Məhkəmə qərarları › İş №2(102)-3252/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3252/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3252/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 iyun 2024-cü il tarixli 2(103)-2884/2024 saylı qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, əmlak mülkiyyətçisinin bu müqaviləyə xx.xx.2001-ci il tarixində 30/8441 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi reyestrindən seriya ÖM № 073798 saylı qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 kv.m-dən (faktiki 29.50 kv.m) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, CavabdehMMC isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin bünövrəsi qoyulduqda sonra 24 ay ərzində tikint i işlərini başa çatdırıb 35,4 kv.m sahəsi olan təmirli mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi, tikinti başa çatdırılanadək aylıq 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, təmirli mənzilin təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulması, həmin müqavilə üzrə ərizəçiyə ödənilməli olan, lakin mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqının tutulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə imzalanan vaxtdan 5 il yarım keçməsi və göstərilən ərazidə uzun müddət bina tikilib başa çatdırılsa da, indiyə kimi ərizəçinin mənzili təhvil verilməmişdir. Müqavilə bağlanandan sonra, MTK-nın əvvəlki rəhbəri Sadıqov Nicat binada 35,4 kv.m uyğun sahə olmadığı təqdirdə, MMC tərəfindən ödənişsiz ərizəçiyə 60 kv.m-lik mənzil veriləcəyi bildirilmişdir. MTK-nın nümayəndəsi onun anasına binada belə mənzilin olmadığını, mənzillərin sahələrinin böyük olduğunu, mənzil verilməsi üçün sahə fərqinə görə pul ödəməli olduğunu və təmiri də özünün aparmalı olduğunu bildirmişdir. Həmçinin, ərizəçiyə 1 otaqlı, 1 pəncərəli, mətbəxi, yataq otağı, qonaq otağı bir yerdə olan mənzil veriləcəyi bildirilmişdir. Bu vaxta qədər ona heç bir mənzil təklif də olunma mışdır. Üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmamışdır.

4. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və MTK-nın müqavilə üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış 4 noyabr 2017-ci il tarixli müqavilə üzrə, hal-hazırda yeni inşa edilmiş binada göstərilən ümumi sahəsi 35.4 kv.m ümumi yaşayış sahəsi olan mənzil olmamış, bu səbəbdən MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi qeyri-mümkün olmuşdur. Bununla bağlı MTK tərəfindən iddiaçıya həmin müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, iddiaçı təklifə hər-hansı bir münasibət bildirməmiş, məsələnin həlli istiqamətində MTK ilə əlaqəyə keçməmişdir. Həmçinin, bu təklifilə bağlı MTK tərəfindən iddiaçının nümayəndəsinə “whatsapp” vasitəsi ilə müraciət edilmiş, lakin o da təklifə hər-hansı bir münasibət bildirməmişdir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Aberkarov izahatında bildirmişdir ki, müqavilə üzrə əsas məqsəd həmin ərazidə vətəndaşlara məxsus binada qəzalı vəziyyətdə olan evlərin sökülərək yeni tikiləcək binada sökülən mənzilin sahəsindən 20%-dən artıq sahəsi olan təmirli mənzil ilə təmin edilməsi olmuşd ur. Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən iddia tələbinin əsaslı olduğunu hesab etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1407/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-nın üzərinə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilə üzrə təmirli mənzilin İddiaçı təhvil verilməsi və mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqlarının ödənilməsi vəzifəsinin qoyulması, Cavabdeh MTK-dan ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yeri nə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddia tələbinə yazılı etiraz verilərək, yeni inşa edilən binada müqavilə üzrə nəzərdə tutulan 35.4 kv.m sahəsi olan mənzil olmadığından, iddiaçıya hə min müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, məhkəmə belə bir mənzilin mövcud olub-olmamasına dair araşdırma aparmadan, qətnaməsində həmin mənzilin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini qət etmişdir. Belə olan halda, məhkəmənin gəldiyi nəticə ilə cavabdeh MTK mövcud olmayan mənzili iddiaçıya təhvil verməlidir. Faktiki olaraq qətnamənin icrası özü özlüyündə mümkün deyildir. Bu səbəbdən, məhkəmə tərəflərindən cavabdehə edilmiş ədalətli təklifi qiymətləndirməli və onun əsasında qətnamə qəbul etməli idi. Həmçinin, məhkəmə cavabdeh MTK-dan ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvə zi tutularaq iddiaçıya ödənilməsi qət etmişdir. İddiaçının “mənzilin təhvil verilməsi” tələbi hissəsi rədd edilməli olduğundan, pul tələbi hissəsində də iddia tələbi rədd edilməlidir.

12. Apellyasiya instansiyası məhkəməsinin iclasında apellyasiya şikayətinin qətnamənin icrasının mümkün olmaması ilə bağlı müəyyən məsələlər müzakirə edilərkən iddiaçı cavabdeh tərəfin təklif etdiyi kommensasiyanın ədalətli olmaması baxımından deyil, ümumiyyətlə qəbul etməyərək, müqavilə öhdəliyinin yerinə yetirilməsində israrlı olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş binada mənzil olmasa da, həmin ərazidə 1 otaqlı mənzil verilməsi ilə mübahisəni həll etmək mümkün olardı. Cavabdeh isə bu istiqamətdə konkret, real addımlar atmamışdır. Əksinə, sonuncu məhkəmə iclasınd a cavabdeh eklektron məhkəmə sistemi vasitəsilə iddiaçı ilə bağlanmış müqavilənin ləğv ilə bağlı birinci instansiya məhkəməsində müvafiq iddia qaldırmasına görə hazırkı işin icraatının dayandırılması barədə vəsatət vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2884/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1407/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və proses sual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır.

15. Məhkəmə kollegiyası, cavabdeh MTK-nın hazırkı işin icraatının dayandırılması barədə vəsatətinin əsassız olması ilə yanaşı bunu tərəfin hüquqdan suiistifadəsi kimi qiymətləndirmişdir. Belə ki, cavabdeh mübahisə yaranandan iddiaçı qarşısında müqavilə öhdəliyini yerinə yetirə bilmədiyi üçün ona kompensasiya təklifini vermiş, daha sonra tərəflə mübahisəni məhkəmədənkənar həll edilməsi üçün vaxt istəmiş, kollegiya da məhz mübahisənin qarşılıqlı və ədalətli əsaslarla həll edilməsi məqsədi ilə məhkəmə iclaslarını təxirə salmışdır. Lakin, cavabdeh ona yaradılan bu imkandan mübahis əni sülh yolu ilə deyil, məhz öz mənafeyi üçün sui-istifadə edərək verilən vaxt ərzində qeyd edilən iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin tikilməsi mümkün olmamasını Mülki Məcəllənin 448.4cü maddəsinin tələbləri baxımından onun cavabdeh olmadığı haldan irəli gəlməsi barədə hər hansı mötəbər sübuta istinad edə bilməmişdir. Digər tərəfdən cavabdeh həmin normada qeyd edilən maneədən xəbərdar olduğu halda iddiaçıya məlumat verməmiş, həmçinin cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verməsini də sübut edə bilməmişdir.

17. Məhkəmə kollegiyası, cavabdehin kollegiyanın iclasında iddiaçı ilə müqavilə bağlanarkən inşa edilmiş binanın layihəsi hazır olmadan mənzili n sahəsinin formal olaraq göstərmələri ilə bağlı qeyd etmişdir ki, əvvəla müqavilə bağlanarkən cavabdeh təsdiq edilmiş layihə üzrə mənzil verilməsinə dair müqavilə bağlamalı idi. Görünən odur ki, belə bir layihə olmadan müqavilənin bağlanması iddiaçını bir növ mülkiyyətində olmuş, sökülməli olan mənzili təhvil vermək üçün əsas yaratmışdır. Lakin, sözügedən təsdiq edilmiş layihə olmadan müqavilə bağlayaraq iddiaçıya 35.4 kv.m sahəsi olan mənzilin verilməsinə dair öhdəlik götürməsini məhkəmə kollegiyası cavabdehin öz riskinə daxil olan hal olmaqla iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcı olmasını birbaşa təsdiqi kimi qiymətləndirildiyindən, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə MMC üzərinə götürdüyü öhdəliyi müqavilədə göstərildiyi qaydada icra edilməlidir. 1

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. 385.2, 386.2, 442, 448.1, 448.2, 567 və 646.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunla əsaslandırılmış, alavə olaraq qeyd edilmişdir ki, yeni tikilmiş binada 35.4 kv.m ümumi sahəsi olan mənzil mövcud olmamış, buna baxmayaraq apellyasiya məhkəməsi həmin mənzili iddiaçıya təhvil verilməsi öhdəliyi ni cavabdehin üzərinə qoymuşdur. Nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi MTK tərəfindən iddiaçıya edilmiş ədalətli təklifə münasibət bildirməmiş və icrası qeyri-mümkün olan qətnamə qəbul etməklə məhkəmə tərəfindən tərəflərin bərabərlik prinsipi pozulmuş və məhkəmə mübahisəsi faktlar əsasında həyata keçirilməmişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 217.3, 254.1.4 və 256-cı maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqıs ı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfl ərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 iyun 2024-cü il tarixli 2(103)2884/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar