Məhkəmə qərarları › İş №2(102)-3252/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3252/2020

07.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3252/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı və vəkili Şərifov Vaqif İsgəndər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı “işə bərpa və vəzifəsinin icrasına buraxılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-191/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh Qəbələ rayon Mərkəzi Xəs təxanasının nümayəndəsi X2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və vəzifəsinin icrasına buraxılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qəbələ rayon Nic sahə xəstəxanasının tibb bacısı vəzifəsinə bərpa edilməsi və həmin vəzifənin icrasına buraxılmağı haqqında öhdəliyin Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi xxun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon X1 xnın işdən azad olunması barədə 04.07.2019-cu il tarixli, K -578 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sahə xəstəxanasına əvvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) 22 yanvar 2020-ci il tarixli, 2(107)-191/2020 nömrəli qətnaməsi ilə cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-191/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tar ixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ziddiyyətli tərtib edilmiş və məhkəmənin qətnaməsində iddia ərizəsi ilə iddiaçının məhkəmədə verdiyi ifadələri arasında olan ziddiyyətlərə əhəmiyyət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı göstərmişdir: " o, Nic qəsəbə sahə xəstəxanasının tibb bacısı işləyir. Qızı X6 Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ona məlumat gəlmişdir ki, qızı onkoloji xəstəlikdən 25.06.2019-cu il tarixdə Moskva şəhərində əməliyyat olunmalıdır. Bu səbəbdən o, Qəbələ rayon Mərkəzi Xəstəxanasının Baş həkimi xxa 18.06.2019-cu il tarixdə ərizə yazaraq qızının xəstəliyi ilə bağlı təcili olaraq Rusiya Federasiyasına getməli olduğunu bildirmiş və ona öz hesabına qısa müddətli məzuniyyət verilməsini istəmişdir. Ərizəni poçt vasitəsilə göndərdikdən sonra Rusiya Federasiyasına getmişdir. Ərizəsində istədiyi məzuniyyət vaxtını texniki olaraq səhv yazmışdır. Məzuniyyət istədiyi vaxt Nic sahə xəstəxanasında heç bir xəstə olmamışdır. Yəni, ona öz hesabına qısa müddətli məzuniyyətin verilməməsi üçün heç bir fövqəladə vəziyyət mövcud olmamışdır. 04.07.2019-cu il tarixdə Rusiya Federasiyasından qayıtmış və dərhal cavabdehə ərizə ilə müraciət edərək onun işdə sayılması barədə sərəncam verilməsini xahiş etmişdir". Məhkəmə iclasında iddiaçının nümayəndəsi də eyni məzmunlu izahat verərək iddiaçının dediklərini təkrar etmişdir. Apelyasiya məhkəməsində isə iddiaçı qızının xəstəliyi ilə bağlı ona məlumat daxil olduğu vaxtla, icazə üçün ərizə ilə müraciət etdiyi vaxt arasında, daha doğrusu Rusiya Federasiyasına getdiyi vaxt arasında 10 gün müddət olduğu barəsində verilmiş suala cavab verə bilmədi. Belə ki, iddiaçının real imkanı olmuşdur ki, əyani şəkildə icazə istəsin. Lakin o, 10 gündən sonra icazə barədə rəsmi ərizə yazmışdır. Məhkəmə iddiaçının suala əsaslı cavab verə bilməməsinə qiymət verməmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət vardır. Belə ki, iddia ərizəsində iddiaçının Rusiya Federasiyasından qayıtmasının tarixi 05.07.2019-cu il göstərildiyi halda məhkəmə iclasında Rusiya Federasiyasından qayıtma tarixini 04.07.2019-cu il kimi göstərilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi X 5 birinci instansiya məhkəmədə verdiyi ifadəsini təhrif etmişdir. Belə ki, o, məhkəmə iclasında göstərmişdir: "X7 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı Nic qəsəbə xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir... iş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır". İddianı qəbul etməyən cavabdehin nümayəndəsi qərar qəbul edilməsini nəyə görə məhkəmənin mülahizəsinə buraxmalıdır. İddiaçının nümayəndəsinin məhkəmədəki izahatını təhrif etməklə məhkəmə qeyriobyektivliyə yol vermiş nəticədə qanunsuz qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Bütün bunlar apellyasiya məhkəməsində də təkrar olunmuşdur. Məhkəmə İddiaçı PC AZE xxx nömrəli xarici pasportuna istinad edərək qətnamədə göstərir: "işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.12.2017-ci il tarixdə İddiaçı verilmiş PC AZE xxx nömrəli xarici pasportunun vizalar üçün ayrılmış səhifəsində aparılan qeydlərdən görünür ki, o, 20.06.2019-cu il tarixdə Azərbaycan Respublikası sərhəddini keçmiş və 01.07.2019-cu il tarixdə respublikası ərazisinə daxil olmuşdur. Məhkəmə işdə olan Nic qəsəbə sahə xəstəxanasında 2019-cu ilin iyun iyul ayları üçün tərtib olunmuş tibb işçilərinin növbətçilik cədvəlinə istinad edərək göstərmişdir ki, iddiaçı iyun ayının 19, 24, 27 və 30-da, iyul ayının isə 03 və 06-da işdə olmamaqla, cəmi 6 gün işdə olmamışdır. İddiaçının xarici pasportundakı vizalar üçün ayrılmış səhifəsindən görünür ki, iddiaçı 11 gün Azərbaycan Respublikası ərazisində olmamışdır. Lakin təəssüf hissi ilə qeyd edirəm ki, məhkəmə bu faktı araşdırarkən əmək müqaviləsinə istinad etməmiş və müəyyən olunmamışdır ki, işə davamiyyət növbətçilik cədvəli ilə mi müəyyən olunur. Növbətçilik cədvəli fikrimizcə işçinin həmin gün üçün ən çox məsuliyyət daşıdığı gündür. Sadəcə olaraq məhkəmə iddiaçını işə bərpa etmək üçün işdə olmama günlərinin sayını azaltmaq və ona haqq qazandırmaq üçün istinad etdiyi haldır. İşdə araşdırılmış xarici pasportla müəyyən olunmuşdur ki, 20 iyun 2019-cu il tarixdə iddiaçı respublikanı tərk etmiş və 01 iyul 2019-cu ildə respublikaya qayıtmışdır. İddiaçının ərizəsinə diqqət yetirdikdə müəyyən olunur ki, o, ərizəsində 18.07.2019-cu ildən 18.08.2019-cu il tarixədək icazə istəmişdir. Ərizənin yazılma tarixi isə 08 iyul 2019-cu il göstərilmişdir. Ərizə ilə iddiaçının respublikanı tərk etməsi arasında olan təqvim tarixini üzləşdirdikdə məlum olur ki, iddiaçı respublikaya qayıtdıqdan sonra ərizə yazmışdır. Başqa bir fərq ondan ibarətdir ki, ərizənin yazılma tarixinin səhv olduğu qənaətinə gəlsək belə iddiaçının respublikanı tərk etməsi ilə onun ərizə yazması arasında iki gün müddət olmuşdur ki, bu müddət ərzində o, ərizəni əyani şəkildə təqdim edə bilərdi və rəhbərliklə görüşə bilərdi. Onun real imkanı olmuşdur ki, respublikadan getməli olduğunu əyani razılaşdıra bilsin. Lakin, o, bundan istifadə etməmiş və respublikanı tərk etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçının və məhkəmənin iş üzrə gətirdiyi arqumentlər real vəziyyəti əhatə etmir. Məhkəmə qətnamədə maddi hüquq normalarına istinad etsə də həmin maddi hüquq normaları qətnamə tərtib etmək xətrinə istinad olunan normalarıdır. Çünki, real vəziyyəti araşdırmadan qətnamə tərtib edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Şərifov Vaqif İsgəndər oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Ayrumova X3 xnın onkoloji xəstəliyi ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərində əməliyyat olunacağını nəzərə alaraq təxirəsalınmadan Moskva şəhərinə getməli olduğundan (yəni, xəstəxanaya gəlib işəgötürəni bu barədə məlumatlandırmaq imkanı olmadığı üçün) ödənişsiz əmək məzuniyyətinin verilməsi üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi xxa rəsmi ərizəsini poçt vasitəsi ilə göndərməklə Rusiya Federasiyasına getmişdir. İşin bu halını cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi A.Əliyeva məhkəmədə verdiyi izahatında etiraf etmişdir. Bundan başqa işin halları və mülki işə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının qızı X6 həqiqətən Moskva şəhəri, «A.S.Liqinov» adına Elmi-Praktiki Mərkəzdə 25.06.2019-cu il tarixdən 28.06.2019-cu il tarixədək olan dövrdə stasionar müalicə olunmuşdur. Cavabdeh ailə vəziyyəti ilə bağlı ödənişsiz məzuniyyətin müddətin 7 gündən artıq olmadığını əsas gətirərək heç bir hüquqi əsas olmadan İddiaçı məzuniyyətlə təmin etməmişdir. Əksinə, iddiaçının işlədiyi Nic qəsəbə sahə xəstəxanasında sonuncunun işə gəlməməsinə əsaslanmış akt tərtib etməklə 04.07.2019-cu il tarixli, 578-K nömrəli əmrlə İddiaçı ilə bağlanmış 371 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad etməklə həmin tarixdən xitam vermişdir. İddiaçı ailə məsələsi olan yaxın qohumu, yəni qızı Y.x nın xəstəliyi ilə bağlı ödənişli məzuniyyət verilməsi barədə rəsmi ərizə ilə işəgötürənə müraciət etsə də onun arzusu yerinə yetirilməmiş və cavabdeh heç bir hüquqi əsas o lmadan onu ödənişsiz məzuniyyətlə təmin etməmişdir. Bununla da cavabdeh İddiaçı Əmək Məcəlləsinin 128-130-cu maddələri ilə qorunan hüquqlarını pozmuşdur. Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi xx 04 iyul 2019-cu il tarixdə ünvan 1 ünvanlayaraq Nic qəsəbə xəstəxanasının tibb bacısı İddiaçı 19.06.2019-cu il tarixdən 01.07.2019cu il tarixədək üzrsüz səbəbdən işə gəlmədiyi, bu barədə xəstəxanada akt tərtib edildiyini göstərməklə onun qanunauyğun olaraq işdən azad olunmasına razılıq verilməsini xahiş etmişdir. Qəbələ SİHİ Şurasının sədri S.Şərifov Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi S.Bayramova ünvanladığı 02.07.2019-cu il tarixli məktubda, Qəbələ rayon Mərkəzi Xəstəxanasının 01.07.2019-cu il tarixli məktuba cavab olaraq İddiaçı tutduğu vəzifədən azad edilməsinə Qəbələ SİHİ Ş urasının etiraz etmədiyini göstərmişdir. S.Şərifov məhkəmə araşdırılması zamanı verdiyi ifadəsində xəstəxananın baş həkiminin 2019-cu ilin iyul ayının 01-də ərizə ilə ona müraciət edərək İddiaçı işdə olmaması ilə bağlı məsələnin müzakirə edilməsini xahiş etdiyini, 04.07.2019-cu il tarixdə rəyasət heyətinin 5 nəfər üzvü ilə iclas keçirildiyini, baş həkimin məktubu və iddiaçının iş buraxmasına dair tərtib olunmuş akt oxunaraq müzakirə olunduğunu göstərmişdir. Məhkəmələr hesab etmişdirlər ki, cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi S.Bayramovun Qəbələ RMX-nının H.İ.Ş.İ.T-nin sədri Samir Şərifova ünvanladığı 7-3/26 saylı (04.07.2019-cu il tarixli) məktubla, sonuncunun ona 02.07.2019-cu il tarixdə yazdığı məktubların yazılma tarixləri arasında olan və eləcə də S.Şərifovun məhkəm ə iclasında şahid qismində verdiyi ifadələri arasında olan ziddiyyət həmin sənədlərin sonradan tərtib olunduğuna dəlalət edir və işin bu halı deməyə əsas verir ki, işəgötürən (cavabdeh) iddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmrdə qeyd olunmuş) xitam verən zaman həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Yəni, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, HİK iddiaçının da iclasda iştirakının təmin etməmiş və bununla bağlı hər hansı bir tədbir görməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmiş dir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 42.1, 70-ci maddəsinin «ç» bəndinə, 72-ci maddəsinin “a” bəndində, 80-cı maddəsinin 1-ci bəndinə, 80-cı maddəsinin 2-ci bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 128, 129 və 130-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin «ç» bənd inə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72-ci maddəsinin “a” bəndində əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 80-cı maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, i stərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən isifadə etmək hüququ vardır. - 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. - 130-cu maddəsinin «i» bəndinə gö rə ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntulara yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri pozulması işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdə azad etməsi barədə əmrinin ləğv edilməsi üçün yetərli əsasdır. Məhkəmə kolegiyası hesab edir ki, kassasiya şikayətinin şəxsin əyani surətdə icazə almayaraq, öz hesabına məzuniyyət verilməsi bar ədə ərizəni təqdim etməsi, ərizədə məzuniyyət istədiyi tarixləri səhv göstərməsi, iddiaçının işdə 76 gün deyil, 11 gün olmaması barədə dəlilləri isə Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş əmrin qanuni hesab edilməsi üçün tutarlı dəlil hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdı r. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-191/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar