Məhkəmə qərarları › İş №2(102)-3249/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3249/2022

23.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3249/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10993/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehnə qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə xəstəliyinə görə iş qabiliyyətinin 50% itirilməsi ilə əlaqədar təyin edilmiş 67045,86 birdəfəlik sosial ödənişinin geci kdirilməsinə görə hər gün üçün 1% olmaqla ümumilikdə ******* (67045.86 x 1% x 1727 gün) (xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər) manat pul məbləğinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş, xx.xx.1994-cü il tarixindən etibarən ARDNŞ-nin “Bayıl Limanı adına X3 İdarəsinə” (sonralar bu idarə ləğv edildi) Xəzər dənizində yerləşən “Günəşli” yatağının X4 Özüllərində buruq avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul olunmuşdur. 21 il fasiləsiz dənizdə (10 il çilingər peşəsində, 8 il buruq avadanlıqlarına xidmət üzrə mexanik və 3 il texniki təhlükəsizlik üzrə mühəndis vəzifələrində) çalışmışdır. Sağlamlığında yaranmış qüsurla əlaqədar olaraq öz təşəbbüsü ilə xx.xx.2015-ci il tarixindən işdən azad olunmuşdur. 3. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən edilmiş müayinə nəticəsində İddiaçı peşə xəstəliyi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. Həmin müayinə Trestin sorğusu əsasında aparılmadığından, Trest sığorta ödənişindən imtina etmiş, nəticədə tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-564/2019 nömrəli qətnaməsi ilə İddiaçı peşə xəstəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. 5. 01.12.2020-ci il tarixli, 1 saylı Protokoldan görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin” “KQİ” trestinə ünvanladığı xəbərdarlıq məktubundakı tələblərin tam olaraq icra olunması qərara alınmışdır. 6. 15.12.2020-ci il tarixli SOCAR Cavabdeh məktubuna əsasən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin ünvanladığı məktubda Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019-004 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində İddiaçı ilə bağ lı trestin üzərinə qoyulmuş hər iki vəzifə (İ- Peşə xəstəsi kimi qeydiyyata götürmək, İİ- iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğunun verilməsi) icra olunması, İddiaçı peşə xəstəsi kimi qeydiyyata alınmasının və bu əmrdən irəli gələn digər məsələlərin qanunvericiliyin tələbinə uyğun icra olunmasının təmin edilməsi Əməyin mühafizəsi üzrə müdir müavini N.Əhmədova tapşırılmış və Trestin bu icraatla bağlı xx.xx.2020-il tarixli SOCAR **********00040020A00225 saylı əmri qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. 7. xx.xx.2021-ci il tarixdə iddiaçı peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 50%ni itirməklə İİ qrup əlil hesab edilmişdir. 8. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadi səsinə görə hesablanmış 67045,86 manat məbləğində birdəfəlik sığorta ödənişi şirkət tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hal-hazırda peşə əmək qabiliyyətini 50 faiz itirməklə, 2-ci qrup əlilidir. Peşə xəstəliyinə əmək müqaviləsi bağlamaqla ARDNŞnin “X2” (bundan sonra KQİ) trestində işlədiyi müddətdə tutulmuşdur. Qanunvericiliyə görə onun iş qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün KQİ tresti DTSERX-ya yazılı sorğu məktubu ilə müraciət etməli idi. 2016-cı ilin aprel ayından başlayaraq tərəfindən KQİ trestinin rəhbərliyi sözügedən sorğunun verilməsi barəsində müraciətlərinə əsassız mülazihələrlə inkar cavabı verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət et miş və məhkəmə xx.xx.2019cu il tarixli 2(005)-564/2019 saylı qətnaməsi ilə ərizəni təmin etmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq KQİ trestinin baş mütəxəssisləri müşavirə edərək onun peşə xəstəliyinə tutulma ehtimalının olmasını qərar qəbul etmişlər və müəssisənin müdiri onu peşə xəstəliyindən əlil kımı qeydiyyata götürülməyinə dair əmr vermişdir. Sözügedən sorğu məktubunu xx.xx.2020-ci il tarixində KQİ tresti tərəfindən aidiyyəti üzrə ünvanlamışdır. xx.xx.2021-ci il tarixində TSEK onu əyani müayinə edərək xx.xx.2016-ci il tarixində sorğu məktubu olmadan təyin etmiş olduqları 50% iş qabiliyyətinin itirilmə dərəcəsini bərpa etmişdi. xx.xx.2021-ci il tarixində "Paşa Həyat Sığorta” ASC iş qabiliyyətinin təyin edilmiş 50% itirilməsinə müvafiq birdəfəlik sosial ödənişini (bundan sonra B SÖ) ödəmişdir. xx.xx.2016-cı il tarixində ona ödənilməli olan 67045.86 manat BSÖ KQİ trestinin təqsirindən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmişdir. Belə ki, uzun müddət KQİ tresti hüquqlarından sui-istifadə edərək bilərəkdən illərlə onu əlil çəlikləri ilə daimi ağrılarla və ailə üzvlərinin fiziki köməkliyi ilə zülm çəkərək (2016-cı ildən 2021-ci ilə kimi) getməli olmadığı idarələrə və məhkəmələrə gedərək maddi-mənəvi itkilərə məruz qalmağına məcbur etmişdir. Həmin illər müddətində mənəvi sarsıntılara məruz qalmaqla əlilliyinə səbəb olan və yanaşı xroniki xəstəlikləri çəkdiyi əzablara görə daha da ağırlaşmışdır. BSÖ-nun ödənilməsinin gecikməsində birbaşa təqsirkar olan KQİ trestinin qanunvericilikdə məsuliyyət öhdəliyi vardır. Bununla əlaqədar xx.xx.2021-ci il və xx.xx.2021-ci il ta rixlərdə KQİ trestinin rəhbərliyinə müraciət edərək, gecikdirilmiş günlərə uyğun olaraq hər gecikdirilmiş gün üçün ödənişin ödənilməsini xahiş etmişdir. Lakin, müraciətlərinə müsbət cavab verilməmiş və ya ümumiyyətlə cavab verilməmişdir. Ona görə də, hesab edir ki, bu məsələ məhkəmə qaydasında öz həllini tapmalıdır. Gecikdirilməyə görə ödəncin hesablanması: iş qabiliyyətinin 50% itirilməsinə müvafiq Birdəfəlik Sosial Ödənişin məbləği 67045,86 manat təşkil edir, ödəncin ödənilməsinin iş üzrə cavabdehin təqsirindən gecikdirilən günlərin ümumi sayı 1727 gün (xx.xx.2016-cı il tarixindən xx.xx.2021-cı il tarixinə qədər) təşkil edir. Birdəfəlik Sosial Ödənişinin ödənilməsinin gecikdirilməsinə görə qanunvericiliyə əsasən hesablanan məbləğ ******* manat təşkil edir.

10. Cavabdeh nümayəndəsi X1 yaz ılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı düzgün olmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad etmiş və ya həmin maddənin tələblərini təhrif etməyə çalışmışdır. Belə ki, həmin maddə ümumilikdə əməyin ödənilməsi formaları, qaydaları və əmək haqqından tutmaları müəyyən edir. İddiaçıya ödənilən sosial müavinət əmək haqqı hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin 154-cü maddəsi əmək haqqının anlayışını vermişdir: Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudu r. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən 67054.86 manat məbləğində birdəfəlik sosial ödəniş Cavabdeh tərəfindən deyil, "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi ilə cavabdehdən hər hansı bir ödəncin tutularaq, iddiaçıya ödənilməsi ilə bağlı tələb tamamilə əsassızdır. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3558/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, gecikdirilmiş ödənişlər üçün faiz əmək haqqının ödənişlərinə aid dir. Əmək münasibətindən irəli gələn sığorta ödənişinin geçikdirilməsi ilə əlaqədar faizlər qanunvericilikdə nəzərdə tutulmamışdır.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 154.1, 172.5, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi, cavabdehdən 115.788 manat dəbbə pulunun tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişd ir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10993/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov – sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3558/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh ARDNŞ-nin Cavabdehndən vurulmuş zərərin əvəzi kimi 15000 (on beş min) manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əmək peşə xəstəliyi ilə əlaqədar olaraq 2016-cı ildə almalı olduğu sığorta ödənişinin (67045,86 manat məbləğində pul vəsaitinin) beş ilə yaxın müddətə gecikmə ilə, yəni 2021-ci ildə ödənilməsi nəticəsində ona zərər (əldən çıxmış fayda) vurulması şəksizdir. Gecikdirilmiş vəsait sığorta ödənişi olduğundan, iddiaçıya vurulmuş zərərin əvəzinin həcminin müəyyən olunmasına məhz sığorta qanunvericiliyinin analogiya üzrə tətbiqi düzgün olacaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hüquqazidd əməli – hərəkətsizliyi (delikt) nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq ondan 15.000 manatın tutulması əsaslı və ağlabatandır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

17. Həmin qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

18. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə onun iddia tələbinin təmin etməsinə baxmayaraq, lakin qəbul etdiyi qətnaməni AR Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq etməklə tələb olunan məbləği tənasübsüz olaraq guya yüksək olmasını əsas gətirməklə iddia olunan məbləği azaltmışdır. Məhkəmə tərəfindən qanunla müəyyən edilən ona ödənilməli olan məbləğin 16 faizi həddində təmin edilməsi onun hüququnun pozulması kimi qiymətləndirilməlidir.

19. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş TSEK-in xx.xx.2016-cı il tarixli arayışı qanunvericiliyin tələblərinə riayət edilmədən əldə edilmiş və cavabdehin qanunazidd hərəkətsizliyi olmamışdır. İddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərə findən icra edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli196 saylı həmin qanuna istinad edib vurulmuş zərərin əvəzi kimi 15000 manat məbləğində pul vəsaitini işəgötürəndən tutmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində də səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli araşdırmadığı üçün müəyyən edə bilməmişdir ki, cavabdehin iddiaçının almalı olduğu sığorta ödənişinin 2016-cı ildə almaması ilə bağlı hər hansı hüquqazidd hərəkəti olmamışdır. Ona görə ki, iş tam, hərtərəfli araşdırılsaydı müəyyən edilərdi ki, hazırki iş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarları ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq müvafiq Qurumun peşə xəstəliyi nəticəsində əmək qabiliyiyyətinin itirilməsini (peşə əmək qabiliyyətinin itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsinin) müəyyən edilməsi təsdiq edən hər hansı qərar təqdim edilməmiş, İddiaçı tərəfindən peşə əmək qabiliyyətinin itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsinin müəyyən edilməsini təsdiq edən qüvvədə olan qərarı olmamışdır. Məhz bu səbəblərə görə Nərimanov rayon Məhkəməsi özünün xx.xx.2020-ci il tarixli qətnaməsində TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Arayışı mötəbər sübut hesab etməmişdir. b) Kassasiya şik ayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

22. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələr i» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zər uri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.4. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 196 sayli Qərarının 2.1.3-cü bəndinə əsasən “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun

33. Birdəfəlik sığorta ödənişi-sı ğorta ödənişinin təyin edildiyi tarixdən 3 (üç) iş günü müddətində ödənilməlidir. Həmin qərarın 2.3-cü bəndinə əsasən sığortaçı sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən həmin hissədə, cavabdeh tərəfindən isə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

37. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

38. İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər birdəfəlik sığorta ödənişinin gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla müvafiq məbləğin ona ödənilməsini tələb edir.

39. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçıya birdəfəlik sığorta ödənişi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası, yəni fərdi əmək mübahisəsinin həlli nəticəsində ödənilmişdir.

40. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)564/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Trest tərəfindən müvafiq sorğu verilmiş, xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən sorğu əsasında iddiaçının müayinəsi aparılmış, həmin müayinə nəticəsində iddiaçı xx.xx.2021-ci il tarixdə peşə xəstəliy i nəticəsində əmək qabiliyyətinin 50%-ni itirməklə İİ qrup əlil hesab edilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsinə görə hesablanmış birdəfəlik sığorta ödənişi iddiaçının bank hesabına köçürülmüşdür.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə İİ qrup əlil hesab edildiyindən və bundan qısa müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə ona sığorta ödənişi ödənildiyindən hazırkı iş üzrə birdəfəlik sığorta ödənişinin gecikdirilməsi müəyyən olunmur.

42. Digər tərəfdən, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məblə ğində ödənc verilməlidir.

43. Göründüyü kimi, iddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi maddi hüquq norması ilə gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi həmin halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləşdirilmişdir.

44. Hazırkı iş üzrə isə, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması və 67045.86 manat sığorta ödənişinin məhz yuxarıda qeyd edilən əmək mübahisəsinin həlli nəticəsində iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır.

45. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı, iddiaçının kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

46. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. 47. “Məhkəmə q ətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

50. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

51. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10993/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddia tələbi təmi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar