Məhkəmə qərarları › İş №2(102)-3257/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3257/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3257/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı mübahisə (üzr istənilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-844/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə direktor, Cavabdeh (bundan sonra-cavabdeh) isə həmin məktəbdə psixoloq işləmişdir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək, iddiaçıda bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilməsi, onun ünvanına, eləcə də Bakı şəhəri üzrə Təhsil idarəsinə, Təhsil Nazirliyinə və Səbail rayonu 239 nömrəli məktəbə məktub göndərməklə onun barəsində həqiqəti əks etdirməyən məlumatları yaydığına görə yazılı formada üzr istəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 manat kompensasiyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində həm işgüzar nüfuz, həm də şərəf və ləyaqətlə bağlı hallar barəsində qeyd etsə də, bu hallar mövcud olsa da, xahiş etdi hissəsində bu barədə qeyd etməmişdir. Odur ki, iddia tələbinin işgüzar nifuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbi kimi qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla ə saslandırılmışdır ki, uzun illər Səbail rayonu ərazisində fəaliyyət göstərən X5 adına 239 tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Uzun illər məktəbin kollektivi arasında heç bir neqativ hallar, narazılıqlar baş verməmişdir. Lakin qeyd edilən halların tam əksi olaraq ən qəribəsi də odur ki, uzun illər ərzində ömrünü, illərini, şərəflə, ləyaqətlə təhsil sisteminə həsr edən bir əməkli ziyalı haqqında həmin məktəbdə psixoloq kimi çalışan cavabdeh tərəfindən heç bir həqiqətə uyğun olmayan, özündə qəzəb, hirs, sanki qisas xarakterli ifadələri əks etdirən ifadələrin, yalan məlumatların həm məktəbin kollektivi arasında, eləcə də, aidiyyəti qurumlarda yayılması və səslənməsi onun həm mənəvi, həm də işgüzar nüfuzuna sarsıdıcı bir zərbə olmuşdur. Belə ki, tədris ilinin sonunda Bakı şəhəri üzrə Təhsil idarəsinin daxili nəzarət sektoru tərəfindən idarəyə dəvət edilərək cavabdehin şikayət ərizəsi ona təqdim olunmuş, şikayət ərizəsində guya onun psixoloji probleminin olması, uzun illər onun sözü gedən məktəbdə çalışma səbəbi kimi arxasında kiminsə dayandığını, onun tərəfindən valideynlərin, şagirdlərin, müəllimələrin yanında təhqirə, qarğışa məruz qaldığını, təlim və kurslara gedərkən onun tərəfindən süni maneələrlə üzləşdiyini, onun şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta onun “Hegemon” olmasını qeyd edərək, məktəbin kollektivi, şagirdlər və müəllimələr, eləcə də yaşadığı ərazidə yaymışdır. Artıq hər kəs baş verən bu neqativ hadisədən məlumatlıdır. Cavabdeh əsassız olaraq bildirmişdir ki, guya onun tərəfindən ona qarşı haqsızlıq olunmuşdur. Cavabdeh tər əfindən fəaliyyəti barəsində həqiqəti əks etdirməyən məlumatların ərazilərdə yayılması işgüzar nüfuzuna ciddi xələl gətirmişdir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 239 nömrəli məktəbdə 17 ildir ki, həmin məktəbdə psixoloq kimi fəaliyyət göstərməklə, məktəbin kollektivi ilə heç bir problemi olmamış, öz işində ciddi nöqsanlara yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq, məktəbin keçmiş direktoru iddiaçının aqressiyası və qərəzli münasibəti ondan da yan keçməmişdir. Belə ki, oğlu İsmayıl Qurbanov həmin məktəbin 11-ci sinifdə oxuyan zaman yüksək qiymət yazılmasından ötrü iddiaçıya istədiyi pulu vermədiyi üçün ona qarşı hiddəti daha da artmışdır. İddiaçı süni problemlər yaradaraq El m və Təhsil Nazirliyinin təşkil etdiyi kurs və tədbirlərdə iştirak etməsinə maneçilik törətmişdir. Müəllimlərin sertifikasiya müşahidə mərhələsində komissiya üzvü kimi iştirak etdiyi halda onu günlərinin tutulacağı ilə hədələmişdir. Dəfələrlə təşkil etdiyi tədbirlərdən onu məktəb uşaqlarının gözü qarşısında uzaqlaşdırmışdır. Artıq son illərdə vəziyyət dözülməz həddə çatmış və bütün kollektivin qarşısında təhqir və qarğışlara məruz qalmışdır. Bundan başqa, iddiaçı qapı-pəncərələrini bağlatdıraraq, kiminsə onu izlədiyini, işdəki hamının ona yalan danışdığını və hər kəsin ona qarşı oyun qurduğunu, eyni zamanda onun arxasının çox güclü olmasını, heç bir kəsin ona ayrı edə bilməyəcəyini bildirmişdir. İddiaçının təhqir, qarğış və alçaldıcı sözlərinə dözməyib subordinasiya qaydalarına əməl edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, etdiyi müraciətdə isə onun diaqnoz qoyan şəxs olmamasını, lakin psixoloq kimi iddiaçı bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir.

6. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-173/2024 nömrəli iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki,, cavabdeh tərəfindən iddiaçı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə edilmiş müraciətlər, hətta bu müraciətlərin əsassız olması halında belə, iddiaçının işgüzar nifuzunu ləkələyən, şərəf və ləyaqətini alçaldan və ona mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz, əks halda bu, hər bir şəxsin Azərbaycan Respublika sının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi demək olardı. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının fəaliyyətini tənqid, yaxud onun hərəkətləri haqqında məlumat verərkən və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır.

8. Məhkəmənin belə mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də uyğundur. Belə ki, “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə həmin məhkəmə qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, «ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kə sb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir».

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciəti geniş kütlə arasında yayılmadığından cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun haqqında mənfi rəy yaradan məlumatlar kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı cavabdehin onun barəsində şikayət etməsi nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını göstərə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa oxşar əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əssassz olaraq təmin etməmiş, bununla da qanunvericiliyin tələbini pozmuş, mənafeyini nəzərə almamışdır. Məhkəmə əsassız olaraq qanunvericiliyin tələblərini pozaraq hesab etmişdir ki, barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciəti geniş kütlə arasında yayılmadığından cəmiyyət, kollektiv və yaxud ayrı -ayrı şəxslər arasında haqqında mənfi rəy yaradan məlumatlar kimi qiymətləndirilə bilməz. Bildirmək istəyir ki, cavabdeh onun barəsində şikayət ərizəsində qeyd etdiyi halların düzgünlüyünü bir daha sübut etməyə çalışaraq təkrarən onun barəsində həqiqəti əks etdirməyən ifadələr işlətmiş, özünün məktəbdə dəfələrlə nizam-intizama riayət etməyərək süni problemlər yaratdığını gizlətməyə çalışmışdır. Belə ki, Cavabdeh onun haqqında səsləndirdiyi həqiqətə uyğun olmayan şərböhtan xarakterli hallar barəsində özünə haqq qazandırmaq üçün hazırda çalışdığı məktəbin işçi heyətini öz qanunsuz əməllərinə cəlb etmiş, Elnurə Məhərrəmova, Zahirova Fəxrəndə, İsmayılzadə İlhamə və Hüseynova Lamiyə, Şəhriyar (onun ərizəsində imzası olmadığı üçün qəbul edilməmişdir) adlı şəxslər tərəfindən İddiaçı barəsində həq iqətə uyğun olmayan qərəzli, düşünülmüş və özünümüdafiə xarakterli ərizələrini Masallı Rayon Məhkəməsinə təqdim etmişdir. Həmin ərizələrdə adlarını yuxarıda qeyd etdiyi şəxslər birmənalı olaraq Cavabdeh dediklərini təsdiqləmişlər. Guya ki, o, yerli-yersiz Cavabdeh alçaltmış, qarğış eləmiş, süni maneələr yaratmış və bir sözlə Cavabdeh təhqir etmişdir. Hətta Cavabdeh ərizəsində qeyd etmişdir ki, işində nizam-intizamlı olsa da, fəaliyyətində heçbir nöqsana yol verməsədə, heç bir səbəb olmadan öz vəzifə səlahiyyətlərini aşaraq guya onunla qərəzli davranmışdır. Bildirir ki, xx.xx.2023 və digər izahatlarından da görünür ki, Cavabdeh təkrar - təkrar iş rejimini pozaraq işə gəlməmiş və bununla bağlı kurslarda olduğunu bildirsə də, heç bir sənəd təqdim edə bilməmişdir, işində məsuliyyətsiz və nizam intizama riayət etmədən məktəbin inzibati bunasını dəfələrlə icazəsiz tərk etmiş, xx.xx.2021 - xx.xx.2021-cil il tarixində icazəsiz Türkiyədə olmuş, qayıdanda isə bununla bağlı heçbir sənədi olmadığını bildirmiş və buna görə xx.xx.2021-ci il və digər tarixlərdə xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıq və şiddətli töhmət almışdır. Eləcə də, məktəbin UBR X4 ilə eyni otaqda otururlar, Cavabdeh ən yaxın rəfiqəsi olmaqla ailə dostudurlar. Fəxrəndə Zahirova məktəbin təsərrüfat işləri üzrə müavinidir, BŞTİ tərəfindən yoxlama keçirilən zaman işdə yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıq və şiddətli töhmət almışdır. İlhamə isə onun qohumu, həm də qonşusudur. Belə ki, həm Elnurə, həmdə Suğra son zamanlar məktəbin bəzi tədbirlərinə mane olmağa çalışmışlar, məktəbdə X7 Əliyevin 100 illik yubile yinə hazırlıq tədbiri keçirilərkən, bu tədbirdə Səbail rayon məktəblərinin direktorları və hər məktəbdən 15 şagirdin, eyni zamanda rayonun rəhbər işçilərinin də iştirakı nəzərdə tutulmuşdu. Həmin tədbirin hazırlığını yoxlayarkən məlum oldu ki, Suğra, Elnurə və digər əməkdaşlar Heydər Əliyev lektoriyasında icazə olmadan “Erkən Nigah” mövzusunda tədbir keçirirlər. Halbuki 10-15 dəqiqədən sonra bütün rayonun ictimaiyyəti məktəbə toplaşacaqdı. Lakin həmin vaxtda lektoriyada tamam fərqli mövzuda tədbir keçiriləcəkdi. Sözsüz ki, tədbirin keçirilməsinə yol verilmədi və səbəbi isə təşkilatçılara izah edildi. Yuxarəda qeyd olunanlardan aşıq-aşikar məlum olur ki, bütün problemlər süni yolla yaradılmışdır. Eləcə də, bu azmış kimi həm Bakı Şəhər Təhsil İdarəsinə ünvanladığı şikayət ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında da bir daha bu halları təsdiqləmiş, şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta bu halı əminliklə qeyd etməsi, ziyalı bir insanı çəkinmədən “Hegemon” adlandırması və s. kimi həqiqəti əks etdirməyən ifadələr və bu məktəbi belə bir direktora həvalə edilməməli olduğuna dair açıq çağırışlar etməsi, həm ona qarşı şər böhtandır, eləcə də, işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyərək və cəmiyyətdə barəsində mənfi rəyin formalaşmasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə görə də, cavabdeh bir başa qanunvericiliyin tələblərini pozmuş, həqiqəti əks etdirməyən məlumatları yaymışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları və qənaətini formalaşdıran sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunl arı qətnamədə göstərməklə kifayətlənmiş, onu hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımı hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-844/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

15. Baxılan iş üzrə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə şərəf və ləyaqətlərini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərə kətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri müəyyən edilməli, onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur.

16. Hazırkı mübahisədə cavabdehin istinad olunan əməli (hərəkəti) törətməsi, yəni vəzifəli şəxs olan iddiaçının barəsində tabe olduğu yuxarı dövlət orqanına müraciət göndərməsi işin mübahisəsiz halıdır. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən belə müraciətin göndərilməsi onun dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzun qorunması hüququ baxımından da təhlil edilm əli, cavabdehin qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə, belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.

17. Qeyd edilir ki, cavabdeh tərəfin dövlət orqanına ünvanladığı şikayət ərizəsi iddiaçının şəxsiyyətinə qarşı deyil, məhz onun daşıdığı publik vəzifə səlahiyyətlərindən irəli gələn fəaliyyətinin tənqid olunmasına yönəlmiş və nəticə etibarı ilə həmin müraciət əsasında iddiaçının yaş həddi nəzərə alınmaqla məktəb direktoru kimi fəaliyyətinə xitam verilmişdir.

18. Avropa Məhkəməsi qərarlarında bu şəkildə tənqidi “vətəndaş mövqeyinin bildirilməsi” kimi qiymətləndirərək, onun məhdudlaşdırılmasını ciddi şəkildə tənqid etmişdir (Chorherr Avstriyaya qarşı (1993))

19. Kollegiya hesab edir ki, iddiaçı digər şəxslərdən fərqli olaraq publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxunabiləcək f ikirlərə qarşı dözümlülük nümayəş etdirməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin şikayəti və şikayətdə yer alan ifadələr məhz cavabdehin öz hüquqlarının qorunmasına xidmət etmiş və həmin ifadələr mətbuata deyil, vətəndaşın hüquqlarının qorunmasına yardım etmək səlahiyyəti olan Dövlət qurumuna ünvanlanmışdır.

20. Kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri Səbail rayonu X5 adına 239 tam orta məktəbin direktoru kimi publik vəzifə daşıyan şəxs olaraq, cavabdeh tərəfindən yuxarı Dövlət qurumuna (Bakı Şəhəri üzrə Təhsil İdarəsinə) məhz öz hüquqlarının qorunmasına xidmət etmiş şikayətdə yer alan tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxunabiləcək fikirlərə qarşı dözümlülük nümayəş etdirməli olduğundan, həmin cavabdehə qarşı irəli sürdüyü “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafi əsi” tələbi təmin oluna bilməz.

21. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 24, 26, 46, 47, 50, 57-ci, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göründüyü kimi məhkəmə mənim konstitusion hüququm olan şərəf və ləyaqətimin müdafiə hüququmu tam təmin etməmişdir. Belə ki, cavabdehin mənim və ailəmin ünvanına səsləndirdiyi dilə gətirilməyəcək ədəbi dil normalarına zidd vulqar leksikaya daxil olan nitq vahidləri hazırda cəmiyyətdə baş verən cinayət hadisələrinin səbəbi ola bilir. Ailə Milli-mənəvi dəyərlərin daşıyıcısıdır. İnsanlar öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərlərinin əvəzolunmaz rolu vardır. Həmin sözlərə görə mənəvi iztirablar çəkdiyindən ə səb və ürək ağrısı, damar daralması diaqnozu ilə ürək əməliyyatı keçirtmişdir və həmin əməliyyata 6 min manat xərci çıxmışdır. Göründüyü kimi cavabdehin onun ünvanına səsləndirdiyi sözlər ağırlıq dərəcəsinə görə onun cavabdehə ünvanladığı sözlə eyniləşdirilə bilməz. Lakin məhkəmə həmin sözlərə “maşennik” sözü ilə eyni dərəcədə qiymət verərək qanunsuz qərar qəbul etmişdir.

24. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutlara düzgün qiymət verməmiş və araşdırmamışdır. Belə ki, Cavabdehməhkəmədə verdiyi ifadəsində bir daha təsdiq etmişdir ki, də Bakı şəhəri üzrə Təhsil idarəsinə, şikayət ərizəsi göndərməklə onun barəsində həqiqəti əks etdirməyən məlumatları yaymışdır.Lakin bildirmək istəyir ki, cavabdeh onun barəcində şikayət əriz əsində qeyd etdiyi halların düzgünlüyün bir daha sübut etməyə çalışaraq təkrarən barəsində həqiqəti əks etdirməyən ifadələr işlətmiş, özünün məktəbdə dəfələrlə nizam-intizama riayət etməyərək süni problemlər yaratdığını gizlətməyə çalışmışdır. Belə ki, Cavabdehmənim haqqımda səsləndirdiyi həqiqətə uyğun olmayan şər-böhtan xarakterli hallar barəsində özünə haqq qazandırmaq üçün hazırda çalışdığı məktəbin işçi heyətini öz qanunsuz əməllərinə cəlb etmiş, Elnurə Məhərrəmova, Zahirova Fəxrəndə, İsmayılzadə İlhamə və Hüseynova Lamiyə, Şəhriyar (onun ərizəsində imzası olmadığı üçün qəbul edilməmişdir) adlı şəxslər tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan qərəzli, düşünülmüş və özünümüdafiə xarakterli ərizələrini Masallı rayon Məhkəməsinə təqdim etmişdir.Həmin ərizələrdə adlarını yuxa rıda qeyd etdiyim şəxslər birmənalı olaraq Cavabdeh dediklərini təsdiqləmişlər. Guya ki, mən yerli-yersiz Cavabdeh alçaltmış, qarğış eləmiş, süni maneələr yaratmış və bir sözlə Suğra Qəribovanı təhqir etmişdir.X6 ərizəsində qeyd etmişdir ki, işində nizam-intizamlı olsa da, fəaliyyətində heçbir nöqsana yol verməsə də heç bir səbəb olmadan öz vəzifə səlahiyyətlərini aşaraq guya onunla qərəzli davranmışdır. Qeyd etmək istəyirəm ki, bütün problemlər Suğra tərəfindən süni yolla yaradılmışdır.Eləcə də, bu azmış kimi həm Bakı Şəhər Təhsil İdarəsinə ünvanladığı şikayət ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında da bir daha bu halları təsdiqləmiş, onun şəxsiyyət pozuntusundan və skelerozdan əziyyət çəkdiyini, hətta bu halı əminliklə qeyd etməsi, ziyalı bir insanı çəkinmədən “Hegemon” a dlandırması və s. kimi həqiqəti əks etdirməyən ifadələr və bu məktəbin belə bir direktora həvalə edilməməli olduğuna dair açıq çağırışlar etməsi həm ona qarşı şər böhtandır, eləcə də, işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyərək və cəmiyyətdə barəsində mənfi rəyin formalaşmasına səbəb olmuşdur

25. Cavabdeh onun barəsində şikayət ərizəsində qeyd etdiyi halların düzgünlüyün bir daha sübut etməyə çalışaraq təkrarən həqiqəti əks etdirməyən ifadələr işlətmiş, özünün məktəbdə dəfələrlə nizam- intizama riayət etməyərək süni problemlər yaratdığını gizlətməyə çalışmışdır. Belə ki, Cavabdehmənim haqqımda səsləndirdiyi həqiqətə uyğun olmayan şər-böhtan xarakterli hallar barəsində özünə haqq qazandırmaq üçün hazırda çalışdığı məktəbin işçi heyətini öz qanunsuz əməllərinə cəlb etmişdir.

26. Kifayə t qədər tanınmış, peşəkar, uzun illərdir əmək kollektivində yüksək göstəricilərə malik bir şəxsdir. Həmin məktəbdə guya vəziyyətin bərbad olması, cavabdehə və digər işçilərə şiddət göstərilməsi, direktorun normal insan olmaması, işçiləri kölə kimi işlətməsi, qarğış, təhqirlər işlətməsi, psixoloji probleminin olmasını, uzun illər onun bu məktəbdə çalışma səbəbinin kim olmasının və arxasında kimin dayandığını, guya onun tərəfindən valideynlər, şagirdlər, müəllimlərin içərisində təhqirlərə, mobbinqə, qarğışa məruz qaldığını, təlim və kurslara gedərkən direktor tərəfindən süni maneələrlə üzləşdiyini, özünün qulluqçi kimi işlədildiyini, şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta bu halı əminliklə qeyd etməsi, ziyalı bir insanı çəkinmədən “Hegemon” adlandırması və s. kimi həq iqəti əks etdirməyən ifadələr və bu məktəbi belə bir direktora həvalə edilməməli olduğuna dair açıq çağırışlar onun işgüzar nüfuzunu ləkələyir və cəmiyyətdə həmin insan barəsində mənfi rəyin formalaşmasına səbəb olur.

27. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh birbaşa qanunvericiliyin tələblərini pozmuş, ona qarşı həqiqəti əks etdirməyən məlumatları yaymışdır.

28. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları və qənaətini formalaşdıran sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə kifayətlənmiş, onu hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməmişdir.

29. Kassasiya şikayəti əsasl andırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci, 23.4, 23.6-cı, Azərbaycan Respublikasının MPM-nin 76, 77.1, 88, 217.4-cü, İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” 31 may 2007-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Konstitusiyası

31. Maddə

46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

32. Maddə

47. İ. Hər kəsin fikir və söz azadlığı vardır. İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İİİ. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

33. Maddə 57.

34. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edi lmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu:

35. Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

36. Maddə 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 23.1. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

38. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hü ququ vardır.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı

42. Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Şərəf və l əyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarı:

43. Bənd

3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilm əsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gə ldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiy ası qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyun 2024-cü il tarixli 2(106)844/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar