Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3256/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(107)-71/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25641 ABŞ dolları 63 sent əsas, 6167 ABŞ dolları 24 sent faiz və 13320 ABŞ dolları 44 sent cərimə olmaqla, cəmi 45129 ABŞ dolları 31 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.11092 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı 65.3 m2 yaşayış, 79.9 m2 yardımçı, 145.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sa həsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 45129 ABŞ dolları 31 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Göyçay şəhəri, C.Cabbarlı küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.11092 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı 65.3 m2 yaşayış, 79.9 m2 yardımçı, 145.2 m2 ümumi sahədən ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 25 aprel 2019-cu il tаrixli, 2(046)43/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.09.2014-cü il tarixli 26R000006186 saylı kredit razılaşmasına əsasən əsas borca görə 25641 (iyirmi beş min altı yüz qırx bir) ABŞ dolları 63 (altmış üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, 24.09.2014-cü il tarixli 26R000006186 saylı kredit razı laşmasına əsasən 6167 ( altı min bir yüz altmış yeddi) ABŞ dolları 24 (iyirmi dörd) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 6667 (altı min altı yüz altmış yeddi) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Göyçay şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.11092 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdən olan 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsait dən 32308 (otuz iki min üç yüz səkkiz) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı İddiaçı QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində Göyçay şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.11092 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdən olan 21 saylı fərdi yaşayış evi boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı QSC-yə aid edilməsi, 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi və qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tаrixli, 2(046)-43/2019 saylı qətnаməsi dəyişdirilərək 24.09.2014-cü il tarixli 26R000006186 saylı kredit razılaşmasına əsasən əsas borca görə 25.558 (iyirmi beş min beş yüz əlli səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-nə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(107)-71/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlərlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə ödənilmiş məbləği cərimə borcundan silən İddiaçı QSC borc məbləğini qanunsuz olaraq şişirtmişdir. Halbuki İddiaçı QSC ödənilmiş məbləği əsas borcdan silməl i idi. Buna baxmayaraq məhkəmə-mühasibatlıq ekspertizası işin bu halını araşdırmamış, məhkəmə isə əlavə ekspertiza təyin etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Prosessual məsələlər İş üzrə proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edi r. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində qətnamənin bütünlükl ə ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız kredit borcunun məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası qətnamənin qanuniliyini bu dəlillər əsasında mübahisələndirilən hissədə yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “İddiaçı» QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2009-cu il tarixli 15L000000391 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 60 ay müddətə Cavabdeh1 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 176 (bir yüz yetmiş altı) ay müəyyən edilmişdir. İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli 26R000006186 saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 1,8333 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 25.05.2019-cu il tarixli razılaşma ilə ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma vaxtı 26.03.2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə 07.12.2016-cl il tarixə yaranmış 25641 ABŞ dolları 63 sent əsas, 6167 ABŞ dolları 24 sent faiz və 13320 ABŞ dolları 44 sent cərimə olmaqla, cəmi 45129 ABŞ dolları 31 sent borcun tutulması tələb edilmiş, birinci instansiya məhkəməsi Cavabdeh1 25641,63 ABŞ dolları əsas, 6167,24 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə tutulması qənaətinə gəlmiş, apell yasiya məhkəməsi isə Cavabdeh1 vəsatətinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və 28 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən 07.12.2016-cı il tarixə kredit müqaviləsi üzrə əsas kredit borcu 25558.77 ABŞ dolları, faiz borcu isə 6.284,74 ABŞ dolları müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilərək, 24.09.2014-cü il tarixli 26R000006186 saylı kredit razılaşmasına əsasən əsas borca görə 25558 (iyirmi beş min beş yüz əlli səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlərdən tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan kredit müqaviləsi üzrə əsa s borc və faiz məbləğləri müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin və əlavə razılaşmanın şərtləri, həmçinin cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respubl ikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassator daha artıq məbləğdə vəsait ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə əlavə ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəy yən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (kredit borcunun məbləği hissəsində) dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Resp ublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(107)-71/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (kredit borcunun məbləği hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3256/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3256/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver