Məhkəmə qərarları › İş №2(102)-3254/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3254/2020

07.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3254/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Göyçay şəhəri 05 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-185/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üz rə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor əvəzi X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 13 №-li əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1279/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay 5 saylı tam orta məktəbin direktor əvəzi X1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli 13 saylı əmrin ləğv edilməsi, İddiaçı Göyçay 5 saylı tam ort a məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, xx.xx.2019cu il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim İbrahim Fəttahov) Cavabdeh Göyçay şəhəri 05 saylı tam orta məktəb (direktor X2) qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-185/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1279/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.(hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi) Rövşən Rəfiyev, Vəzirxan Məlikov) İddiaçı İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cİ il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” ilə xitam verilmişdir.Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli or qan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin maddənin “Qeyd" hissəsində göstərilir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası Əmək Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəy ə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddənin 2-ci hissəsinin tələblərinə görə yalnız müvafiq iş yerində azı bır il çalışan işçilər attestasiyadan keçirilə bilər. Qeyd edilən normalar imperativ xarakter daşımasına baxmayaraq, iddiaçının peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı attestasiya komissiyasının qərarı yoxdur. Həm də nəzərə alınmalıdır ki, müvafiq vəzifədə bir ildən az işlədiyi üçün iddiaçı, ümumiyyətlə, attestasiya oluna bilməzdi. Buna görə də tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun deyil. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi, saxta diplomdan istifadə etməsi ilə bağlı iddiaçının barəsində cin ayət işinin olmasına istinad edib iddianı rədd etməklə, təqsirsizlik prezumpsiyasını pozmuşdur. İddiaçı da kassasia şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdil İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məktəbin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLAR: İddiaçı Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımovanın xx xxxx 2018-ci il tarixli 31 saylı əmri ilə Göyçay şəhər 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbuledilmişdir. Dire ktorun xx xxxxxx 2019-cu il tarixli 13 saylı əmri ilə də onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olmasını onunla əsaslandırıb ki, əvvəla, əmrin verilməsinə əsas Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/13 saylı məktubu olmuşdur. Həmin məktubda onun təhsil sənədinin dövlət nümunəli olmadığı göstərilmişdir. Lakin cavabdeh şifahi və yazılı müraciətlərinə baxmayaraq əmrin surətini ona təqdim etməmiş, nə də maddı-məsul şəxs kımı öhdəsində olan malları təhvil almamışdır. Həmin əmri xx xxxx 2019-cu il tarixdə vəkil sorğusuna əsasən əldə etmişdir. Əmək kitabçası isə ona təhvil verilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə əmək müq aviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin maddənin “Qeyd" hissəsində göstərilir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası Əmək Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddənin 2-ci hissəsinin tələblərinə görə yalnız müvafiq iş yerində azı bır il çalışan işçilər attestasiyadan keçirilə bilər. Onun peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğun olması barədə attestasiya komissiyasının qərarı yoxdur. Həm də o, bu vəzifədə bir ildən az işlədiyi üçün attestasiyadan keçməli deyildi. Cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin nümayəndəsi (direktor əvəzi) Nüşabə Ka zımova iddiaya etiraz vermiş və etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Təhsi Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşları məktəbdə yoxlama apararkən İddiaçı diplomunun dövlət nümunəli olmaması, əmək kitabçasının isə saxta olmasını aşkar ediblər. Bu səbəbdən Təhsil Nzairliyinin əməkdaşları iddiaçının əmək kitbaçasını və diplomunu özləri ilə götürüb, sonradan Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə təqdim ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/13 saylı məktubunda Göyçay şəhər 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı təhsil sənədinin dövlət nümunəli olmadığı göstərilmiş və bu səbəbdən sonuncunu tutduğu vəzifədən azad edilməsi barədə Rayon təhsil şöbəsin in müdirinə tapşırıq verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni də onunla əsaslandırmışdır ki, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyasının keçirilməməsini ehtiva edən maddi hüquq norması imperativ xarakter daşıdığı və heç bir attestasiya keçirilmədiyi halda cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etməklə qanunsuz əmr vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Əmək Məcəlləsinin 65, 66 və 300-cü maddələrinə istinad etmişdir. Cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəb apelyasiya şikayətində ona istinad edib kİ, İddiaçı işdən azad olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli 2509-21 24/1 saylı məktubuna əsasən həyata keçirilmişdir. Azərbycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göyçay şəhər 5 saylı tam orta məktəbində aparılan yerində araşdırma zamanı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı təhsil sənədinin dövlət nümunəli olmadığı faktı aşkar olunmuşdur. Göstərilən məktubla Göyçay rayon Təhsil şöbəsinə İddiaçı tutduğu vəzifədən azad olunması və nəticəsi barədə Təhsil Nazirliyinə 1 ay müddətində hesabat təqdim olunması tapşırılmışdır. Göyçay rayon Təhsil şöbəsi tərəfindən sözügedən məktub xx xxxxxx 2019cu il tarixdə Göyçay şəhər 5 saylı tam orta məktəbinə göndərilmidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "c” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixli 13 saylı əmrlə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad olunarkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/1 saylı məktubu əsas götürülmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti həmin gün iddiaçıya təqdim edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənİddiaçı kassasiya şikayətitəmin edilməməli, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına və verdiyi sorğusu əsasında alınmış Göyçay Rayon Prokurorluğunun xx xxxxxx 2019-cu il tarixli 1512xid-19 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində digər şəxslərlə yanaşı, İddiaçı barəsində də cinayət işi başlanmasını, xx.xx.2019-cu il tarixli qərarla İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham elan edilməsini, istintaq zamanı İddiaçıin Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, həmin məktəbin xx xxxx 1991-ci ildə AN 0 25864 nömrəli saxta orta təhsil haqqında attestat sənədini əldə etməsini, xx.xx.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün həmin attestatı təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etməsini, daha sonra işə götürən tərəfindən orta-ixtisas təhsili haqqında diplom tələb olunduqda təhsil almadığı halda əldə etdiyi 002110 nömrəli, 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etməsini, məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün vacib olan diplomu hansısa yolla əldə edib məktəbdə təsə rrüfat işləri üzrə direktor müavini vəzifəsinə düzəlməsini və bununla da cavabdehin xx.xx.2019-cu il tarixli 13 nömrəli əmri qanuni və əsaslı olmasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının müəyyən edilməməsinə istinad edərək, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdəəmək müqaviləsi işəgötürən ləğv edilə bil ər. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçının orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini tutmağa müvafiq ixtisası yoxdur. Buna görə də iddiaçının orta təhsil haqqında attestatının və orta-ixtisas təhsili haqqında diplomunun dövlət nümunəli olmaması onun müvafiq vəzifəni tutmasını istisna etdiyindən, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 13 nömrəli əmrin qanuni və əsaslı olması barədə gəlinən nəticə qanuni və əsaslıdır. Orta məktəb haqqında attestatının dövlət nümunəli olmamasını iddiaçı özü də apelyasiya baxışında etiraf etmişdir. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən iddiaçının ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi barədə səlahiyyətli orqanın, yəni attestasiya komissiyasının qərarının olmaması barədə kassasiya şikayətini dəlillərini qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində işçinin “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı” dedikdə, maddənin mənasına görə işçinin müəyyən dərəcədə peşəkarlıq səviyyəsi, ixtisasının (peşəsi) olması, lakin həmin dərəcədə ixtisas və peşənin müvafiq vəzifəni yerinə yetriməyə imkan verməməsi barədə attestasiya komissiyasının qərar verməsi başa düşülür. Buna görə də hazırki halda iddiaçı qeyd edilən maddənin pozulmasını o halda iddia edə bilərdi ki, onun hər hansı ixtisası (peşəsi) olmuş olsun, lakin onun ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması baradə attestasiya komissiyasının qərarı olmamış olsun. Hazırki işdə isə iddiaçının qeyd edilən vəzifəni tutmaq üçün müvafiq ixtisası, ümumiyyətlə, yoxdur. Belə olan halda da iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olub-olmamasını yoxlamaq üçün attestasiya edilməsinə və bu barədə attestasiya komissiyasının qərarına zərurət olmamışdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəs inə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,İddiaçı kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)185/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar