Məhkəmə qərarları › İş №2(102)-3250/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3250/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3250/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyana görə öhdəliyin yaranması üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(104)- 959/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" MMC-nin “Ofis” bölməsində “Laboratoriya müdiri və Bakterioloq, baytarlıq” vəzifəsində işləmişdir.

2. Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu Cavabdeh2 tərəfindən tərtib olunmuş Əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı 01 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək, 01 yanvar 2022-ci il tarixdən 06 yanvar 2022-ci tarixədək, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci tarixədək, 01 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək, 01 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək, 01 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək xəstəliyi ilə bağlı işdən azad edilmişdir. 3. 29 n oyabr 2022-ci il tarixli Əmrlə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. 4. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2 tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri Cavabdeh1, həkim nevropatoloqu Cavabdeh2 izahatları alınmış və müəyyən edilmişdir ki, Qazıyeva Sevinc Tofiq qızı 01 iyul 2022-ci il tarixdə həkim nevropatoloq Cavabdeh2 “bel-oma nahiyəsində ağrı, hərəkət məhdudluğu” şikayətləri ilə müraciət etmişdir. Xəstə Cavabdeh2 tərəfindən müayinə edilmiş, təyinat verilmiş, “L4- L5 fəq ərələrin kompression sınığı” diaqnozu ilə 01 iyul 2022-ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-ya təqdim edilmədən 31 iyul 2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-ya təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qazıyeva Sevinc Tofiq qızının cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş ləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin keçməsi əsası ilə, iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyana görə Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasının sədri Cavabdeh1 və poliklinikanın nevropatoloqu Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində maddi ziyan və 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5060 manat məbləğində pulun tutularaq iddiaçıya öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrində işləmişdir. Müalicə olunmaq üçün daimi olaraq qeydiyyatda olduğu və müalicə aldığı Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinə müraciət etmişdir. İddiaçı yıxıldığı üçün bel-omba nahiyəsində ağrıları olmuş, bel fəqərələrinin sınığı olmuşdur. Bununla əlaqədar onun hərəkət qabiliyyəti məhdudlaşmış, müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. İddiaçının 71 yaşı vardır, bu yaşda olan şəxsin sağalması və zədələnmiş bədən üzvlərinin bərpası çox çətinliklə olmaqla uzun müddət aparır. O, 5 aydan çox müddətdə müalicə olunmuş və bununla əlaqədar qeydiyyatda olduğu və müalicə aldığı xəstəxa nada və poliklinika şöbəsində də ona əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqə də verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi artıq ona qarşı qərəz və qəsd mövqeyində durduğu üçün onun xəstə olduğunu bildikləri halda, qəsdən Azərbaycan Respublikası Tibbi Ərazi X1 verilmiş “Əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrinin yoxlanılması ilə əlaqədar sorğu göndərmişlər. MMC-nin sorğusu Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2n “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X2 tərəfindən yoxlanılmış və ona verilmiş həmin “əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrinin təlimata uyğun olmayan şəkildə rəsmiləşdirilməsinin müəyyən edilməsi barədə rəy verilmişdir. “Əmək qabiliyyətinin müvəqqəti olmaması” vərəqələrindəki müəyyən olunmuş çatışmazlıqlar iddiaçının günahından deyil, xəstəxananın Poliklinika şöbəsinin əməkdaşlarının səhlənkarlığı səbəbindən baş vermişdir. "xxxx" MMC-nin rəhbərliyi Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşlarına qarşı təzyiq göstərərək, iddiaçının könüllü şəkildə işdən çıxması barədə ərizə yazmağına məcbur etmiş, xəstəxananın əməkdaşlarının iddiaçıya qarşı olan təzyiqi və hədə-qorxusu uzun müddət davam etmiş, bunun nəticəsində o, stress və əsəb keçirərək, onsuz da çətin olan sağlamlıq vəziyyəti bir qədər də ağırlaşmışdır. Eyni zamanda Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşlarının səhlənkarlığı və öz vəzifələrinin icrasına qanunamüvafiq qaydada yanaşmadıqlarına görə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X3 tərəfindən Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin ona verdiyi “Əmək qabiliyyətinin olmaması” vərəqələri qanunamüvafiq qaydada tərtib edilməmiş hesab olunmuşdur. Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın əməkdaşları, Gəncə şəhəri Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin həkim məsləhət komissiyasının sədri Cavabdeh1 və həmçinin həmin poliklinikanın nevropatoloqu S.G.Hacıyevanın səhlənkarlığı, öz vəzifələrinin icrasına məsuliyyətsizcəsinə yanaşmaları nəticəsində iddiaçı əsassız olaraq işindən və aylıq gəlirindən məhrum olmuşdur. Eyni zamanda cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində onun barəsində işlədiyi "xxxx" MMC-nin kollektivi arasında da mənfi fikir formalaşmış və onun barəsində istər-istəməz saxtakar şəxs kimi münasibət yaranmışdır. Onun kollektivdə və ictimaiyyətdə işgüzar nüfuzuna böyük xələl gətirmişdir. 10 aydan artıq müddətdə işsiz qalması nətic əsində iddiaçı aylıq 1000 manat əmək haqqı olmaqla, ümumilikdə 10.000 manat əmək haqqından məhrum olmuşdur.

8. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-789/2024 nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat pulun və 60 manat dövlət rüsumunun alınaraq iddiaçı Qazıyeva Sevinc Tofiq qızına verilməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehlər əmək vəzifələrini yerinə yetirərkən işlərində yol verdikləri pozuntuya görə iddiaçı işdən azad edilmiş, işləmədiyi aylar üzrə almadığı əmək haqqına görə ona maddi ziyan dəymişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) 16 may 2024-cü il tarixli, 2(104)-959/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-789/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi gö stərmişdir ki, cavabdehlərin iddiaçı ilə aralarında heç bir əmək münasibətləri olmamış, həmçinin cavabdehlərin iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli mövcud olmamışdır. Bu baxımdan, hazırkı iddia tələbi üzrə cavabdehlərin hər hansı məsuliyyəti müəyyən edilməmişdir.

14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qazıyeva Sevinc Tofiq qızının cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin keçməsi əsası ilə, iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir.

15. Yalnız işə götürən tərəfindən iddiaçının vəzifədən azad edilməsi əsaslarını pozması halı müəyyən olunduğu halda, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxara bilər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qazıyeva Sevinc Tofiq qızının iddiası təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hazırkı iş üzrə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri Cavabdeh1 və həmin nevropatoloqu Cavabdeh2 səhlənkarlığı nəticəsində ona maddi ziyan dəydiyini güman etdiyi halda, tələb onlara qarşı fiziki şəxs kimi yönəldilə bilməz və yalnız müvafiq hüquqi şəxsə qarşı irəli sürülə bilərdi.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1096.1, 1067.1-ci, Əmək Məcəlləsinin 300.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı Qazıyeva Sevinc Tofiq qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(104)-959/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ko nstitusiyasının 60-cı, Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçı cavabdehlərin təqsirli əməlləri üzündən işdən çıxarılmışdır. İddiaçı xəstəlik kağızlarını təqdim etdikdən sonra müəssisənin hüquqşünası xəstəlik kağızlarında nöqsan olduğunu, yəni xəstəlik kağızlarının Həkim Məsləhət Komissiyasının bütün üzvləri tərəfindən imzalanmadığını aşkar etmiş, buna görə həmin xəstəlik kağızları müəssisə tərəfindən həqiqi kimi qəbul edilməyərək, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Əgər xəstəlik kağızları nöqsanlı olmasaydı və müəssisə onları qəbul etsəydi, iddiaçı hələ də qeyri-müəyyən müddətə müəssisədə işləyib gəlir əldə edəcəkdir. Yəni cavabdehlər iddiaçıya birbaşa olaraq zərər vu rmuşlar. İddiaçıya zərər birbaşa cavabdehlər tərəfindən, yəni bilavasitə onların səhlənkarlığı nəticəsində vurulmuşdur. Onun xəstəlik vərəqələrində yol verdikləri ciddi çatışmazlıqlara görə Cavabdeh2 töhmət verilmiş, Cavabdeh1 isə xəbərdarlıq edilmişdir. Göründüyü kimi hüquq pozuntusu cavabdehlər tərəfindən törədilmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanunili yinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öh dəsinə qoyula bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmiş və qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

28. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə g örə ziyan tələbinin təmin olunması üçün cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizlikləri ilə baş verən nəticə arasında səbəbli əlaqənin olması müəyyən olunmalıdır.

29. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noy abr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

30. Hazırkı halda, cavabdehlər tərəfindən iddiaçıya Əmək qabiliyyəti olmamaq haqqında vərəqələrin qanunvericiliyin bütün tələblərinə riayət olunmamaqla verilməsi işin müəyyən olunan halıdır.

31. Həmçinin iddiaçının işəgötürən tərəfindən işdən azad olunması ilə ona müəyyən maddi ziyanın vurulması da qəbul ediləndir.

32. Lakin, cavabdehlərin hüquqa zidd hərəkəti ilə baş verən nəticə arasında bilavasitə səbəbli əlaqənin olması müəyyən olunmur.

33. Belə ki, iddiaçı cavabdehlər tərəfindən deyil, işəgötürən "xxxx" MMC-nin müvafiq əmri ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir.

34. Göründüyü kimi iddiaçının işdən azad olunmasının bilavasitə səbəbi cavabdehlərin qüsurla tərtib etdikləri tibbi sənədlər deyil, işəgötürənin əmri olmuşdur ki, həmin əmr qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qüvvədə saxlanılmışdır.

35. Odur ki, cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçıya vurulması iddia olunan zərər arasında bilavasitə səbəbli əlaqə müəyyən olunmadığından, iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırm ış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qazıyeva Sevinc Tofiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(104)-959/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar