Məhkəmə qərarları › İş №2(102)-3251/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3251/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3251/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd, torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaqdan sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1062/2024 nömrəli 8 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixli, ********* qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı, X1, X5, X3, X4, X2 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndində 1,1904 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən mülkiyyətlərinə olan ümumi sahəsi 1,1904 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5 ha olan hissəsindən istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin 0,5 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar istehsalat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 8 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndinin ərazisində 1,1904 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 24 fevral 2023-cü il tarixdə qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim edilmişdir və 24 fevral 2023-cü il tarixli qeydiyyat Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu, Əliyanlı kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət k imi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 1998-ci il tarixdən xüsusi mülkiyyəti olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,69 hektarın özləri əkib becərmişdir. Lakin 1998-ci il tarixdən bu günə qədər ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 0,5 hektarını istifadə edə bilmirlər. Çünki həmin 0,5 hektar torpaq sahəsi onlara tanıdılmamışdır və bu illər ərzində istifadə edə bilməmişdir. Yalnız DƏDRXnin 7 saylı Bərdə ərazi İdarəsinə torpaq sahəsinin tanıdılması üçün ərizə ilə müraciət edəndən sonra 3 aprel 2023-cü il tarixdə idarənin əməkdaşı tərəfindən mülkiyyətlərində olan ümumi sahəsi 1,1904 hektar torpaq sahəsinin 0,50 hektar olan hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “GPS” aləti ilə naturada təyin edilərək ona tanıdılmışd ır. Bu barədə 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı tərəfindən akt tərtib edilmişdir. Həmin torpaq ona tanıdıldıqdan sonra məlum olmuşdur ki, 1998-ci il tarixdən bu günə qədər, Bərdə rayonu, Əliyanlı kəndindən yaşayan Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,50 hektar sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Onların isə yeganə dolanışıq mənbəyi torpaq sahəsidir. Çünki heç biri digər sahədə işləmirlər. Bərdə Rayon Aqrar İstehsalat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə veriləndən sonra 0,69 hektar özləri əkib-becərmişdir, dövlət tərəfindən verilən subsidiyanı da özləri almışdır, torpaq sahə sinin vergilərini özü ödəmişdir. Həmin akta görə mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsidir.

4. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı mülkiyyətinə iki hissədən ibarət olmaqla birinci hissə 0,5 ikinci hissə 0,69 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinin İ hissəsi cavabdeh X7 tərəfindən naturada istifadə edilir. İddiaçı mülkiyyətində olan İ hissədə yerləşən 0,5 ha torpaq sahəsi cavabdeh X7 tərəfindən istifadə edilir.

5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2074/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı mü lkiyyətində olan Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 0,50 ha torpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması, Cavabdeh Bərdə rayonu, Əliyanlı kəndində, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı, X1, X5, X3, X4 və X2 ümumi birgə mülkiyyətində olan 0,5 torpaq sahəsindən çıxarılması qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavab deh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məcburi köçkün olmasına əhəmiyyət verməmişdir. Buna görə də qanuna zidd qətnamə qəbul etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 2(104)-1062/2024 nömrəli 8 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi) Mustafa Mustafayev və Rəhman Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 1,1904 ha torpaq sahəsi Gədəbəy rayonu, Qaradağ kəndində yer ləşən 0,06 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əsasında İddiaçı, X1, X5, X3, X4, X2 ümumi birgə mülkiyyətindədir. Lakin mhəmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh iddiaçının paylı mülkiyyətində olan torpaq hissəsindən çıxmadığı üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

12. İddiaçı mübahisəli torpaq sahəsinin mül kiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

13. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmiş və mütəxəssisin rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətinə iki hissədən ibarət olmaqla birinci hissə 0,5, ikinci hissə 0,69 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinin İ hissəsi cavabdeh X7 tərəfindən naturada istifadə edilir. İddiaçı mülkiyyətində olan İ hissədə yerləşən 0,5 ha torpaq sahəsi cavabdeh X7 tərəfindən istifadə edilir.

14. Apellyasiya məhkəməsi Azərbaycan Respublikas ının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda, həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir. Göründüyü kimi, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edilir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60 və 72-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.4, 213.1, 213.2 və 239.2-ci, Azərbaycan Respublikasının T orpaq Məcəlləsinin 84 və 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsi ilə Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra, Bərdə rayonu Əliyanlı kəndində məskunlaşmıdır. Qardaşı İ Qarabağ müharibəsində şəhid olmuşdur. 1998-ci ildə X14 rayonunda olarkən şəhid atası olaraq atasını qəbul etmiş və Bərdə rayon icra hakimiyyəti rəhbərliyinə tapşırıq vermişdir ki, valideynlərinə dolanışı qlarını təmin etmək üçün 1,0 ha torpaq sahəsi verilsin. İcra hakimiyyətinin rəhbərləri onlara Əliyanlı kəndinin ərazisindən sözügedən torpaq sahəsini vermişlər. 26 il həmin torpaq sahəsindən valideynləri istifadə ediblər. Vaxtında iddiaçı bunu bildirsə idi, onlara başqa bir yerdən torpaq sahəsi verərdilər. 26 il ərzində həmin yeri münbit hala gətirmişlər. Onlara 1,0 ha adı ilə həmin torpaq sahəsini vermişdilər. Mütəxəssislər ölçəndən sonra bilmişlər ki, həmin yer 0,63 ha imiş. Bu iş üzrə cavabdeh deyil. Belə ki, atası vəfat edənədək həmin yerdən o istifadə etmişdir. Atası vəfat etdikdən sonra isə anası həmin torpaqdan istifadə edir. O, sözügedən torpaq sahəsindən nə istifadə, nə də sahiblik edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, 1-ci hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

21. Maddə 29, 3-cü hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.4. Sərəncam hüququ - ə mlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dava m etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

28. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

29. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 30.

27. Maddə 111. 1-ci hissə. A zərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

31. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 2 17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sürülmüşdür, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

45. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdır ılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1062/2024 nömrəli iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar