Məhkəmə qərarları › İş №2(102)-3251/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3251/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3251/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin ləğvinin qanunsuz sayılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-586/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh “Bakcell MMC” arasında bağlanmış abunə müqaviləsinə əsasən iddiaçı ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. İddiaçı həmin nömrədən uzun müddət ərzində istifadə etmədiyi üçün həmin nömrə 13 aprel 2019-cu il tarixdən birtərəfli, 13 may 2019-cu il tarixdən isə ikitərəfli bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******-**-** mobil nömrəsindən uzun illər ərzində istifadə etməsini, lakin xeyli müddət ərzində ondan Whatsapp nömrəsi kimi istifadə etməsini, 2020-ci ilin yanvar ayında həmin nömrəni aktivləşdirmək istədikdə və bununla bağlı cavabdehə müraciət etdikdə cavabdehin 07 yanvar 2020-ci il tarixli məktubundan mobil telefonun ikitərəfli bağlanmasının ona məlum olmasını və bu zaman abunəçiyə təqdim olunmuş nömrədən 6 ay ərzində istifadə edilmədikdə müqaviləyə xitam verilərək istifadə olunmayan nömrənin geri alınıb başqa abunəçiyə satılması barədə ona müqavilədə müvafiq müddəanın olmasının bildirilməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 424-cü maddələrinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verilməsinin mümkün olmamasını və s. əsas göstərməklə ***-***-**-** mobil nömrəsindən istifadə ilə əlaqədar bağlanmış abunə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin qanunsuz sayılması və cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək, birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş ***-***-**-** nömrəsini bərpa etmək və yenidən onun istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1983/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.C.Tanrıverdiyeva) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin ləğv edilməsi barədə tərəflər arasında razılıq olmadıqda müqavilənin məhkəmə qaydasında ləğv edilməsini, göstərilən vəziyyətdə cavabdeh tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-586/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək müqavilənin birtərəfli qaydada ləğv edilməsinin Mülki Məcəllənin 421-ci maddəsinin tələbinə zidd olmasını, işin baxılma vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmamaqla işə on suz baxılmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz verərək abunə müqaviləsinə xitam verilməsini, iddiaçının 90 gün ərzində telefon borcunu ödəmədiyi üçün telefon xəttinin ikitərəfli qaydada bağlanmasının və müqaviləyə xitam verilməsinin qanuni olmasını əsas göstərməklə kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən üm id etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya he sab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, mobil telefon nömrəsindən istifadə ilə əlaqədar tərəflər arasında 30 dekabr 2005-ci il tarixdə abunə müqaviləsi bağlanmış və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri, cavabdehliyi və digər məsələlər müəyyən olunmuşdur. Mobil telefon nömrəsindən uzun müddət istifadə etmədiyi və borcunu ödəmədiyi üçün cavabdeh tərəfindən iddiaçının istifadəsində olan telefon ikitərəfli bağlanm ış və onunla bağlanmış abunə müqaviləsi birtərəfli qaydada pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin rədd edilməsini qanuni sayarkən hesab etmişdir ki, iddiaçı birtərəfli qaydada bağlanmış telefon üzrə borcunu 90 gün ərzində ödəmədiyindən və həmin hal abunə müqaviləsinə xitam verilməsinin şərti kimi müqavilədə nəzərdə tutulduğundan müqavilənin birtərəfli qaydada ləğvi əsaslı olmuşdur. Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Mobil telefon nömrəsindən istifadə ilə əlaqədar hüquq münasibəti tərəflər arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli abunə müqaviləsinə əsasən yarandığından, kollegiya hesab edir ki, mübahisə həmin müqavilənin tələbləri baxım ından həll edilməlidir. Cavabdeh mobil nömrəni aktivləşdirməkdən imtina edərkən abunə müqaviləsinin 2.1.6 və 2.1.8-ci maddələrinə əsaslanmışdır. Müqavilənin 2.1.6-cı maddəsinə görə müştəri 3 ay ərzində borcunu ödəmədikdə müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 ay keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün müştəri müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən müəssisə müştərinin Klass-simkartını bu Müqavilədə göstərilən əsaslarla bağladıqdan 6 ay sonra həmin Klass-simkartı digər müştəriyə sata və təqdim edə bilər. Həmin normalar, onların məzmunundan göründüyü kimi, borcun ödənilməməsinə görə telefon xəttinin bağlanmasını və telefon nömrəsinin ləğvini nəzərdə tutduğundan, t ərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün əsas verməmişdir. Göstərilən vəziyyətdə məhkəmənin həmin maddələrə istinad etməklə borcun 90 gün ərzində ödənilməməsini müqaviləyə xitam verilməsi üçün imkan verən şərt kimi qəbul etməsi əsaslı sayıla bilməz. Çünki, qeyd olunduğu kimi, həmin maddələrdə abunə müqaviləsinin ləğv edilməsi imkanı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış abunə müqaviləsində müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 6.1-ci bəndində qeyd edilmişdir ki, müqaviləyə dəyişikl iklər və ya əlavələr edilməsi, müqavilənin birtərəfli qaydada ləğvi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirilir. Abunə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi müqavilənin 6.1-ci maddəsinə əsasən yalnız qanunvericiliyə uyğun həyata keçirilməli olduğundan cavabdeh həmin müqaviləni birtərəfli qaydada ləğv edə bilməzdi. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dər əcədə məhrum olur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. İşdən göründüyü kimi nə abunə müqaviləsində, nə də ondan sonra tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma olmamış və cavabdeh tərəfindən müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət olunmamışdır. Kollegiya onu da diqqətə çatdırır ki, telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz. Tərəf lər arasında mobil telefon nömrəsindən istifadə ilə əlaqədar bütün münasibətlər abunə müqaviləsi ilə tənzimləndiyindən, həmin müqavilədə isə onun birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığından, kollegiya hesab edir ki, həmin müqavilə hüquqi qüvvəsini itirməmişdir. Cavabdeh tərəfindən abunə müqaviləsinin ləğv edilməsi iddia olunsa da, belə bir qərar (müqavilənin ləğvi barədə) işdə yoxdur və həmin səbəbdən müqavilənin hansı əsasa görə ləğv edilməsi də məlum deyildir. Cavabdehin kassasiya şikayətinə etirazında və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad olunan abunə müqaviləsinin 2.1.6-cı maddəsi müştəri tərəfindən müəssisəyə ödəniş tariflərinə müvafiq olaraq ödəniş edilməsi imkanını nəzərdə tutmasına və həmin mobil telefon nömrəsinin cavabdehin izahatına gö rə digər müştəriyə satılmamasına baxmayaraq, iddiaçıya borcunu ödəməsinə və telefon nömrəsini aktivləşdirməsinə imkan verilməməsi başa düşülən deyil və mübahisənin ümumi razılıq əsasında həllinə imkan vermir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunun həmin normasının tələblərinə və işin həqiqi hallarına uyğun olmadığından, kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-586/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar