Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3258/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)721/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: BakıŞəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-6978/2018) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək ünvan 1 ünvanda inşa edilm iş yaşayış binasında “A” bloku, 21-ci mərtəbə, ümumi sahəsi 52.84 kv. metr olan 1 otaqlı 83 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə cavadeh Cavabdeh paylarının müəyyən edilməsi və həmin hissəyə pay hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov, iş № 2(103)2578/2019) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rəddolunmasına dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)5585/2019) iddiaçının kas asiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxxx 2007-ci il tarixdə faktiki nikaha daxil olmuş, xx xxxxxx 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan 1 uşaqları olmuşdur. Bakı Şəhəri Səbal Rayon Məhkəməsinin 16 mart2011-ci il tarixli qətnaməsi ilə tərəflərin n ikahı pozulmuş, uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmuşdur. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahda olduğu dövrdə yaşadıqları fərdi yaşayış evinin “Gilan Holdinq” tərəfindən sökülməsi ilə əlaqədar N saylı evin 13 və 83 saylı mənzillərinin onlara verilməsi və 83 saylı mənzildə yaşayıb orada qeydiyyata alınmasını və s. əsas göstərməklə qızı ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək onun mübahisəli mənzilin ikidə bir hissəsinə pay hüququ barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabd eh kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessal hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə, mənzilin təhvil-təslim aktına və maliyyə arayışına görə mübahisəli mənzil “xxxx” MMC tərəfindən hər kv.metri 292 manat olmaqla, ümumilikdə 15.184 manata cavabdehə satılmış, mənzilin dəyəri tam ödənilməklə cavabdehin MMC-yə ödənilməli borcu yoxdur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əm laklar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sairə əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, on ların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işin müəyyən olunmuş halları vətətbiq olunan maddi hüquq normaları iddianın təmin edilməsi üçün əsas vermişdir. İşə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə baxıldığından qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qər ara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3258/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3258/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver