tərəfindən verilən rəy tam və müsbət deyildir. Sxemdən də görünür ki, torpaq sahəsi boş deyil. Orada fərdi evlə yanaşı müxtəlif ölçülü tikililərdə mövcuddur. Bundan əlavə, onlar o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə ünvan 4 ünvanında olan 35 kv.metr yaşayış evi üzərində dövlət mülkiyyət hüququnun, 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64,12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində atası Məmməd Məmmədovun mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın veril məsi öhdəliyinin qoyulması barədə iddia qaldırıb. Həmin tikililər yerləşdiyi torpaq sahəsi tikili sahibinin mülkiyyəti hesab ediləcəyindən torpağın naturada bölünməsi ilə birbaşa bağlıdır. Həmin tikililər üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyi tələbinə baxılıb qurtarana qədər hazırkı işə baxılması mümkünsüz olduğundan mülki işin icraatının dayandırılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturadda tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür.

12. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – biri nci instansiya məhkəməsi) 19 fevral 2025-ci il tarixli, 2(051)-13/2025 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə olmaqla, naturada ayrılması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddiaçı ümumi birgə paylı mülkiyyətdə olan əmlak payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə yaşayış sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflərin izahatı, iş materiallarında olan sənədlər və ekspert rəyi müqayisəli şəkildə təhlil edərək müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli rəyə əsasən, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasın da faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1 və 213.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin faktiki hallarında qeyd olunan qətnamələri qəbul edən məhkəmələr mövqelərini əsaslandırarkən qeyd etmişlər ki, «Qanunla tərəflərdən hər birinə 400kv. metr torpaq sahəsindən istifadə etməli olduğu halda, hər iki tərəf qanunla müəyyən edilmiş torpaq sahəsindən daha çox sahədən (İddiaçı 457 kv. metr və Cavabdeh 405 kv. metr) istifadə edirlər. İddianın məzmunundan görünür ki, torpaq sahəsində tikintilər mövcuddur. Belə ki, həmin sahə həyətyanı torpaq sahəsi olmaqla üzərində fərdi yaşayış evi yerləşir. xx.xx.2019-cu il tarixli ekspert rəyi obyektivliyi təmin etməmişdir. Ekspertiza həyətyanı torpaq sahəsində yerləşən evin yerləşmə vəziyyətini nəzərə alınmadan keçirilmişdir. Torpaq sahəsinin 16 metrlik en hissəsi iddiaçı, 8 metrlik hissəsi cavabdeh üçün bölünmüşdür. Birinci instansiya məhkəməsi hansı səbəbdən söküntü işlərinin özbaşına olması və həmin tikililərin hansı səbəbdən iddiaçıya məxsus olması səbəbindən cavabdehə qadağan edliməsini əsaslandıra bilməmişdir.» İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq məhkəmə nəinki iddianı icraata qəbul etmiş, həmçinin qətnamə üzrə müəyyən edilmiş faktları nəzərə almadan yeni qərar qəbul etmişdir. Məhkəmənin istinad etdiyi 07 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən də görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və əlavə tikililərin olduğu müəyyən edilmişdir. Hesab edir ki, məhkəmənin iddianı təmin edilməsi üçün istinad etdiyi 07 sentyabr 2023-cü il tarixli ekspert rəyi həmçinin Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin ümumi sahəsinin 800 kv metr olması ilə bağlı mübahisəlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 03 yanvar 2019-cu il tarixli rəyində isə Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin faktiki 862 kv. metr(405 və 457 olmaqla) olması müəyyən edilmişdir. Hansı ki, həmin rəydə iddiaçı tərəfdən sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhz həmin 62 kv.m sahənin həmin torpaq sahəsində order əsasında Məmməd Məmmədov və ailəsinə verilmiş yaşayış evi yerləşir ki, torpaq islahatı zamanı həmin yaşayış evi nəzərə alınmaqla həyətyanı torpaq sahəsi istifadəçilərin mülkiyyətinə verilmişdir. Hazırda isə həmin yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsini paylı mülkiyyətinə almış İddiaçı əmlakın vahid daşınmaz əmlak olmasını nəzərə almadan evin ölçüləri nəzərə alınmadan torpaq sahəsinin naturada ayrılmasını tələb etmiş və məhkəmədə onun əsassız iddiasını təmin etmişdir. İddiaçının təqdim etdiyi yaşayış yeri üzrə q eydiyyat haqqında arayışdan görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanda tərəflərdən başqa Tahirə Həbibullayeva, Tural Məmmədov, Orxan Məmmədov qeydiyyatdadırlar. ünvan 7 ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı əsasında tərəflərin atası X7 və onun ailə üzvlərinə verilmiş, 353 saylı order yazılmışdır. Həmin mənzil özəlləşdirilməmiş və bununla bağlı məhkəmə mübahisəsi məhkəmədə davam edir. Həmin evdə isə yaşayış yeri haqqında arayış üzrə adı keçən şəxslər qeydiyyatdadırlar və yaşayırlar. Məhkəmə qətnaməsi ilə isə həmin yaşayış evi nəzərə alınmadan iddia tələbinə qiymət verilərək iddia təmin edilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-604/2025 nömrəli, 10 iyul 2025-ci iltarixli qətnaməsi ilə (hakimlər E.B.İsayev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və T.V.Musayev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkünlüyü qeyd olunmuşdur. Lakin işdə olan ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxemindən görünür ki, naturada tərəflər arasında faktiki istifadədə olan variantda 2 hissəyə bölünərkən torpaq sahə sinin üzərindəki tikililərin tərəflər arasında bərabər bölünməsi təmin edilməmişdir. Belə ki, həmin torpaq sahəsində olan ölçüləri 41.25 m² və 19.98 m² olan tikililər tamamilə İddiaçı istifadəsində olan sahəyə düşmüşdür. Halbuki, həmin tikililərin kimin mülkiyyətində olmasını müəyyənləşdirmək mümkün deyildir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1, 213.2 və 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(116)-163/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 8 ünvanda olan 35 kv.metr olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İnzibati Məhkəmə həmçinin iddiaçıya hazırkı vəziyyətdə sadaladığı 8.0, 14.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla, 5 otaq, 2 mətbəx, 1 eyvan və 1 sanuzel hamamdan ibarət tikililərə və ünvan 6 ünvanda yerləşən 35 kv.metr yaşayış evi üzəri ndə mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının mümkün olmadığını izah etmişdir. İnzibati Məhkəmə eyni zamanda iş üzrə tərəflərin və digər övladların razılığı ilə ünvan 6 ünvanda yerləşən 35 kv.metr yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsinin mümkün olduğunu, bu mümkün olmadıqda isə imtina məktubu əsasında məhkəməyə müraciət etmək hüquqlarının olmasını izah etmişdir. Göründüyü kimi Cavabdeh əvvəlki iş üzrə iddia ərizəsində qeyd etdiyi 18.85, 10.50, 5.46, 3.64, 41.25, 19.98 kv.metr olmaqla 5 otaq, 1 dəhliz və 1 sanuzel hamamdan ibarət tikililərə çıxarışın verilməsi mümkün deyildir. Lakin işə baxan Şəki Apellyasiya Məhkəməsi bu halları nəzərə almamış, əsassız olaraq apellyasiya şikayətini təmin etmişd ir.

22. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturada, tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkün olduğunu qeyd etmişdir. Eyni zamanda da əvvəlki mülki işlər üzrə verilmiş ekspert rəylərində torpaq sahəsinin naturada ayrılmasının mümkün olduğu barədə rəylər verilmişdir. Buna baxmayaraq işə baxan Şəki Apellyasiya məhkəməsi qeyd olunan ekspert rəylərini nəzərə almamış, bu barədə qətnamədə heç bir əsaslandırma aparmamışdır. Odur ki, işə baxan Şəki Apellyasiya Məhkəməsi tələbdən kənara çıxaraq mübahisəyə qiymət vermişdir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

27. Maddə 213.1.İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

29. Maddə 220.1.Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələ ndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kass asiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən i şin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-604/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar