Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3251/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X14 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əliyev Emil Namiq oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehna qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-209/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) İddiaçı Cavabdehna qarşı onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş həkiminin verdiyi 05 avqust 2019-cu il tarixli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdehna öz işinə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-209/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov), idddiaçı İddiaçı nümay əndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdehna qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh baş həkimi X8 Şəki rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 530 nömrəli Əmək müqaviləsinə 05 avqust 2019-cu il tarixdən xitam verilməsi barədə 05 avqust 2019-cu il tarixli, 2210-K nömrəli əmrin ləğv edilməsi və İddiaçı Şəki rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən azad olunduğu 05 avqust 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş həkiminin verdiyi 05 avqust 2019-cu il tarixli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdehna öz işinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1978-cı il tarixdə Şəki şəhərində anadan olmuş və o, 20 fevral 2008-ci il tarixdən Cavabdehnda tibb bacısı və 01 avqust 2011-ci il tarixdən isə Rayon X1 poliklinik a şöbəsinin böyük tibb bacısı vəzifəsində işləməyə başlamışdır. İddiaçı həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin, Cavabdeh baş həkimi İddiaçı qarşı qərəzli münasibət nümayiş etdirmişdir. Belə ki, İddiaçı Cavabdeh baş həkiminin 05 avqust 2019-cu il tarixli, 2210-K saylı əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilmə barədə iddiaçıya məlumat verilməmiş və o, işdən azad edildiyi tarixdən 08 avqust 2019-cu il tarixədək işdə olmuşdur. İddiaçı vəzifəsindən azad edilməsi üçün hər hansı bir qanuni əsas olmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilsə də, İddiaçı işlədiyi dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin, istərsə də 72-ci maddəsinin bəndlərinin tətbiq edilə biləcəyi heç bir hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. İddiaçının işdən çıxarılması barədə əmr imzalanarkən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi qaydaları haqqındakı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı işdən azad edildikdə xəstəxanaya hansı ziyanın dəyməsi, işin ahənginin pozulub-pozulmadığı araşdırılmamışdır. İddiaçı işdən çıxarılmamışdan əvvəl izahatı alınmamış, o, bununla bağlı xəstəxanaya dəvət edilməmiş və ona bu barədə xəbərdarlıq edilməmişdir. 30 iyul 2019-cu il tarixdə yoxlama adı ilə akt tərtib edilərkən işçinin iştirakı təmin edilməli, həmin aktda İddiaçı da adı qeyd edilməli idi. Əgər, İddiaçı həmin aktı imzalamaqdan imtina edərdisə, bu barədə aktda ayrıca qeyd aparılmalı idi. Bundan başqa iddiaçının iş saatı 15:00-da başa çatdığı halda bundan sonrakı saatlarda da poliklinika şöbəsində arayışlar verilmişdir. Ümumiyyətlə, işçinin işdən çıxarılmasında həmkarlar ittifaqının rəyi olmalıdır. Bununla bağlı Şəki RMX-sı tərəfindən həmkarlar təşkilatına müraciət deyil, təqdimat verilməli idi. Təqdimat əsasında isə iclas keçirilərkən iddiaçının iştirakı təmin edilməklə bərabər təqdimatın verilməsi üçün əsas olmuş sənədlər həmkarların iclasında tədqiq edilməli, həmkarlar təşkilatının hər bir üzvü işçi kimi İddiaçı müdafiə etməli idilər. Lakin bunun əksinə olaraq həmkarlar təşkilatı öz səlahiyyətlərini yerinə yetirməmişlər, yəni işçini müdafiə etməmişlər. Bu baxımdan hesab edir ki, həmkarlar təşkilatına baş həkimin təsiri olmuşdur. Bundan başqa həmin va xt həmkarların sədri məzuniyyətdə olsa da, Nuriyə Şükürovanın həmkarların sədr əvəzi olmasına dair cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmkarların qərarı da İddiaçı verilməmişdir. Göründüyü kimi Cavabdeh baş həkimi Elçin Əmirov İddiaçı Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad etmişdir. Baş həkim tərəfindən verilmiş əmr həmçinin qanunvericilikdə nəzərdə tutulmuş formaya da uyğun deyildir. Bundan başqa poliklinika şöbəsinin kitablarının məhz İddiaçı təhvil verilməsinə dair cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də, Cavabdeh rəhbərliyi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq İddiaçı Azərbacan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə iş dən azad etmişdir. Halbuki, İddiaçı yeganə qazanc yeri onun həmin işi olmuşdur. Qanunsuz olaraq işdən azad edildiyinə görə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Mustafayev Dəyanət Musa oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtər əfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Əliyev Emil Namiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişd ir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Əliyev Emil Namiq oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: - Cavabdeh baş həkiminin 01 mart 2010-cu il tarixli, 32 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında Şəki rayon X1 Poliklinika Şöbəsinə 1.0 aklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. -01 mart 2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 01 mart 2010cu il tarixdən Şəki rayon X1 Poliklinika Şöbəsinə tibb bacısı vəsifəsinə təyin edilmiş və 01 avqust 2011-ci il tarixdə həmin əmək müqaviləsinə əlavələr edilərək İddiaçı 01 avqust 2011-ci il tarixdən Şəki rayon X1 Poliklinika Şöbəsinə böyük tibb bacısı vəsifəsinə təyin edilmişdir. -Cavabdeh baş həkiminin 01 avqust 2011-ci il tarixli, 116 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrə əsasən Şəki rayon X1 Poliklinika Şöbəsinin tibb bacısı İddiaçı 01 avqust 2011-ci il tarixdən tutduğu vəzifəsindən azad edilərək həmin tarixdə X6 böyük tibb bacısı vəzifəsinə təyin edilmişdir. -Cavabdeh baş həkiminin müavini Şahid3, Cavabdeh hüquqşünası Nümayəndə və Şəki rayon X2 Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyevanın tərtib etdikləri 30 iyul 2019- cu il tarixli aktda göstərilmişdir ki, Şəki RMX-nın Poliklinika şöbəsində 30 iyul 2019-cu il tarixdə Poliklinika işinin təşkilinin yoxlanılması məqsədilə tərəflərindən baxış keçirilmişdir. Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir. Poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı xəstələrin ambulator tibbi qeydiyyat jurnalı baxış keçirilməsi üçün istənilmiş, lakin o, qanunsuz tərtib edilmiş surqucsuz və möhürsüz qeydiyyat jurnalı təqdim etmişdir. Jurnala baxış keçirilən zaman arayışı təhvil alan vətəndaşların bəzilərinin imzalarının olmadığı, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların qeydiyyatı aparılmadan sağlamlıq kağızının verilməsi aşkar edilmişdir. Poliklinikanın böyük tibb bacısı İddiaçı təqdim etdiyi ambulator qeydiyyat jurnalından seçmə üsulu ilə 15 nəfər arayış verilə n vətəndaşların ambulator kartaları tələb edilmiş, lakin o, cəmi 2 nəfərin ambulator kartasını təqdim etmişdir. X12 ambulator kartasında 15.05.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri öz əksini tapmamışdır. X16 09.07.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri sırasında rentgen müayinəsi olunmamışdır. Digər 13 nəfərə isə forma 086-nın heç bir müayinədən keçirilmədən verildiyi aşkar edilmişdir. Sağlamlıq kağızlarının qeydiyyatı jurnalında arayışların hansı təşkilata təqdim olunmasına dair heç bir məlumat aşkar olunmamışdır. -Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən X22 X9 sədri İradə Xəlilovaya yazılmış 30 iyul 2019-cu il tarixli təqdimatdan görünür ki, həmin təqdimatla Şəki rayon X2 şöbəsində aparılan yoxlama zamanı tərtib olnmuş 30 iyul 2019- cu il tarixli akta əsasə n Şəki rayon X2 şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. -X22 X9 03 avqust 2019-cu il tarixli, 40 nömrəli protokolundan görünür ki, X22 X9 03 avqust 2019-cu il tarixli iclasında Cavabdeh baş həkimi X17 İttifaqı Şurasına ünvanladığı 30 iyul 2019-cu il tarixli, 1442 nömrəli məktuba əsasən X5 böyük tibb bacısı İddiaçı işdə buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi məsələsi müzakirə edilmiş və 30 iyul 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzif ə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. -X22 X9 sədri İradə Xəlilova tərəfindən Cavabdeh baş həkimi Elçin Əmirova ünvanlanmış 03 avqust 2019-cu il tarixli, 34 nömrəli məktubdan görünür ki, (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi) 30 iyul 2019-cu il tarixli, 1442 nömrəli müraciətə cavab olaraq 30 iyul 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə X22 X9 rəyasət heyəti etiraz etmir. -Cavabdeh baş həkiminin müavini Şahi d3 Cavabdeh baş həkimi Elçin Əmirova ünvanladığı 05 avqust 2019-cu il tarixli məlumatda göstərilmişdir ki, Şəki rayon X3 işinin təşkilinin yoxlanması məqsədilə 30 iyul 2019-cu il tarixdə Şəki RMX-nın baş həkimin müavini Şahid3 və RMX-nın hüquqşünası Nümayəndə tərəfindən müəssisəyə baxış keçirilmişdir. Baxış keçirilən zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: Şəki RMX-nın Poliklinika şöbəsinin Baş tibb bacısı İddiaçı zəruri uçot-hesabat sənədləşdirməsi aparılması işini düzgün və qanunamüvafiq şəkildə təşkil etməmişdir. Belə ki, xəstələrə verilən Forma 086-nın qeydiyyatı özlərinin qanunsuz tərtib etdiyi jurnalda aparılmışdır. Poliklinika şöbəsinin baş tibb bacısı cavabdeh olduğu Forma 086-nın qeydiyyatı kitabında aidiyyatı olmayan orta tibb işçilərinin qeydiyyat apardığı məlum olmuşdur. B aş tibb bacısı İddiaçı təqdim etdiyi jurnaldan seçmə üsulu ilə 15 nəfər arayış verilən vətəndaşların ambulator kartları istənilmiş, lakin o, cəmi 2 nəfərin yarımçıq şəkildə tərtib edilmiş ambulator kartasını təqdim edə bilmişdir. İddiaçı təqdim etdiyi jurnaldan başqa forma 086nın qeydiyyatı jurnalının olub olmadığı soruşulduqda, onun olmadığını bildirmişdir. Həmin jurnalda arayış verilən vətəndaşların bəzilərinin şəxsiyyət vəsiqələrinin qeydiyyatı, arayış təqdim olunan vətəndaşların imzası, arayışın hansı müəssisəyə təqdim olunması barədə heç bir qeydiyyat aparılmamışdır. -orta tibb heyəti olan böyük tibb bacısı (qardaşı), mama, feldşer, diş texnikinin əmək funksiyasından çıxarışdan görünür ki, onlar-öz ixtisası üzrə rəhbərlik etdiyi sahədə orta və kiçik tibb heyətinin işini təşkil edir və onlar tərəfindən əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir. Həkimlərin normal işləməsi üçün orta və kiçik tibb heyətindən tələb olunan şəraitin yaradılmasını və şöbədə (yarımstansiyada) ümumi intizam qaydalarına riayət olunmasını təmin edir. Şöbənin (yarımstansiyanın) müntəzəm olaraq tibbi alətlər, dərman və tibbi materiallarla təchiz olunmasına nəzarət edir. Şöbədə (yarımstansiyada) əmlakın və tibbi inventarın qorunması və avadanlığın vaxtında təmir olunması, xəstələrin qidalanması və yeməklərin şöbələrə daşınması işlərini təşkil edir. Güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılmasını və saxlanılmasını, şöbənin (yarımstansiyanın) heyəti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, asep tika və antiseptika qaydalarına düzgün riayət olunmasını təmin edir. Tələb olunan hesabatqeydiyyat sənədlərini aparır. Həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət edir. -Cavabdeh baş həkimi Elçin Əmirovun 05 avqust 2019-cu il tarixli, 2210-K saylı əmrindən çıxarışdan görünür ki, Şəki rayon X1 Poliklinika Şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 530 nömrəli əmək müqaviləsinə 05 avqust 2019-cu il tarixdən xitam verilmiş və İddiaçı son haqq-hesabı əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş gününün verilməsi qərara alınmışdır. -Cavabdeh hüquq məsləhətçisi Nümayəndə Cavabdeh baş həkimi Elçin Əmirova ünvanlanmış 09 avqust 2019-cu il tarixli məlumatından görünür ki, 09 avqust 2019-cu il tarixdə Şəki rayon X1 Poliklinika Şöbəsində işləmiş sabiq böyük tibb bacısı İddiaçı şöbənin sənədlərinin təhvil-təslim işində iştirak etmişlər. İddiaçı Şəki rayon X1 Poliklinika Şöbəsinə aid olan 10 ədəd rəsmi kitabları təhvil vermiş, yalnız X5 vətəndaşlar verilən arayış qeydiyyat kitabını təhvil verməmiş, kitabı verməməyini kitabı evə aparması ilə əsaslandırmış, kitabı gedib evdən gətirə biləciyini bildirmiş və maşınla harasa gedərək 30 dəqiqədən sonra vətəndaşlara verilən qeydiyyat kitabını gətirib təhvil vermişdir. -Cavabdeh hüquq məsləhətçisi Nümayəndə, Cavabdeh kadrlar üzrə mütəxəssisi Ellada Qarayevanın, Cavabdeh Terapiya Şöbəsinin müdiri və Poliklinika Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyevanın və Şəki rayon X1 Poliklinika Şöbəsinin böyük tibb bacısı işləmiş İddiaçı iştirakı ilə 09 avqust 2019-cu il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Şəki rayon X1 Poliklinika Şöbəsinin böyük tibb bacısı işləmiş İddiaçı X6 aid olan rəsmi sənədlər təhvil-təslim alınmış və 10 adda kitab (jurnal) təhvil verilmişdir. Həmin aktda arayış jurnalının olmadığı, təqdim edilmədiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 80-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir. İş materiallarından g örünür ki, Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən X22 X9 sədri İradə Xəlilovaya yazılmış 30 iyul 2019-cu il tarixli təqdimatla Şəki rayon X2 şöbəsində aparılan yoxlama zamanı tərtib olnmuş 30 iyul 2019-cu il tarixli akta əsasən Şəki rayon X2 şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. X22 X9 03 avqust 2019-cu il tarixli, 40 nömrəli protokoluna əsasən X22 X9 03 avqust 2019-cu il tarixli iclasında Cavabdeh baş həkimi X17 İttifaqı Şurasına ünvanladığı 30 iyul 2019-cu il tarixli, 1442 nömrəli məktuba əsasən X5 böyük tibb bacısı İddiaçı işdə buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsinin mümkünlüyü müzakirə edilmiş və 30 iyul 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. Cavabdeh baş həkiminin 05 avqust 2019-cu il tarixli, 2210- K nömrəli əmri ilə Cavabdeh böyük tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 avqust 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı m addəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Re spublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X10 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü bəndinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi qaydalarını müəyyən edən 187-ci maddəsinin tələblə rinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, iddiaçıya onunla əmək müqaviləsinə xitam verilərkən ondan yazılı izahat verilməsini tələb edilməsi və onun həmin izahatı verməkdən imtina etməsi barədə heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına da ƏM-in 187-ci maddəsinin tələbləri baxımından heç bir hüquqi qiymət verməmişdir. İş materiallarında olan iddiaçının işdən çıxarılmasına razılıq verilməsi barədə Həmkarlar təşkilatının işin 67- 69-cu vərəqələrindəki protokolundan görünür ki, iddiaçının həmin iclasa dəvət edilməsi, lakin gəlməməsi barədə də heç bir sübut yoxdur. Həmin iclasda iştirak edərək çıxış edən şəxslərdən heyyət üzvü Laçın İbrahimxəlilov və Şahid2 alınacaq qərara etiraz etmədiklərini bildirmişlər. Həmin şəxslərdən biri olan Şahid2 birinci instansiya məhkəməsinin 16 oktyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o, İddiaçı işdən azad edildiyini eşitmiş və buna görə də baş həkimin yanına gedərək onun işdən azad edilməməsini xahiş etmişdir. Baş həkim isə ona işində pozuntulara yol verməsinə baxmayaraq Elnarəni başqa işlə təmin etməyə hazır olduğunu bildirmişdir. Həmin iclasda iştirak edən Şahid4 verdiyi ifadəsində iclas zamanı pozuntularla bağlı sənədlərin araşdırılmaması göstərilmişdir. Həmçinin iclas iştirakçılarının ifadələrində İddiaçı işdən çıxarılmasının q arşısını almaq üçün Zahid həkimin baş həkimin yanına xahişə getməsi, lakin, onun xahişinin nəticə verməməsi əksini tapsa da, iclasın yekunu olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etirazın olmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən, onun əmək müqaviləsinin şərtlərini pozması və əmək fu nksiyalarını lazımınca yerinə yetirməməsi barədə cavabdehin qənaəti əsaslı olmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 30 iyul 2019cu ildə İddiaçı Şəki rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı vəzifəsində işləyərkən həmin xəstəxananın baş həkiminin müavini Şahid3, RMX-nın hüquqşünası Nümayəndə və RMXnın Poliklinika şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyeva tərəfindən onun iş yerində yoxlama aparmış və həmin tarixdə tərtib edilmiş aktda göstərilən nöqsanlar aşkar edilmişdir. Tərtib edilmiş akt yuxarıda göstərilən şəxslər tərəfindən imzalanaraq təsdiq edilsə də, hazırki iş üzrə iddiaçı olan fəaliyyəti yoxlanılan İddiaçı tərəfindən təsdiq edilməmiş, həmçinin həmin yoxlamanın keçirilməsi zamanı aşkar edildiyi iddia edilən nöqsanla rla bağlı sonuncunun yazılı izahatı alınmamışdır. Həmin gün Cavabdeh baş həkimi X4 Rayon Mərkəzi X11 X9 sədri İradə xanım Xəlilovaya Şəki rayon X1 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliyini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirməsi üçün müraciət etmişdir. Cavabdeh Səhiyyə İşçiləri X9 03.08.2019-cu ildə keçirilmiş iclasında məktub və akt elan olunmuş, iclas iştirakçılarının izahatları dinlənilmiş, yekunda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etirazın olmaması barədə qərar qəbul edilmişdir. Həmin iclasın iştirakçılarının birinci instansiya məhkəməsində verdikləri izahatlardan görünür ki, onlar İddiaçı işdən azad olunmasının qarşısını almaq üçün baş həkimə xahişlə müraciə t etmələrinə baxmayaraq baş həkimin razılığını ala bilmədiklərindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişlər. Bu isə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatının razılıq verməsi kimi qiymətləndirilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 77.2-ci mаddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını p ozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibət lərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqte yi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə Əmək Məcəlləsinin 187.1-ci və digər göstərilən maddi hüquq normalarının tələbləri baxımından qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-209/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3251/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3251/2020
25.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver