Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3254/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X1 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzildən istifadə hüququna kompensassiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 qarşı “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində ½ hissədə mülkiyyət h üququnun tanınması” tələbinə dair qarşılıqlı iddiaları barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 may tarixli 2(103)-1992/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 keçmiş əri və Cavabdeh2 atasıdır.
2. İddiaçı ilə Cavabdeh1 1987-ci ildə nikaha daxil olmuş, nikahları xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir.
3. Bakı şəhəri Səbail RİK tərəfindən verilmiş 007530 saylı, xx.xx.1993-cü il tarixli orderə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102-də yerləşən 2 saylı mənzil (bundan sonra mübahis əli mənzil) yaşamaq üçün X2 işləyən İddiaçı, onun ailə üzvləri (cəmi 3 nəfər: özü, arvadı və övladı) nəzərə alınmaqla verilmişdir.
4. Cavabdeh1 xx.xx.2003-cü il tarixli razılıq ərizəsi verməklə mübahisəli mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir.
5. Mübahisəli mənzil 2004-cü ildən xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
6. Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları olmaqla qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun övladı Xədicə (Məmmədli) Məmmədovaya və keçmiş arvadı Cavabdeh1 cəmi 20.000 manat məbləğində kompensasiya verilməklə onların ona məxsus mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikaha 2022-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. Birgə nikah dövründə əldə olunmuş və Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 1-də yerləşən 19 saylı mənzil satılmış və satışdan əldə olunmuş 54.000 manat 2 hissəyə bölünsə də, o, öz payına düşən hissədən 5.000 manatı cavabdehlərə hədiyyə etmişdir (bu mənzil hazırkı məhkəmə baxışının predmetini təşkil etmir). Mübahisəli mənzil iddiaçının həmin vaxt işlədiyi X5 tərəfindən iddiaçıya təxminən 1992-ci ildə əvəzsiz olaraq verilmiş - hədiyyə edilmişdir. Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabd ehlərin bir mənzildə yaşamaları qeyrimümkündür, çünki aralarındakı münasibətlər pozulmuşdur. Bu səbəbdən o, hazırda həmin mənzildə yaşamır. İddiaçının mülkiyyət hüququ pozulduğu üçün o, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi qarşılığında kompensasiya ödəmək istəyir.
9. Cavabdeh1 İddiaçı qarşı ayrıca iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin üzərində onun 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsi Cavabdeh1 bu iddiasına dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə həmin işi İddiaçı iddiasına dair mülki işlə bir icraatda birləşdirmişdir.
11. Cavabdeh1 iddiası onunla əsaslandırı lmışdır ki, onunla İddiaçı arasındakı nikaha 2022-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. İddiaçı mübahisəli mənzilin ona 1992-ci ildə X5 tərəfindən hədiyyə edildiyini bildirsə də, bu, həqiqətə uyğun deyil. Mənzil, X5 tərəfindən verilmiş orderlə onların ailəsinə ayrılmışdır. Belə ki, mənzil növbəsinə durarkən Cavabdeh1 iddiaçının arvadı, xx.xx.1990-cı il təvəllüdlü Xədicə Məmmədova isə onların övladı kimi nəzərə alınmış, buna görə İddiaçı order ilə 3 otaqlı mənzil ayrılmışdır. Mənzil əldə edildiyi vaxtdan hər üçü pasport qeydiyyatındadır, Cavabdeh1 və Xədicə Məmmədova hazırda da həmin mənzildə yaşayırlar. İddiaçı isə işi ilə əlaqədar mənzildə faktiki olaraq yaşamır. Mənzilin kommunal xidmətləri də Cavabdeh1 tərəfindən ödənilir. Həmin mənzilə İddiaçı mülkiyyət hüququ Cavabdeh1 razılıq ərizəsi ilə tanınmış və İddiaçı adına xx.xx.2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi” verilmişdir. “Qeydiyyat vəsiqəsi” isə xx.xx.2022-ci il tarixdə “Reyestrdən çıxarış” ilə əvəz olunmuşdur. Bundan başqa, mənzildə birgə yaşadıqları dövrdə İddiaçı ilə Cavabdeh1 birgə vəsait hesabına mənzilin şəraitini yaxşılaşdırmış, mənzilin sahəsini xeyli artırmışlar. Bu hal isə öz-özlüyündə Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün əsasdır.
12. İddiaçı Cavabdeh1 tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil onunla Cavabdeh1 birgə nikahları dövründə əldə olunsa da, onların birgə vəsaiti hesabına əldə edilməmiş, işlədiyi müəssisə tərəfindən 1992-ci ildə ona verilmişdir. Buna görə də, Cavabdeh1 mənzil üzərində hər hansı bir həcmdə mülki yyət hüququ yaranmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, mənzilin şəraitinin yaxşılaşdırılması və mənzilin sahəsinin artırılması İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə həyata keçirilsə də, onların birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Buna görə də, Cavabdeh1 iddiası rədd, ilk iddia isə təmin edilməlidir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)60/2024 nömrəli qətnamə ilə (hakim Ülkər Yusifova) hər iki idda rədd edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli, 4/168 saylı rəy ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli razılıq ərizəsi Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış dır.
15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməy verilmiş xx.xx.2024-cü il tarixli, 4/1223 saylı təkrar məhkəmə-xətşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli razılıq ərizəsi Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır.
16. Məhkəmə Cavabdeh1 iddiasının təmin edilməməsini onunla əsaslandırmışdır ki, mənzil özəlləşdirilərkən Cavabdeh1 mənzilin onun əri İddiaçı adına özəlləşdirilməsinə və mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmasına yazılı razılıq vermişdir.
17. İşin qeyd edilən bu halına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 1 2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında şərh olunan hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, Cavabdeh1 mənzil üzərində yarana biləcək mülkiyyət hüququndan İddiaçı xeyrinə imtina etmişdir. Belə olan halda, qəbul edilməlidir ki, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququ yoxdur.
18. Cavabdeh1 birgə nikah dövründə və birgə vəsait hesabına mənzilin şəraitinin yaxşılaşdırılması, mənzil sahəsinin artırılmasına istinad etmişdir.
19. Məhkəməyə “X3 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan, 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubundan və evə dair verilmiş “Plandan” görünür ki, mübahisəli mənzilin sahə si faktiki olaraq 16 kv.metr artırılmış, mənzilin birinci mərtəbəsində əlavə olaraq sahəsi 16 kv.metr olan qaraj inşa edilmişdir. Lakin bu hallar Cavabdeh1 iddiasının təmin edilməsi üçün zəmin yaratmır.
20. Məhkəmə İddiaçı iddiasının təmin edilməməsini onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə etməkdən ibarət hüquqları var və bu hal işin mübahisəsiz halını təşkil edir.
21. İddiaçı cavabdehlərin bu kimi hüququna, onun tərəfindən cavabdehlərə cəmi 20.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüquqlarına xitam verilməsini tələb etsə də, məhkəmə kompensasiyanın məbləğini ədalətli hesab etməmiş və məbləğin artırılaraq cəmi 40.000 manat müəyyən edilməsini İddiaçı təklif etmiş, lakin o, bu təklif ilə razılaşmamışdır.
22. Buna görə də məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edilə bilməz.
23. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.5, 178.1, 228.4, 228.5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 36.3-cü, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında və Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisə ləndirilən hissədə məhkəmənin nəticəsi işin hallarına və iş üzrə toplanmış sübutlara cavab vermir. Belə ki, İddiaçı, onun tərəfindən cavabdehlərə ödənilməsini təklif etdiyi kompensasiyanın məbləği ədalətlidir. Bu hal onunla təsdiq edilir ki, məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir. “Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” barədə iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği, kompensasiya ödənilən şəxsə, 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir. Bu məhkəmə tə crübəsindən İddiaçı təklif etdiyi 20.000 manat kompensasiya məbləğinə yanaşdıqda müəyyən edilir ki, həmin məbləğ ədalətlidir (540 manat x 36 ay = 19.440 manat). Lakin məhkəmə bunu nəzərə almamış və əsassız olaraq hesab etmişdir ki, kompensasiyanın məbləği 40.000 manat olmalıdır.
26. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni Cavabdeh1 iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin iddianın təmin edilməsini xahiş etmişdir.
27. Əsasları Cavabdeh1 iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsaslı olan qarşılıqlı iddianı əsassız olaraq təmin e tməmişdir. Belə ki, mübahisəli mənzil özəlləşdirilən zaman Cavabdeh1 mənzilin onun keçmiş əri olan İddiaçı adına özəlləşdiriləməsinə və mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmasına razılıq verməsi, Cavabdeh1 mənzil üzərində yarana biləcək mülkiyyət hüququndan İddiaçı xeyrinə imtina etməsi kimi qəbul edilə bilməz. Bu baxımdan Cavabdeh1 hesab edir ki, İddiaçı tərəfindən ona ödəniləcək kompensasiya onun istifadə hüququna xitam verilməsi üçün deyil, mənzil üzərində onun 1/2 hissədə mülkiyyət hüququna xitam verilməsi üçün ödənilməli və mənzilin real bazar dəyərinin 1/2 hissəsini təşkil etməlidir. Çünki Cavabdeh1 ilə İddiaçı birgə nikahları dövründə mənzildə əlavə sahələr inşa edilmiş, mənzilin şəraiti yaxşılaşdırılm ış, onların münasibətləri pozulduqdan sonra isə Cavabdeh1 və onun övladı Xədicə Məmmədova tərəfindən mənzildə 15.000 manat məbləğində təmir işləri aparılmış, mənzilin şəraiti bir qədər də yaxşılaşdırılmışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1992/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli 2(007)-60/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir.
29. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onların birgə vəsaiti hesabına əldə olunmamışdır və mənzil İddiaçı adına özəlləşdirilərkən Cavabdeh1 buna razılıq vermişdir. Bu baxımdan qəbul edilməlidir ki, rayon məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.
30. Cavabdeh1 iddia ərizəsindən və qətnamədən verdiyi apellyasiya şikayətindən görünür ki, o, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun yaranmasını, həmçinin onunla əsaslandırmışdır ki, İddiaçı ilə birlikdə mənzildə yaşadıqları dövrdə onlar birgə vəsait hesabına mənzilin şəraitini yaxşılaşdırmış, mənzilin sahəsini xeyli artırmışlar. Bu hal isə öz-özlüyündə onun həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün əsasdır. Lakin işə baxmış rayon məhkəməsi bunu nəzə rə almamışdır.
31. Məhkəmə kollegiyası, Cavabdeh1 bu dəlili ilə bağlı bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə xidmət göstərən, 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubdan və plandan görünür ki, mübahisəli mənzilin sahəsində artırma var. Mənzilin birinci mərtəbəsində artırma 16 kv.metr qaraj sahəsindən, ikinci mərtəbəsində isə 16 kv.metr yaşayış sahəsindən ibarətdir. 32. "xxxx" MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2 ədəd hesabatlarda qeyd edilmişdir ki, mübahisəli mənzilin bazar dəyəri 124.600 manat, mənzildə edilmiş artırmalar ilə birlikdə isə bazar dəyəri 149.600 manat təşkil edir
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzildə edilmiş yaxşılaşdırma (25.000 manat) mənzilin dəyərinə (1 24.600 manat) nisbətdə təxminən 1/5 hissəsini təşkil edir və mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran yaxşılaşdırma hesab edilə bilməz.
34. Bu kimi nəticəyə gələn məhkəmə kollegiyası, həmçinin nəzərə almışdır ki, mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərc də ər-arvad olmuş İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə qazandıqları pul vəsaiti hesabına həyata keçirilmişdir. Baxmayaraq ki, İddiaçı həmin yaxşılaşdırmanın məhz onun şəxsi vəsaiti hesabına həyata keçirildiyini bildirir. Lakin o, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Bu baxımdan qəbul edilməlidir ki, rayon məhkəməsi Cavabdeh1 iddiasını təmin etməməkdə haqlı olmuşdur. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.
36. Cavabdeh1 apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı münasibətləri pozulduqdan sonra Cavabdeh1 və onun övladı Xədicə Məmmədova tərəfindən mənzildə 15.000 manat məbləğində təmir işləri aparılmış, mənzilin şəraiti bir qədər də yaxşılaşdırılmışdır.
37. Məhkəmə kollegiyası, Cavabdeh1 bu dəlilini əsassız hesab etmişdir. Çünki o, mübahisəli mənzildə onun tərəfindən qeyd edilən məbləğdə təmir işlərinin aparılmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
38. O, bu hal ı təsdiq edə biləcək sübutları təqdim etmiş olsa idi belə, mənzildə 15.000 manat məbləğində təmir işlərinin həyata keçirilməsi mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran yaxşılaşdırma kimi qəbul edilə bilməz.
39. Rayon məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə İddiaçı övladı Xədicə Məmmədovaya və keçmiş arvadı olmuş Cavabdeh1 qarşı irəli sürdüyü “cavabdehlərə kompensasiya verilməklə cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə” iddiasını rədd etmişdir.
40. Rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayan İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hes abatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir. “Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği, kompensasiya ödənilən şəxsə, 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir. Bu məhkəmə təcrübəsindən onun cavabdehlərə təklif etdiyi 20.000 manat kompensasiya məbləğində yanaşdıqda müəyyən edilir ki, məbləğ ədalətlidir (540 manat x 36 ay = 19.440 manat). Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış və əsassız olaraq hesab etmişdir ki, kompensasiyanın məbləği 40.000 manat olmalıdır.
41. İddiaçı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həqiqətən də, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən Rayon Məhkə məsinə verilmiş xx.xx.2023cü il tarixli, “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir.
42. Məhkəmə müzakirə edilən bu dəlilin əsaslılığına qiymət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyin mənasına görə, yaşayış sahəsinə istifadə hüququ olan şəxsə yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən kompensasiya verilməklə həmin şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı iddiala ra baxılarkən məhkəmələr mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
43. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində qeyd edildiyi kimi, məhkəmə təcrübəsi onu göstərir ki, “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği kompensasiya ödənilən şəxsə ən azı 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir.
44. Nəzərə alınmalıdır ki, İddiaçı 20.000 manat məbləğində kompensasiyanın onun tərəfindən 2 nəfər cavabdehə ödənilməsini təklif edir. Başqa sözlə, hər 1 cavabdehə düşən kompensasiyanın məbləği 10.000 manat təşkil edir.
45. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər birlikdə bir yaşayış sahəsində ya şamağa məcbur edilə bilməzlər.
46. Odur ki, bu məsələyə İddiaçı bildirdiyi və yuxarıda qeyd edilən hesablanmasından yanaşıqda müəyyən edilir ki, onun 2 nəfər cavabdehlərə cəmi 20.000 manat məbləğində təqdim etdiyi kompensasiyanın məbləği azdır və rayon məhkəməsi bu məbləğ ilə razılaşmayaraq İddiaçı kompensasiyanın məbləğinin artırılmasını təklif etməkdə, İddiaçı bu təklif ilə razılaşmamasını nəzərə alaraq onun iddiasını rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-1992/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-nin 7.1, 7.3, Ailə Məcəlləsinin 31, 32, 37-ci maddələrinin pozulduğu göstərilmiş və qeyd edilmişdir ki, mübahisəli mənzil İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə olan zaman X5 tərəfindən ailə üzvlərinin hesabına xx.xx.1993-cü il tarixdə verilmişdir. Başqa sözlə, Cavabdeh1 şikayətini rədd edərkən məhkəmə nəzərə almamışdır ki, bu mənzil onların birgə nikahı dövründə əldə edilmişdir. Ona görə də, həmin mənzilə öz hissəsində Cavabdeh1 mülkiyyət hüququ qanunla tanınmalı hüquqdur. Həmçinin nəzərə alınmamışdır ki, Cavabdeh1 İddiaçıla ailə münasibətlərini qarşılıqlı etimad prinsipi əsasında qurduğundan, ailədə qarşılıqlı güvən olduğundan, mənzilin həyat yoldaşının adına özəlləşdiril məsini gələcəkdə onun mənzilə olan ərlə bərabər hüququnun məhdudlaşdıra biləcəyi haqqında qanunda birbaşa göstəriş olmadığından, hətta ümumi məhkəmə praktikası olmadığından məhkəmələrdə bu cür mübahisələr üzrə vahid praktikanın olmaması və həmin vaxt qüvvədə olan Ailə Məcəlləsinin 123-cü və 53-cü maddələrinin tətbiqində bu halın nəzərdə tutulmaması və ya ona bu hüququnun izah olunmaması bir daha sübut edir ki, İddiaçı hazırda ona verilmiş hüquqdan sui-istifadə edir. Bu hüquqdan sui-istifadə etmə halı həm də Cavabdeh1 xəbəri olmadan mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsinin imzalaması halına da birbaşa şamil olunur. Belə ki, Cavabdeh1 konkret olaraq notariat orqanına mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi vermək niyyəti ilə getməsini tam inkar edir və ehtimal edir ki, əri ilə münasibətlərinin normal olduğu vaxtda həyat yoldaşının heç bir sözünü, əməlini şübhə altına almayıb, hara deyibsə onunla gedib və bəlkə də xatırlamadığı vaxtda və şəraitdə hansı məsələ ilə bağlı notariat kontoruna gedərkən ona məzmununu bilmədiyi və dərk etmədiyi bu ərizəyə imza etdirib. Mənzil birgə vəsait hesabına bir neçə dəfə təmir edilmiş, sonuncu dəfə 15.000 manat pul xərclənmişdir. MPM-nin 217.1, 217.2, 217.3, 88 və 106.1-ci maddələri pozulmuşdur. Tərəflərin izahatları və sübutlara düzgün qiymət verilməmişdir.
49. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1992/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, MM-nin 228-ci, MPM-nin 14cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmənin özü tərəfindən mübahisə predmeti olan mənzilin real bazar dəyərinin və həmin mənzilin kirayə qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. “X3 mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, sahəsi 86.90 m.kv. olan 4 otaqlı mənzilin real bazar dəyəri 152.075 manat, aylıq kirayə haqqı isə 540 manat təşkil edir. Yəni bu rəy həmin mənzilin real bazar qiymətinə uyğun hesablanmışdır. Bu isə məhkəmə tərəfindən Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun kompensasiya deməkdir. Praktikada da mənzildən istifadə hüququna xitam verildikdə həmin növ mənzillər üçün 3 illik kirayə haqqı məbləğində kompensasiya nəzərdə tutulur. O da buna istinad edərək 3 illik kirayə haqqından da kifayət qədər artıq məbləğdə cavabdehlərə kompensasiya təqdim etmişdir. Belə ki, ekspert rəyində 4 otaqlı mənzilə görə kirayə haqqı məbləğində kompensasiya müəyyən edilmişdir. Cavabdehlər isə 1, maksimum 2 otaqlı mənzilə görə kirayə haqqı tələb edə bilərlər. Əgər 4 otaqlı evin kirayə haqqı 3 ilə 19.440 manat təşkil edirsə, onda əslində 2 otağa görə həmin məbləğin yarısını, 10.000 manatdan da az pul ödəməlidir. Lakin buna baxmayaraq o yenə də bu mübahisənin tez həll edilməsi üçün 2 qat artıq məbləğ təklif etsə də, cavabdehlər qərəzli şəkildə bundan imtina etmişlər. Məhkəmə isə heç bir hüquqi əsas olmadan kompensasiyanın məbləğinin 40.000 manat olmalı olduğunu qeyd etmişdir. Əfsuslar olsun ki, apellyasiya baxışı zamanı da məhkəmə tərəfindən işin bu hallarına düzgün qiymət verilməmişdir. Məhk əmənin gəldiyi nəticəyə əsaslansaq, onda belə çıxır ki, əgər mübahisə predmeti olan mənzildə 5 nəfər şəxs yaşasaydı, onda onlara 100.000 manat məbləğində kompensasiya verməli idi. Təbii ki, bu da həm məntiqsiz, həm də qanunsuzdur. Hesab edir ki, məhkəmənin bu arqumenti tamamilə əsassız və qanunsuz olduğu kimi, eyni zamanda heç bir fakta və sübuta əsaslanmır. Bu isə məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə riayət edilməməsi deməkdir. b)
51. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi i lə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
53. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ai lə Məcəlləsi
54. Maddə 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
62. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi qərarın məzmununda qeyd edilmiş normaların tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli, 12 iyul 2016-cı il tarixli qərarı, 21 dekabr 2012-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olmuş, hər iki iddia tələbi üzrə apellyasiya şikayətlərinin dəlillərinə tam və ətraflı hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin hüquqi mövqe ilə razılaşır və təkrarlamağı zəruri hesab etmir.
63. Kollegiya İddiaçı kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sübutları qiymətləndirmək və işdəki sübutlar əsasında mənzilə istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya məbləğini müəyyənləşdirmək, təklif olunan məbləğin ağlabatan və ədalətli olub-olmadığına qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aid olduğundan bu məsələyə qiymət verilməsi kassasiya baxışının predmeti ola bilməz.
64. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1992/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.