Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3252/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi,, X1 və “X5” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzildən çıxarılma, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi,, X1 və “X5” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “mənzildən çıxarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli 2(103)-5541/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadına əsasən İddiaçı ASC ilə “X5” MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və həmin sazişə əsasən bir sıra mənzillərlə yanaşı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşa yış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən 158 saylı mənzil də İddiaçı ASC-nin sərəncamına verilmişdir. Həmin qərardadın icrası qaydasında qeyd edilən mənzil (yeni qapı qoyulmaqla, açarları ilə birlikdə) Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı ASC-yə təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)6092/2018 saylı qətnaməsi ilə iddiaçı nun cavabdeh “X5” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaq lı, 158 nömrəli mənzili iddiaçı na təhvil verilmiş və həmin mənzillə bağlı ona münasibətdə maneələrin yaradılması cavabdeh “X5” MMC-yə qadağan edilmişdir.
3. Həmin qətnamənin icrası çərçivəsində bu mənzil Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən na təhvil verilmiş və bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Lakin bundan sonra həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)9641/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6092/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı nun iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(102)-2875/2022 saylı qərarı ilə bu nəticə ilə razıla şaraq, iddiaçı Cavabdeh kassasiya şikayətini təmin etməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)398/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdeh na qarşı (Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehin ailə üzvləri ilə birlikdə “X5” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv meirdən ibarət olan 3 otaqlı 158 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddiası iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə rədd edilmişdir.
5. Satıcı “X5” MMC ilə alıcı X1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsndə ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaqlı 158 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin müqavilə üzrə müəyyən edilmiş ümumi dəyərini təşkil edən 48150 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X5” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, nun xeyrinə çıxarılmış, lakin sonradan apellyasiya instansiyasında ləğv edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)6092/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən həmin mənzil xx.xx.2019cu il tarixli aktla guya boş və təmirsiz vəziyyətdə na təhvil verilmişdir. Lakin, bundan öncə xx.xx.2018-ci il tarixli aktla həmin mənzil İdd iaçı ASC-yə təhvil verilmiş və bank ora qapı qoyaraq, mənzili mühafizə altına almışdır. Ləğv edilmiş qətnamə üzrə icra vərəqəsi verildiyindən icra işinə xitam verilmişdir. həmin mənzili könüllü şəkildə Banka təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən Bank tərəfindən na qarşı iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə icraat zamanı Banka məlum olmuşdur ki, həmin mənzili xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilə əsasında xx.xx.2049-cu il tarixə kimi ona Çıxarış almaqla Cavabdeh satmağı öhdəsinə götürmüş və buna görə Notariusun depozit hesabı vasitəsilə 48150 manat pul almış və mənzili Cavabdeh təhvil vermişdir. nun xeyrinə çıxmış qətnamə iddia tələblərinin təmin edilmiş hissəsində ləğv edildiyindən və iddia tələblər i rədd edildiyindən, habelə xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnamə qəbul edilən vaxt artıq cavabdeh “X5” MMC-nin Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaqlı 158 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2-1(103)-345/2010 saylı İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli Aktla İddiaçı ASC-yə təhvil verildiyindən, hal-hazırda orada yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, İddiaçı ASC sözügedən mənzilə faktiki sahiblik edərkən qanunsuz olaraq ora müdaxilə edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2 024-cü il tarixli, e-2(004)2365/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X5” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılmaqla İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim X2).
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Bu səbəbdən iddia tələbi əsaslıdır və mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir.
10. Məhkəmə cavabdeh tərəfin müdafiə arqumentlərinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli, 2- 1(103)-345/10 nömrəli qərardadına əsasən verilmiş icra sənədi üzrə pulun icrası təmin edilməmiş, İddiaçı ASC tələbkar kimi öz hüququndan istifadə etməklə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən cavabdehə izah edilməlidir ki, ona vurulmuş zərərlə (iddia olunan) bağlı müvafiq şəxslərə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yen i qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadı ilə “X5” MMC-nin İddiaçı ASC-yə ******* avro borcu var. Həmin borcun ödənilməsi üçün qərardadın 1-ci bəndində göstərilən mənzillər, qeyri-yaşayış sahələri və qarajlar satılaraq, 2-ci bəndində göstəilən pul məbləğləri yığılaraq 50/50 nisbətində tərəflər arasında bölünməli və yalnız həmin məbləğlər borcu (1315091 avro) bağlamağa kifayət etdiyi təqdirdə yerdə qalan satışdan əldə olunan məbləğ “X5” ASC-nin sərəncamına verilir. Həmin icra vərəqi bu günki günə qədər icra olunmamış qalmışdır. Məhkəmənin istinad etdiyi, icra məmuru tərəfindən tərtib olunmuş akt mənzilin İddiaçı ASC -yə təhvil verilməsini təsdiq etsə də, bu akt İddiaçı ASC-də mənzilə mülkiyyət hüququ yaratmamışdır. Eyni zamanda, bu günə qədər xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadın icra olunmaması tərəflərdə və maraqlı şəxslərdə (belə maraqlı şəxslərdən biri də Cavabdehdur, məlum qərardadda satılaraq əldə olunan məbləği İddiaçı ASC ilə “X5” MMC arasında bölünməli olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsi, bina 1, mənzil 158-in faktiki sahibi) naməlumluq yaradır. Belə ki, təqribi hesablamalara görə yalnız qarajların və qeyri-yaşayış sahələrinin bir hissəsinin satılması həmin borcun ödənilməsinə kifayət edə bilər. Binada yerləşən qarajlar, qeyriyaşayış sahələri satılaraq “X5”in İddiaçı ASCdə olan ******* avro borcu bağlanacağı təqdirdə o na qarşı mənzil (mənzilin boşaldılması) tələbi öz hüquqi əsasını və əhəmiyyətini itirəcək. Çünki “X5” barədə icra hərəkətləri tamamlanmış olacaq. Qərardadın icrası ilə bağlı hazırki hal məhkəmə iclasında onun nümayəndəsi tərəfindən izah olunaraq, mülki işin bütün həqiqi hallarının müəyyən edilməsi, o cümlədən qərardadın icrası çərçivəsində icra hərəkətləri nəticəsində Cavabdeh məxsus mənzilin satılıb-satılmayacağının aydınlaşdırılması məqsədi ilə Yasamal Rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına çağrılması barədə vəsatət verilmiş, vəsatət təmin edilsə də icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. İcra məmuruna məhkəmə tərəfindən bildiriş göndərilib-göndərilməməsi barədə məlumat yoxdur. Nəticə etibarı ilə həmin icra işi ilə əlaqədar Yasamal rayon İcra şöbəsinin icra məmurunun iştirakı təmin edilməlidir. Məhkəmə icraçısının məhkəmə iclasında iştirakının təmin edilməməsi ciddi prosessual pozuntu olmuş və iş üzrə obyektiv, işin bütün həqiqi hallarını aşkar edərək, qanuni nəticəyə gəlməyə mane olmuşdur. Bu səbəbdən həmin icra məmurunu apellyasiya instansiyasında izahat verməsi ədalətin və qanuniliyin bərpa olunmasına kömək edəcəkdir. Bu hal araşdırılmadan qətnamə qəbul edilməsi onun mülki-prosessual məcəllə ilə qorunan hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnu yaradan sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olduğu təqdirdə iddiaçının iddia ərizəsində irəli sürdüyü tələb mülkiyyət hüququnu təsdiq edən sənəd olmaması səbəbindən təmin edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı hüqu qi şəxsdir və həmin mənzil hüquqi şəxsə yaşayış olmaması səbəbi əsası ilə verilə bilməz. Hüquqi şəxs daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə yiyələnə bilər. Göstərilənlər, o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1-ci maddəsinin, Mülki Məcəllənin 152-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən İddiaçı ASC-nın mülkiyyət hüququnun olması sübuta yetirilmədiyi halda iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edərək, məhkəməyə müraciət olunmasını bildirməli idi. Mənzilin icra aktı ilə İddiaçı ASC-yə təhvil verilməsi mülkiyyət hüququnu əvəzedən sənəd deyildir. Vətəndaşın vicdanlı alıcı olaraq məskunlaşdığı mənzil, yalnız həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməklə mənzildə məskunlaşan vətəndaşın ailəsinin həmin mənzildən çıxarılma barədə qərar qəbul oluna bilər.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5541/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2365/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia yoxlanılan hissədə təmin edilmiş və Cavabdeh “X5” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv metrdən ibarət olan 3 otaqlı 158 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılmaqla İddiaçı ASC-yə təhvil verilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixdə X1 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə məhkəmə iclasında baxılan zaman (məhkəmə baxış iclasında) bu şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş və həmin tarixdə də m ülki iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.
16. Lakin bu şəxsin hazırkı mübahisəyə hansı qaydada aidiyyətinin olduğu, irəli sürülmüş tələblərin onun hansı hüququna toxunduğu müəyyən edilməmiş, ona iddia ərizəsinin təqdim edilməsi, habelə məhkəmə iclasında iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülməmişdir. Qətnamədə həm ona, həm də iş üzrə üçüncü şəxs olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ümumiyyətlə hər hansı istinad yoxdur. Bununla da birinci instansiya məhkəməsi bu məsələləri tənzimləyən prosessual hüquq normalarının tədbiqində səhvə yol vermiş, onların düzgün tədbiqini təmin etməmişdir.
17. Məhkəmə bu kontekstdə hesab etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiym ətləndirilməli və apellyasiya şikayətinin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
18. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən 96 kv metr olan 158 saylı mənzillə bağlı yaranmışdır.
19. İddiaçı həmin mənzilin ona məxsus olduğunu, lakin cavabdehin qanunsuz istifadə və sahibliyində olduğunu iddia edir və cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq, ona təhvil verilməsini tələb etmişdir.
20. Cavabdeh iddianı qəbul etməmiş, mübahisəli mənzilin xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən tərəfindən “X6” MMC-dən əldə edildiyini, bundan sonra aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən tərəfindən onun istifadə və sahibliyinə verildiyini, bu səbəbdən hazırda qanuni əsaslarla mənzildən istifadə və ona sahiblik etdiyini, iddiaçının mənzilin mülkiyyətçisi olmadığını və istinad etdiyi sənədin mənzilin ona təhvil verilməsi üçün hər hansı əsas yaratmadığını bildirmişdir.
21. Məhkəmə mübahisəli mənzillə bağlı ilk növbədə qeyd etmişdir ki, iddiaçı ilə “X5” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən bu tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və həmin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman tərəflər arasında bağlanmış barışıq sazişi Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)345/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sazişə əsasən yaranmış borcun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə “X5” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən bir sıra mənzillər, o cümlədən mübahisəli mənzil İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Mənzilə dair “X5” MMC ilə arasında müqavilə isə bu tarixdən sonra, yəni xx.xx.2012-ci il tarixdə bağlanmışdır.
22. Məhz göstərilən hallar, o cümlədən mənzilə dair İddiaçı ASC ilə “X5” MMC arasında müqavilənin zaman etibarı ilə daha əvvəl bağlanması və ləğv edilməməsi nəzərə alınaraq, “Rabitəbank“ ASC -nin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-9641/2021 nömrəli qətnaməsi ilə həmin mənzilin na təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)6092/2018 saylı qətnaməsini ləğv edərək, iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(102)-2875/2022 saylı qərarı ilə bu nəticə ilə razılaşaraq, iddiaçı nun kassasiya şikayətini təmin etməmişdir.
23. Məhz həmin icraat çərçivəsində müəyyən edilmişdir ki, İddiaçı ASC-nin müqaviləsindən fərqli olaraq nun müqaviləsində mənzilin nömrəsi (158 nömrəli) göstərilmişdir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri belə qənaətə gəlmişdilər ki, bu hal mənzillərin fərqli olmasını təsdiq etmir. İddiaçı ASC-n in müqaviləsi binanın 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv metr olan 2 mənzilə dair bağlanıbdır. Həmin mərtəbədə bu sahədə 3-cü mənzil yoxdur. Bu isə onu təsdiq edir ki, ilə bağlanmış müqavilənin predmeti olan mənzil İddiaçı ASC ilə bağlanmış müqavilənin predmeti olan mənzillərdən biridir. da bunun əksini sübuta yetirə bilmir. Mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə nun müqaviləsindəki nömrə (158) mənzilin rəsmi ünvanını bildirmir. Bu səbəbdən hər iki müqavilənin predmetini eyni mənzil təşkil edir.
24. Bununla belə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin qanuni əsaslarla İddiaçı ASC-yə təhvil verildiyi təsdiq edilməklə, həmin mənzilə dair “X5” MMC ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edil mişdir. Bu da öz növbəsində nun həmin mənzilə münasibətdə hər hansı hüququnun olmasını (yaranmasını) istisna edir.
25. Həm bu, həm də digər səbəblərdən ilə Cavabdeh arasında hər hansı formada əldə edilmiş razılıq, o cümlədən bağlanmış ilkin müqavilə sonuncunun mənzilə münasibətdə hər hansı hüququnu yaratmış olmur. Hüquqi nəticə etibarı ilə onun bu mənzildən istifadə etməsi və ona sahiblik etməsi qanunsuzdur. Bu səbəbdən məhkəmə iddiaçının həmin mənzili tələb etmək hüququnun olmaması, cavabdehin vicdanlı alıcı olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, həm bu, həm də digər, o cümlədən xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadın icra olunmaması ilə bağlı dəlilləri əsassız hesab edir və apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlir.
26. Bununla belə, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan ixtiyari formada istifadə və ona sahiblik etməsi iddiaçının öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmışdır. Bu səbəbdən mənzilin qanuni sahibi və bu baxımdan mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) olan iddiaçının hüquqlarının qorunması və bərpa edilməsi, onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin mənzildən qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalıdır. Bu da öz növbəsində iddianın təmin edilməklə cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq iddiaçıya təhvil v erilməsini şərtləndirir.
27. Məhkəmə “boşaldılma” tələbinə yalnız mənzilin cavabdehə məxsus olan bütün əşyalardan azad edilməsi, yəni həmin əşyaların çıxarılması kimi yanaşmır. Nəzərə alınmalıdır ki, “təhvil vermə” tələbi də dolayısı ilə eyni məqsədə xidmət etmiş olur. Belə ki, bu proses də öz reallaşmasından əvvəl təhvil verilməli olan əmlakdan nəinki cavabdehə məxsus bütün əşyaların, həmçinin iddiaçıya aidiyyəti olmayan hər hansı şəxsin ixtiyari səbəbdən həmin vaxt qeyd edilən mənzildə olduğu halda, onların da əşyaları ilə birlikdə çıxarılmasını (orada olmağa hər hansı hüquqi əsası olmayan şəxs olduğundan fiziki olaraq) şərtləndirir. Başqa sözlə, mənzil əşyalardan tam azad şəkildə iddiaçıya təhvil verilməli və mövcud vəziyyətdə bu nəticənin təmin edilməsi məhz cavabdehin üzərinə düşür. Ə ks halda, mənzildə yeni şəxsin olduğu, habelə həmin və ya hər hansı digər şəxsə məxsus əşyalar müəyyən edildiyi təqdirdə iddiaçı yenə də eyni məzmunlu iddia qaldırmalıdır.
28. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki tələblə ilk olaraq na qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhz həmin icraat çərçivəsində mənzilin bu şəxsin deyil, cavabdehin istifadə və sahibliyində olduğu müəyyən edilmiş və bu əsasla həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(004)-398/2024 nömrəli qətnaməsi ilə rədd eilmişdir. Bundan sonra iddiaçı eyni (hazırki) tələblə xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia qaldırmışdır. Mübahisəli mənzilin də hazırda məhz cavabdehin qanunsuz istifadə və sahibliyində olduğu müəyyən edilmişdir. Bu bax ımdan mənzildən çıxmaqla yanaşı, mənzilin yuxarıda göstərilən qaydada boşaldılması və iddiaçıya təhvil verilməsi öhdəliyini məhz cavabdeh daşıyır.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.5 və 157.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5541/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iş baxılması üçün təkrar Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)
32. Kassasiya şikayətinə qarşı etirazın dəlill əri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqda n sui-istifadə olmasın;
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləy ib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qər əzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddianın qismən təmin olunmasında apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəm əsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qi ymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5541/2024 nömrəli iş üzr ə 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.