Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-326/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı2 vəkili X8 oğlunun, Cavabdeh1 vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8535/2019 nömrəli qətnaməsindən İddiaçı2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı iddia ilə xx.xx.2018-ci il tarixdə məhk əməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. (birinci mülki iş) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.T.Qədimov) xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı2 apellyasiya şikayəti vermişdir. İddiaçı2 Cavabdeh1, Cav abdeh2, X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (ikinci mülki iş) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia qismən təmin edilərək, İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 28 nömrəli evin 52 saylı mənzilinə istifadə hüququnun tanınması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı2 v ə Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8535/2019 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8535/2019 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğ v edilmiş və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, X4 və X5 qarşı onun yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildə istifadə hüququnun tanınması bərədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8535/2019 nömrəli qətnaməsindən İddiaçı2 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8535/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya m əhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının ərinin mübahisəli mənzildə məskunlaşan dövrdə həmin mənzilin icarədarının kim olmasını müəyən etməmişdir. Cavabdeh həmin mənzildə heç bir zaman yaşamamış, onun adına icarə müqaviləsi bağlanmamış, mənzilin icarədarı olmamışdır. Bundan əlavə, məhkəmə iddiaçının mərhum ərinin həmin mənzildən istifadə hüququnun yaranıb yaranmamasına qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı2 vəkili X8 oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclası na gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edib, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ləğv edib, iddia tələbini rədd edərkən, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edib, Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edib, İddiaçı2 Cavabdeh1, Cavabdeh2, X4 və X5 qarşı onun yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildə istifadə hüququnun tanınması bərədə iddia tələbini rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994 -cü il tarixli 1418 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X1 ayrılmışdır. İddiaçı2 keçmiş həyat yoldaşı Tanrıverdiyev X7 rayonundan məcburi köçkün olduğundan 1992-ci ildən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilində ailə üzvləri ilə birlikdə məskunlaşmış və İddiaçı1 Cəmil oğlunun ailə tərkibi 7 nəfərdən ibarət olduğundan onu mübahisəli mənzildən çıxarmamışlar. İddiaçı1 Cəmil oğlu 2003- cü ildə İddiaçı2 ilə nikaha daxil olmuş və həmin vaxtdan İddiaçı2 həmin ünvanda yaşamışdır. X2 isə müvəqqəti olaraq Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 20 saylı evin, 22 saylı 1 otaqlı mənzildə məskunlaşmışdır. Son radan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014- cü il tarixli 120 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzilinin kirayə müqaviləsi 8 nəfər ailə tərkibi ilə (özü, qardaşı, anası, 5 övladı) Cavabdeh1 adına bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı1 Cəmil oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı2 hazırkı iş üzrə (ikinci mülki iş üzrə) qəbul olunmuş və sonradan ləğv edilmiş xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Cavabdeh1 bildirir ki, İddiaçı2 onun xəbəri və razılığı olmadan yuxarıda qeyd olunan mənzil üzrə qeydiyyata alınıb. Bu isə onun mənzilə dair hüquqlarını pozur. Həmçinin iddiaçı X2 1995-ci ildə Suraxanı Rayonu Xalq Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 Cəlil oğlunun, X3 və ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilindən çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar xx.xx.1995-ci il tarixdə qüvvəyə minmişdir. Buna baxmayaraq İddiaçı1 Cəmil oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Suraxanı rayon İH-ə, X2 və qeyrilərinə qarşı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzilinə verilmiş sərəncamın l əğv olunması, mənzilə yaşayış hüquqlarının itirilməsi və onunla icarə müqaviləsinin bağlanmasına dair iddia qaldırmış və iddiası rədd olunmuşdur. Odur ki, onun iddiası üzrə iş üzrə icraata xitam verilməlidir. İddiaçı2 isə bildirir ki, onun mərhum əri Laçın rayonundan məcburi köçkün olduğundan 1992-ci ildən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşamış və 2003-cü ildə onunla nikaha daxil olduqdan sonra həmin ünvanda fasiləsiz yaşamışlar. O, həmin mənzildə qanuni əsasla yaşayır və buna görə də onun həmin mənzilə istifadə hüquqları mövcuddur. Cavabdeh1 isə heç bir zaman mübahisəli mənzildə yaşamamışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı hüququn xitamı (itirilməsi) barədə mübahisəyə baxılan zaman ilk olaraq mübahisələndirilən hüququn mövcud olubolmaması yoxlanılmalıdır. Hazırkı işdə də ilk olaraq cavabdehin mübahisəli evə dair istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı2 mübahisəli mənzilə 2003-cü ildə köçdüyünü, həmin mənzilin xüsusi mülkiyyətdə olmadığını və dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı2 mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı mə sələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə y aşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd olunan halları nəzərə alaraq və Mənzil Məcəlləsinin qeyd olunan müddəalarını rəhbər tutaraq kollegiya hesab etmişdir ki, İddiaçı2 mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Çünki o, nikaha daxil olaraq İddiaçı1 Cəmil oğlunun yaşadığı mübahisəli mənzilə köçən zaman sonuncu mənzilin icarədarı olmamış və onun özü Laçın rayonundan məcburi köçkün kimi mübahisəli mənzilin icarədarının razılığı olmadan mübahisəli mənzildə məskunlaşmışdır. İş materiallarından da görünür ki, bununla bağlı mənzildən çıxarılma ilə məhkəmə mübahisəsi olmuşdur. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn itirilməsi qeyri- mümkün olduğuna görə birinci mülki iş üzrə iddia təm in edilə bilməz. Hazırkı iddianın predmeti Cavabdeh1 əmlak hüquqlarına yaradılan maneənin aradan qaldırılmasından ibarətdir. Həmin maneəni isə İddiaçı2 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması törədir. Cavabdeh1 istifadə hüququnun itirilməsi barədə iddia irəli sürsə də, faktiki əldə etmək etdiyi nəticə həmin mgmjənin aradan qaldırılmasından ibarətdir və o, bunu tələb etməkdə haqlıdır. Bu baxımdan kollegiya hesab etmişdir ki, qətnamənin nəticə hissəsində İddiaçı2 mübahisəli mənzilə istifadə hüququ olmadığına görə hazırkı qətnamənin onun mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Həmçinin kollegiya hesab edir ki, eyni əsaslara görə ikinci mülki iş üzrə İddiaçı2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə istifadə hüquql arının tanınması barədə iddia tələbləri rədd edilməlidir. Eyni zamanda kollegiya hesab etmişdir ki, ikinci mülki iş üzrə iddia tələbləri Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə deyil və dövlət mənzil fonduna aiddir, eyni zamanda İddiaçı2 mübahisəli mənzilə istifadə hüquqları da yaranmamışdır. Kollegiya qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını eh tiva edir. İrəli sürülmüş iddia tələbinin isə qanuni əsası, yəni tələbin əsasını təşkil edən və hüquq münasibətlərini birbaşa və ya dolayısı ilə tənzimləyən qanunun norması mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəy yən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmal ıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassatorun mübahisəli mənzilə olan qeydiyyatı, habelə yaşaması hər hansı qanuni əsasa söykənmədiyindən, habelə kassatorun mərhum ərinin də həmin mənzilə münasibətdə hər hansı hüququ yaranmadığından yuxarıda qeyd edilənlər baxımndan apellyasiya instanisya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respubli kası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8535/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-326/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-326/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver