Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3255/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsində payların naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsində payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-411/2022 nömrəli mülki iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh2 tərəfindən verilmiş kassasi ya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin 1\4 hissə torpaq sahəsi ümumi birgə X2, ¼ hissə torpaq sahəsi ümumi birgə Cavabdeh2 və ½ hissə torpaq sahəsi ümumi birgə olmaqla hüquqi sahibləri arasında payları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (b undan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən ona düşən payın ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi və evdə paylar müəyyən olunsa da, iddiaçı cavabdehlərin yaratdığı manelərə görə nə fərdi yaşayış evində yaşaya, nə də torpaq sahəsindən istifadə edə bilir. O, dəfələrlə cavabdehlərə ona düşən payının naturada ayrılıb verilməsini xahiş etsə də, c avabdehlər ona torpaq sahəsi düşmədiyini, ona görə torpaq sahəsi verilmədiyini bildirmişlər.
4. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 yanvar 2021-ci il tarixli, 2(027)-229/2021 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı 08 may 2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin texniki pasport sənədə uygun olmasını, mülkiyyətdə olan torpaq sahəsi şimal tərəfdən (yaşayış evinin arxa hissəsi) və cənub tərəfindən yol ilə sərhəd olmasını, üzərində olan tikilərin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümk ündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin cənub-şərq tərəfindəki küncündən yol ilə sərhəd boyu 13,8 metr məsafədən sonra şimal istiqamətə 12,6 metr uzunlugunda, torpaq sahəsinin cənub-şərq tərəfindəki küncündən şimal istiqamətinə 14 metr məsafədən sonra qərb istiqamətinə 13,55 metr uzunluqda sərhəd hasarı çəkilməlidir. Qeyd olunanları nəzərə alaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Torpaq sahəsinin ayrılması variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir.
6. Birinci instansiya məhkəməsinin 2(027)-229/2021 nömrəli iş üzr ə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən iddiaçının ünvan 2 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinə 1/3 hissədə payı müəyyən edilməsi və 1/3 hissədə pay «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı 08 may 2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılması, iş üzrə 50 manat məbləğində məhkəmə xərclərinin X1 Kəmalə Bəhram qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdi r.
7. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mübahisə olunan torpağın ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 214.1 220-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllıgının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün oldugu müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədə göstərilir ki, məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Aynurə İsmayılova iddia tələbini qəbul etmişdir. Əslində isə belə deyil. Göstərilən torpaq sahəsinin naturada ayrılması həmin hissəyə giriş-çıxışın təmin olunmasının mümkün olmaması səbəbindən mümkün deyil. Ekspert rəyində göstərilən qaydada torpaq naturada ayrılarsa, həmin hissəyə giriş-çıxışın təmin olunması qeyrimümkündür. Torpaq sahəsi bu qaydada naturada ayrılarsa, bu halda İddiaçı öz torpaq sahəsinə onlara düşən torpaq sahəsindən keçib getməli olacaq ki, bu da onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaq. Təkrar ekspertiza təyin edilsə, bu halda sübut olunacaq ki, İddiaçı məxsus torpaq sahəsinin naturada ayrılması həmin hissəyə ayrı girişin təmin olunmasının mümkün olmaması səbəbindən mümkün deyil. İddiaçı guya onların ona torpaq sahəsindən istifadə etməyinə maneə olmaqlarına göstərməsi həqiqətə uygun deyil. İddiaçı onların əmisidir, 2005-ci ildə ataları uşaq olarkən vəfat etmişdir. İddiaçı müxtəlif yollarla torpağı əllərindən almaga çalışır. Onun ünvan 4 ünvanında 4 otaqlı ümumi sahəsi 147 kv.metr olan, 2 mərtəbəli, 4 sot torpaq sahəsində yerləşən evi vardır. Məhkəmədə İsmayılov Məmmədəlinin iştirakı təmin olunmamışdır. Məhkəmə tərəfindən bir çox maddi və prosessual hüquq normalarını pozulmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-411/2022 nömrəli mülki iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində cavabdehlərin nümayəndəsinin təkrar ekspertiza təyin olunması haqqında vəsatətləri müzakirəsiz və c avabsiz qalmışdır. Belə ki, ekspertiza rəyində göstərilən qaydada torpaq naturada ayrılarsa, həmin hissəyə giriş-çıxısın təmin olunması qeyri-mümkündür. Torpaq sahəsi bu qaydada naturada ayrılarsa, bu halda iddiaçı öz torpaq sahəsinə cavabdehlərə düşən torpaq sahəsindən keçib getməli olacaq ki, bu da cavabdehlərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaq.
15. Həmçinin, vərəsəlik əsasında iddiaçının mülkiyyətinə torpağın 1/3-ilə yanaşı torpaq sahəsində yerləşən yaşayış evinin ½ - i də keçmişdir. Lakin ekspert yerində sxem tərtib edərkən iddiaçıya ayrılmalı torpağı yaşayış evindən əks istiqamətdə, həyətin sonunda göstərmişdir. Belə çıxır ki, ekspertin tərtib etdiyi sxemlə iddiaçıya torpaq ayrılarsa, evin altındaki torpaq sahəsinin də ½ -i yenidən ona düşməlidir. Bu da absurd və yanl ış yanaşmadır.
16. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
20. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
21. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
22. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensas iya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. İş üzrə təkrar ekspertizanın keçirilməməsi ilə bağlı dəlillər ilə əlaqədar olaraq qeyd olunur ki, qanunverici belə ekspertizaların keçirilməsi əsaslarını dəqiq müəyyən etmişdir. Belə ki, MPM-in 102.2.-ci maddəsinə əsasən məhkəmə, əsa ssızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 35. ünvan 3 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsində 1/3 hissə payın naturada iddiaçıya məxsus olması 10/536 saylı 08 may 2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemlə təsdiq edilmişdir.
36. Qeyd olunan ekspertiza rəyini şübhə altına alan, həmin rəyin əsassız olmasına dair hər-hansı hal ortaya çıxmadığı üçün təkrar ekspertizanın keçirilməsinə zərurət olmamışdır.
37. Bundan başqa, nəzərə almaq lazımdır ki, kassasiya icraatında yeni dəlillər irəli sürülə və onlara baxıla bilməz. Beləki, kassatorlar qeyd etmişlər ki, vərəsəlik əsasında iddiaçının mülkiyyətinə to rpağın 1/3-ilə yanaşı torpaq sahəsində yerləşən yaşayış evinin ½-i də keçmişdir. Lakin ekspert yerində sxem tərtib edərkən iddiaçıya ayrılmalı torpağı yaşayış evindən əks istiqamətdə, həyətin sonunda göstərmişdir. Belə çıxır ki, ekspertin tərtib etdiyi sxemlə iddiaçıya torpaq ayrılarsa, evin altındaki torpaq sahəsinin də ½-i yenidən ona düşməlidir.
38. Əvvəla, işin faktiki halları ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan məhkəmələrdə həll edilməlidir. İrəli sürülən həmin məsələ işin faktiki halları ilə bağlıdır. Hansıki, cavabdeh tərəf həmin halı işə mahiyyəti üzrə baxan məhkəmədə mübahisələndirməmişdir.
39. Bundan başqa, hazırkı mübahisə torpaq sahəsinin naturada bölünməsi ilə bağlıdır. Hazırkı məhkəmə qərarları ilə iddiaçıya aid torpaq sahəsinin naturada ayrılması məsələsi həll edi lmiş olur. Gələcəkdə ona həmin sahədən yeni torpaq sahəsinin ayrılması istisnadır.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərar ın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
43. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X4 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)411/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.