Məhkəmə qərarları › İş №2(102)-325/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-325/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-325/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-22/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddia ərizəsinə görə cavabdeh iddiaçının evinin aşağı hissəsindən ağır texnika və əl vasitəsi ilə torpağı qazmış və onun nəticəsində iddiaçının həyəti və həyətində olan qoz ağacı sürüşmüş və həmin qoz ağacını doğrayaraq aparmışdır. İddiaçı Ekologiya və Təbi Sərvətlər Nazirliyinə müraciət etmiş müraciət araşdırılaraq Cavabdeh tərəfindən evinin yaxılığından 15 metr uzunluqda, 2 metr enində və 2 metr dərinliyində olan torpaq sahəsinin qazıldığı və qazılmış torpağın daşınaraq həyətinə hamarladığı aşkar olunmuşdur. Mövcud vəziyyətlə əlaqədar akt və protokol tərtib edilərək qanunsuz torpaq qazılmasına görə İXM-nin müvafiq maddəsinə əsasən Cavabdeh inzibati xəta törətdiyindən inzibati qaydada cərimə olunmuşdur. Ekologiya əməkdaşları tərəfindən müəy yən edilmişdir ki, Cavabdeh qazıntı işləri zamanı 4,5 kub metr həcmdə torpağın üst münbit qatının korlamasına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmışdır. Nəticədə iddiaçının evinin aşağı hissəsinin qazılması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında istinad divarının çəkilməsi, və bununla bağlı 7500 manat məbləğində zərər vurulduğu iddia olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin hesabına istinad divarının çəkilməsi, qoz ağacının bəhrəsinə görə 6.000 m anat pulun, qoz ağacının taxta və oduncağına görə 1.500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildə Lerik rayon Akinaheran kəndində doğulmuş, hazırda da orda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onunla qonşudur. Hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsi Lerik rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 44 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bir neçə il bundan əvvəl anası cavabdeh Ağəddin Yəhyayevə cığır yolu vermiş və həmin yol indidə mövcuddur. Cavabdehin evinə maşın yolu onun evinin qabaq hissəsindən keçir. Bir neçə il əvvəl hazırki cavabdeh onun mülkiyyətində olan və 120 il əvvəl əkilmiş qoz ağacının kəsilməsi, yolun açılması və ziyan tələbi barədə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)954/2016 saylı, xx xxxxxx 2012-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2260/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnamə və qərarı ilə hazırki iş üzrə Cavabdeh tələbi rədd olunmuşdur. Cavabdeh həmin vaxtdan hazıra kimi nə ona nə də ailə üzvlərinə həmin torpaq sahəsində yerləşən evində yaşamağa imkan vermir. Onları hədləyir ki, həmin evdən çıxsınlar. Bundan əlavə cavabdeh evinin aşağı hissəsindən ağır texnika və əl vasitəsi ilə torpağı qazmış və onun nəticəsində həyəti və həyətində olan qoz ağacı sürüşmüş və həmin qoz ağacını doğrayaraq öz həyətinə aparmışdır. O, hər il həmin qoz ağacından 10.000 ədəd qoz yığı b satmaqla ailəsini dolandırmışdır. Bu isə o deməkdir ki, cavabdeh həmin qoz ağacını kəsməklə ona hər il üçün 600 manat ziyan vurur. Bundan əlavə həmin qoz ağacını kəsməklə qoz ağaçının taxtasından və oduncağından da onu məhrum etmiş və bununlada ona 1.500 manat ziyan vurmuşdur. Bu barədə ona dəflərlə desədə onu eşitməmiş və hazıra kimi də həmin torpaq sahəsini qazır. Bununla əlaqədar Ekologiya və Təbi Sərvətlər Nazirliyinə müraciət etmiş, Ekologiya və Veri bələdiyyəsi tərəfindən müraciəti yerində araşdırılaraq Cavabdeh tərəfindən evinin yaxılığından 15 metr uzunluqda, 2 metr enində və 2 metr dərinliyində olan torpaq sahəsinin qazıldığı və qazılmış torpağın daşınaraq həyətinə hamarladığı aşkar olunmuşdur. Mövcud vəziyyətlə əlaqədar akt və protokol tərtib edilərək qanunsuz torpaq qazılmasın a görə İXM-nin müvafiq maddəsinə əsasən Cavabdeh inzibati xəta törətdiyindən inzibati qaydada cərimə olunmuşdur. Ekologiya əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh qazıntı işləri zamanı 4,5 kub metr həcmdə torpağın üst münbit qatının korlamasına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmışdır. Eyni zamanda bu barədə Rayon İcra Hakimiyyətinə də müraciət etmiş, ona görə də onun həyətinə baxış keçirilməsi üçün İcra Hakimiyyətindən nümayəndə gəlmiş və orada akt tərtib olunaraq qazılmış ərazidə qazıntının dayandırılması və istinad divarının hörülməsi bildirilmiş və cavabdeh də orada razılıq etsə də sonradan buna əməl etməmişdir. Evinin yaxın zamanda uçmasına görə məcbur olub məhkəmədə iddia qaldırmışdır. Lerik rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Kiçibəyov, iş № 2(048)-1214/2017) İddiaçı Cavabdeh qarşı “ziyan tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, Cavabdeh iddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pulun, qoz ağacının taxta və oduncağna görə 309,41 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı qoz ağacından istifadə edə bilmədiyi üçün cavabdehdən həmin ağacın bəhrəsindən 1 il ərzində ist ifadə edilməməsi nəticəsində iddiaçı ya dəymiş (30 kq X 5 AZN + 1 X 309.41 = 309.41 AZN =459.41) 459.41 manat məbləğində zərər tutularaq iddiaçıya verilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X2 apellyasiya şikayəti verərək Lerik rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-1680/2019 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, torpaq sahəsinin sürüşməsinə o cavabdeh deyildir sürüşmə təbi hadisədir. Torpaq sahəsini o, qazmamışdır yağış və qar suları zamanı sürüşərək onun həyətinə tökülmüşdür. Sürüşmə zamanı qoz ağacı yıxılaraq onun həyətinə düşmüşdür. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)-22/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-1214/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “ziyan tələbinə dair” iddiası təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən arayışlarda zərərin miqdarı ilə bağlı göstərilənlər öz təsdiqini tapır, digər tərəfdən iddia tələbinin zərər hissəsinin təmini üçün başqa bir sual yaranır. İddiaçı sübut təqdim etməlidir ki, onun göstərilən həddə qazancdan məhrum olması, bir başa və ya dolayı yolla Cavabdeh təqsiri üzündən yaranmışdır. Belə ki, mülki iş materiallarında iddia ərizəsində göstərilənlərlə bağlı bir başa cavabdehin təqsirini və ya təqsirli hərəkətini sübut edən heç bir mötəbər sübut mövcud deyildir. Cavabdeh Ağəddin Yəhyayevin torpağın münbit qatını qazması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə sübut mövcud olsa da, iddiaçıya zərərin cavabdehin məhz həmin hərəkətləri nəticəsində zərər dəyməsi tərtib edilmiş inzibati xətaya dair protokol və qərarla sübuta yetirilmir. Həmçinin işdə iddiaçıya məxsus qoz ağacının həmin qazma işləri ilə əlaqədar yıxılmasını və qoz ağacının taxta və oduncaq materialının cavabdeh tərəfindən götürülməsi barədə də hər hansı sübut yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-22/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ona qarşı törətdiyi qanunsuz torpaq qazıntısına görə inzibati qaydada təqsirli bilinib cərimə edilməsinə hüquqi qiymət verilmədən cavabdehin mübahisəli torpaq sahəsində yox, başqa yerdə qazıntı aparmasını əsas götürərək ekspertiza təyin etmişdir. Məhkəmə ekspertiza rəyinin alınması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirməmişdir. Cavabdeh qoz ağacının onun həyətinə düşməsini, bununla da faktiki olaraq onun sahibliyində olduğunu etiraf etmiş, həmin qoz ağacının ona qaytarılmasını göstərməməsini məhkəmə nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-22/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmi şdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, o nlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun p ozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh mübahisələndirmiş və onun şikayəti əsasında apellyasiya icraatı başlanmış və yekun olaraq qətnamə ləğv olunaraq iddianın tam təmin olunmamasına dair qətnamə qəbul olunmuşdur. Hazırda iddiaçı tərəf kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən hazırkı kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk olaraq qeyd edilməlidir ki, birinci instansi ya məhkəməsi iddia tələbini qismən təmin edərkən aşağıdakı sübutlara istinad etmişdir. Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2014-cü il tarixli 03042 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Lerik rayonunun Akunahiran kənd sakini Cavabdeh tərəfindən yaşadığı evin sağ tərəfində, evdən təqribən 8 metr məsafədə, kənd əhalisinin və mal-qaranın gəliş-gediş yoluna aid olan hissədən 15 metr uzunluğunda, 2 metr enində və 2 metr hündürlüyündə olan torpağı qazaraq həyətinə hamarladığına görə həmin protokol tərtib edilmişdir. Qazılmış ərazi yamac olduğuna görə İddiaçı şikayət verərək bunun onun evinə təhlükə yaradacağını hesab edir. Araşdırmada iştirak edən Veri bələdiyyəsinin sədri Mahir Əliyev qazılmış y erin bələdiyyəyə məxsus olması barədə izahat versə də, yazılı sənəd təqdim etmədi. Tərəflər arasında olan məhkəmə çəkişməsinə əsasən qazılmış ərazinin bələdiyyəyə məxus olması məlum olur. Azərbaycan Respublikası Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli 00163 saylı qərarın surətindən görünür ki, Lerik rayonunun Akunahiran kənd sakini Cavabdeh xx xxxx 2014-cü il tarixdə yaşadığı evin sağ tərəfində, evdən təqribən 8 metr məsafədə, kənd əhalisinin və mal-qaranın gəliş-gediş yoluna aid olan hissədən 15 metr uzunluğunda, 2 metr enində və 2 metr hündürlüyündə olan torpağı qazaraq həyətinə hamarladığına görə “Yerin Təki haqqında” Qanunun 10, 13, 16 və “X6 haqqında” Qanunun 35-ci maddələrinin tələblərini pozduğu üçün xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Ombudsman E.Süleymanova tərəfindən xx xxxx 2015-ci il tarixli 1/8583-15 saylı məktubla İddiaçı ünvanlanmış Azərvaycan Respublikası Ekologiya və Təbii sərvətlən Nazirliyi Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev, Hidrogeoloji, mühəndis-geoloji və ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov və Partiyanın baş hidrogeoloqu Temuraz Ələkbərov tərəfindən tərtib edilmiş xx xxx 2015-ci il tarixli 66 saylı “Lerik rayonunun Aknaheyran kəndi ərazisinin mühəndisgeoloji şəraiti haqqında” Ar ayışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə daxil olmuş 105 saylı, xx.xx.2015-ci il tarixili məktuba cavab olaraq bildirilir ki, xx.xx.2015-ci il tarixində Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri X3 və X4 tərəfindən Aknaheyran kəndinin ərazisində mühəndisi-geoloji araşdırmalar aparılmış və aşağıdakılar müəyyən edilmişdir: Baxış keçirilmiş kənd tektonik cəhətdən Astara sinklinoriumun hüdudlarında yerləşir və ərazilərin geoloji quruluşunda Paleogen kompleksinin Alt Oliqosen yarımşöbəsinin Rüpell mərtəbəsinin və X13 mərtəbəsinin süxurları iştirak edir. Bu köklü süxurlar Holosen yaşlı elüvial-delüvial (edQıvYhz) mənşəli çöküntülərlə örtülmüşdür. Alt Oliqosenin (P32) Rüpell mərtəbəsi yer səthindən ikinc i yatan lay kimi yarğanlarda və dərələrdə açılmışdır. Litoloji tərkibi andezıt tuflarından, tuf brekçiyalardan, tuflu qumdaşlarından və gillərdən təşkil olunmuşdur. Örtük çöküntülərin litoloji tərkibce az miqdarda (10-15 %) qum-çınqıl qarışıqlı sarımtıl-boz və qonurumtul-boz rəngli gillicə və qumlucalardan ibarət olub, qalınlığı 3,0-3,5 m arasında dəyişir. Veri inzibati ərazi vahidliyinə daxil olan Aknaheyran kəndi rayon mərkəzindən təxminən 49 km cənub-şərqdə, Veriçayın adsız qolunun sağ sahilində, dağlıq ərazidə, relyefinin mütləq yüksəkliyi 1.300-1.400 m olan yamacda yerləşir. Baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2014-2015-ci ilin payız və qış aylarında düşən intensiv yağışların təsirindən, eyni zamanda kənd ərazisində apar ılan yol tikinti işlərinin nəticəsində, yüksək mailliyə (35-55°) mailik yamacın üst hissəini təşkil edən, əsasən elüvial-delüvial mənşəli süxurların dayanıqlığının pozulması ilə sürüşmə prosesi baş vermişdir. Bu qeyd edilən sürüşmə sahəsi fərdi yaşayış evindən hipsometrik yuxanda və kənd arası yol istiqamətindədir. Sürüşmə sahəsinin uzunluğu 30-35 m, eni 20-25 %, qırılma qaşının hündürlüyü 0,5-1,2 m arasında dəyişir. Bundan başqa fərdi yaşayış evinin arxa hissəsində, kəsilmiş dik yamacda uzunluğu 5-7 m, eni 8-10 m, qırılma qaşının hündürlüyü 2,5-3,0 m olan lokal sürüşmə-uçqun sahəsi qeydə alınmışdır. Həmçinin bu fərdi yaşayış evinin hipsometrik olaraq aşağı hissəsində də halhazırda yamacın kəsilməsi müşahidə olunur. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov tərəfindən X 1 ünvanlanmış 06 iyun 207-ci il tarixli, 2/557 saylı məktubdan görünür ki, elektron müraciətinizdə qonşunuza məxsus qoz ağacının fərdi yaşayış eviniz üçün təhlükə törətdiyini, həmin ağacın budaqlarının kəsilməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəyinin icra edilmədiyini göstərir, köməklik göstərilməsini xahiş edirsiniz. Bildiririk ki, müraciətiniz özünüzün və qarşı tərəfin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, siz 15 metr uzunluğunda, 2 metr enində, 2 metr dərinliyində torpaq sahəsini qanunsuz olaraq qazmış, bu da yaxınlıqda yerləşən, İddiaçı məxsus qoz ağacının yıxılaraq evinizə doğru sürüşməsinə şərait yaratmışdır. Qış aylarında sürüşərək evinizin üstünə aşmış həmin ağac rayon icra hakimiyyəti başçısının tapş ırığı ilə ərazi icra nümayəndəsi, bələdiyyə sədri və polis şöbəsinin sahə rəisinin iştirakı ilə aprel ayında doğranmışdır. Araşdırma zamanı siz həmin ağacın qalıqlarının həyətinizdən təmizlənməsini xahiş etmişsiniz. Bununla bağlı həm sizinlə, həm də İddiaçılə söhbət aparılmış və ağacın oduncaqlarının təmizlənməsi və gələcəkdə torpaq sürüşməsinin qarşısının alınması məqsədilə istinad divarının tikilməsi tövsiyə edilmiş, hər ikiniz birgə şəkildə istinad divarının tikilməsinə razılaşmışsınız. Əlavə olaraq bildiririk ki, sizin şikayətiniz və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin xx xxxx 2013-cü il tarixli rəyinə əsasən İddiaçı məxsus qoz ağacının eviniz üçün təhlükə törədən budaqları bələdiyyə sədri və ərazi icra nümayəndəsinin iştirakı ilə 2014-cü ildə kəşilərək zərərs izləşdirilmişdir. Hazırda sizin evinizə təhlükə törədən heç bir ağac yoxdur. Lerik rayon Polis Şöbəsinin təhqiqatçısı Mahir Şahbazbəylinin xx xxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı şikayətinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan, Lerik rayon İstehsal-İstehlak Kooperativinin idarə heyətinin sədri Zahid Hacıyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli 60 saylı arayışdan görünür ki, 120 il əvvəl əkilmiş qoz ağacı hər il üçün 100-120 manat məhsul verir. 1 kq qozun orta bazar qiyməti 5 manat təşkil edir. X10 idarəsinin rəisi Mahmud Zaidovun xx xxxxxx 2017-ci il tarixli, 131 saylı məktubundan görünür ki, Lerik rayonu ərazisində şəxsi təsərüfatlarda becərilən bir ədəd yüz illik qoz ağacından bir il ərzində təxminən 25-30 kiloqram qoz əldə etmək olar. X11 və Bərpası müəssəsinin direktoru Eyvaz Babayevin xx xxxxxx 2017-ci il tarixli, 262 saylı məktubundan görünür ki, 1 ədəd 48 sm diametirində işlik qoz cinsindən ağacın qanunsuz kəsilməsi ilə vətəndaş İddiaçı Hüseyin oğluna vurulmuş maddi ziyanın məbləği X11 və Bərpası müəssəsi mütəxəssisləri tərəfindən qanuna müvafiq qaydada hesablanaraq 309,41 manat müəyənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutların işdə olan digər sübutlarla qarşılıqlı yoxlanmasını təmin etmək üçün ekspertiza təyin etmiş, lakin müəyyən səbəblərdən rəyin alınması mümkünsüz olmuş və nəticədə qəbul etmiş olduğu qərardadın icrasını təmin etmədən iddiaçı tərəfind ən sübutların təqdim olunmaması əsası ilə iddianın rədd olunması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya aid torpaq sahəsi hissəsində qazıntı işləri aparması, həmin qazıntı işləri ilə bağlı olaraq iddiaçıya məxsus qoz ağacının sürüşərək aşması və nəticədə öz həyətinə düşən qoz ağacının oduncağının iddiaçıya verilməli olmasını və qoz ağacının bəhəri ilə bağlı dəymiş zərərlə bağlı təqdim olunmuş sübutlara lazmi qiymət verməmiş, həmin sübutları işin düzgün həll edilməsi üçün əhəmiyyəti olan sübutlar kimi qəbul edilməsinin mümkünsüzlüyü barədə mövqeyini əsaslandırmamışdır. Beləliklə apelyasiya instansiya məhkəməsinin faktiki olaraq iddiaçının dəlilləri ilə bağlı heç bir araşdırma aparmaması və təqdim olunmuş sübutları qiymətləndirməsinin MPM-in 88-ci maddə sinin tələbinə uyğun təmin olunmaması aşkardır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik o lmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan m əhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddyyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edi lə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməmək lə onları bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, cavabdehlər dəlillərinin aydınlaşdırılması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yen i apellyasiya baxışına göndərilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-22/2020 nömrəli iş üzrə xx xxxx 202 0-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar