Məhkəmə qərarları › İş №2(102)-3255/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3255/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3255/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X13 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X1rşı “həkim səhvi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)195/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon X16 tərəfindən qəbul edilmiş 6 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərarı ilə, Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun müstəntiqi Yusif Mehdizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi və əlavə araşdırma aparılması qərara alınmışdır.

2. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və material ayrılaraq aidiy yəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə göndərilməsi, ATU-nun X8 həkim-plastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alın mışdır.

3. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı ekspert rəyinə əsasən, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X12”na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumaların piylənməsi, Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu təyin edilmiş və diaqnoza uyğun “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan “Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əmə liyyat protokolunda abdominoplastikaya ehtiiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma qeyd edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil.

4. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əs asən, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi rayon X16 tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərara əsasən, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi və əlavə araşdırma aparılması qərara alınmışdır.

6. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 xx.xx.2024-cü il tari xli, 307/KEŞ saylı ekspert rəyinə əsasən, 1979-cu bi il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X12”na daxil olmuş və müvafiq müayinələrdən sonra ona “Qarının ön yan divar toxumalarının piylənməsi. Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə. Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan "Abdominoplastika” ə məliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. 2.6. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3-5. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsad müəyyən edilməmiş, əməliyyat yaraları isə birincili sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil.

7. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun m üstəntiqi Yusif Mehdizadənin 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və material ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərara əsasən, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə göndərilməsi, ATU-nun X9 həkim-plastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olubolmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X2 və həkim Cavabdeh1 ödənilən 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsasandırılmışdır ki, o, ilk dəfə 2022-ci ilin axırları ATU X4 plastik cərrahiyyə üzrə şöbə müdiri Cavabdeh1 adlı həkimin yanında qəbulda olmuş, Adil həkimə qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliy yatlarını etdirmək istədiyini bildirmiş, daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən cərrahi əməliyyat olunmuş və bütün əməliyyatlara cəmi 15000 manat ödəniş etmişdir. Belə ki, o, Tərlan Əliyeva adlı ordinatorhəkimə 12000 manat məbləğində pul ödəmiş, ancaq sonradan həmin şəxsin pulu ödəmədiyi və özünə götürdüyü aydın olmuşdur. Qeyd etmişdir ki, onun tərəfindən klinikaya 1800 manat məbləğində ilkin ödəniş edilmiş, əməliyyat aparılmasına görə Cavabdeh1 ilə 11250 manata razılaşmış, amma ona verilmiş çek ilə yalnız qeyd edilən məbləğin 1200 manatlıq hissəsinin klinikaya ödənildiyi öz təsdiqini tapır. Xəstəxana vergidən yayınmaq üçün onun ödədiyi pulun çeklərinin hamısını verməmiş, ancaq icra olunan iki əməliyyatı mamoplastika və abdominaplastika əməliyyatlarını qeyd etmiş, digər əməliyyatları isə qeyd etməmişdir. Əməliyyatdan əvvəl o, müayinə zamanı ona sinə implantını 475 mml ölçüsündə qoyulmasını istəmiş, lakin əməliyyat zamanı həkim onun sinə nahiyəsinə 425 mml ölçüsündə implant qoymuş, daha böyüyünün qoyulmasının mümkün olmadığını bildirmişdir. Daha sonra Cavabdeh1 öz izahatında sinə implantının 450 mml ölçüsündə qoyulmalı olduğunu qeyd etmişdir. Halbuki onda sinə implantının 475 mml ölçüsündə qoyulması ilə bağlı razılaşdıqlarını təsdiq edən yazışmalar da mövcuddur. Qeyd edir ki, Cavabdeh1 onun bədəninə köhnə implant yerləşdirmişdir. Bundan əlavə yan nahiyəsindəki kəsik və yanıq izləri də qalmış, göz əməliyyatı da müvəffəqiyyətli olmamışdır. Belə ki, göz üstü ət tam götürülməmiş, sağ gözün daxili küncündə kobud çapıq izi və saplar qalmışdır. Həmçinin onun üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurulmalı olsa da, həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam ərimişdir. Onun yan nahiyəsi eybəcərləşmiş, çökək olmuş, qarın nahiyəsindən isə piy çəkiləndən sonra diastazı daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sinə nahiyəsində sallaqlıq, qoluq altına düşmə, asimmetriya isə aradan götürülməmişdir. Bu da bir daha keçirilən əməliyyatın uğursuz olduğunu sübut etmişdir. Nəsimi rayon Prokurorluğunda araşdırma zamanı həkim onun tərəfindən 12000 manat ödənildiyini etiraf etmişdir. Lakin Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, əsas kimi də təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının 791/KEŞ saylı rəyi götürülmüşdür. Həmin rəyd ə göstərilmişdir: “Əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyildir”. Onun etdirdiyi əməliyyat isə adı üstündə plastik əməliyyatlardır, yəni gözəlləşmək üçün edilən əməliyyatlardır. Buna isə ekspertiza rəy verə bilmədiyi üçün müştəri məmnuniyyəti əsas götürülməlidir. O isə müştəri kimi nəticədən məmnun deyildir. Bildirmişdir ki, onun sağlamlığına zərər dəymiş, Cavabdeh1 tərəfindən düzgün texniki əməliyyat aparılmamış, onun bədənində hələ də qüsurlar vardır. Həmçinin iddia etmişdir ki, ekspertiza zamanı onun bədəninə baxış keçirilməmiş və cavabdeh tərəf sənədləri saxtalaşdırmaqla çətin vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X12 və həkim Cavabdeh1 müştərək qaydada ödədiyi 15000 manat pul tutulub ona ödənilməlidir.

10. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X12 tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan əmələ gələn öhdəliklə bağlıdır. Göründüyü kimi Nəsimi Rayon Prokurorluğunda da araşdırılma aparılmış və həkim Cavabdeh1 12000 manatın aldığını etiraf etmiş və həmin əməliyyatı da icra etmişdir. Qeyd etmişdir ki, həkim Cavabdeh1 Azərbaycan Tibb Universitetinin əməkdaşıdır. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəx s öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən X10 cavabdeh siyahısından çıxarılması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

11. Abşeron Rayon Məhkəməsinin (hakim - Elman Məmmədov) 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X5 İddiaçı üzərində “Liposaksiyalipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icr a edilmişdir. İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 26 oktyabr 2023-cü il və 01 mart 2024-cü il tarixli, 421-C-23 nömrəli qərarları əsasında müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 xx.xx.2023-cü il tarixli, 791/KEŞ saylı və xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəylərindən göründüyü kimi ekspert komissiyası İddiaçı üzərində icra edilmiş plastik əməliyyatların səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən düzgün yerinə yetirildiyi nəticəsinə gəlmiş, nəticədə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 10 may 2 024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ayrılaraq aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına qiymət verilməsi üçün material ayrılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-yə göndərilməsi, ATU-nun X9 həkimplastik cərrahı Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün materialın aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Əməliyyatın uğursuz olması ilə bağlı iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçının və nümayəndəsinin məhkəmədə verdiyi izahatları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını təstiq edən mötəbər sübutlar müəyyən edilməmiş, iddiaçı tərəfinin izahatları digər mötəbər sübutlarla təstiqini tapmamış, İddiaçı tərəfindən özəl kilinikadan alınaraq məhkəməyə təqdim etdiyi arayışda göstərilən xüsusutlar iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyi ilə təkzib olunmuş, həmin rəydə əməliyyatdan sonra iddiaçının bədənində diastaz (şişlik) və qüsurların olmadığı m üəyyən edilmişdir. Bundan başqa İddiaçı izahatında onun bank hesab kartından pul vəsaitinin ələ keçirilməsi və həkim Cavabdeh1 tərəfindən vergidən yayınma halları ilə bağlı göstərdiyi xüsusatlara iş materiallarında olan Nəsimi rayon prokurorluğunun 10 may 2024-cü il tarixli qərarında qiymət verildiyindən məhkəmə yenidən həmin hallara qiymət verilməsinə zərurət görməmişdir.

13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1, 1112-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrə li qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edilmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sağlamlığına ciddi zərər dəymiş, Cavabdeh1 tərəfindən düzgün texniki əməliyyat aparılmamışdır. Bədənində hələ də qüsurlar vardır, yarımcan gəzir. İstintaq mərhələsində ekspertiza zamanı bədəninə baxış keçirilməmiş və cavabdeh tərəf sənədləri saxtalaşdırmaqla çətin vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödədiyi 15000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X12 və həkim Cavabdeh1 müştərək qaydada tutulub ona ödənilməlidir. Onun üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir. Əməliyyat nəticəsində səhhətində prob lemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, araşdırma zamanı verilmiş ekspert rəyində sağlamlığı ilə bağlı məsələlərə toxunulsa da bədənin estetik cəhətdən vəziyyəti ilə bağlı məsələlərə toxunulmamış, gözəlliyin ekspertiza predmeti olmadığı vurğulanmışdır. Sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan aldıqları rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Cavabdehlər külli miqdarda pulunu mənimsəmişdirlər. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi sənədlərə isti nad etmiş, tərəfindən təqdim edilmiş mötəbər sənədlərə, o cümlədən səs yazılarına isə heç bir yerdə istinad etməmişdir. Halbuki, təqdim edilmiş sənədlərlə cavabdehlərin saxtakarlıqla məşğul olduqları açıqaşkar görünür. Hətta məhkəməyə ekspertiza keçirilməsi ilə bağlı verdiyi vəsatət belə heç bir səbəb olmadan rədd edilmişdir. Halbuki, ən azından məhkəmə tərəfindən ekspertiza təyin edilməli, qeyd edilənlər dəqiqləşdirilməli idi. Həmçinin, külli miqdardan pulunu əsassız şəkildə almalarını təsdiq edən qəbzlər, səs yazıları məhkəməyə təqdim edilmişdir. Artıq təqdim etdiyi sənədlərin məhkəmə tərəfindən məhv edildiyi şübhəsi də yaranmışdır. Növü və məqsədi nəzərə alındıqda iş üzrə aparılmış əməliyyatın uğursuz olub-olmaması pasientin sağlamlığına birbaşa zərər vurulması ilə şərtləndirilə bilməz. Hesab etmişdir ki, məhkəmənin mövqeyi mülki qanunvericiliyin tələblərinə ziddir. Aydındır ki, tərəflər arasında qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarının edilməsi barədə şifahi razılıq əldə edilmiş, bu razılıq əsasında əməliyyat baş tutmuşdur. Hətta ona hansısa sənədə imza etdirmişlər, həmin sənədi tələb etdikdə isə təqdim edilməmişdir. Qətnamədən aydın olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X5 İddiaçı üzərində “Liposaksiyalipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Həmçinin bu da aydındır ki, sözügedən əməliyyatlar plastik (es tetik) əməliyyat hesab edilməklə xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutmasını, əvvəlki görüntünün aradan qaldırılmasını hədəfləyir. Belə dəyişiklik olmadıqda əməliyyat uğursuz aparılmış hesab edilir, icraçı (həkim) isə öhdəliklərini tam və qaydasında yerinə yetirməmiş olur. Aparılan əməliyyyatların ilkin məqsədi sağlamlığın bərpası deyil, xarici görünüşdə mövcud olan qüsurların aradan qaldırılması olmuşdur. Hesab edir ki, keçirilən plastik əməliyyatlar uğursuz olmuş, xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutması ilə yekunlaşmamışdır. Belə olan halda isə icraçı tərəf öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş hesab olunmlalıdır. Mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında yazılı razılıq olmasa belə şifahi əqd olmuşdur. Cavabdeh tərəf i sə şifahi razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə ona zərər vurulmuşdur. Qarşı tərəf gözəlliyin nisbi məfhum olmasına əsaslansa da qeyd edilməlidir ki, iş üçün əhəmiyyətli olan hal həkimin əməliyyatı qaydasında icra edib-etməməsidir. Bu isə nisbi deyil, nəticələr əsasında konkret müəyyən edilə bilən haldır. Belə ki, həkim xarici görünüşdə mövcud qüsurları aradan qaldırmalı, qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatları ilə sinə nahiyəsində sallaqları götürməli, mövcud görüntünü dəyişməli, arxa nahiyədə kəsik və yanıq izlərini aradan götürməli, göz üstü əti aradan qaldırmalı, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurmalı idi və s. Habelə, pasient üzərində a bdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir. Yəni burada hər hansı nisbilikdən, zövqlərdən, yaxud qeyri-müəyyənlikdən danışmaq mümkün deyil. Estetik əməliyyat qarşı tərəf bunu nə qədər nisbiləşdirməyə çalışsa da xüsusiyyətləri və icraçısının vəzifələri konkret müəyyənləşdirilmiş əməliyyat növüdür. Burada həkim qarşısına qoyulmuş və yuxarıda qeyd edilmiş vəzifələrin tam və lazımınca icra edilməsini həyata keçirir. İkinci halda tərəflərin iradə ifadəsi əsas götürülür. Məhz Abşeron Rayon Məhkəməsi də bunu ağlabatan mühakimə əsasında həyata keçirməli, tərəflərin hüquq və vəzifələrini doğru müəyyənləşdirməklə, cavabdehin öhdəliyini hansı qaydada yerinə yetirdiyini araşdırmalı idi. Belə olan halda öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərər mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulmalıdır. Aydındır ki, o, öhdəliklərini tam və lazımi qaydada icra etmiş, 12.000 manat miqdarında ödəniş edilmişdir. Həmin ödəniş cavabdehin bildirdiyi kimi ümumi mənada gözəlləşmək üçün deyil, həkim tərəfindən konkret öhdəliklərin icra olunması müqabilində həyata keçirilmişdir. Plastik əməliyyatın yekun məqsədi xarici görünüşdə hədəflənən dəyişikliyə nail olmaq, bunun üçün isə konkret hərəkətlər etməkdir. Əməliyyat nəticəsində onun bədəninə köhnə implant yerləşdirmişdir. Bundan əlavə onun arxa nahiyəsindəki kəsik və yanıq izləri də qalmış, göz əməliyyatı da müvəfəqiyyətli olmamışdır. Göz üstü ət tam götürülməmiş, sağ gözün daxili küncündə kobud çapıq izi və saplar qalmışdır. Həmçinin üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə ko rreksiya olunaraq piy vurulmalı olsa da həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam ərimişdir. Xəstənin arxa nahiyəsi eybəcərləşmiş, çökək olmuş, qarın nahiyəsindən isə piy çəkiləndən sonra diastazı daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sinə nahiyəsində sallaqlıq, qoluq altına düşmə, asimmetriya isə aradan götürülməmişdir. Belə olan halda hansı gözəlləşmədən, yaxud öhdəliklərin lazımi qaydada icrasından söhbət gedə bilər. Aydındır ki, plastik əməliyyat uğursuz olduğundan, yəni həkim tərəfindən məhz Mülki Məcəllənin 443-cü maddəsində qeyd edilən əvvəlcədən razılaşdırılmış şərtlərin pozulması, yerinə yetirilməməsi ilə icra edildiyindən iddiaçı tərəfə zərər vurulmuşdur. Habelə, cavabdeh tərəf razılaşdırılmış şərtlər əsasında öhdəliklərini hə yata keçirməmiş, vicdanlılıqla bağlı Mülki Məcəlləsinin tələblərini pozmuşdur. O, xarici görünüşdə müəyyən dəyişikliklərin aparılması üçün Həkim Cavabdeh1 müraciət etmiş, sonuncusu isə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə, nəinki öz bədəni ilə bağlı bəyənmədiyi hallar aradan qaldırılmış, bəzi əməliyyatlar icra olunmamış (məsələn, üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir) aparılan əməliyyatlar isə uğursuz olmuş, xarici görünüşündə vəziyyət ən yaxşı halda ya heç dəyişməmiş, ya da daha da pisləşmişdir. Belə ki, hətta bunun nəticəsində onun sağlamlığına belə zərər dəymişdir. Onun səhhətində problemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Ümumilikdə götürdükdə isə dəyən zərərin əvəzinin ödənilməsi təkcə zərərin sağlamlığa vurulması ilə şərtləndirilə bilməz. Aydındır ki, yuxarıda qeyd edilən əməliyyatların həyata keçirilməsi üçün Cavabdeh1 ödəniş etmiş, cavabdeh isə öhdəliklərini lazımınca həyata keçirməmişdir. Aparılmış əməliyyatlar - “Liposaksiyalipofilling, Mammoplastika implant ilə Blefaroplastika” konkret nəticənin əldə edilməsi məqsədilə aparılır. Həmin nəticələr əldə edilmədikdə əməliyyat uğursuz olur, həkim isə öhdəliklərini lazımınca icra etməmiş hesab edilir. Əməliyyat nəticəsində bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Belə ki, pasientin qarın nahiyəsindən piy çəkiləndən sonra diastazı daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir. Sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan alınan rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Məhkəmə qeyd edilmiş bu xüsusatlara münasibət bildirməmiş, ancaq istintaq mərhələsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X20 tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 307/KEŞ saylı ekspert rəyinə istinad etmişdir. Digər bir tərəfdən həmin ekspert rəyi qeyrimötəbər və şübhəli olmaqla yanaşı, qüsurların olmadığını gözəlliyin tibbi-məhkəmə məfhumu olmadığına toxunmuşdur. Bununla bağlı olaraq bir daha bildirir ki, iddianın hüquqi əsası öhdəliyin lazımınca icra edilməməsi və nəticədə vurulmuş zərərin ödənilməsidir. Hər hansı nisbilikdən, zövqlərdən, yaxud qeyri müəyy ənlikdən danışmaq mümkün deyil. Estetik əməliyyat həkim qarşısında qoyulmuş və yuxarıda qeyd edilmiş vəzifələrin tam və lazımınca icra edilməsidir. Klinika əməliyyat öncəsində də hüquq pozuntularına yol vermişdir. Belə ki, Klinika, mövcud qanunvericiliyə uyğun olaraq, tibbi komissiya toplamalı, aparılan əməliyyatın keyfiyyətini, tibbi sənədlərin doldurulma keyfiyyətini yoxlamalı və xəstənin tələbi ilə müayinə keçirməli və səbəblərə dair rəy verməli idi. Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, araşdırma zamanı verilmiş ekspert rəyində sağlamlığı ilə bağlı məsələlərə toxunulsa da bədənin estetik cəhətdən vəziyyəti ilə bağlı məsələlərə toxunulmamış, gözəlliyin ekspertiza predmeti olmadığı vurğulanmışdır. Sağlamlı ğına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakı məsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan aldıqları rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir. Cavabdeh bilərəkdən mübahisəni ümumi mənada gözəlləşmək kimi təqdim etməyə çalışmış, bununla əməliyyatın uğursuz icra edilməsi həqiqətini şüurlu olaraq gizlətmişdir. Əməliyyat sonrasında xəstədə daha əvvəl müşahidə olunan şikayətlər aradan qalxmamış, hətta vəziyyət daha da ağırlaşmışdır. İstintaq mərhələsində aparılan ekspertizanın əməldə cinayət tərkibini istisna etməsi mülki hüquq pozuntusunu da istisna etmir. 1800 manat əməliyyatdan öncə həkimin köməkçisi Tərlan Əliyevanın şəxsi kartına göndərilib, belə ki, köməkçisi zəng ed ərək implantların pulunu ödənməsiylə bağlı səsli mesaj göndərib. Həmin səsli mesaj məhkəməyə təqdim edilib. Bununla yanaşı olaraq hər biri 200 manat olmaqla 5 dəfə qan köçürülməsi həyata keçirilmişdir. Əməliyyata girən zaman ondan ödənişin nağd qaydada alınacağı bildirildi, üzərində nəğd pul az olduğundan 1200 manat məbləği nağd şəkildə həyata keçirmişdir. Həmin şəxs daha sonra özbaşına kartını götürüb qəbzləri təqdim edəcəyini bildirdi. Ardınca əməliyyata girib. Sonradan aydın oldu ki, kartından özbaşına olaraq 6191 manat (1990+2000+1000+1000+201) çıxarılmışdır. Burada həmçinin mübahisənin insan sağlamlığı ilə bağlı olması ilə yanaşı, xüsusi olaraq uğursuz plastik əməliyyatların pasiyentlərdə hansı ağır psixoloji sarsıntılara səbəb olduğu da nəzərə alınmalı idi. Aydındır ki, uğursuz estet ik əməliyyat xəstəni özünə qəsd həddinə də çatdıra bilər. Həmçinin əməliyyatdan sonra iddiaçının səhhəti ilə bağlı bir sıra sənədlər, habelə şəxsin süd vəzilərində asimmetriya, sol döşdə sallaqlıqla bağlı həkim arayışları məhkəməyə təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin estetik cərrahlar tərəfindən tərtib edilməməsini əsas gətirərək, məhkəmədən sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Baxmayaraq ki, pasientin süd vəzilərinin ultrasonoqrafik nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixli protokol məhz radioloq doktor tərəfindən təqdim edilmiş, estetik əməliyyatların nəticəsi-süd vəzilərinin asimetriyası, normadan artıq məsafə, bədən nahamarlığı ilə bağlı 13 fevral 2024-cü il tarixli arayış isə cavabdehin iddia etdiyinin əksinə, məhz estetik doktor tərəfindən tərtib olunmuşdur. B u sənədlər estetik əməliyyatlar üzrə mütəxəssis olan həkimlər tərəfindən verilmişdir. Məhkəmənin hansı əsasla bu rəy və arayışları qəbul etməməsi anlaşılan deyildir.

16. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X12 tərəfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd edilmişdir ki, apellyasiya şikayətindən göründüyü kimi tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan əmələ gələn öhdəliklə bağlıdır. Göründüyü kimi Nəsimi Rayon Prokurorluğunda da araşdırılma aparılmış və həkim Cavabdeh1 12000 manatın aldığını etiraf etmiş və həmin əməliyyatı da icra etmişdir. Həkim Cavabdeh1 Azərbaycan Tibb Universitetinin əməkdaşıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadənin 1 mart 2024-cü il tarixli qərarı əsasınd a verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” X18 xx.xx.2024-cü il tarixli, 307/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “ATU-nun X12”na daxil olmuş və müvafiq müayinələrdən sonra ona "Qarının ön yan divar toxumalarının piylənməsi. Süd vəzilərinin ölçülərinin kiçik olması. Blefaroptoz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq “Liposaksiya-lipofilling. Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyat protokolunda qeyd olunan “Abdominoplastika” əməliyyatının adı və icrası xəstənin obyektiv müayinəsi zamanı aşkar edilməmişdir. Belə ki, əməliyyat protokolunda abdominoplastikaya ehtiyac olmaması qeyd edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatlarından sonra İddiaçı 3 gün müddətində stasionar şəraitdə müalicə olunmuş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsad müəyyən edilməmiş, əməliyyat yaraları isə birin cil sağalmışdır. Eybəcərləşmə məhkəmə-tibbi məfhum deyil. Odur ki, Abşeron Rayon Məhkəməsinin e2(012)- 1923-2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunu və əsaslı olması, maddi və prosessual hüquq normalarının pozulmaması və düzgün tətbiq edilməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması, Abşeron Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməsi sübuta yetirilir və bu səbəbdən qətnamə qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, birinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmış və əsaslı qərar qəbul etmişdir. İddiaçının məhkəməyə təqdim e tdiyi arayışlar plastik cərrah tərəfindən tərtib olunmamış, ona görə də həmin sənədlər sübut olaraq qiymətləndirilməməlidir. Təmsil etdiyi şəxs Səhiyyə Nazirliyininin təsdiq etdiyi 42 plastik cərrahdan biridir. İddiaçının izahatında vurğuladığı məsələlər estetika ilə, gözəlliklə bağlı məsələlərdir, hansı ki, estetika anlayışı hər kəs üçün fərqlidir, bunu müəyyən edən ekspert yoxdur. Prokurorluqda araşdırılarlən iki dəfə ekspertiza keçirilmiş, ikisində də əməliyyatın normal qaydada keçirildiyi qeyd olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən də keçirilən ekspert rəyi ilə də iddianın əsassızlığı sübut olunur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert X6 izahatında bildirmişdir ki, iddiaçıda cərrahi müdaxiləyə eh tiyacı olan diastaz və digər kütlələr olmamışdır. Diastaz vizual olaraq görünmür. Şəxsin istəyinə uyğun onu bütün müayinə metodları ilə yoxlamaq səlahiyyətimiz yoxdur, yalnız təqdim olunan sənədlər əsasında rəy verirlər. Doğuşdan sonra dərialtında lipomalar yazana bilər ki, o da kistik kütlələrdən fərqlidir. Bu tip əməliyyatların 99 faizində xəstə əməliyyatdan narazı qalır, buna psixoloji faktorlar da təsir edir. İddiaçının süd vəzilərinə qoyulan implantların ölçüləri eynidir, lakin anatomik cəhətdən insan bədəni asimmetrik olduğundan implantların qoyulmasından sonra xəstə özündə simmetrik olmayan görünüş hiss edə bilər, lakin obyektiv müayinələr zamanı ölçülərin bərabər olduğu müşahidə olunur. Bundan əlavə xəstənin əməliyyat sonrası bərpa müddətində qida və idman rejiminə düzgün əməl etmə məsi də mənfi nəticələrə səbəb ola bilər. İddiaçı da aparılmış əməliyyat sonrası hər hansı fəsad yoxdur, mamoplastika və liposaksiya əməliyyatı aparılıb, abdominaplastika aparılmayıb, düz qarın və döş qəfəsləri tamamilə fərqli yerlərdə yerləşir, onların anatomik cəhətdən də bir-biri ilə əlaqəsi yoxdur. USM ilə müayinə metodudur, onunla ən aşağı və yuxarı ölçülər müəyyən edilə bilsə də, mütləq qiymət müəyyən edilə bilməz. Bu metodla yad cisimlər müşahidə edilir. İnsan bədəni elə bir quruluşdadır ki, regenerasiya prosesi bütün hissələrdə eyni gedə bilməz, süd vəzilərinə gəldikdə isə, anatomik cəhətdən heç bir qadının süd vəziləri eyni ölçüdə deyil, odur ki, fərqli ölçüdə olan süd vəzi yataqlarına eyni ölçüdə implant qoyulan zaman simmetriya yarandığından xəstə özündə asimmetriya, ölçü fərqli liyi hiss edə bilər, lakin obyektiv baxımdan ölçülər eynidir. İmplant qoyulması nəticəsində sinir zədələnməsi baş verə bilməz, implant hərəkətli, yumşaq olmalıdır. USM kütlələrin kistik kütlə olduğunu bildirə bilməz. Kütlənin mənşəyinin öyrənilməsi üçün biopsiya proseduru icra edilməlidir. Qarının düz olması üçün abdominaplastika əməliyyatı aparılır, həmin əməliyyat zamanı sol qalça tinindən 50-60 sm kəsik açılır, dəri, dərialtı toxumalar açılır, əzələlərdə dalğavari tikişlər aparılır, düz əzələnin fiksasiyası həyata keçirilir, bu isə insanın gələcək həyatında diskomfort yaradır, sözügedən əməliyyat isə iddiaçıda aparılmamışdır. 19. 01.05.2025-ci il tarixli, 263/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyinə əsasən, “ATU-nun X13”nda plastik cərrah Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə pasi net X11 üzərində “Liposaksiyalifofilling. Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı Oktay qızına tətbiq edilmiş plastik əməliyyatlar səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarının tələblərinə uyğun həcmdə taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı keçirilmiş cərrahiyyə əməliyyatlarla bağlı hər hansı bir ağırlaşma və ya fəsad (kistik kütlə, qarın əzələsinin diastazı) müəyyən edilməmişdir. Hər iki gözün üst qapaqlarında və süd vəzilərinin alt dəri büküşü hüdudunda postoperasion yaraların birincili sağalması hesabına incə çapıqlaşma inkişaf etmişdir. Qarının ön divarında abdominoplastika əməliyyatı ilə əlaqədar postoperasion çapıq aşkar edilmədi. İddiaçı bədəninin fiziki, a ntropometrik göstəricilərinə uyğun seçilmiş, ölçüsü “425 cc Mentor” markalı implantdan istifadə edilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) 2(105)-195/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(012)-1923/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə ATU-nun X13 arasında xx.xx.2023-cü il tarixdə tibbi xidmət müqaviləsi bağlanılaraq, həmin müqavilə əsasında plastik cərrah Cavabdeh1 tərəfindən İddiaçı Oktay qızının üzərində “Liposaksiya-lifofilling. Mammoplastika implant ilə və Blefaroplastika” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı həmin tibbi xidmətin estetika baxımından gözlənilən nəticə vermədiyini və həmin xidmət nəticəsində sağlamlığına zərər dəydiyini iddia edərək, müqavilə üzrə ödədiyi pul məbləğini geri qaytarılmasını tələb etmişdir.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericlikdə tibbi xidmət nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının şikayəti əsasında ibtidai istintaq orqanları tərəfindən, o cümlədən məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyləri ilə, iddiaçıya göstərilmiş tibbi xidmətin səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarının tələblərinə uyğun həcmdə taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi müəyyən edilmiş, həm çinin cərrahiyyə əməliyyatlarla bağlı hər hansı bir ağırlaşma və ya fəsad (kistik kütlə, qarın əzələsinin diastazı) müəyyən edilməmişdir. Hərçənd ki, tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsinin 4.1-ci bəndində iddiaçı üzərində həyata keçiriləcək tibbi xidmətin yüksək risk daşıması, ehtimal olunan fəsadlarını qəbul etmişdir.

23. Hər bir şəxsin orqanizminin fərdi olması baxımından hər hansı bir tibbi xidmət zamanı, əsasən də cərrahi əməliyyatlar nəticəsində şəxsin sağlamlığında müəyyən fəsadların yaranması və buna müvafiq olaraq da sağlamlığa zərərin dəyməsi mümkün olan hal hesab olunur. Lakin, bu zaman tibbi xidmət göstərən şəxs o zaman məsuliyyət daşıyır ki, qeyd olunan zərər onun təqsiri üzündən baş vermiş olsun. Həkim göstərdiyi tibbi xidməti səhiyyə sistemində mövcud olan təl imat qaydalarına və klinik tövsiyyələrə uyğun həyata keçirdiyi təqdirdə onun məsuliyyəti də istisna olunur. Hazırkı iş üzrə də cavabdeh tibb müəssisəsinin və cərrahi əməliyyatları icra etmiş həkimin məsuliyyətini müəyyən edən hal müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi əməliyyat sonrası ultrasəs müayinəsinin nəticələri və özəl tibb müəssisəsinin arayışları isə yuxarda qeyd olunan əsaslara görə iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

24. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin əsasını göstərilən tibbi xidmətin gözlənilən nəticə verməməsi və sağlamlığına zərər dəyməsi təşkil etmişdir ki, həkim və ya onun köməkçisi tərəfindən xidmət müqaviləs indən kənar artıq məbləğdə pul alınması hazırkı mübahisənin hüquqi və faktiki əsasını təşkil etməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən qeyd edilən əsas üzrə müvafiq araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdır.

25. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1112-ci və MPM-nin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkili - Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-195/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, növü və məqsədi nəzərə alındıqda iş üzrə aparılmış əməliyyatın uğursuz olub-olmaması pasientin sağlamlığına birbaşa zərər vurulması ilə şərtləndirilə bilməz. Məhkəmənin mövqeyi mülki qanunvericiliyin tələblərinə ziddir. Aydındır ki, tərəflər arasında qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarının edilməsi barədə şifahi razılıq əldə edilmiş, bu razılıq əsasında əməliyyat baş tutmuşdur. Hətta iddiaçıya hansısa sənədə imza etdirmişlər, həmin sənədi tələb etdikdə isə təqdim edilməmişdir. Məhz əvvəlki instansiyada iş üzrə icraat zamanı- Abşeron rayon Məhkəməsinin 2(012)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X4 həkimi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin X5 İddiaçı üzərində “Liposaksiya-lipofilling, Mammoplastika implant ilə Blefaroplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Həmçinin bu da aydındır ki, sözügedən əməliyyatlar plastik (estetik) əməliyyat hesab edilməklə xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutmasını, əvvəlki görüntünün aradan qaldırılmasını hədəfləyir. Belə dəyişiklik olmadıqda əməliyyat uğursuz aparılmış hesab edilir, İcraçı(həkim) isə öhdəliklərini tam və qaydasında yerinə yetirməmiş olur. Keçirilən plastik əməliyyatlar uğursuz olmuş, xarici görünüşdə müsbət istiqamətdə dəyişikliyin baş tutması ilə yekunlaşmamışdır. Belə olan halda isə Mülki qanunvericiliyin tələblərinə əsasən icraçı tərəf öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş hesab olunmlalıdır. Buna baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının bədənində əməliyyatdan sonra yaranan dəyişiklikləri və yaranmış simptomları sağlamlığa ziyan vurulması olaraq yox, orqanizmin fərdiliyi hesab etmiş, apellyasiya şikayətini təmin etməmişdir. Digər bir tərəfdən Məhkəmə yalnız tərəflər arasında bağlanmış yazılı müqaviləyə istinad etmiş, tərəflər arasındakı şifahi razılaşmanı nəzərə almamışdır. Hansı ki, həmin razılaşmanın mövcudlğu sübutlarla təqdim edilir. Cavabdeh tərəf isə şifahi razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya zərər vurulmuşdur. O cümlədən, məhkəmə əməliyyat nəticəsində xəstənin sağlamlığına zərər dəymədiyini, əməliyyatdan sonra bədəndə müşahidə olunan dəyişiklik lərin həmin şəxsin orqanizminin fərdi reaksiyası hesab etsə də qeyd edilməlidir ki, iş üçün əhəmiyyətli olan hal həkimin əməliyyatı qaydasında icra edib-etməməsidir. Bu isə, fərdi amil deyil, nəticələr əsasında konkret müəyyən edilə bilən haldır. Digər bir tərəfdən bu məqamla bağlı qeyd edilməli olan digər bir xüsusat da bundan ibarətdir ki, məhkəmə tərəfindən verilmiş ekspert rəyində orqanizmin fərdiliyi ilə bağlı məhkəmənin gəldiyi qənaətlə əlaqədar rəy mövcud olmamışdır. Belə ki, həkim xarici görünüşdə mövcud qüsurları aradan qaldırmalı, qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatları ilə 1. sinə nahiyəsində sallaqları götürməli, mövcud görüntünü dəyişməli, 2. arxa nahiyədə kəsik və yanıq izlərini aradan götürmə li, 3. göz üstü əti aradan qaldırmalı, 4. dodaq, alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurmalı idi və s.. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası apellyasiya şikayətini tam nəzərdən keçirməmiş, şikayətdə qeyd edilən xüsusatlara münasibət bildirməmişdir. Qeyd olunmalıdır ki, pasient üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatının tətbiq edilmiş olması faktına məhkəmə münasibət bildirməmişdir. Yəni burada hər hansı nisbilikdən, zövqlərdən, yaxud qeyri-müəyyənlikdən danışmaq mümkün deyil. Estetik əməliyyat qarşı tərəf bunu nə qədər nisbiləşdirməyə çalışsa da, xüsusiyyətləri və icraçısının vəzifələri konkret müəyyənləşdirilmiş əməliyyat növüdür. Burada həkim qarşısına qoyulmuş və yuxarıda qeyd edilmiş vəzifələrin tam və lazımınca icra ed ilməsini həyata keçirir. Bu vəzifələr yazılı müqavilə olduqda konkret yazılı şəkildə qeyd edilir, şifahi əqd olduqda isə mülki aanunvericiliyin tələblərinə əsasən, razılaşdırılır.

28. Pasient xarici görünüşdə müəyyən dəyişikliklərin aparılması üçün həkim Cavabdeh1 müraciət etmiş, sonuncusu isə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə, nəinki pasientin öz bədəni ilə bağlı bəyənmədiyi hallar aradan qaldırılmış, bəzi əməliyyatlar icra olunmamış (məsələn, pasient üzərində abdominoplastika əməliyyatı deyil, liposaksiya əməliyyatı tətbiq edilmişdir) aparılan əməliyyatlar isə uğursuz olmuş, pasientin xarici görünüşündə vəziyyət ən yaxşı halda ya heç dəyişməmiş, ya da daha da pisləşmişdir. Belə ki, hətta bunun nəticəsində pasientin sağlamlığına belə zərər dəymişdir. İddiaçının səhhətind ə problemlər yarandığını və bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Ümumilikdə götürdükdə isə, dəyən zərərin əvəzinin ödənilməsi təkcə zərərin sağlamlığa vurulması ilə şərtləndirilə bilməz. Aydındır ki, pasient yuxarıda qeyd edilən əməliyyatların həyata keçirilməsi üçün Cavabdeh1 ödəniş etmiş, cavabdeh isə öhdəliklərini lazımınca həyata keçirməmişdir. Cavabdehin bildirdiyi və Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd etdiyi kimi plastik əməliyyatın uğurlu olubolmamasının meyarı gözəlliyin nisbi, sağlamlığın isə fərdi məfhum olması deyil. Aparılmış əməliyyatlar - “Liposaksiya-lipofilling, Mammoplastika implant ilə Blefaroplastika” konkret nəticənin əldə edilməsi məqsədilə aparılır. Həmin nəticələr əldə edilmədikdə əməliyyat uğursuz olur, həkim isə öhdəliklərin i lazımınca icra etməmiş hesab edilir. Bəllidir ki, əməliyyatın sonunda pasientin sinə nahiyəsində sallaqlar qalmış, arxa nahiyədə kəsik və yanıq izləri aradan qaldırılmamış, göz üstü əti aradan götürülməmişdir və s. Belə olan halda aydındır ki, İddiaçı vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin əməliyyatlar üçün Cavabdeh1 12.000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, hazırda həmin vəsait Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən, geri tələb edilir.

29. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən tətbiq edilməyən maddi hüquq normalarından biri də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası qanunun müvafq maddələridir. Qanunun tələbinə əsasən icraçıdan görülmüş işin keyfiyyətinin normativ sənədlərə və razılaşmaya uy ğun olması tələb edilə bilər. Bununla yanaşı olaraq, klinika əməliyyat öncəsində də hüquq pozuntularına yol vermişdir. Belə ki, klinika, mövcud qanunvericiliyə uyğun olaraq, tibbi komissiya toplamalı, aparılan əməliyyatın keyfiyyətini, tibbi sənədlərin doldurulma keyfiyyətini yoxlamalı və xəstənin tələbi ilə müayinə keçirməli və səbəblərə dair rəy verməli idi. Sumqayıt Apellyasiya Məhkəməsi çıxarmış olduğu qətnamədə tibbi komissiyanın hansı səbəblərdən toplanmadığını araşdırmamış, əməliyyatın keyfiyyətini düzgün müəyyənləşdirməmişdir. Əməliyyat nəticəsində İddiaçı xarici sol sinə sallaqlığı, asimetriya şikayətləri ilə klinikaya yaxınlaşmışdır. Tərəflər arasında bu və digər şikayətlərin aradan qaldırılması barədə razılıq əldə edilmiş, İddiaçı 15000 manat vəsaiti ödəmişdir. Lakin cavabdeh tə rəfindən öhdəliklər tam və qaydasında icra edilməmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətində həkim tərəfindən sağlamlığa ziyan vurulması faktı ilə yanaşı, bir sıra xüsusatlar da qeyd edilmiş, həkimin bir sıra əməliyyatları icra etməməsi qeyd olunmuş və apellyasiya məhkəməsindən həmin xüsusatlara münasibət bildirirlməsi xahiş edilmişdir. Buna baxmayaraq məhkəmə icraatında olan iş üzrə hərtərəfli araşdırma aparmamış, nəticədə aşağıdakı məqamlara qətnamədə münasibət bildirilməmişdir. Belə olan halda apellyasiya instansiyası tərəfindən yol verilmiş prosessual pozuntularla yanaşı, aşağıdakı məsələləri Ali Məhkəmənin diqqətinə çatdırır, xüsusi münasibət bildirməsini xahiş edirlər. Cavabdeh tərəfindən öhdəliklər tam icra olunmamış və apellyasiya instansiyası t ərəfindən aşağıdakı faktlar ümumiyyətlə araşdırılmamışdır. Əməliyyat nəticəsində -İddiaçının bədəninə köhnə implant yerləşdirilməsi. - Xəstənin yan nahiyəsindəki kəsik və yanıq izləri - Həmçinin üz nahiyəsinə, dodaq alın, yanaq, gözaltı nahiyələrinə korreksiya olunaraq piy vurulmalı olsa da həkim onu aldadaraq ancaq yanaq nahiyəsinə piy vurmuş, o da 12 gün sonra tam əriməsi məsələlərinə Məhkəmə münasibət bildirməmişdir. Belə olan halda hansı gözəlləşmədən, yaxud öhdəliklərin lazımi qaydada icrasından söhbət gedə bilər?! Aydındır ki, plastik əməliyyat uğursuz olduğundan, yəni həkim tərəfindən məhz Mülki Məcəllənin 443-cü maddəsində qeyd edilən əvvəlcədən razılaşdırılmış şərtlərin pozulması, yerinə yetirilməməsi ilə icra edildiyindən iddiaçı tərəfə zərər vurulmuşdur. Habelə, cavabdeh tərəf r azılaşdırılmış şərtlər əsasında öhdəliklərini həyata keçirməmiş, vicdanlılıqla bağlı AR Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Lakin bu və digər xüsusatlar Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd edilməmişdir.

31. Əməliyyat nəticəsində pasientin bədənində diastaz aşkar edildiyini təsdiq edən tibbi arayışlar mövcuddur. Belə ki, pasientin qarın nahiyəsindən piy çəkiləndən sonra diastazi daha da artmış, qarın nahiyəsindəki əzələ zədələnmişdir İddiaçının sağlamlığına zərər vurulmadığı iddia edilsə də əməliyyatdan sonra iddiaçının bədənindəki tikişlərin normaya uyğun olmadığı, süd vəzləri arasındakıməsafənin 5 sm olduğu müəyyən edilmiş, başqa cərrahdan alınan rəydə iddiaçının qüsurlu əməliyyat olunduğu qeyd edilmişdir.

32. Mübahis əli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları və işin baxılması zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışı, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, öhdəliklərin icrası, öhdəliklərin yerinə yetirilməsi zamanı vicdanlılıq, tərəflərin iradə ifadəsi və s. kimi maddi hüquq normaları qətnaməsində ciddi surətdə pozulmuşdur.

33. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə aparılan icraat zamanı ciddi prosessual pozuntulara yol verilmiş, nəticədə iddiaçının fundamental prosessual hüquqları məhdudlaşdırılmış, işə tam, hərtərəfli və obyektiv baxılmamışdır. Əvvəla, məhkəmə-tibbi ekspertiza ilə bağlı vəziyyət xüsusi vurğulanmalıdır. Məhkəmə aktı ilə təyin olunmuş ekspertiza çərçivəsində ekspertlər X3, Elnur və Tükəzban adlı digər həkimlər tərəfindən onun bədəni üzərində tibbi müayinə aparılmışdır. Həmin müayinənin sonunda ekspertlər açıq şəkildə bəyan etmişdir ki, gözlə görülən qüsurlar mövcuddur. Cavabdeh1 tərəfindən aparılan əməliyyat səhv icra olunmuş, tibbi norma və təlimatların tələbləri pozulmuş, nəticədə həkim səhvinə yol verilmişdir. Bu ifadələrlə bağlı həkimin səs yazıları mövcud olmuşdur. Lakin, təəccüb doğuran məqam bundan ibarət olmuşdur ki, ekspert müayinənin sonunda həkim səhvini etiraf etməsinə baxmayaraq, məhkəməyə təqdim etdiyi rəydə əməliyyatın guya səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarına uyğun icra edildiyini göstərmişdir. Əgər ekspert özü əvvəlcə həkim səhvini etiraf edir, lakin tərtib etdiyi rəydə tamamilə əksini göstərirsə, bu rəyin əsaslılığına dair cidd i şübhələr mövcuddur. Ekspertiza zamanı belə yalnız vizual baxış keçirilmiş, hər hansı müayinə, bununla bağlı aparatlardan keçirilməmişdir. Bu mühüm ziddiyyət apellyasiya məhkəməsinin diqqətinə dəfələrlə çatdırılmışdır. Lakin məhkəmə bu faktlara hər hansı münasibət bildirməmiş, ekspertin öz izahatındakı qeyri-müəyyənliyi araşdırmaqdan imtina etmişdir. Daha ciddi prosessual pozuntu isə bundan ibarətdir ki, həmin ziddiyyətləri təsdiqləyən səs yazısını CD daşıyıcıda məhkəməyə sübut kimi təqdim etməyə çalışsalar da, məhkəmə onu qəbul etməkdən əsassız şəkildə imtina etmişdir. Halbuki, həmin səs yazısı işə mahiyyəti üzrə baxıb ədalətli qərar çıxarmaq üçün olduqca mühüm sübut idi. Bunun əvəzinə, məhkəmə tələsik şəkildə çıxış mərhələsinə keçərək prosesin tez bir zamanda başa çatdırılmasına çalışmı şdır. Belə hərəkətlər isə yalnız bir nəticə doğurur: məhkəmə işin obyektiv araşdırılmasında maraqlı olmamış, əsas vəzifəsi olan həqiqətin müəyyən edilməsi funksiyasını icra etməmişdir. İddiaçının sübut təqdim etmək hüququ açıq şəkildə məhdudlaşdırılmış, tərəflərin bərabərliyi prinsipi pozulmuş, ədalətli məhkəmə araşdırması hüququnun təminatına zidd davranılmışdır. Ədalət mühakiməsinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə bütün sübutları araşdırmalı, tərəflərin mövqeyinə hörmətlə yanaşmalı və hər bir halı diqqətlə dəyərləndirməlidir. Bu işdə isə tam əks mənzərə ilə qarşılaşmışlar: - Məhkəmə ekspertin ziddiyyətli mövqeyinə qiymət verməmişdir; - Ən əhəmiyyətli sübut – səs yazısı əsassız olaraq qəbul edilməmişdir; - İddiaçının etirazları cavabsız buraxılmışdır; - Məhkəmə prosesin formasına üs tünlük vermiş, mahiyyətini araşdırmaqdan yayınmışdır. Bütün bunlar bir yerdə göstərir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə qanunsuz, əsassız və qərəzli olmuş, ədalətli məhkəmə mühakiməsinin prinsiplərinə zidd şəkildə qəbul edilmişdir. Mülki Kollegiyadan yuxarıda qeyd edilmiş xüsusatlara xüsusi diqqət göstərməsini, o cümlədən, qəbul ediəcəyi qərarda münasibət bildirməsini xahiş edirlər. Həmçinin əməliyyatdan sonra iddiaçının səhhəti ilə bağlı bir sıra sənədlər habelə şəxsin süd vəzilərində asimmetriya, sol döşdə sallaqlıqla bağlı həkim arayışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin sənədlərin özəl klinikalar tərəfindən tərtib edilməsini əsas gətirərək, sübut qismində qiymətləndirməmişdir. Halbuki, hətta məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı belə eksper t həkimlər onu özəl klinikaya rəy alınması üçün göndərmişlər. Necə olur ki, məhkəmə mövqeyini bu formada əsaslandırır?! Güman etməyə əsas verir ki, apellyasiya məhkəməsi iş materiallları ilə tam şəkildə tanış olmamışdır. Belə ki, dəfələrlə tələb edilməsinə baxmayaraq onunla bağlı tam epikriz məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iki protokol təqdim edilmişdir ki, hər iki protokol bir-biri ilə ziddiyyət təşkil edir. Hətta əməliyyatla bağlı təqdim edilmiş qəbzdə 425 ölçü qeyd olunsa da aparat instrumental müayinə zamanı implantların fərqli ölçüdə olması aşkar edilmişdir. Halbuki, danışıq 475 ölçüyə görə edilmiş, əməliyyatda o formada icra edilməli idi. Xahiş edir iş materiallarına xüsusi diqqət yetirilsin. Həkim səhvinin qurbanı olmuşam. Nəsimi rayon Prokururluğunda da şikayət i aradışrılır. Bu həkim səhlənkarlağının qurbanıdır. Həkimin səhvini canının bədəli ilə ödəyir. Belə həkimlərin qarşısı alınmalı, qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən bu məqam ciddi prosessual pozuntu olması etibarilə sözügedən qətnamənin ləğvini zəruri edir. Habelə Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi undan ibarət olmuşdur ki, gözəllik nisbi və subyektiv anlayış olduğundan, orqanizmin individuallığı nəzərə alındıqda eybəcərləşmə halı sübutlarla təsdiq edilmir. Bununla əlaqədar olaraq bildiririk ki, burada əhəmiyyətli olan gözəlliyin ekspertizasının həyata keçirilməsi deyil, qarın liposaksiyası, sarğı nahiyəsinin lipofilingi, üz nahiyələrinin lipofilingi, blefoplastika, mamoplastika əməliyyatlarının tam və qaydasında icra edilib edilmədiyinin müəyyənləşdirilməsid ir. Belə olan halda, məhkəmə bilavasitə şəxsin sağlamlığı ilə bağlı olan bir məsələyə etinasız yanaşmamalı, ekspertizanı mütləq qaydada təmin etməli idi. Burada həmçinin mübahisənin insan sağlamlığı ilə bağlı olması ilə yanaşı, xüsusi olaraq uğursuz plastik əməliyyatların pasiyentlərda hansı ağır psixoloji sarsıntılara səbəb olduğu da nəzərə alınmalı idi. Aydındır ki, uğursuz estetik əməliyyat xəstəni özünəqəsd həddinə də çatdıra bilər. Yuxarıda qeyd edilmiş xüsusatlara baxmayaraq məhkəmə iş materialları ilə səthi tanış olmuş, digər məsələlərə, o cümlədən, ekspertin bilə-bilə yalan rəy verməsini və s. nəzərə almamışdır. Bununla yanaşı olaraq Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının sübut təqdim etməsinə imkan yaratmamış, ciddi prosessual pozuntuya yol vermişdir. O cümlədən, məhkəmənin yol vermiş olduğu digər bir prosessual pozuntu onunla əlaqədardır ki, məhkəmə apellyasiya şikayətində qeyd edilən bir çox xüsusatı araşdırmamış, qətnamədə həmin xüsusatlara münasibət bildirməmişdir. Odur ki, halhazırda həmin məsələlərə də münasibət bildirməsini Mülki Kollegiyadan xahiş edirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi formal mülahizələrə və mötəbərliyi ciddi şübhə doğuran, ziddiyətli ekspert rəyinə əsaslanaraq qəbul edilmişdir.

34. Ekspert müayinənin sonunda həkim səhvini etiraf etməsinə baxmayaraq, məhkəməyə təqdim etdiyi rəydə əməliyyatın guya səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat qaydalarına uyğun icra edildiyini göstərmişdir. Əgər ekspert özü əvvəlcə həkim səhvini etiraf edir, lakin tərtib etdiyi rəydə tamamilə əksini göstərirsə, bu rəyin əsaslılığına dair ciddi şübhələr mövcuddur. Bu mühüm ziddiyyət apellyasiya məhkəməsinin diqqətinə dəfələrlə çatdırılmışdır. Lakin məhkəmə bu faktlara hər hansı münasibət bildirməmiş, ekspertin öz izahatındakı qeyri-müəyyənliyi araşdırmaqdan imtina etmişdir. Daha ciddi prosessual pozuntu isə bundan ibarətdir ki, da həmin ziddiyyətləri təsdiqləyən səs yazısını CD daşıyıcıda məhkəməyə sübut kimi təqdim etməyə çalışsalar da, məhkəmə onu qəbul etməkdən əsassız şəkildə imtina etmişdir.

35. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 324.5, 329.2, 389.1, 404.1,425.1, 442, 443, 1096.2, 1097.1, 1112, 1118-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 47.2, 9 7.1, 102.2, 103.1, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh Azərbaycan Tibb Universiteti X12 (nümayəndə -Nümayəndə2) tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək İddiaçı cavabdeh Azərbaycan Tibb Universiteti X12 və Cavabdeh1 qarşı "həkim səhvi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi" iddia tələbinin rədd edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 195/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini qüvvədə saxlanılması barədə qərar qəbul edəsiniz.

37. Cavabdeh1 vəkili Vəkil1 tərəfindən kassasiya şikayətyinə etiraz verilərək həm, birinci instasiya, həm də apellyasiya instansiyasında verilmiş iddianın tam, hərtərəfli araşdırıldığı və haqlı olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edildiyi qeyd edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-195/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirlmədən saxlanması barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozu lmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

43. Maddə 1112. T ibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. İddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsilə kassasiya instansiyası məhkəməsinə müəyyən sənədlər təqdim edilsə də məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəflərdən sübut qəbul etmir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə ATU-nun X13 arasında xx.xx.2023-cü il tarixdə tibbi xidmət müqaviləsi bağlanılaraq, həmin müqavilə əs asında plastik cərrah Cavabdeh1 tərəfindən İddiaçı Oktay qızının üzərində “Liposaksiya-lifofilling. Mammoplastika implant ilə və Blefaroplastika” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı həmin tibbi xidmətin estetika baxımından gözlənilən nəticə vermədiyini və həmin xidmət nəticəsində sağlamlığına zərər dəydiyini iddia edərək, müqavilə üzrə ödədiyi pul məbləğini geri qaytarılmasını tələb etmişdir. Qanunvericlikdə tibbi xidmət nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının şikayəti əsasında ibtidai istintaq orqanları tərəfindən, o cümlədən məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyləri ilə, iddiaçıya göstərilmiş tibbi xidmətin səhiyyə sistemində mövcud olan cərrahi profilli təlimat q aydalarının tələblərinə uyğun həcmdə taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi müəyyən edilmiş, həmçinin cərrahiyyə əməliyyatlarla bağlı hər hansı bir ağırlaşma və ya fəsad (kistik kütlə, qarın əzələsinin diastazı) müəyyən edilməmişdir. Hərçənd ki, tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsinin 4.1-ci bəndində iddiaçı üzərində həyata keçiriləcək tibbi xidmətin yüksək risk daşıması, ehtimal olunan fəsadlarını qəbul etmişdir. Hər bir şəxsin orqanizminin fərdi olması baxımından hər hansı bir tibbi xidmət zamanı, əsasən də cərrahi əməliyyatlar nəticəsində şəxsin sağlamlığında müəyyən fəsadların yaranması və buna müvafiq olaraq da sağlamlığa zərərin dəyməsi mümkün olan hal hesab olunur. Lakin, bu zaman tibbi xidmət göstərən şəxs o zaman məsuliyyət daşıyır ki, qeyd olunan zər ər onun təqsiri üzündən baş vermiş olsun. Həkim göstərdiyi tibbi xidməti səhiyyə sistemində mövcud olan təlimat qaydalarına və klinik tövsiyyələrə uyğun həyata keçirdiyi təqdirdə onun məsuliyyəti də istisna olunur. Hazırkı iş üzrə də cavabdeh tibb müəssisəsinin və cərrahi əməliyyatları icra etmiş həkimin məsuliyyətini müəyyən edən hal müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi əməliyyat sonrası ultrasəs müayinəsinin nəticələri və özəl tibb müəssisəsinin arayışları isə yuxarda qeyd olunan əsaslara görə iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

58. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iş dəki sübutları araşdırmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Kassasiya şikayətinin bir sıra dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Məhkəmə kollegiyası b ildirir ki, hazırkı icraat çərçivəsində belə dəlillər araşdırılmır və həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-195/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar