Məhkəmə qərarları › İş №2(102)-3249/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3249/2020

01.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3249/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətiləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın D övlət reyestrindən çıxarış"lara əsasən, İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həsənov X3 Çiçək Adam qızına qarşılıqlı iddia qaldıraraq (sonradan iddia tələbinin həcmi azaldılmışdır), Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrində əkilmiş 166 ədəd fındıq, 20 ədəd qoz ağaclarının çıxarılması və ya onların dəyəri olan 26600 manat, torpaq sahəsinə çəkilmiş xərclər 6000 manat olmaqla, ümumilikdə 32600 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizə təqdim edərək torpaq sahələrində onun əkdiyi fındıq ağaclarının sayının 166 ədəd deyil, 180 ədəd fındıq ağacının dəyərinin hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə ilkin və qaşılıqlı iddialar qismən təmin edilərək, Cavabdeh RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxar ılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu və Cavabdeh ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sərlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: İddiaçı həmin qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh də eyni qətnamənin ləğv edilib, qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili özlərinin kassasiya şikayətinə uyğun izahat verərə k onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarinda olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş s urətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,6002 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsinin 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi mərhum X2 olmaqla paylı mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,9735 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsinin 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi mərhum X2 olmaqla paylı mülkiyyəti kimi adlarına daşın maz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır Zaqatala rayonu Lahıc Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli, 18 nömrəli arayışından görünür ki, Cavabdeh mərhum qardaşı X4 DT və XK tərəfindən A443876 və A443877 nömrəli 9735 kv.m. və 6002 kv.m. torpaq sahələrində Cavabdeh tərəfindən fındıq bağı salınmışdır. Həmin torpaq sahələrinin vergisini veriləndən hal-hazıradək Cavabdeh ödəmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin xx xxxxxxxx 2019-cu il tarixli 15 nömrəli rəyindən görünür ki, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsinə 2007-ci ildə 74 ədəd fındıq kolu əki lmişdir. Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100-105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 7400-7770 AZN). 2007-ci ildə həmin əraziyə fındıq kolundan başqa 20 ədəd qoz ağacı əkilmiş və həmin qoz ağaclarına bütün lazımi aqrotexniki qulluq vasitələri həyata keçirilmişdir. Bir qoz ağacının ərsəyə gəlməsi üçün təqribi 80-90 manat aralığında vəsait xərclənmişdir (Cəmi: 1600-1800AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 8-10 kq fındıq (Cəmi 592-740 kq), qoz ağaclarının məhsuldarlığı isə təqribi 10-15 kq müəyyən edilə bilər (Cəmi: 200-300 kq). RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan sahəyə baxış zamanı 2015-ci ildə 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd o lmaqla fındıq tingi əkilmişdir. Tingliyin ərsəyə gəlməsi üçün bütün lazimi aqrotexniki qulluq vasitələrinə əməl edilmiş və bir ting üçün təqribi 2-3 manat pul vəsaiti xərcləmişdir. Findiq tingindən başqa həmin əraziyə 2008-ci ildə 110 ədəd fındıq kolu əkilmişdir. Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100-105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 11000-11550 AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 9-10 kq aralığında dəyişir. (Cəmi: ***-**** kq). Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi üzərinə məhkəmənin qərarı i lə həbs qoyulduğundan istifadə edilmir. Qərardad qüvvəyə minənədək həmin torpaq sahələrindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə etmişdir. Həmin torpaq sahələrində fındıq kolları, fındıq ağacları və qoz ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X8 Azərbaycan Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin baş aqronomu Xəlil İbrahimov tərəfindən fındıq və qoz ağaclarının əkilməsinin hansı müddətə uyğun gəlməsi, həmçinin onların sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq və qoz ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəh ayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində əsasalı olsa da, vurulmuş zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. Ona görə ki, əvvəla, mübahisəli torpaq sahəsi iddiaçı tərəfə məxsus olsa da, orada əkilmiş 180 ədəd fındıq və qoz ağacları ilə bağlı iddiaçının subyektiv hüququ yoxdur. Çünki, apelyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfin özü də etiraf etmişdir ki, mübahisəli torpaq sahəsi 2007-2008-ci il tarixdən cavabdehin istifadəsindədir. Verilmiş rəylərdən də göründüyü kimi həmin ərazidə əkilmiş ağacların yaşı məhz 12-13 ili əhatə edir. Buradan da belə qənaətə gəlmək olur ki, mübahisəli ərazi cavabdeh Cavabdeh istifadəsinə verilərkən tamamilə boş ərazi o lmuş, fındıq topaları və qoz ağacları sonradan cavabdeh tərəfindən əkilib-becərilmiş, son vaxtlar da bəhərini cavabdeh götürməyə başlamışdır. Belə olan halda, ilk iddiaçı tərəfin həmin fındıq və qöz ağaclarına münasibətdə sübyektiv hüququnun olması və vurulmuş ziyanla bağlı tələblərinin hüquqi əsasının mövcudluğu sual altına alınır. Apelyasiya instansiya məhkəməsinin iclasında cavabdeh tərəf torpağın ona hansı əsaslarla verilməsinə aydınlıq gətirməyə çalışmışdır. Belə ki, cavabdeh və nümayəndəsi bildirmişdir ki, əvvəla, həmin torpaq sahəsi 2007-2008-cı ildə boş ərazi şəklində cavabdehə verilmiş, mübahisəli fındıq və qoz ağacları da məhz cavabdeh tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Buradan da göründüyü kimi ca vabdeh artıq həmin ağaclara münasibətdə tam mülkiyyət hüququna malik olan bir şəxsdir. İkincisi, qeyd olunan ərazi cavabdeh tərəfindən zəbt olunmamış, cavabdehin mərhum qardaşı tərəfindən onun istifadəsinə verilmişdir. Sadəcə həmin vaxt tərəflər arasında etimadlı münasibət olduğundan notarial qaydada hər hansı müqavilə rəsmiləşdirilməmişdir. Bundan əlavə ilk iddiaçı tərəf də apelyasiya instansiya məhkəməsinin iclasında həmin ərazinin cavabdehə verilərkən boş olduğunu, sonradan cavabdehin əməyi, zəhməti və xərci sayəsində xeyli sayda fındıq və qoz ağacının əkilibbecərildiyi bildirilmiş, ağaclar bəhər verən vaxtı iddiaçı tərəfindən mübahisələndirildiyi və cavabdehin həmin ərazidən çıxarılması bildirilmişdir. Apelyasiya instansiya məhkəməsinin iclasında cavabdeh tərəfin mübahisələndiridiyi ha lın biri də onadan ibarət olmuşdur ki, necə olur ki, 12-13 il ərzində iddiaçı tərəf torpaqdan istifadə ilə bağlı heç bir söz demir, ağaclar bəhər verən vaxtı mübasiə qaldırırlar. Hansıki yuxarıda qeyd olunduğu kimi bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 15 2.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ - əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd v ə yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Zaqatala rayon Lahıc kəndində yerləşən torpaq sahəsi boş ərazi şəklində 2007-2008-ci tarixdə uzun müddətli Cavabdeh faktiki istifadəsinə verilmiş, həmin ərazidən uzun müddət-yəni 2007-cı il tarixdən 2019-cu ilin əvvəllərinədək cavabdeh istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də fındıq və qo z ağacları mövcud olmamışdır. Cavabdeh də həmin ərazidə xeyli sayda fındıq və qoz tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı apelyasiya instansiya məhkəməsinin iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin fındıq və qoz ağacları bəhər, qazanc verən bir ərəfədə iddiaçı tərəf mübahisə edərək həmin torpağın cavabdehdən geri qaytarılmasını və onun çıxarılmasını tələb etmişdir. Məhz bundan sonra cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh öz zəhmət və gəliri, xərci sayəsində əkibbecərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağacların dəyərini qarşı tərəfdən tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf işin bu h alını həm də iddiaçı tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübаhisəsi gedən tоrpаq sаhəsinə Cavabdeh sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq və qoz ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh sahibliyindən geri alınan torpaq sahələri üzərindəki yaxşılaşdırmalarının (əkib-becərdiyi çox illik ağacların) əvəzinin ödənilməməsi İddiaçı əsassız varlanması kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hal larda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2 020-ci il tarixli, dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli qətnaməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar