Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3258/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış evinə köçürülmə, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-465/2023 nömrəli mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Xəyalə, xx.xx.2007-ci il tarixdə Bəxtiyar və xx.xx.2013-cü il tarixdə Zeynəb adlı uşaqları olmuşdur. Tərəflər uzun müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pozularaq, ayrılmışlar.
2. Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) birinci cavabdehin qardaşıdır. 3. ünvan 1 ünvanında yerləşən ümumi 135.1 kv.m yaşayış sahəsi 53.3 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) 21 may 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlak ın Alqı-Satqı Müqaviləsi əsasında ikinci cavabdeh tərəfindən alınmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışla sonuncunun xüsusi mülkiyyətinə verilmişdir.
4. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli arayışa əsasən, mübahisəli evdə qeydiyyatda olan birinci cavabdehin ailə tərkibi iddiaçı, X4, X3 və X1 ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə anadan olmuş qızı Zeynəb ilə birlikdə, ikinci cavabdehin adına alınmış mübahisəli yaşayış evinə köçürülmələri, həmin mənzildə yaşamaq və oradan istifadə etmək hüquqlarının tanınması və mənzilin köməkçi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın Cavabdeh1 alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahda olduğu dövrdə 2018-ci ilin may ayına kimi gəlin gəldiyi yaşayış evində, müxtəlif vaxtlarda isə ərinin işi ilə əlaqədar müvəqqəti olaraq Rusiyada yaşamışlar. 2018-ci ilin may ayında 65.000 manata mübahisəli yaşayış evini almış, bütün ailə üzvləri və əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamışlar. Həmin mənzildə yaşadığı vaxt, yəni 17 iyun 2022-ci il tarixdə ailədaxili münaqişələr zəminində evdən çıxmağa məcbur olm uşdur. Halhazırda azyaşlı uşağı ilə birlikdə çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışdır. Artıq hazırki ağır yaşayış şərtləri və şəraitində yaşamağı mümkün deyildir. Vəkil sorğusu əsasında həmin evə dair müvafiq sənədlər tələb olunmuş, mübahisəli evin qaynının adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qeyd edilmişdir. Həmin yaşayış evi 65.000 manata, ərinin birgə nikahları dövründə qazandığı pula alınmış, orada yalnız onların ailələri daimi olaraq yaşamış, daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar, sənəd üzrə qaynı mülkiyyətçi olsa da onun özü və ya ailə üzvləri heç vaxt həmin evdə yaşamamışdır. Ərinin şəxsən qazandığı pula digər yaxınlarının adına aldığı başqa əmlakları da mövcuddur.
7. İkinci cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qardaşı və iddiaçı ailəsi ilə birlikdə 2018-ci ildə Azərbaycana qayıtmışlar və Ləki qəsəbəsində anasına məxsus evdə yaşamışlar. 2019-cu ildə o, Ağdaş şəhərində ev almaq qərarına gəlmiş, mübahisəli evi 21 may 2019-cu il tarixdə notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə almış və xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmışdır. O, həmin evi aldıqdan bir müddət sonra qardaşı olan birinci cavabdeh və iddiaçı uşaqları Rusiyada rus dilində təhsil aldıqlarına, qəsəbədə rus məktəbi olmadığına görə özlərinə ev tapana kimi onun xüsusi mülkiyyətində olan müvəqqəti olaraq həmin evdə yaşamaq istədiklərini ona bildirmişlər. O, da buna razı olmuşdur. Bundan sonra iddiaçı və qardaşı uşaqları ilə birlikdə həmin evə köçərək orada yaşamağa başladılar. 2022-ci ilin iyun ayında İddiaçı evdə azyaşlı uşaqlardan başqa heç kimin olmamasından istifadə edərək ərinə xəyanət etdiyinə görə onlar həmin tarixdən faktiki olaraq ayrılmışlar. Buna görə evdə baş vermiş mübahisə və münaqişədən sonra iddiaçı azyaşlı uşağı Zeynəbi də götürüb həmin evdən getmişdir. Qardaşı iddiaçı ilə aralarında qeyd edilmiş nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. iddiaçı onun yox, digər cavabdeh olan qardaşı Cavabdeh1 keçmiş ailə üzvüdür, buna görə də onun ona qarşı belə bir iddia tələbi ilə müraciət etməsi üçün heç bir subyektiv hüququ yoxdur.
8. Birinci cavabdeh məhkəmə iclasında verdiyi izahatında izahat verərək bildirmişdir ki, mübahisəli evi ikinci cavabdeh öz və saiti hesabına və özü üçün almış, ona və ailəsinə həmin evi müvəqqəti yaşamaq üçün vermişdir, Azərbaycan Respublikasında daimi yaşayış yerləri və özlərinin adına evləri olmadığı üçün qardaşının razılığı ilə o, və ailə üzvləri həmin qeydiyyata düşmüşlər.
9. Ağdaş rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-1800/2022 nömrəli iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin özün iştirakı ilə əri ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi həmin ünvanda qeyd iyyatda olan X6 tərəfindən ikinci cavabdehə, yəni iddiaçının qaynına xx.xx.2019-cu ildə alıq-satqı müqaviləsinə əsasən satmışdır.
11. Məhkəmə, hesab etmişdir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçı mübahisə predmeti olan evdə yaşasa da, evin mülkiyyətiçsi olan ikinci cavabdeh ilə birlikdə yaşamamışdır, birgə təsərrüfat aparmamışdır, onun ailə üzvü hesab edilmir, həmin evdən istifadə hüququ əldə etməmişdir, birinci cavabdeh olan əri ilə ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etsə də, hazırda onların arasında olan ailə münasibətləri pozulmuşdur, faktiki olaraq onun keçmiş ailə üzvüdür, həmçinin birinci cavabdeh mübahisəli evin mülkiyyətçisi deyildir və həmin evə münasibətdə cavabdeh ola bilməz.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşağın mübahisəli yaşayış evinə köçürülmə məsələsinə gəldikdə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Uşağın iddiaçının himayəsində olması, onların yaşayış yerinin anasının yaşayış yeri olması əsas götürülməlidir. Bütün bu göstərilən hallara görə məhkəmə hesab etmişdir ki, iddia əsassızdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 29.2, 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli və X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin mart ayında ünvan 2 ünvanında 65.000 (altmış beş min) manata 3 otaqlı yaşayış evi alı nmış, bütün ailə üzvləri, əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamışlar. Hesab edir, ki, həmin vaxtdan həmin evdə yaşamaq, evin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadığı vaxtı, yəni 17 iyun 2022-ci il tarixdə cavabdehlərin 10 nəfərə qədər yaxınlarının ailə işlərinə növbəti müdaxiləsi, ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərmələri, ona dözülməz stress yaşatmaqla evdən huşsuz vəziyyətdə çıxarmaları səbəbindən hazırda onun himayəsində qalmış bir azyaşlı uşağı ilə birlikdə çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışdır.
16. Həmin yaşayış evi 65.000 manata (bu məbləğ məlum səbəbdən müqavilədə 55000 kimi göstərilmişdir) ərinin birgə nikahları dövründə qazandığı pula alınmış, evin alınmasından əvvəl oraya baxılmasında, evin seçilib bəyənilməsində özü şəxsən iştirak etmiş, evə görə ilkin olaraq ödənilmiş 5000 manat beh pulu özü şəxsən sayıb evi satana verməsi üçün keçmiş əri Arifə çatdırmış, aldıqları evdə yalnız onların ailəsi daimi olaraq yaşamış, daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar, sənəd üzrə qaynı mülkiyyətçi olsa da onun özü və ya ailə üzvləri heç vaxt, bir gün belə həmin evdə yaşamamışdır.
17. Həmin yaşayış evinin alqı-satqı müqaviləsinin Arifin qardaşı olan cavabdeh Yadigarın adına rəsmiləşdirilməsindən əvvəllər qəti şəkildə xəbəri olmamış, bundan xəbər tutduqdan sonra etirazını bildirməyinə baxmayaraq Arif qəsdən bunu etməkdən yayınmış və aramızda mübahisələrə səbəb olmuşdur. Evin “sənəd üzrə mülkiyyətçisi olan” Cavabdeh2 və ya onun arvadı və 3 nəfər uşaqlarından heç biri heç bir vaxt bir axşam belə həmin evdə yaşamamış, heç biri həmin evdə qeydiyyatda olmamış, heç biri həmin evdə hər hansı bir əşyaya malik olmamış, həyətdə və təsərrüfatda heç bir saat da olsa iştirak etməmişlər. Həmin ünvandakı bütün əmlaklar və əşyalar onlara məxsus olmuş, bütün təsərrüfatı, evi və həyəti özü idarə etmişdir.
18. Məhkəmə işin faktiki hallarının qiymətləndirilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmənin gəldiyi nəticənin qətnamədə əsaslandırılması və bütün digər tələblər baxımından maddi və prosessual hüquq normalarının tələblərini çox kobud şəkildə pozmuşdur.
19. Hesab edir ki, Ağdaş rayon məhkəməsi məhkəmə təcrübəsində qəbul edilmiş ümumi norma və qaydal arı, maddi və prosessual hüquq normalarını çox kobud şəkildə pozmuş və bir sıra qanun normalarının tələblərini görməməzlikdən gəlmiş, onları açıqaydın inkar mövqeyi tutmuş, iddia tələbini rədd etdiyi halda belə çıxardığı məhkəmə qətnaməsini qanunla müəyyən edilmiş tələblər və normalarla belə heç bir formada hətta ”görüntü üçün” əsaslandırmağa lüzum görməmişdir.
20. Hazırkı tələb üzrə işin faktiki halı ondan ibarətdir ki, “sənəd üzrə mülkiyyətçi” özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri onun hüquq tələb etdiyi evdə qeydiyyatda olmayıblar, deyillər, bir gün olsa yaşamayıblar və yaşamırlar. Əksinə o və 4 nəfər ailə üzvləri ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik edir və yaşayırlar, hamısı daimi qeydiyyatdadırlar, ev və həyət təsərrüfatını şəxsən ö zü idarə etmişdir. 21. 2005-ci ildən daimi, etibarlı ailə-nikah münasibətləri vardır. Hələ keçmiş ailə üzvü deyildir. Nikahları saxlanılır. Hüquq tələb etdiyi evin seçilməsində, bəyənilib alınmasında şəxsən özü iştirak etmişdir. İlkin beh pulunu 5000 manatı satıcıya vermək üçün özü əri Arifə sayıb təhvil vermiş, ev 13 il ərzində Rusiyada qazandıqları pulun hesabına, əvvəllərdən onun xəbəri və razılığı olmadan qaynının adına alınmışdır. Köçürmə və hüquq tələb etdiyi ünvanda və evdə daimi qeydiyyatları, onların əmlakları, ev və bütün həyət təsərrüfatı tam maneəsiz sahibliklərində və istifadələrindədir. Formal mülkiyyətçi özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri yaşamır, qeydiyyatda deyillər və həmin ünvanla heç bir faktiki əlaqəsi, təsərrüfatı yoxdur.
22. Ata yurdundan 18 il əvvəl ə rə köçmüşdür, cəmisi 2 otaqdan ibarət 1961-ci ildə tikilmiş köhnə evlərində anası, qardaşı, arvadı və 3 nəfər uşaqları yaşayır, atası yoxdur, heç bir qəpiklik gəlir yeri, boş torpağı, başqa heç bir dolanacaq yeri, ən yaxın 10 ildə belə özünü yaşayış sahəsi ilə təmin etməyə ümid verə biləcək heç bir gəlir(qazanc) yeri və ya digər əsası yoxdur.
23. Evin alınması üçün verilmiş 65.000 manat nəğd pul onların birgə nikahları dövründə qazanılmış pullarıdır və əri xəbəri olmadan qabaqcadan planlı şəkildə evi qardaşının adına almışdır. O, bunu bilib etiraz etməyə başladıqdan sonra isə aralarında mübahisələr olmuş və məsələ hazırkı vəziyyətə gəlib çıxmışdır.
24. İşin faktiki hallarından da göründüyü kimi hüquq tələb olunan yaşayış evi sənəd üzrə Cavabdeh2 adınadır. Şəxs özü, arvadı və 3 nəfər uşaqla rı orada yaşamır, əmlakları və qeydiyyatları yoxdur. O və ailə üzvləri 2019-cu ilin mart ayında ev alınan vaxtdan heç bir qeyd şərt olmadan bütün əmlakları ilə birlikdə həmin evə yerləşmişlər, daimi qeydiyyatdadırlar, ev və həyət təsərrüfatını heç bir maneə olmadan tam sərbəst şəkildə idarə edirlər.
25. Qanun normaları baxımından onlar həm mülkiyyətçinin ailə üzvləri hesab oluna, ən pis halda isə ailə üzvlərinə bərabər tutulan şəxslər hesab edilə bilərdilər.
26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-465/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Əfəndiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə 2005-ci ildə nikaha daxil olmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra 2018-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışlar. Cavabdeh2 21 may 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini aldıqdan sonra həmin mənzil də müvəqqəti yaşamışlar. İddiaçı mübahisəli fərdi yaşayış evini özünün iştirakı ilə əri Cavabdeh1 ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi 135.1 kv.m, yaşayış sahəsi 53.3 kv.m, yardımçı sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi həmin ünvanda qeydiyyatda olan X6 tərəfindən Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan digər cavabdeh, yəni iddiaçının qaynı olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmışdır.
29. Apellyatorun apellyasiya şikayətində göstərdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əri ilə birgə nikahları dövründə 13 il ərzində Rusiya da qazandıqları pulun hesabına, əvvəllərdən onun xəbəri və razılığı olmadan qabaqcadan planlı şəkildə qaynının adına alınması, evin alınmasından əvvəl oraya baxılmasında, evin seçilib bəyənilməsində özünün şəxsən iştirak etməsi, evə görə ilkin olaraq ödənilmiş 5000 manat beh pulun özünün şəxsən sayıb evi satana verməsi üçün keçmiş əri Arifə çatdırması, evin alınması üçün verilmiş 65.000 manat nəğd pulun onların birgə nikahları dövründə qazanılmış pullar olmasına dair dəlillərə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin dəlillərə dair məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmiş, iş materialından da belə bir sübutun olması halı müəyyən edilməmişdir. Bu səbəbdən də apellyatorun sadalanan dəlilləri əsaslı hesab edilə bilməz.
30. Apellyatorun apellyasiya şikayətin də göstərdiyi birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin çox kobud şəkildə pozulmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması halları müəyyən edilmədiyindən həmin dəlil də əsassızdır.
31. Apellyatorun apellyasiya şikayətində göstərdiyi aldıqları evdə yalnız onların ailəsinin daimi yaşayış yeri üzrə pasport qeydiyyatında olmaları, hüquq tələb olunan yaşayış evi sənəd üzrə Cavabdeh2 adına olsa da şəxsin özünün, arvadının və 3 nəfər uşaqlarının mübahisə predmeti olan evdə qeydiyyatlarının olmamasına dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.
32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətənd aşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. 34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
35. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilmə si, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
36. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
37. Beləliklə kollegiya hesab edir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranması və həmin evə köçürülməsi üçün əsas deyildir.
38. Apellyatorun apellyasiya şikayətində göstərdiyi evin mülkiyyətçisi Cavabdeh2, onun arvadı və 3 nəfər uşaqlarından heç birinin heç bir vaxt həmin evdə yaşamamaları, heç birinin həmin evdə hər hansı bir əşyaya malik olmamları, həyətdə və təsərrüfatda iştirak etməmələri, həmin ünvandakı bütün əmlakların və əşyaların onlara məxsus olması, həmin ünvanla heç bir faktiki əlaqəsinin, təsərrüfatının olmaması, əksinə onun və 4 nəfər ailə üzvlərinin ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik etmələri və yaşamaları, bütün təsərrüfatı, evi və həyəti özünün idarə etməsinə dair dəlillərinə münasibə t bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.
39. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yəni Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini az ad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.
40. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
41. Kollegiya qeyd edir ki, şəxsin özünə aid olmayan bir evdə yaşaması, ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik etməsi, bütün təsərrüfatı, evi və həyəti idarə etməsi qanunvericilikdə heç də bütün hallarda şəxsin mübahisəli əmlak üzərində istifadə hüququnun yaranması əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin Cavabdeh2 məxsus digər bir yaşayış sahəsinin o lması, ailə üzvləri ilə digər bir ünvanda yaşaması, onun tərəfindən hazırda mübahisə predmeti təşkil etmiş fərdi yaşayış evinin alınmasını istisna edən hal kimi nəzərdə tutulmamışdır.
42. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azər baycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
43. Hazırki iş üzrə hüquq münasibətləri 2019-cu ildə yarandığı üçün tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir.
44. Cavabdehlərdən Cavabdeh1 iddia predmetini təşkil edən evin mülkiyyətçisi deyildir və onun həmin evə hər hansı hüquqları qeydə alınmamışdır. Belə olan halda Cavabdeh1 evə istifadə hüququnun və evə köçürmənin tələb edilməsi əsassız bir tələbdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qəra rında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını t ələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
46. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları, eyni zamanda tərəflərin izahatları ilə məlum olur ki, iddiaçı 2005-ci ildə Cavabdeh1la ailə qurub uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycan Respublikasına qayıtmışlar. Azərbaycan Respu blikasına qayıtdıqdan bir müddət sonra, yəni 2019-cu ildən 2022-ci ilin iyun ayınadək Cavabdeh2 mülkiyyətində olan mübahisə predmeti olan evdə yaşamışlar. İddiaçı və onun uşağı qaynı Cavabdeh2 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiklərindən İddiaçı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur.
48. Məhkəmə kollegiyası azyaşlı uşaq X2 münasibətdə hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən onun yaşayış yeri valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia ona münasibətdə də təmin edilə bilməz.
49. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması tələbinin əsaslı hesab edilməməsi, birinci instansiya məhkəməsinin iddianı bütünlükdə əsassız hesab edərək rədd etməsi, iddiaçının həmin mənzilin köməkçi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi, mediasiya xərci kimi ödədiyi 50 manatın cavabdehdən alınıb onun xeyrinə verilməsinə dair tələblərinin özü-özlüyündə əsassızlığını ehtiva edir. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Şikayət belə əsaslandırılmışdır ki, Ağdaş rayon məhkəməsinin qətnaməsinin 5-ci səhifəsinin 5-6-7-ci abzaslarında gəlinmiş “hüququ əsaslandırma” heç bir işə yaramır və bunlar tam əsassız olmaqla maddi hüquq normalarının kobud pozulması və aşkar inkar edilməsidir. Lakin göründüyü kimi işə baxan Mülki Kollegiya birinci instansiya məhkəməsinin iddianı təmin etməmək qənaətinə gələrkən qeyd edilən maddi hüquq normalarının tələblərini pozmasına hüquqi qiymət verməmiş, bununla da özü həmin normaların tələbini pozmuşdur.
53. İşi n faktiki hallarından da göründüyü kimi hüquq tələb olunan yaşayış evi sənəd üzrə Cavabdeh2 adınadır. Şəxs özü, arvadı və 3 nəfər uşaqları orada yaşamır, əmlakları və qeydiyyatları yoxdur. Mən və ailə üzvlərimiz 2019-cu ilin mart ayında ev alınan vaxtdan heç bir qeyd şərt olmadan bütün əmlaklarımızla birlikdə həmin evə yerləşmişik, daimi qeydiyyatdayıq, ev və həyət təsərrüfatını heç bir maneə olmadan tam sərbəst şəkildə idarə edirik. Qanun normaları baxımından biz həm mülkiyyətçinin ailə üzvləri hesab oluna, ən pis halda isə ailə üzvlərinə bərabətr tutulan şəxslər hesab edilə bilərdik.
54. Hazırkı tələb üzrə işin faktiki halı ondan ibarətdir ki, “sənəd üzrə mülkiyyətçi” özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri mənim hüquq tələb etdiyim evdə qeydiyyatda olmayıblar, deyillər, bir gün olsa yaşamayıblar və yaşamırlar. Əksinə mən və 4 nəfər ailə üzvümüz ev alınan gündən bütün evə və təsərrüfata tam, heç bir məhdudiyyətsiz sahiblik edir və yaşayırıq, hamımız daimi qeydiyyatdayıq, ev və həyət təsərrüfatını şəxsən özüm idarə etmişəm. Sadəcə ərim mənim xəbərim və razılığım olmadan bizim öz pulumuza olmasına baxmayaraq qardaşının adına almışdır. 2005-ci ildən rəsmi nikahımız, həmin nikahdan 3 nəfər uşaqlarımız, köçürmə və hüquq tələb etdiyimiz ünvanda və evdə daimi qeydiyyatımız, bütün əmlakımız, ev və bütün həyət təsərrüfatı tam maneəsiz sahibliyimizdə və istifadəmizdədir, “formal mülkiyyətçi” özü orda yaşamır və həmin ünvanla heç bir faktiki əlaqəsi, təsərrüfatı yoxdur, əmlakı, qeydiyyatı yoxdur..və sairə. Göründüyü kimi işə baxan Mülki Kollegiya apellyasiya şikayətini təmin etməməklə qeyd edilən maddi hüquq normasının tələblərini mənə münasibətdə düzgün tətbiq etməmişdir. 55. 2005-ci ildən daimi, etibarlı ailə-nikah münasibətlərim var, hələ keçmiş ailə üzvü deyiləm, nikahımız saxlanılır, hüquq tələb etdiyim evin seçilməsində, bəyənilib alınmasında şəxsən özüm iştirak etmişəm, ilkin beh pulunu 5000 manatı satıcıya vermək üçün özüm ərim Arifə sayıb təhvil vermişəm, ev 13 il ərzində Rusiyada qazandığımız pulun hesabına, əvvəllərdən mənim xəbərim və razılığım olmadan qaynımın adına alınıb, köçürmə və hüquq tələb etdiyim ünvanda və evdə daimi qeydiyyatımız, bütün əmlakımız¸ ev və bütün həyət təsərrüfatı tam maneəsiz sahibliyimizdə və istifadəmizdədir, “formal mülkiyyətçi” özü, arvadı və ya 3 nəfər uşaqlarından heç biri yaşamır, qeydiyyatda deyillər və həmin ünv anla heç bir faktiki əlaqəsi, təsərrüfatı yoxdur...və sairə. Ata yurdumdan 18 il əvvəl ərə köçmüşəm, cəmisi 2 otaqdan ibarət 1961-ci ildə tikilmiş köhnə evimizdə anam, qardaşım, arvadı və 3 nəfər uşaqları yaşayır, atam yoxdur, heç bir qəpiklik gəlir yerim, boş torpağım, başqa heç bir daldalanacaq yerim, ən yaxın 10 ildə belə özümü yaşayış sahəsi ilə təmin etməyə ümid verə biləcək heç bir gəlir(qazanc) yerim və ya digər əsasım yoxdur !Evin alınması üçün verilmiş 65.000 manat nəğd pul bizim birgə nikahımız dövründə qazanılmış pulumuzdur və ərim yaramaz xəbərim olmadan qabaqcadan planlı şəkildə evi qardaşının adına almışdır. Mən bunu bilib etiraz etməyə başladıqdan sonra isə aramızda mübahisələr olmuş və məsələ hazırkı vəziyyətə gəlib çıxmışdır.
56. İddiaçı tərəfindən həmin yaşayış sahəsindən istifadə hüquqnun yaranmasını və əldə etməsini təsdiq edən sübutlarını təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutlara obyektiv, tam və hərtərəfli baxmamış, həmin sübutlara yuxarıda qeyd etdiyim hüquq normalarına uyğun qiymət verməmişdir.
57. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası öz qətnaməsini işdə olan sübutlarla və məhkəmə iclasında tədqiq olunan sübutlarla yox, yalnız mübahisə predmeti olan yaşayış evinin xüsusi mülkiyyətdə olmasına əsaslandırmaqla MPM-in 217.4-cü maddəsinin tələblərini pozmuşdur.
58. İşə baxan mülki kollegiya qətnaməsini iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırmamışdır.
59. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş sübutlara istinad etsə də, qətnaməsini həmin sübutlarla əsaslandır mamışdır.
60. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası yuxarıda göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da, məhkəməyə təqdim etdiyim həmin sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutların qəbul edilməməsinin səbəblərini qətnaməsində aydın şəkildə izah etməmişdir.
61. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair 21 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 201 3-cü tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü tarixli qərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
63. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayı ş yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
64. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
65. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və on un saxlanmasını təmin etməyə borcludurlar.
66. Maddə 30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
67. Maddə Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bötövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət ve rilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(107)465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.