Məhkəmə qərarları › İş №2(102)-325/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-325/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-325/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1559/2023 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 10:41-də ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası DİN-in 102 xidmətinin zəng mərkəzi sisteminə zəng edərək Sumqayıt şəhəri Maşın bazarı ilə üzbəüz avtosalonda müştəri qismində olan şəxslərin münaqişə yaratması və özünü yandıracağını deməsi barədə məlumat vermişdir. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər bərədə məlumatların qeydiyyatı kitabında NK-1/163 nömrə ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh (bundan sonra mətndə “cavabdeh”) xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.x x.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahsisəsi edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır.

3. Qobustan rayonu Nabur kəndində yaşayan İddiaçı (bundan sonra mətndə “iddiaçı”) xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehdən 15300 (on beş min üç yüz) manata "Hyundai-Tucson" markalı **-NY-*** d.n.n. avtomoibil almış, lakin 2023-cü ilin fevral ayında ona məlum olmuşdur ki, "X9 Edilmesi Agentliyi" MMC-nin iddiası nəticəsində Bakı Kommersiya Məhkəməsinin qərarına əsasən həmin avto mobil üzərinə həbs qoyulmuşdur. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə Sumqayıt SPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında NK-1/164 nömrə ilə qeydiyyata alınmışdır.

4. X1 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qayınatasının (hazırki iş üzrə iddiaçının) 2021-ci il tarixdə Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonundan almış olduğu "xxx" markalı avtomobil sonradan bankın iddiası ilə məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş avtomobilin pulunu avtosalonun sahibindən almaq üçün xx.xx.2023-cü il tarixdə qayınatası və həyat yoldaşı Saleh ilə birlikdə həmin avtosalona getmiş, orada olan zaman avtosalonun sahibi Azim ilə aralarında s öz mübahisəsi yaranmışdır.

5. Material araşdırmanın davam etdirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə İŞ-nə göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış cavabdeh izahatında göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanımadığı bir nəfər şəxs özünə maşın almaq üçün Sumqayıt şəhərinin girişində yerləşən və ona aid olan avtosalona gəlmiş, həmin şəxs 4 təkəri çəkən "Hyundai-Tucson" markalı avtomobil istədiyini demiş, o isə salonda olan həmin maşının 2 təkər çəkdiyini demiş və maşını yoxlamaq üçün sürməyə çıxmışlar. Həmin vaxt o, yolun digər tərəfində olan Fuada aid avtosalonda dayanmış olan həmin maşının 4 təkəri çəkənini görmüş, maşını sürüb qayıtdıqdan sonra üzbəüzdə olan "Sülh 001" adlı avtosalona getmişlər. Orada həmin maşını 15300 manata almağa razılaşmış və salonun qarşısında 1100 0 manatı Fuada vermişlər. Maşını alan Qəribağanın 4300 manat pulu çatmadığı üçün salondan çıxıb Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən lombarda getmişlər. Həmin lombarda Fuadın avtosalonunun işçiləri ilə birlikdə getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Fuadın işçiləri lombardın içərisində 4300 manat pulu götürüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin maşının üzərinə bank tərəfindən verilmiş iddia ilə həbs qoyulmuş və xx.xx.2023cü il tarixində saat 11 radələrində yol polisi əməkdaşları tərəfindən maşın Qəribağadan alınaraq cərimə meydançasına aparılmışdır. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə isə həmin kişi yanında olan iki nəfər, biri kişi və biri qadın olmaqla işlədiyi avtosalona gələrək orada səs-küy salmış və onun la söz mübahsisəsi etməyə başlamışlar. Onlardan biri (kişi) maşının pulu verilməsə özünü yandıracağını demiş, lakin bununla bağlı real bir addım atmamışdır.

6. İzahatı alınmış iddiaçı qeyd etmişdir ki, o, 2021-ci ilin noyabr ayında Sumqayıt şəhərində özü üçün almağa maşın axtaran zaman Sumqayıt şəhərinin girişində yerləşən və Azim adlı şəxsə aid avtosalona getmiş, orada 4 təkəri çəkən "Hyundai-Tucson" markalı avtomobil istədiyini demişdir. Azim isə onda olan həmin maşının 2 təkər çəkdiyini demiş və sənədləşmə üçün gedən zaman yolda olanda kimsə Azimə zəng edərək onun istədiyi maşından olduğunu demişdir. Buna görə geri qayıtmış və yolda olan zaman beh kimi 1000 manat pulu Azimə vermiş və qayıdıb Azimin avtosalonunda onun otağında maşının qiymətini 15300 manata razılaşmışlar. Belə ki, 1000 0 (on min) manat pulu da o, Azimə vermiş, lakin 4300 manat pulu çatmadığı üçün lombarda getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Azim qalan 4300 manat pulu götürüb getmişdir. Həmin lombardda da ona maşını sürmək üçün etibarnamə verilmişdir. O da maşını götürüb evə getmişdir. Həmin vaxtdan bu vaxta kimi olan müddət ərzində hər ay lombarda pul ödəmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o, həmin maşın ilə Sumqayıt şəhərindən Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ona zəng gəlmiş və özünü yol polisi idarəsinin işçisi kimi təqdim edərək olduğu yeri ondan soruşmuşdur. O, olduğu yeri demiş, təxminən 20 dəqiqə sonra həmin şəxs yanında 2 nəfər digər polis əməkdaşı ilə birlikdə onun olduğu yerə gəlmiş və maşın ın bank tərəfindən həbsdə olduğunu deyib maşını götürüb Bakı şəhərinə “Qurd qapısı” kimi tanınan yerdə olan cərimə meydançasına aparmışlar. Bundan sonra o, bankdan sənədləri götürüb Azimin yanına getmiş, orada Azimdən onu aldatdığı üçün verdiyi pulu tələb etmiş, həmin vaxt onunla Azim arasında söz mübahisəsi olmuş, ancaq həmin mübahisə zamanı nə o, nə də ki, Azim bir-birlərini təhqir etməmiş və bir-birlərinə qarşı hər hansı bir qanunsuzluğa yol verməmişlər.

7. Həmçinin izahatları alınmış X1 və X4 da İddiaçı izahatı ilə analoji izahatlar yazaraq həmin xüsusatları bir daha təsdiqləmişlər.

8. İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nə ərizə İlə müraciət edərək 2021ci ildə Cavabdeh vasitəsi ilə almış olduğu "Hyundai- Tucson" markalı **-NY-*** d.n.n. avtomoibilin üzərinə həbs qoyulması mə sələsinin mülki xarakterli olması ilə əlaqədar Xətai Rayon Məhkəməsində iddia qaldırmaq niyyətində olduğunu bildirərək şikayət ərizəsi əsasında başlanılmış araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir.Toplanmış materialdan görünür ki, Cavabdeh və İddiaçı müraciətində qeyd olunmuş faktlarda cinayət hadisəsi yoxdur.

9. Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Maraqlı şəxs2 tərəfindən İddiaçı "Hyundai- Tucson" markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobil üzrə xx.xx.2022-cü il tarixli 7E/-6944 nömrəli reyestrlə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə etməki haqqında» etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:

10. İddiaçı iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq ona verilməsi, həmin avtomaşının alınaraq ona verilməsi mümkün olmadıqda cavabdehə avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borcun, 5500 manat maddi, 5000 manat mənəvi zərərin, 136 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsində Maraqlı şəxs2 və X9 edilməsi Agentliyi MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmişlər.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 2021-ci ildə özünə avtomaşın almaq məqsədilə Sumqayıt şəhər ində yerləşən maşın bazarı ünvanına gəlmişdir. Burada Avtosalonun direktoru kimi özünü təqdim edən Azim adlı şəxslə görüşmüş və ona “Hundai Tucson” markalı avtomaşın almaq niyyətində olduğunu bildirmişdir. Azim iddiaçıya “Hundai Tucson” markalı avtomaşının satışda olduğunu demişdir. Azimlə birlikdə onun göstərdiyi maşına əyləşib Ceyranbatan istiqamətinə yola düşüb gedən zaman Azimin mobil telefonuna zəng gəlmişdir Azim iddiaçıya zəng edən şəxsdə 2009-cu il buraxılışlı “Hundai Tucson” markalı, hər iki (həm qabaq, həm də arxa tərəfi) tərəfi çəkən avtomaşın olduğunu demişdir. İddiaçı təqdim olunan həmin avtomaşını alacağını bildirmişdir. Belə olan halda hər ikisi yenidən Azimə məxsus avtosalona qayıtmışlar. İddiaçı həmin avtomaşını bəyənmiş və Azimlə birlikdə sənədləşmə aparmaq üçün Xırdala n şəhərinə, Baş Dövlət Yol Polis İdarəsinə gəlmişlər. Azim bildirmişdir ki, bu maşın daha yaxşıdır və yol ilə gedəndə ondan beh kimi 1000 (bir min) manat pul almışdır. İddiaçı orada olanda Azim digər bir maşınla bir nəfər şəxslə Sumqayıt şəhərinə qayıtmış, onlar Sumqayıtdan qayıtdıqdan sonra avtomaşınla birlikdə onunla avtosalona gəlmişlər.

13. Avtomaşını Azim salonun qarşısında saxlayıb iddiaçıdan həmin avtomaşına görə 15300 (on beş min üç yüz) manat pul tələb etmişdir. Həmin vaxt iddiaçının üzərində cəmi 11000 (on bir min) manat pul olmuşdur. Həmin puldan 1000 (bir min) manatını Azimə beh şəklində vermişdi. Azimə demişdir ki, üzərində 15300 (on beş min üç yüz) manat yoxdur, cəmi 11000 (on bir min) manatı var. Azim iddiaçya demişdir ki, Sumqayıt şəhərində kredit verən Lombard var. Azim Lo mbardın əməkdaşı ilə danışmış və birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ünvanında fəaliyyət göstərən “S Lombard” müəssisəsinə gəlmişlər. Burada xx.xx.2021-ci ildə 100131 saylı kredit müqaviləsi bağlamış və iddiaçı 24 ay müddətinə 4200 (dörd min iki yüz) manat kredit götürmüşdür. Götürülən pulu Lombardın işçisi Azimə vermişdir. Azim həmin pulu cibinə qoymuş, elə həmin vaxt ona "Nəqliyyat vasitəsindən istifadə (idarə) edilməsinə dair” etibarnamə verilmişdir. Etibarnaməni iddiaçya maşının mülkiyyətçisinin adından Lombardın əməkdaşı vermişdir.

14. İddiaçı etibarnamə alan zaman nə Fuad adlı şəxsi, nə də həmin avtomaşının mülkiyyətçisi olan Maraqlı şəxs2 görməmişdir. Həm birinci, həm də ikinci dəfə həmin avtomaşının idarə edilməsinə görə verilən etibarnaməni iddiaçıya “S L ombard” müəssisəsinin işçisi təqdim etmişdir.

15. İddiaçı 15 fevral 2023-cü ildə Mehdiabad istiqamətində hərəkətdə olarkən ona məxsus mobil telefona tanımadığı şəxsdən zəng gəlmiş, zəng edən özünü Yol Polisi əməkdaşı kimi təqdim edərək bildirmişdir ki, avtomaşınına baxış keçirəcəklər. Həmin şəxslər avtomaşına baxış keçirərək onu Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparmış və iddiaçıya bildirilmişlər ki, Xətai Rayon Məhkəməsinin 2 (011)- 1509/2018 saylı qətnaməsinə əsasən idarə etdiyi avtomaşının üzərinə həbs qoyulmuşdur. Hazırda həmin avtomobil qeyd edilən ünvanda yerləşdirilib.

16. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKTun cavabdeh "Daşınar və Da şınmaz Əmlakların satışı X15”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X2 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına tutma yönəldilməsi qət edilmişdir. 17. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx.xx.2022-ci ildə ona etibarnamə verilərkən isə “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Maraqlı şəxs2 olmuşdur. İddiaçı həmin şəxsi tanımır və etibarnamə verilərkən o, Maraqlı şəxs2 görməmişdir. Avtomaşına görə 15300 manatı iddiaçı cavabdehə – Azimə ödəmişdir.

18. Cavabdeh iddiaçını aldadaraq özünə məxsus olmayan və üzərinə həbs qoyulmuş avtomaşını iddiaçıya satmışdır. İddiaçı məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış və Sumqayıt ŞPİ-nin İŞ-i tərəfindən xx.xx.2023-cü İl tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.

19. Eyni zamanda cavabdehin günahı üzündən iddiaçı 15300 (on beş min üç yüz) manat vəsaitindən məhrum olunmuş, nəqliyyat vasitəsi almamış, dəfələrlə yaşadığı Qobustan rayonundan cavabdehin yaşadığı Sumqayıt şəhərinə gəlib-getməli olmuşdur. İddiaçı alacağı avtomaşınla Bakı-Qobustan istiqamətində taksi fəaliyyəti göstərməli idi. Maşın ondan alındığına görə o, gündəlik 50 manat puldan məhrum olmuşdur.xx.xx.2023cü ildən xx.xx.2023-cü il tarixinədək, yəni 70 gün x 50 manat=3500 manat. Həmçinin aldadılaraq lombarddan 4200 manatı 24 ay müddətinə kredit almışdır.Həmin kreditə görə o, 6400 manat ödəməlidir, yəni 2000 manat artıq. Həmçinin iddiaçı və ailə üzvləri dərin sarsıntı keçirmiş, mənəvi cəhətdən sarsılaraq səhhətlərində problemlər yaranmışdır. Mənəvi sarsıntıya görə cavabdehdən 5000 (beş min) manat pul alınaraq iddiaçıya ödənilməlidir.

20. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçı maşını Sumqayıt şəh ərinin girişində yerləşən və cavabdehə aid olan avtosalonda deyil, yolun digər tərəfində olan Fuada aid avtosalonda almış və pulu məhz Fuada vermişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi.

21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 edilməsi Agentliyi MMC-nin nümayəndəsi ərizə verərək, üçüncü şəxs qismində MMC-nin "xxxx" QSC BOKT ilə əvəz edilməsini xahiş etmişdir.

22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-nin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə "xxxx" QSC BOKT-un cavabdeh "Daşınar və Daşınmaz Əmlakların satışı X15”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobi lin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci i] tarixli 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X2 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir.

23. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş və cavabdehdən “Hundai Tucson” markalı **NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq iddiaçıya verilməsi, həmin avto maşının alınaraq iddiaçıya verilməsi mümkün olmadıqda cavabdehə avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borc, ödənilmiş 136 manat dövlət rüsumu, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. (hakim Vladimir Ruvinov).

24. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmədə davamlı və ziddiyətsiz izahat verərək "Hyundai- Tucson" markalı **-NY-*** d.n.n. avtomoibil almaq üçün pulu Cavabdeh verməsini və Fuad adında olan tanımadığı şəxsə pul vermədiyini göstərmişdir.

25. Birinci instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı və cavabdeh arasında şəxsi qərəzçilik, düşmənçilik münasibətlərin olması müəyyən olunmamışdır və əgər iddiaçı maşını Fuad adında olan şəxsdən alıb, ona 15300 manat versəydi, onda cavabdeh qismində Cavabdeh deyil, həmin Fuad adında olan şəxsi göstərməsinə heç nə mane ola bilməzdi.

26. Birinci instansiyası məhkəməsi xüsusi ilə onu da vurğulayıb ki, cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahsisə edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır. Belə olan halda cavabdeh iddiaçıya maşın satdığını etiraf etmişdir

27. Birinci instansiyası məhkəməsi qeyd edilən hallara istinadən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı 15300 (on beş min üç yüz) manat pulu cavabdehə vermişdir.

28. Birinci instansiyası məhkəməsi maddi və mənəvi zərərlə bağlı iddia tələbini onların süut edilməməsinə istinad etməklə əsassız saymışdır.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386, 646, 647, 650-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

30. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni n ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan avtomobili cavabdehə məxsus avtosalondan yox, həmin ərazidə yerləşən və Fuad adlı şəxsə məxsus olan digər avtosalondan almış, məhz pulu da ona vermişdir. İş materiallarına nəzər salınsa, iddiaçı avtomobilin alınması üçün pulu məhz cavabdehə verməsi barədə hər hansı sübut təqdim etməmiş, iddia tələbini yalnız sözlərlə əsaslandırmışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq iddia tələbini təmin etmişdir.

32. Üçüncü şəxs "xxxx" QSC BOKT apellyasiya şikayəti verərək, qətnamənin cavabdehdən “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin a lınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 33. "xxxx" QSC BOKT-un apellyasiya şikayətini dəlilləri belə olmuşdur: - iddiaçı Maraqlı şəxs3 MMC cavabdeh X5 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 1509/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 9732 (doqquz min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində əsas, 3424,97 (üç min dörd yüz iyirmi dörd dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 13 156,97 ( on üç min yüz əlli altı dollar doxsan yeddi s ent) ABŞ dolları məbləğində borcun "xxxx" QSC-yə ödənilməsi, tələbin X5 məxsus “xxx” minik markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması qət edilmişdir; - qeyd edilən qətnamənin icrası ilə bağlı Xətai rayon İcra şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi ilə əlaqədar icraata başlanılması ilə bağlı qərar qəbul edilmiş və borclu X5 məxsus ipoteka predmeti olan “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmiş, avtomobil 6000 manat məbləğində qiymətləndirilmiş və ixtisaslaşdırılmış müəssisələrə hərrac sifariş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-yə göndərilmişdir; - hərrac yekunları barədə xx.xx.2021-ci il tarixli protokola əsasən X8 qalib alı cı elan olunmuş, lakin nə qalib alıcı, nə də ki, sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobilin satışından əldə olunmuş vəsait tələbkarın hesabına ödənilməmişdir; - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01 nömrəli bildirişindən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 6000 manatdır, hərrac xx.xx.2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Açıq hərracın keçirilməsinə dair elan “Birja” qəzetinin 10 mart 2021-ci il tarixli 239 nömrəli buraxılışında dərc olunmuşdur. Hərracın yekunları barədə 26/01 nömrəli protokoldan məlum olur ki, Xətai rayon Məhkəməsinin 2(011)1509/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə, Xətai rayon İcra Şöbəsinin e206486/2020-5 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən “İpoteka haqqında” Qanunun 41, 42 və 43-cü maddələrinə istinad edilərək hərrac təşkil olunmuşdur. Satış günü icra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. Əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmişdir; - ipoteka predmetinin ilkin hərrac qiyməti 6000 manat, satış qiyməti isə 6020 manat olmuşdur. xx.xx.2021-ci il tarixli TT**********7156020 nömrəli qəbzin surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin bank hesabına Hərracın yekunları barədə 26/01 nömrəli protokola əsasən qalib alıcı X8 tərəfindən 6020 manat məbləğində pul köçürülmüşdür. Lakin nə qalib alıcı, nə də ki, sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobili olan avtomobilin satışından əldə olunmuş vəsait tələbkarın he sabına ödənilməmiş və aparılan bu icra tədbirləri və alqı-satqı ilə bağlı tələbkara heç bir məlumat verilməmişdir; - tələbkar "xxxx" QSC tərəfindən hərracın nəticələri mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC tərəfindən borclu X5 məxsus ipoteka predmeti olan “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir; - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı tərəf X8 apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1003/2021 saylı, xx. xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır; - barəsində apellyasiya şikayəti verilən birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq iddiaçıya verilməsi, həmin avtomaşının iddiaçıya verilməsi mümkün olmadıqda cavabdehdən avtomobilin dəyərinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir; - birinci instansiya məhkəməsi “Hundai Tucson”markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qətnamə qəbul edərkən, hərracın nəticələri barədə protokolun ləğv edilməsi, həmin avtomobilin ipoteka predmeti olaraq verilmiş kreditin təminatı olmasını nəzərə alınmamış, ipoteka predmeti olan avtomobilin iddiaçıy a verilməsi qət edilmişdir. Bu hal isə ipoteka saxlayan kimi "xxxx" QSC-nin hüquqlarının pozulması deməkdir; - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən “Hundai Tucson”markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan ləğv edilməlidir.

34. Üçüncü şəxs Maraqlı şəxs2 da apellyasiya şikayəti verərək, qətnamənin avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə ləğv, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

35. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilin, mülkiyyətçisi özüdür. Belə olan halda, həmin avtomobilin cavabdehdən alınaraq i ddiaçıya verilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı həmin avtomobilə görə cavabdehə hər hansı bir məbləğdə pul ödəyibsə o, həmin pul vəsaitini tələb edə bilər və məhkəmə də həmin hissədə iddia tələbini təmin edə bilər. Ona məxsus avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçının avtomobili tələb etməklə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Buna görə də qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

36. Apellyasiya baxışında cavabdehin nümayəndəsi mübahisədə adı keçən avtomobilin satılmasında cavabdehin əlaqələndirici kimi iştirak etməsini, tərəflərin lombarda birgə gedərək, iddiaçının kreditə pul götürməsini, cavabdeh özü isə bu əməliyyatdan 200 manat qazancının olmasını, pul əlbəəl ona verilsə də, o da həmin pulu Fuad adlı şəxsə verdiyini bildirərək, iddiaçının avtomobilin dəyəri olan pulu cavabdehə verməməsini bildirmişlər.

37. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1559/2023 nömrəli qətnaməsi ilə, üçüncü şəxslər "xxxx" QSC BOKT və Maraqlı şəxs2 apelyasiya şikayətləri təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşını alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuda Məmmədov)

38. Apellyasiya instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətinin iddiaçının avtomobili Fuad adlı şəxsə məxsus olan digər avtosalondan alması, pulu da Fuad adlı şəxsə verməsi, cavabdehin pul alması barədə iddiaçı tərəfindən sübut təqdim edilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, hər iki tərəfin izahatına əsasən lombarda iddiaçı Azimlə getmiş, pulu da Azimə vermişdir. Həmin vaxt Fuad adlı şəxsin orada olması müəyyən olunmur.

39. Apellyasiya instansiya məhkəməsi pulu Fuadın almalı olduğu halda, cavabdehin lombarda getməsi və pulu almasını ağlabatan hesab etməmiş və göstərmişdir ki, pulun Fuad tərəfindən alınmasını cavabdeh heç bir sübutla təsdiq edə bilməmişdir.

40. Bununla belə, apellyasiya instansiyası məhk əməsi cavabdehin apellyasiya şikayəti üzrə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh avtomaşına görə ödənilmiş 15300 manat pulun tutularaq İddiaçı ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bunun avtomaşının iddiaçıya verilməsi mümkün olmadıqdan sonra mümkün olması ilə bağlı səhv nəticəyə gəlmişdir.

41. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxs "xxxx" QSC-nin apellyasiya şikayəti üzrə göstərmişdir ki, işin müəyyən edilən hallarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin X5 qarşı iddia tələbi təmin olunmuş və cavabdeh X3 13 156.97 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmeti olan **-GB-*** dövlət qeydiyyat nişanlı “xxx” markalı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı Xətai rayon İcra şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi əlaqədar icraat başlamış və borclu X5 məxsus ipoteka predmeti olan “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərmiş, avtomobil 6000 manat məbləğində qiymətləndirilmişdir və ixtisaslaşdırılmış müəssisələrdə hərrac sifariş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-yə göndərilmişdir. 06 aprel 2021-ci il tarixli hərrac yekunları barədə protokola əsasən X8 qalib alıcı elan olunmuşdur. Nə qalib alıcı, nə də sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobilin satışından əldə olunmuş vəsaiti tələbkarın hesabına ödəməmişdir. Bundan sonra, qalib alıcı X8 tərəfindən ipoteka pred meti olan “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs2 satılmış və alqı-satqıdan sonra ipoteka predmeti olan “xxx” markalı avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-NY-*** kimi AR DİN DYPİ-nin Qeydiyyat-imtahan idarəsində dövlət qeydiyyatına alınmışdır. Lakin aparılan bu icra tədbirləri və alqı-satqı ilə bağlı tələbkara heç bir məlumat verilməmişdir. Həyata keçirilmiş icra tədbirləri, o cümlədən alqı-satqıdan məlumat əldə edildikdən sonra dərhal tələbkar "xxxx" QSC tərəfindən həmin hərracın nəticələri mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC tərəfindən borclu X5 məxsus ipoteka predmeti olan “xxx” markalı **-GB-*** dövlət qeydi yyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən X8 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apelyyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1003/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə hazırda qanuni qüvvəsini almışdır.

42. Bundan başqa, Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla Bakı Ko mmersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə istinad olunmuş və X6 məxsus avtomobilin hansı dövlət qeydiyyat nişanlı olması ilə bağlı Xətai rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.

43. Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli növbəti məktubda isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 157143/222 saylı cavab məktubuna əsasən avtomobilin dövlət qeydiyyat nişanı **-NY-***-dir və Maraqlı şəxs2 mülkiyyətindədir. **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

44. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin bu hallarına baxmayaraq, birinci instansiya məhkəməsi ipoteka predmeti olaraq verilmiş kreditin təminatı olmasını nəzərə almadan “xxx” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı verilməsi nəticəsinə gəlmişdir

45. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, hazırda avtomobilin Maraqlı şəxs2 mülkiyyətində olması mübahisəlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu X5 məxsus ipoteka predmeti olan “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 avtomobil üzərində mülkiyyət hüququnun ləğv edilməsi "xxxx" QSC tərəfindən xahiş olunmu şdur. Lakin apellyasiya şikayətində avtomaşının Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində qətnamənin ləğvi xahiş olunduğundan, Maraqlı şəxs2 də apellyasiya şikayəti təmin olunmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 6.2, 152.1, 152.2, 157.2 385.1, 386, 646, 647, 650-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləriİ a) Kassasiya şikayətinin dəlilləri:

47. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddianın rədd edilməsi barədə yeni qərar və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını məhkəmə dən xahiş etmişdir.

48. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən MPM-in 77-ci maddəsini pozmuş, iddiaçının cavabdehə pul verməsinə dair sübut olmadan qanunsuz qətnamə çıxartmışdır. Məhkəmə cavabdehin iclasda iştirakımı təmin etməyərək çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuş, qərarını işin faktiki hallarını nəzərə almayaraq və iş üzrə hərtərfli araşdırma aparmadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. İddiaçı məbləğin cavabdehə verilməsinə dair heç bir sübutu məhkəməyə təqdum etməmişdir. Məhkəmə işin faktiki halları sübuta yetirilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia ərizəsində qeyd olunan bütün hallar fərziyələrdən ibarətdir, həmçinin qətnamə iddiaçının şifahi danışıqarı ilə əsaslandırılmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir Maddə

646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı mü qaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə

647. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı cəkir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

51. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Buna görə də məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.

52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, onun şikayətinin dəlillərinə tam qiymət vermişdir.

55. İddia tələbi mahiyyət etibarilə avtomobilin alqı-satqısına dair etibarsız əqd üzrə verilmiş pulun əsassız varlanma nəticəsində cavabdehdən a lınması barədədir.

56. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı 15300 (on beş min üç yüz) manat pulu cavabdehə vermişdir.

57. İddiaçının cavabdehə 15300 manat pul verməsi də cavabdehin xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizəsində əvvəllər maşın satdığı Qəribağa adlı şəxsin onunla mübahisə etməsi barədə məlumatı və apellyasiya baxışında verdiyi izahatı ilə müəyyən edilmişdir. Eyni zamanda pulun Fuad adlı şəxs tərəfindən alınmasını cavabdeh heç bir sübutla təsdiq edə bilməmişdir. (bax: 24-27 və 38-39-cu bəndlər)

58. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər tərəf öz tələbinin və etirazının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. İşə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələr iddiaçının avtomobilə görə cavabdehə 15300 manat pul verməsinin sübut edilməsinə istinad etmişlər. Bu baxımdan cavabdeh də iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımış, lakin o, etirazının əsasını sübut edə bilməmişdir.

59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı, iddiaçının cavabdehə pul verməsinin sübut edilməməsi barədə kassasiya şikayətinin dəlillərini isə əsasssız sayır.

60. Apellyasiya instansiyası məhkəməsində cavabdehin iştirakının təmin edilməməsi, çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətinin dəli linə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib edilir. Belə ki, cavabdeh və onun nümayəndəsi apellyasiya baxışında iştirak etmiş və öz dəlillərini irəli sürmüşlər.

61. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

62. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının adından məhkəmə kollegiyasına ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, iddiaçı cavabdehlə barışmışdır, iddiaçıya dəymiş bütün maddi və mənəvi zərər cavabdeh tərəfindən tam ödənilmişdir, bu səbəbdən iddiaçının cavabdehə qarşı heç bir tələbi yoxdur. Ərizədə mübahisənin Barşıq Sazişi ilə başa çatması barədə qərardad qəbul edil məsi xahiş edilmişdir.

63. Həmçinin həmin ərizəyə 15 yanvar 2024-cü il tarixli “Təhvil-təslim aktı” əlavə edilmişdir. “Təhvil təslim aktı”na əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-252/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş 15436 manat pul cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı isə mübahisədə adı keçən avtomobilə dair “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ni, həmin avtomobilin açarlarını və “Avtonəqliyyatın saxlanılma qəbulu barədə aktı” cavabdehə təhvil vermişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual baxımdan iddiaçının adından verilən ərizəni nə iddiadan imtina kimi, nə də ərizəyə əlavə edilmiş “Təhvil təslim aktı”nı Barışıq Sazişi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçının adından verilən ərizədə mübahisənin Barşı q Sazişi ilə başa çatması barədə qərardad qəbul edilməsi xahiş edilmiş, eyni zamanda ərizəyə Barışıq Sazişi deyil, təhvil-təslim aktı əlvə edilmişdir. Həmin təhvil təslim aktı da forma və məzmun baxımından (məsələn, akt dörd nəfər, o cümlədən iddiaçı və cavabdehlə yanaşı, digər iki nəfər tərəfindən imzalanmışdır) Barışıq sazişi kimi qəbul edilə biməz.

65. Mülki Məcəllənin 881.1-ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Mülki Prosessual Məcəllənin 52.3-cü madfdəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə görə... tərəflərin barışıq sazişi ş ərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

66. İstinad edilən qanunvericilik normalarından görünür ki, barışıq sazişi özündə müəyyən şərtləri ehtiva etməli olan tərəflərin öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll etdiyi əqddir. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Lakin təqdim edilən “Təhvil təslim aktı” qanunvericiliyin tələblərinə görə Barışıq Sazişinin forma və məzmununa uyğun gəlmir.

67. Qeyd edilənlərə əsasən təqdim edilmiş ərizə və ona əlavə edilmiş “Təhvil təslim aktı” üzrə müvafiq olaraq nə iş üzrə icraata xitam vermək, nə də Barışıq Sazişi kimi təsdiq etmək üçün prosessual əsaslar yoxudr.

68. Üstəlik, iddiaçının adından verilən ərizə notarial qaydada təsdiq edilmədiyi və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə elektron qaydada verilmədiyi üçün həmin ərizənin məhz iddiaçı tərəfindən imzalanmasını da müəyyən etmək mümkün deyildir.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1559/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar