Məhkəmə qərarları › İş №2(102)-3249/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3249/2023

31.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3249/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3249/2023 (Açar sözlər: müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmə; əmrin ləğvi, icra sənədinin icrasına maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X18 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra sənədinin icrasına maneə yaradan qanunsuz əmrin ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2588/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh ASC-yə qarşı “müddətli əmək müqavilələrinin etibarsızlığı, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa, xəstəlik vərəqəsi üzrə ödənişin, məcburi iş buraxma müddəti günləri üçün əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçılə Cavabdeh ASC arasında bağlanmış ə mək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməsi iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

2. Ba kı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən-əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi qət olunmuşdur. 3. 19.04.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. 4. xx.xx.2022-ci il tarixdə bankın səhmdarları səhmlərinin alqı-satqısı nəticəsində dəyişmiş, bu barədə Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixdə kommersiya qurumlarının dövlət reyestr məlumatlarında dəyişikliklər edilmiş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC-0,0991 % və X8-4,225 % dəyişilmiş, yeni təsisçilər və onların nizamnamə kapitalındakı payları "xxxx" MMC-0,0991 %, X15 – 0,9568 % və X8 98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASC-yə çıxarış verilmişdir.

5. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmək müqaviləsinə xitam ve rilməsi haqqında əmrinə əsasən Cavabdeh ASC-nin “28 May” Filialının (keçmiş “8 saylı” Filial) Bakı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə 26 iyul 2022-ci il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra sənədinin icrasına maneə yaradan qanunsuz əmrin və qərarların ləğvi, icra sənədini icra etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi və icra sənədinin icrasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Yelo Bank" ASC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 593 saylı əmək müqaviləsinə və eyni tarixli 138 “K” saylı əmrə əsasən, iddiaçı "xxxx" ASC-də “8 saylı" filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli 61/1 “T” saylı əmr ilə, o “8 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC tə rəfindən xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixli 593 saylı əmək müqaviləsi müddətsiz hesab olunmuşdur. Daha sonra xx.xx.2018ci il tarixli 53/Q saylı əmrlə müddətli əmək müqaviləsi olmaqla o, yenidən filial müdiri vəzifəsinə təyin edilmişdir. Həmin hadisələrdən sonra isə Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən qərəzli münasibətlə qarşılaşmış və xx.xx.2020-ci il tarixli, tamamilə əsassız 128/A saylı əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətna məsi ilə iddia üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən-əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. Sözügedən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.2-ci maddəsinə əsasən, dərhal icra edilməli olduğu halda Yasamal rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasov tərəfindən qətnamənin könüllü icrası üçün borcluya qanunsuz olaraq 10 gün vaxt verilmişdir. Lakin Cavabdeh ASC-nin rəhbərliyi Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin tələblərini hazırkı tarixədək heç bir əsas olmadan icra etməmiş və süründürməçiliyə yol vermişdir. Həmçinin, həmin icra sənədi üzrə Cavabdeh ASC icra sənədini icra etməməkdən ötrü süni maneələr yaradır və əsas insan və əmək hüquqlarını kobud surətdə pozur. Bu əsas insan və əmək hüquqlarını kobud surətdə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixində qət olunmuşdur. Məhkəmə aktı xx.xx.2022-ci il tarixində öz qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, onun tərəfindən verilmiş 10 gün müddətdə borclu “Yelo Bank" ASC icra sənədində olan tələbləri könül lü surətdə qismən təmin etmişdir. Ona ödənilməli olan məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hesabına qismən köçürülmüşdür. Lakin o, öz işinə, əvvəlki vəzifələrinin icrasına buraxılmamışdır. Borclu Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il və digər tarixli məktublarla “8 saylı” Filialın mövcud olmaması səbəbi əsas gətirilərək onun həmin filiala yox, “3 saylı” Filiala işə bərpa olunmağı təklif olunmuşdur. Borclu Cavabdeh ASC tərəfindən ona ünvanlanan məktublarda təklif olunan iş “8 saylı” Filialın işçi tərkibi, müştəri bazası, əmanət və kredit portfelləri ilə uyğun olmadığı və aralarında ciddi fərqlər olduğu, eyni zamanda Qətnamənin tələblərinə uyğun olmadığı üçün onun tərəfindən imtina edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh “Yelo Bank" ASC tərəfindən icra sənədi nin icrasını uzatmaq və Qətnamənin tələblərindən yayınmaq məqsədilə məhkəmə prosesi dövründə, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanının ünvan 3 Filialına dəyişdirilməsi ilə əlaqədar Filiala verilmiş icazə yenilənmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Göstərilənlərə əsasən, o, ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın yenilənmiş hüquqi ünvanına yəni, ünvan 4 May” Filialına bərpa edilməli idi. Bununla belə, ona Cavabdeh ASC-nin “3 saylı” Filialına işə bərpa olmaq təklif olunmuşdur. Eyni zamanda Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində, ona “3 saylı” Filiala təyin olunmağına dair təklif edildikdən sonra, icra sənədinin icrası mərhələsində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) ünvan 5 ünvana köçürülməsi qərara alınmış, bununla bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankından icazə verilmiş və reyestrdə müvafiq qeydiyyat aparılmışdır. Faktiki olaraq isə “3 saylı” Filialın və “28 May” Filialının işçi tərkibi, müştəri bazası, əmanət və kredit portfelləri yeni ünvana köçürülməmiş, olduğu kimi saxlanılmışdır. Bütün bunlar cavabdeh tərəfindən onun Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialına (keçmiş “8 saylı” Filial) yox, “3 saylı” Filiala işə bərpa olmağı məqsədilə edilən qanunsuz hərəkətlər və icraya yaradılan süni maneələrdir. Onun xx.xx.2022-ci il tarixli 1-13/3418-22 nömrəli məktubu ilə xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqavilənə xitam ve riləcəyi ilə əlaqədar bildiriş və 113/A saylı əmrlə yuxanda qeyd olunan Qətnaməyə əsasən, qüvvədən düşmüş xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqaviləsinə xitam verilməsi barədə 1-13/3417-22 nömrəli məktub göndərilmişdir. Məktubların qeydiyyat nömrələrindən də aydın olur ki, bildiriş formal olaraq hazırlanmış, faktiki olaraq ona əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş əmr verildikdən sonra göndərilmişdir. xx.xx.2022-ci il tarixli 113/A saylı əmrdə göstərilir ki, onun əmək müqaviləsinə X3 xx.xx.2022-ci il tarixli qərarına əsasən xitam verilmişdir. Lakin Cavabdeh ASC-nin X2 xx.xx.2019-cu il tarixli, 02 saylı qərarı ilə təsdiq olunmuş Nizamnaməsinin 8.1.4-cü maddəsinə əsasən, bu Nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, Bankın filial, şöbə və nümayəndəliklərin rəhbər vəzifələrinə namizədlərin təyin edilməsi, yerdəyişməsi və vəzifədən azad edilməsi barədə qərarlar qəbul etmək İdarə Heyətinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi bu qərar Cavabdeh ASC-nin Nizamnaməsinə uyğun deyil və tamamilə qanunsuz olaraq qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanının ünvan 3 Filialına dəyişdirilməsi ilə əlaqədar və Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) ünvan 5 ünvana köçürülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli icazələr verilsə də, Azərbaycan Respublikası Mərkəzi Bankı bu dəyişikliklərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bütün icra s ənədinin icrası müddətində o, dəfələrlə həm cavabdeh banka, həm icra şöbəsinə məktublar ünvanlamışdır ki, o işə bərpa olunmamış, işə bərpa olunmağı barədə icra sənədi icra olunsun. Məktublarının cavablandırılmaması və müvafiq tədbirlərin görülməməsi səbəbindən, o eyni məzmunlu məktubları xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə X9, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədova, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə X16, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyevə, İcra Baş İdar əsinin rəisi İlqar Cəfərova və digər səlahiyyətli şəxslərə ünvanlamışdır. Hətta o, xx.xx.2022-ci il saat 09:00-da iş yerinə getsə də, Cavabdeh ASC tərəfindən onun işinə bərpa olunmaması üçün süni maneələr yaradılmış və o, vəzifələrinin icrasına buraxılmamışdır. O, dəfələrlə Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovla əlaqə yaratmağa çalışsa da, ona və Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə çoxsaylı məktublar ünvanlasa da, nəticə etibarilə bu gün icra məmuru icra sənədinin guya iddiaçının hərəkətsizliyi nəticəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsasən, icra sənədinin icrasına mane olmağı səbəbi ilə geri qaytarmışdır. Cavabdeh ASC tərəfindən icra sənədi qismən icra olunmuşdur. xx.xx.2020-ci il tarixində xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqavilənə xitam verilməsi barədə bildiriş etibarsız hesab edilsə və onun mövcud olmayan “8 saylı” Filiala bərpa olunmağı görüntüsü yaradılsa da, faktiki olaraq o, “28 May” Filialına (köhnə “8 saylı” Filial) vəzifə öhdəliklərinin icrasına buraxılmadığı və icra sənədi bu hissədə icra olunmamış saxlanılmışdır. Hətta Cavabdeh ASC bir müddət sonra iddiaçının guya işə bərpa olunmağı ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 113/A saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam vermişdir. Açıq-aşkar görünür ki, cavabdehin niyyəti onun işə bərpa olunmağına yönəlməmişdir. Bunu məhz ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla “3 saylı” Filialda işə bərpa olun maq təklif olunduqdan və onun bu təklifə etiraz etməyindən sonra “3 saylı” Filialın hüquqi ünvanının və adının “28 May” Filialı (köhnə “8 saylı” Filial) ilə dəyişdirilməsi, heç bir zərurət olmadan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq icazələrin verilməsi və eyni zamanda heç bir əsas olmadan onun işə bərpa olunmağı ilə bağlı verilmiş formal əmrin ləğv edilməsi, elektron sistemdə bununla bağlı bildirişin də yerləşdirilməsi göstərir. Cavabdeh ASC onuı işə bərpa etmədən guya icra sənədini icra etmiş kimi suni görüntü yaratmağa çalışmış və onun bütün hərəkətləri icra sənədinin icrasına maneçilik törətməyə yönəlmişdir. Bütün bu hərəkətlərlə cavabdeh icra sənədinin icrası prosesində də bir anlaşılmazlıq yaratmışlar. Hətta o, belə cavabdehin yaratdığı bu süni maneələrlə necə rə ftar edəcəklərini bilmədən, sanki icra sənədinin icra olunmasına onun tərəfindən hərəkətsizlik göstərilməsi qiymətini vermişlər. Hazırda onun həmin qərarını da məhkəmədə mübahisələndirmişdir. Nəticə etibarilə cavabdeh tərəfindən aşağıdakı hərəkətlərlə icra sənədinin icrasına süni maneələr yaradılır və onun əsas insan hüquq və azadlıqları kobud surətdə pozulmuşdur.

8. Cavabdeh ASC birinci instansiya məhkəməsinə iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçılə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmalı, İddiaçı əvvəlki işinə bərpa edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Daxil olmuş icra vərəqəsi Bank tərəfindən təxirə salınmadan xx.xx.2022-ci il tarixdən etibarən icra olunmağa başlanılmışdır. xx.xx.2022-ci il tarixində işəgötürən tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmri verilərək İddiaçı 43.133,98 (qırx üç min yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni xx.xx.2020-ci il -xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 (səkkiz) gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 (dörd yüz otuz səkkiz) gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 (dörd yüz qırx altı) gün üçün ödənilmiş məbləğ (vəsait) ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli xxxxxxx0002XO nömrəli bildirişin etibarsız hesab edilməsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə dəfələrlə həm yazılı, həm də şifahi olaraq tərəflərindən müraciət edilmişdir. Sözügedən bildiriş X14 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində etibarsız hesab edilmiş və dərhal sonra Bank tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı əvvəlki işinə (əvvəlki adı “8 saylı” filialın müdiri) bərpa edilməsi barəsində əmr verilmiş, ona işə çıxmasına dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla ilkin olaraq icra vərəqəsi və işə bərp a ilə əlaqədar müvafiq prosedurların yerinə yetirilməsi məqsədilə (icra sənədinə əsasən əmək kitabçasına müvafiq düzəlişin edilməsi, təhlükəsizlik qaydalarına uyğun olaraq müəyyən şifrələrin və kartların verilməsi və s.) xx.xx.2022-ci il tarixində Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 81 K ünvanında yerləşən baş ofisinə dəvət edilmiş və gələrkən özü ilə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə əmək kitabçasının gətirilməsi bildirilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görüş zamanı İddiaçı Bankın “8 saylı” filialının (hazırkı adı “28 May” filialı) müdiri vəzifəsinə işə bərpa olunduğu və icra sənədinin digər hissələrinin də Bank tərəfindən tam icra edildiyi onun və vəkilinin diqqətinə çatdırılmış və bu barədə yazılı məktub təqdim edilmişdir. Lakin İddiaç ı işə bərpa məsələsinə aid olmayan, icra sənədinin icrası ilə əlaqədar olmayan sənədləri (özündə bank sirrini əks etdirən sənədləri: balans hesabatı, müştərilərin miqrasiyası və s.) tələb edilməsi kimi müxtəlif bəhanələrlə əmək kitabçasını təqdim etməkdən və icra vərəqəsi üzrə əmək müqaviləsinə müvafiq düzəlişlərin edilməsini nəzərdə tutan əlavə sazişi imzalamaqdan və bununla da əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan birmənalı olaraq imtina etmişdir. İddiaçı tərəfindən istər Cavabdeh ASC-yə, istərsə də Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı müraciətlərində əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan imtina etdiyini göstərmişdir. İddiaçı, əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə bərpa olunduqdan sonra, heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə bağlı Cavabdeh ASC-nin səlahiyyətli şəxsləri tərəfindən hər gün müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən verilmiş Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin səhmdarları və mülkiyyətçiləri səhmlərin alqı-satqısı nəticəsində dəyişilmiş və "xxxx" MMC-nin 0,0991 %, X15-0,9568 % və X8-98,9441 % pay ilə qeydiyyatdan keçmişlər. Qeyd olunan dəyişikliklərin qeydiyyata alınması məqsədi ilə Cavabdeh ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur. Kommersiya qurumlar ının dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə reyestr məlumatlarında dəyişikliklər edilmiş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC0,0991 % və X8-4,225 % dəyişilmiş, yeni mülkiyyətçilər və onların Nizamnamə kapitalındakı payları göstərilmişdir. Belə ki, Cavabdeh ASC-nin yeni mülkiyyətçiləri (səhmdarları) və onların payları "xxxx" MMC-nin 0,0991 %, X15- 0,9568 % və X8-98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASC-yə Çıxarış verilmişdir.Cavabdeh ASC-nin səhmdarlarının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı işə çıxmaması ilə bağlı Filialın fəaliyyətində yaranmış çətinliklər, habelə Filialın müştərilər inin və əməkdaşlarının narazılıqları, eyni zamanda xx.xx.2022-ci il tarixdən etibarən Bankın mülkiyyətçisinin dəyişməsi və yeni mülkiyyətçilərin qeyd edilənlərini əsas tutaraq “28 May” Filialının müdiri İddiaçı ilə əmək münasibətlərinə davam etdirmək istəməmələri qeyd olunaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin İHnin sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı işdən çıxarılmışdır. İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə bağlı tərtib edilmiş aktlardan da göründüyü kimi, İddiaçı işinə bərpa olunduğu “28 May” Filial müdiri vəzifəsinə işə çıxmamaqla, həmin Filialın ciddi sədri kimi, eyni zamanda səhmdarları tərəfindən müsbət qarşılanmamışdır. xx.xx.2022-ci il tarixdən işə bərpa olunsa da, işə bərpa olunduğu gündən xx.xx. 2022-ci il tarixədək, yəni 1 ay 17 gün heç bir üzrlü səbəb göstərmədən işə çıxmamış, bununla da, rəhbəri olduğu Filialda əmək və icra intizamının normal ahəngini pozmuş, müəssisənin və mülkiyyətçilərin qanuni mənafelərinə ciddi xələl gətirmişdir. Bundan başqa, İddiaçı xx.xx.2022-ci il tarixdən heç bir üzrlü səbəb göstərmədən işə çıxmaması Filialın fəaliyyətində çətinliklər, habelə Filialın əməkdaşları və müştəriləri arasında narazılıqlar yaratmışdır. İddiaçı davamlı olaraq işəgötürənin müraciətlərinə əhəmiyyət verməməsi, onun tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməsi, Bankın yeni mülkiyyətçiləri (Cavabdeh ASC-nin səhmdarları olan "xxxx" QSC-yə məxsus səhmlər X8 və X15 tərəfindən özgəninkiləşdirilərək onların mülkiyyətinə verilmiş və xx.xx.2022-ci il tarixində dövlət qeydiyyat ına alınmışdır) tərəfindən nəzərə alınmış və mülkiyyətçi dəyişikliyindən sonrakı ilk Səhmdarların xx.xx.2022-ci il tarixli X10 Rəfail Qiyas oğlu ilə əmək münasibətlərinin davam etdirilməsindən imtina edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında işəgötürən tərəfindən əmək qanunvericiliyinə əsasən müvafiq əmr verilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) Rafail Hacıyev tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda Rafail Hacıyevə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş müavinət ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 okty abr 2021-ci il tarixli icra vərəqəsi Cavabdeh ASC tərəfindən tam icra olunmuş (istisna: əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çünki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina edir), müvafiq ödəmələr tələbkar İddiaçı köçürülmüş, tələbkar əvvəlki işinə bərpa olunmuş, lakin o, işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən 2022-ci ilin aprel ayında Cavabdeh ASC-nin əvvəlki səhmdarı (mülkiyyətçisi) "xxxx" QSC özünə məxsus 95,6759 % səhmlərini yeni səhmdarlara satmış, Cavabdeh ASC-nin mülkiyyətçiləri dəyişmiş, mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilərin xx.xx.2022-ci il tarixli Qərarı və işəgötürənin müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdi r. Qeyd olunanlara əsasən İddiaçılə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. xx.xx.2022-ci il tarixli 113/A saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. İddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. Həmçinin iddiaçının irəli sürdüyü Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasına tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə tələb də əsassızdır və rədd edilməlidir. Rafail Hacıyevin işə bərpa olunması və sair barədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra vərəqə si Cavabdeh ASC tərəfindən tam icra olunmuş (istisna: əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çünki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina etmişdir), müvafiq ödəmələr Rafail Hacıyevə köçürülmüş, tələbkar əvvəlki işinə bərpa olunmuş, lakin o, işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən Bakın müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Rafail Hacıyev həmin qərardan şikayət verərək, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tar ixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Rafail Hacıyev özü heç bir üzrlü səbəb olmadan işə çıxmaqdan imtina etmiş, onu görə də icra sənədi icra olunmadan geri qaytarılmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasına Cavabdeh ASC tərəfindən heç bir maneçilik törədilməmiş, Rafail Hacıyevin işə çıxmasına hər hansı maneə yaradılmamışdır. Odur ki, həmin hissədə də iddia tələbləri əsassızdır. İcra sənədinin icrasına cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması hissəsində iş üzrə icraata, iddia icraatı qay dasında məhkəmədə baxılmalı deyilsə əsası ilə xitam verilməlidir. Qeyd olunan tələb icra işinin davamı ilə bağlı məsələ olduğuna görə, həmin məsələ ilə bağlı “8” indeksi altında icra sənədini vermiş məhkəməyə müraciət olunmalıdır. Yuxarıda qeyd etdikləri kimi Rafail Hacıyev qeyd edilən məsələ ilə bağlı şikayətlə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmiş, lakin onun bu şikayəti təmin edilməmişdir. X12 Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi hissədə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi, icra sənədinin icrasına cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması hissədə isə iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsin in 2(004)-262/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) İddiaçı Cavabdeh ASC-ə qarşı Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi və icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi üzrə mülki işin icraatına “icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” hissəsində hissəvi xitam verilmişdir.

10. Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 2(004)-262/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 138 “K” saylı əmrə əsasən, "xxxx"ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixli 1100 K nömrəli əmrlə 8 saylı filialın müdiri vəzifələrinin müvəqqəti icra edicisi, xx.xx.2017-ci il tarixli 61/1T saylı əmrlə “8 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmrlə Cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə müddətli əmək müqaviləsi olmaqla yenidən filial müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanı ünvan 9ına dəyişdirilmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanına köçürülməsi qərara alınmışdır. Hazırda iddiaçıya təklif olunan vəzifə “8 saylı filiala müdir”, yəni hazırkı “28 May” Filialına müdir vəzifəsidir. İddiaçı sözügedən filialı əslində 3 saylı filial hesab etdiyindən və yekun məhkəmə qərarı ilə 8 saylı filiala müdir vəzifəsinə bərpa olunduğundan, hazırkı “28 May” Filialına işə çıxmamışdır. Bununla əlaqədar müvafiq aktlar tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx. 2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə bankın səhmdarları səhmlərinin alqı-satqısı nəticəsində dəyişmiş, bu barədə Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixdə kommersiya qurumlarının dövlət reyestr məlumatlarında dəyişikliklər edilmiş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC95,6759 %, "xxxx" MMC-0,0991 % və X8-4,225 % dəyişilmiş, yeni təsisçilər və onların nizamnamə kapitalındakı payları "xxxx" MMC-0,0991 %, X15 – 0,9568 % və X8 98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASC-yə çıxarış verilmişdir. Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmri ilə X13 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

12. Məhkəmə, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar cavabdehin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC-0,0991 % və X8 - 4,225% dəyişilmiş, Açıq Səhmdar Cəmiyyətinin səhmdarları 0,0091 %-lə "xxxx" MMC, 0,9568 %-lə X15 və 98,9441 %-lə X6muşdur. Göründüyü kimi bankın səhmlərində mühüm paya malik olan səhmdar əvvəl "xxxx" QSC olmuş, hal-hazırda isə 98,9441%-lə X4. Eyni zamanda, səhmdarlar sırasından "xxxx" QSC çıxmış, X15 isə 0,9568%-lə yeni səhmdar qismində daxil olmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC-nin təsisçilərindən mühüm paya malik olan səhmdarının dəyişməsi, eləcə də yeni səhmdarın təsisçilər sırasına daxil olması ilə bankın mülkiyyətçiləri də dəyişmişdir. Mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilərin xx.xx.2022-ci il tarixli qərarı və işəgötürənin müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi İddiaçılə bağlanmış əmək müqaviləsinə mülkiyyətçinin dəyişməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam ver ilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixli 113/A saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 63-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 45.1, 45.2, 98.1, 98.4, 98.5, 98.6, 98.9, 99.1, 102.1-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11, 22.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddə lərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2588/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iddia təmin edilmiş, İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin arasında əmək münasibəti olub və həmin münasibətə xitam verilib. Belə ki, Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli, 113/A nömrəli əmri ilə əmr olunub ki, Cavabdeh ASC-nin “28 May” filialının (əvvə lki “8 saylı” filial) müdiri olan İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilsin. Göründüyü kimi, xitamın əsası “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi göstərilib. Mübahisə məhz bu halla bağlıdır. Cavabdeh hesab edir ki, mülkiyyətçi dəyişib, iddiaçı isə hesab edir ki, mülkiyyətçi dəyişməyib. Müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl cavabdehin təsisçilərinin tərkibində və nizamnamə kapitalındakı mayaların miqdarında dəyişiklik baş verib. Belə ki, xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən verilmiş çıxarışdan (cild 1, iş v. 159) görünür ki, təsisçilərin tərkibi və niz amnamə kapitalında mayaların miqdarı əvvəl aşağıdakı kimi olub: 1) X8 – 4,225 %; 2) "xxxx" MMC – 0,0991 %; 3) "xxxx" QSC – 95,6759 %.

19. Daha sonra təsisçilərin tərkibi və nizamnamə kapitalındakı mayaların miqdarı dəyişərək aşağıdakı kimi olub: 1) X8 – 98,9441 %; 2) "xxxx" MMC – 0,0991 %; 3) X15 – 0,9568 %. Bu dəyişiklikdən sonra əmək müqaviləsinə “müəssisənin mülkiyyətçisinin dəyişməsi” əsası ilə xitam verilib. Cavabdeh bildirir ki, göstərilən hal “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi qiymətləndirilməlidir. Dəyişikliyə səbəb səhmlərin alqısatqısı olub. Belə ki, xx.xx.2022-ci il tarixdə səhmlər alqı-satqı edilib, nəticədə səhmdarların tərkibi dəyişib, qiymətli kağız mülkiyyətçilərinin reyestrində bu barədə qeydiyyat aparılıb, o cümlədən təsisçilərin nizamnamə kapitalındakı mayalar ının miqdarında baş vermiş dəyişiklik xx.xx.2022-ci il tarixdə hüquqi şəxlərin dövlət reyestrində qeydə alınıb. İddiaçı bildirir ki, göstərilən hal “müəssisənin mülkiyyətçisinin dəyişməsi” kimi qiymətləndirilə bilməz. Bundan başqa, hazırda səhmlərin əsas mülkiyyətçisi kimi çıxış edən Marina Kulişova (mayası 98,9441 %) əvvəlki səhmdar "xxxx" QSC-nin (mayası 95,6759 %) qanuni təmsilçisi və birbaşa sahibidir. X20 əvvəlcə (dəyişiklikdən əvvəl) dolayı yolla cavabdehin əsas səhmdarı olmuş, sonradan (dəyişiklikdən sonra) həmin səhmləri hüquqi şəxsin ("xxxx" QSC-nin) adından öz adına rəsmiləşdirmişdir. Cavabdehin səhmdarlarından hazırda mühüm paya malik olan şəxs Marina Kulişovadır, onun sadəcə sahib olduğu səhmlərin sayı artmış, faktiki olaraq səhmdar dəyişməmiş, Anar Həsənov 0,9568 % maya ilə ye ni səhmdar olmuşdur.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndindəki norma tətbiq olunub. Həmin normaya görə, müəssisənin mülkiyyətçisinin dəyişməsi bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mübahisənin düzgün həlli üçün “müəssisənin mülkiyyətçisinin dəyişməsi” deyləndə hansı halın nəzərdə tutduğu aydınlaşdırılmalıdır. Müəssisənin mülkiyyətçisinin dəyişməsi mümkün deyil. Belə ki, “müəssisə” anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsində müəyyən olunub. Əmək qanunvericiliyində “müəssisə” deyildikdə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikas ının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür. Hüquqi şəxs, filial və nümayəndəliyin anlayışları isə Mülki Məcəllənin 43 və 53-cü maddələrində müəyyən edilib. Həmin anlayışlara görə, hüquqi şəxs, onun filial və nümayəndəliyi başqasının mülkiyyətində ola bilməz, çünki hüquqi şəxs özü mülkiyyətçidir. Bu səbəbdən müəssisənin mülkiyyətçisi dəyişə bilməz. Əmək Məcəlləsində “müəssisənin mülkiyyətçisinin dəyişməsi” deyiləndə “müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” nəzərdə tutulub, çünki mülkiyyətin obyekti müəssisə deyil, əmlakdır. Müqayisə üçün qeyd olunmalıdır ki, digər dövlətlərin Əmək Məcəlləsində məhz “müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” əmək müqaviləsinə xitam verilməsinin əsası kimi nəz ərdə tutulub. Azəraycan Respublikasının Əmək Məcəlləsində qüsurlu ifadə nəticəsində “müəssisənin mülkiyyətçisinin dəyişməsi” yazılıb. “Müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsi” deyiləndə isə müəssisənin əmlakına mülkiyyət hüququnun bir şəxsdən başqasına keçməsi başa düşülür. Məsələn, dövlət əmlakının özəlləşdirilməsi, yaxud, hüquqi şəxsin əmlakının dövlət mülkiyyətinə çevirilməsi və s. Göstərilən hallarda müəssisənin əmlakına mülkiyyət hüququ dövlətdən həmin əmlakın alıcısına - fiziki və ya hüquqi şəxsə və ya əksinə keçir. Bəzi işəgötürənlər yanlış olaraq hesab edirlər ki, kommersiya hüquqi şəxsinin təsisçilərinin tərkibinin dəyişməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslıdır. Lakin bu, belə deyil. Hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) qoyduğu maya hesabına əmələ gəlmiş əmlakın mülkiyyətçisi hüquqi şəxs sayılır, iştirakçıların (səhmdarların) tərkibinin dəyişməsi əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Çünki bu halda müəssisənin (hüquqi şəxsin) əmlakının mülkiyyətçisi dəyişmir, müəssisənin əmlakının mülkiyyətçisi kimi yenə də müəssisənin özü qalmaqda davam edir. Cavabdeh ASC-nin iştirakçılarının (səhmdarlarının) tərkibinin dəyişməsi baş verib: üç iştirakçıdan (səhmdardan) birini – "xxxx" QSC yeni iştirakçı (səhmdar) Anar Həsənov əvəz edib. Səhm – qiymətli kağızdır, səhmin sahibi hüquqi şəxsin əmlakının mülkiyyətçisi sayılmır. Odur ki, bu hal həmin hüquqi şəxsin (müəssisənin) əmlakının mülkiyyətçisinin dəyişməsi ilə nəticələnməyib. Müəssisənin əmlakının mülkiyyətçisi yenə də müəssisənin özü - Cavabdeh ASC qalmaqda davam edib. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndində müəyyən edilmiş əsas mövcud deyil.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, Mülki Məcəlləsinin 43 və 53-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar ola raq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC95,6759 %, "xxxx" MMC-0,0991 % və X8 -4,225% dəyişilmiş, Açıq Səhmdar Cəmiyyətinin səhmdarları 0,0091 %-lə "xxxx" MMC, 0,9568%-lə X15 və 98,9441%-lə X6muşdur. Göründüyü kimi bankın səhmlərində mühüm paya malik olan səhmdar əvvəl "xxxx" QSC olmuş, hal-hazırda isə 98,9441%-lə X4. Eyni zamanda, səhmdarlar sırasından "xxxx" QSC çıxmış, X15 isə 0,9568%-lə yeni səhmdar qismində daxil olmuşdur. Cavabdeh ASC-nin təsisçilərindən mühüm paya malik olan səhmdarının dəyişməsi, eləcə də yeni səhmdarın təsisçilər sırasına daxil olması ilə bankın mülkiyyətçiləri də dəyişmişdir. Mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilərin xx.xx.2022-ci il tarixli qərarı və işəgötürənin müvafi q əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi İddiaçılə bağlanmış əmək müqaviləsinə mülkiyyətçinin dəyişməsi əsası ilə xitam verilmişdir. Hazırkı iş üzrə iddianı təmin etmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC özü mülkiyyətçi hesab olunur. Bu baxımdan da Cavabdeh ASC-nin təsisçilərinin və ya onların təsis paylarının həcminin dəyişməsi, müəsissənin mülkiyyətçisinin dəyişməsi demək deyil.

24. Azərbaycan Respublikası Milli X1 Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, “...Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106.1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fizik i və (və ya) hüquqi şəxsdir. Səhmdar Cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarlar isə yuxarıda qeyd olunduğu kimi səhmlərin mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxslərdir. Eyni zamanda məcəllədə sadə (adi) və imtiyazlı səhm mülkiyyətçiləri və bundan irəli gələrək onların hüquqları da müəyyən edilmişdir. Səhmdar Cəmiyyətinin ümumi yığıncağı cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Ümumi yığıncağın seçdiyi cəmiyyətin direktorlar şurası (Müşahidə Şurası) isə cəmiyyətin icra orqanlarını (İdarə Heyəti, müdiriyyət, direktor) təyin etmək hüququna malik olur. Bütün bu və ya digər məsələlər Mülki Məcəllə, banklara münasibətdə eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən olunur. Göründüyü kimi, səhmdarların səhmlərinin həcminin dəyişməsi, yaxud yeni mülkiyyətçilərin (səhmdarların) qəbulu son nəticədə ümumi yığıncağın tərkibinə, səsverməyə, onların qərarlarına və bundan irəli gələrək idarəedici orqanların formalaşmasına təsir edə bilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyalarını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavi lələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər...” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilir ki, “...Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99-cu maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Məcəllənin 106.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Məcəllənin 106-2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. Əlavə olaraq bildiririk ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 və 16.2-ci maddələrinə müvafiq olaraq, mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir və “mərkəzi depozitar” sözlərindən öz adında yalnız Milli Depozit Mərkəzi istifadə edə bilər”. Yuxarıda qeyd olunan açıqlamalardan da göründüyü kimi, açıq səhmdar cəmiyyətinin mülkiyyətçisi dedikdə cəmiyyətin səhmlərinin mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsləri başa düşülür. Eyni zamanda həm Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həm Azərbaycan Respublikasının Əmək Məcə lləsi, həm də “Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, səhmdarlar səhmdar cəmiyyətin mülkiyyətçiləri hesab edilirlər. Qeyd olunan qanunlara görə, cəmiyyətin səhminə və ya müvəqqəti səhm şəhadətnaməsinə malik olan hər bir fiziki və ya hüquqi şəxs onun səhmdarı hesab edilir. Göstərilənlər əsasən hesab edilməlidir ki, səhmdar Cəmiyyətdə səhmdarın(ların) dəyişməsi - mülkiyyətçilərin dəyişməsi deməkdir. İşə baxmış hakim qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü və Mülki Məcəllənin 43-cü, 53-cü maddələrinə istinad edərək, bu normalara öz mülahizəsinə uyğun qaydada şərh vermişdir”. Hesab edilir ki, hakimin qüvvədə olan normanın mənasını iş üzrə özünün gəldiyi nəticəyə uyğunlaşdırması düzgün deyil və qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndinə görə, müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə, Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qeyd olunan hər iki normada haki min bildirdiyi kimi, hüquqi şəxsin özünün mülkiyyətçi olması, bu səbəbdən müəssisənin mülkiyyətçisinin dəyişilə bilməməsi, habelə müəssisənin mülkiyyətçisinin dəyişilməsi, əslində müəssisənin əmlakının mülkiyyətçisinin dəyişməsidir” hər hansı ifadə yoxdur və bu normalar belə bir mənaya gəlməyə əsas vermir. Eyni zamanda həmin Məcəllənin 3-cü maddəsinin İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qanunvericiliyin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (k ontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Cavabdeh ASC-nin Nizamnaməsinə əsasən İdarə Heyətinin sədri işəgötürən qismində çıxış etdiyi üçün, habelə həmin Nizamnamə də səhmdarlar tərəfindən ümumi yığıncaqda qəbul edildiyi üçün, həmçinin İdarə Heyətinin sədri səhmdarlar tərəfindən ümumi yığıncağın qərarı ilə seçildiyi üçün səhmdar müəssisənin mülkiyyətçisi hesab olunur. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi aş ağıdakılardan ibarətdir: Əmək Məcəlləsi; Azərbaycan Respublikasının müvafiq qanunları; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdir. Göründüyü kimi, tərəflər arasında mövcud əmək mübahisəsinin həllində hakimin istifadə etdiyi xarici dövlətlərin (qətnamədə hansı ölkənin qanunvericiliyi olması barədə qeyd yoxdur) qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində tətbiq edilən qanunvericilik sisteminə daxil edilməmişdir. Əmək Məcəlləsinin 3-cü və 68-ci maddəsi qüvvədədir, həmin normalarda hər bir söz aydın ifadə olunmuşdur, həmin normalara izah verilməsi tələb olunmur. İşə baxmış hakimin, Konstitusiya Məh kəməsinin səlahiyyətlərini mənimsəyərək, qüvvədə olan normalara şərh verməsi, bunu edərkən də normaların mənasını öz mövqeyinə uyğunlaşdırması qanunsuzdur, qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, hakimin Əmək və Mülki Məcəllənin qüvvədə olan, Konstitusiya Məhkəməsi tərəfindən şərh olunmayan normalarını qüsurlu hesab etməsi də anlaşılan deyil. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC95,6759 %, "xxxx" MMC-0,0991 % və X8-4,225% dəyişilmiş, Açıq Səhmdar Cəmiyyətinin səhmdarları 0,0091%-lə "xxxx" MMC, 0,9568%-lə X15 və 98,9441%-lə X6muşdur. Göründüyü kimi bankın səhmlərində mühüm paya malik olan səhmdar əvvəl "xxxx" QSC olmuş, hal- hazırda isə 98,9441%-lə X4. Eyni zamanda, səhmdarlar sırasından "xxxx" QSC çıxmış, X15 isə 0,9568%-lə yeni səhmdar qismində daxil olmuşdur. Başqa sözlə açıq səhmdar cəmiyyətinin mülkiyyətçiləri dəyişmişdir. Bu baxımdan hesab edilir ki, İddiaçılə əmək müqaviləsinə xitam verilməsində cavabdeh Bank tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçılə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

25. Məhkəmə digər dövlətlərin əmək məcəlləsinə istinad etdiyini göstərsə də, hansı dövlətin, hansı qanunvercilik aktının olması barəsində dəqiq qeyd etməmişdir, etsəydi belə bu, əsassız idi.

26. Eyni zamanda məhkəmə prosesi zamanı hakim şifahi qaydada X11 müəllifi olduğu Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-praktiki komentariyas ına istinad etmiş, praktiki vəsaiti qanunvericiliyin tələbi kimi əks etdirmişdir. Halbuki, Mülki Prosessual qanunvericliyinin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. İşə baxan məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən istinad etməli olmadığı xarici ölkə qanunvericiliyini adını misal kimi gətirməklə səhv hüquqi nəticəyə gəlmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair sübutlar tam, hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir.

28. Məhkəmə iclas zamanı tər əflərin çəkişmə prinsipini pozmuşdur. Belə ki, iddiaçı iddia tələbinə aid olmayan çıxış edərkən dəfələrlə etiraz edilməsinə baxmayaraq buna şərait yaratmış, iddiaçının çıxışı bitdikdən dərhal sonra müşavirəyə gedəcəyini bildirmişdir. Cavabdeh olaraq bir daha etiraz edərək müşavirəyə onları dinləmədən getməsinin qanunsuz olduğunu bildirilmişdir. Lakin hakim cavabdehin vəkili işi Avropa məhkməsinədək aparmaq hədəsi nəticəsində (video çıxışa nəzər salınsa özü də etiraf edir) cavabdehi dinləmədən, lazımı qaydada araşdırma aparmaq ehtiyacını hiss etməmişdir.

29. İşə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Əmək Məcəll əsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.1-ci maddəsində müəssisənin mülkiyyətçisi ifadəsinə istinad etməli olduğu halda özü qanunvericiliyi şərh etməyə çalışmışdır, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

30. Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı (Vəkil1) yazılı etiraz verərək etirazını iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə əsaslandırmış, kassasiya şikayətinin əsassız olduğunu qeyd etməklə, şikayətin təmin olunmamasını, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edi lən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

31. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

32. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

33. Maddə 3 (1-ci hissə). Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.

34. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

35. Maddə 63 (2-ci hissə). Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur b ölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

36. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Maddə 68 (2-ci hissə), "xxxx" bəndi. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) hal əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

38. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulma yıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

39. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

40. Maddə 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

41. Maddə 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

42. Maddə 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olm alıdır.

43. Maddə 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

44. Maddə 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin m əhkəmədə təsdiq olunmasıdır.

46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video ya zıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar ə sasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

60. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.

61. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəməsi tərəf indən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 138 “K” saylı əmrə əsasən, iddiaçı "xxxx" ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixli 1100 K nömrəli əmrlə 8 saylı filialın müdiri vəzifələrinin müvəqqəti icra edicisi, xx.xx.2017-ci il tarixli 61/1T saylı əmrlə “8 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmrlə Cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə müddətli əmək müqaviləsi olmaqla yenidən filial müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi, işə bərpa və əmək müqaviləsini n müddətsiz hesab edilməsi və s. tələbinə dair İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4149/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş, İddiaçılə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarix dən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməsi iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən-əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilmə si qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanı ünvan 9ına dəyişdirilmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanına köçürülməsi qərara alınmışdır. Hazırda iddiaçıya təklif olunan vəzifə “8 saylı filiala müdir”, yəni hazırkı “28 May” Filialına müdir vəzifəsidir. İddiaçı sözügedən filialı əslində 3 saylı filial hesab etdiyindən və yekun məhkəmə qərarı ilə 8 saylı filiala müdir vəzifəsinə bərpa olund uğundan, hazırkı “28 May” Filialına işə çıxmamışdır. Bununla əlaqədar müvafiq aktlar tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır.

62. Həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə bankın səhmdarları səhmlərinin alqı-satqısı nəticəsində dəyişmiş, bu barədə Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixdə kommersiya qurumlarının dövlət reyestr məlumatlarında dəyişikliklər edilm iş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC-0,0991 % və X8-4,225 % dəyişilmiş, yeni təsisçilər və onların nizamnamə kapitalındakı payları "xxxx" MMC-0,0991 %, X15 – 0,9568 % və X8 98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASCyə çıxarış verilmişdir. Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli, 113/A nömrəli əmri ilə həmi n bankın “28 May” filialının (əvvəlki “8 saylı” filial) müdiri olan iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) qoyduğu maya hesabına əmələ gəlmiş əmlakın mülkiyyətçisi hüquqi şəxs sayılır, iştirakçıların (səhmdarların) tərkibinin dəyişməsi əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Çünki bu halda müəssisənin (hüquqi şəxsin) əmlakının mülkiyyətçisi dəyişmir, müəssisənin əmlakının mülkiyyətçisi kimi yenə də müəssisənin özü qalmaqda davam edi r. Cavabdeh ASC-nin iştirakçılarının (səhmdarlarının) tərkibinin dəyişməsi baş verib: üç iştirakçıdan (səhmdardan) birini – "xxxx" QSC yeni iştirakçı (səhmdar) Anar Həsənov əvəz edib. Səhm - qiymətli kağızdır, səhmin sahibi hüquqi şəxsin əmlakının mülkiyyətçisi sayılmır.

64. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:

65. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinin məzmunundan görünür ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə, yeni mülkiyyətçi siyahısı qanunda konkret göstərilmiş vəzifələrdə çalışan işçilərin əmək müqaviləsinə əlavə heç bir əsaslandırma aparmadan yalnız bu maddəyə istinad etməklə xitam verə bilər.

66. Qeyd olunmalıdır ki, əmək müqaviləsinə yalnız müəssisəsinin yeni mü lkiyyətçisinin iradəsinə əsasən xitam verilməsi və buna dair heç bir əsaslandırma aparmağa borclu olmaması qanunda nəzərdə tutulmuş müstəsna hüquqdur. Qeyd edilən müstəsnalığın tanınmasının isə legitim səbəbləri vardır. Belə ki, qanunla mülkiyyətçinin bu hüquqdan istifadə etmək imkanı verilmiş vəzifələr bilavasitə müəssisənin işinin və maliyyə resurslarının idarə edilməsi ilə bağlıdır. Göstərilən vəzifələrin müəssisənin işinin təşkili, fəaliyyətinin effektivliyi, davamlılığı, mənfəətlilik səviyyəsi, işgüzar nüfuzu və s. hallar baxımından müəssisənin fəaliyyəti üçün əhəmiyyəti nəzərə alındıqda müəssisənin mülkiyyətçisinin belə müstəsna səlahiyyətə malik olması hüquqi baxımdan qəbul ediləndir. Həmçinin, mülkiyyətçinin həmin müəssisəyə sahib olmaqla çatmaq istədiyi məqsədlər (ictimai, iqtisad i, sosial və s.) baxımından müəssisənin fəaliyyəti üçün strateji hesab edilən, qeyd olunan vəzifələrə özünün etimad göstərdiyi, səriştəsinə, peşəkar bacarıqlarına inandığı şəxsləri təyin etməsi haqlı və məntiqli yanaşmadır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi dedikdə, dövlət yaxud bələdiyyə əmlakı özəlləşdirilərək fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə verildikdə, dövlət müəssisələri bələdiyyə mülkiyyətinə verildikdə müəssisənin əmlakına olan mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə, yaxud şəxslərə keçməsi (verilməsi) başa düşülür.

68. Eyni zamanda, müəssisənin mülkiyyətçinin dəyişməsi dedikdə, əsasən təsisçi, payçı, səhmdar dəyişikliyi başa düşülür. Təşkilatın üç təsisçisi olduğu halda və təsisçilərdən biri yeniləndikdə artıq yeni mülkiyyətç i ortaya çıxır. Hər şey təsisçilərin iclas protokolunda qəbul olunan qərardan asılı olur. Başqa təsisçilərin olması yeni təsisçinin təkbaşına qərar qəbul etməsinə maneəçilik törədir, amma qərar qəbul olunsa, təşkilatda yeni mülkiyyətçi olduğuna görə Əmək Məcəlləsinin 63-cü maddəsi tətbiq oluna bilər.

69. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinə əsasən müəssisə dedikdə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi nəzərdə tutulur (Əmək Məcəlləsi maddə 3.1). 70. “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun (xx.xx.2002-ci il tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) 1-ci madd əsinə əsasən, müəssisə dedikdə mülkiyyət formasından asılı olmayaraq, bu Qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisələr dövlət, bələdiyyə, özəl və qarışıq müəssisə formasında ola bilər.

71. Təsisçisi (mülkiyyətçisi) dövlət olan müəssisə dövlət müəssisəsi, bələdiyyə olan müəssisə bələdiyyə müəssisəsi, fiziki və ya hüquqi şəxslər olan müəssisə özəl müəssisə hesab edilir. Mülkiyyətçiləri qismində bu subyektlərin (ən azı ikisinin) eyni zamanda çıxış etdiyi müəssisə isə qarışıq tipli müəssisədir. Müəssisənin mülkiyyətçisi (və ya mülkiyyətçiləri) qismində dövlət, bələdiyyələr, fiziki və ya hüquqi şəxslər çıxış edə bilərlər. Müəssisən in bir neçə mülkiyyətçisi ola bilər və bir müəssisənin mülkiyyətçiləri eyni zamanda həm dövlət, həm bələdiyyə, həm də fiziki və ya hüquqi şəxslər ola bilər. Bu halda, onlardan hər biri öz paylarına uyğun olaraq müəssisənin əmlakı üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirirlər.

72. Müəssisənin mülkiyyətçisi anlayışı ilə müəssisənin əmlakının mülkiyyətçisi anlayışı fərqləndirilməlidir. Müəssisənin mülkiyyətçisi dedikdə onun təsisçiləri (sonradan dəyişdiyi halda onların yerinə keçən şəxslər), müəssisənin əmlakının mülkiyyətçisi dedikdə isə müəssisənin özü başa düşülür. Dövlət və bələdiyyə müəssisələri baxımından müəssisənin mülkiyyətçisi anlayışı, həm də onun əmlakının mülkiyyətçisi anlayışını ehtiva etsə də, özəl və qarışıq tipli müəssisələr baxımından vəziyyət fərqli ola bilər. Məs ələn: Bir hüquqi şəxsin təsisçiləri (iştirakçıları) həmin müəssisənin mülkiyyətçiləri olduğu halda, müəssisənin əmlakının mülkiyyətçiləri hesab edilmirlər. Müəssisənin əmlakının (nizamnamə kapitalı, ofis, istehsal sahələri və digər əmlak, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər) mülkiyyətçisi həmin hüquqi şəxsin özüdür.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinin mənası baxımından “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ifadəsi maddənin yazılışından da göründüyü kimi müəssisənin mülkiyyət formasının (dövlət, bələdiyyə və ya özəl) deyil, mülkiyyətçisinin dəyişməsi halını ifadə edir.

74. O da qeyd olun malıdır ki, müəssisənin mülkiyyət formasının dəyişməsi hər bir halda onun mülkiyyətçisinin də dəyişməsi anlamına gəlməklə, müəssisənin mülkiyyətçisinin dəyişməsi əsaslarından biri kimi çıxış edir. Belə ki, müəssisənin mülkiyyət forması dəyişmədən də mülkiyyətçinin dəyişməsi halı baş verə bilər. Məsələn: hüquqi şəxslər baxımından tək təsisçisinin dəyişməsi həmin müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlir və bu halda yeni təsisçinin avtomatik bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranmış olur.

75. Yuxarıda istinad olunan “Müəssisələr haqqında” qüvvədən düşmüş Qanunun 6-cı maddəsinə və onun şərhinə dair Konstitusiya Məhkəməsinin 09 mart 2000-ci il tarixli qərarındakı hüquqi mövqelərə əsasən, əgər müəssisənin səhmlərinin nəzarət paketi (azı 51 faizi) dövlət orqanlarına mə xsus olduqda, o dövlət mülkiyyətinə əsaslanan dövlət müəssisəsidir və həmin müəssisənin daxilində başqa mülkiyyət növünün olması istisna edilmir. Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin nizamnamə fondunda dövlətin payına uyğun olan əmlak dövlət mülkiyyəti hesab edilməlidir. Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisənin digər payçıları öz paylarına uyğun olaraq əmlak üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirmək hüququna malikdirlər.

76. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən Qanun qüvvədən düşsə də, onun şərhinə dair Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqelərdən rəsmi mənbə kimi istifadə edilə bilər.

77. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.5-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməs inin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.

78. Göründüyü kimi, qanunda Konstitusiya Məhkəməsinin qərarlarının qüvvədən düşməsinin yeganə əsası kimi onun qəbul edilməsi üçün əsas təşkil etmiş Konstitusiya normasının dəyişdirilməsi göstərilmişdir. Buradan belə qənaətə gəlmək olar ki, Konstitusiya Məhkəməsi tərəfindən qanunların şərhinə dair qəbul edilmiş qərar həmin qanun qüvvədən düşmüş hesab edilsə belə, qüvvəsində qalır və işə baxan məhkəmələr öz qərarlarında oradakı hüquqi mövqelərə istinad edə bilərlər.

79. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 09 mart 2000-ci il tarixl i qərarındakı hüquqi mövqelər baxımından analoji qaydada belə nəticəyə gəlmək olar ki, müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır.

80. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmaqla, işçi hüquqlarının müdafiəsi, daimi əməyə olan etimadın qorunması baxımından ədalətli olmazdı (məsələn: minlərlə səhmdarı olan səhmdar cəmiyyətində bir səhmdarın dəyişməsinin müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlməsi həm praktiki, həm də hüqu qi baxımından doğru olmazdı). Lakin qeyd olunan bölgü halında (20, 30, 40 faiz) mülkiyyət paylarının 51 faizindən çoxuna sahib olan bir neçə mülkiyyətçi və ya bütün mülkiyyətçilər dəyişdikdə, bu hal Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndi baxımından müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlməklə, həmin şəxslərə yeni mülkiyyətçilər kimi birlikdə qərar qəbul etməklə bu hüquqdan istifadə etmək, yəni Əmək Məcəlləsinin 63-cü maddəsini tətbiq etmək imkanı verir.

81. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC-nin təsisçilərindən mühüm paya malik olan səhmdar X5 payının 51 faizdən artıq hissədə dəyişməsi, həmçinin yeni səhmdar X7 təsisçilər sırasına daxil olması bankın mülkiyyətçilərinin də dəyişməsini ehtiva edir. Mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilə rin xx.xx.2022-ci il tarixli qərarı və işəgötürənin müvafiq əmrinə əsasən iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi İddiaçılə bağlanmış əmək müqaviləsinə mülkiyyətçinin dəyişməsi əsası ilə xitam verilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli 113/A saylı əmr əsaslı olmaqla, həmin əmrin ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.

82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Aç ıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2588/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra sənədinin icrasına maneə yaradan qanunsuz əmrin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar