Məhkəmə qərarları › İş №2(102)-3260/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3260/2024

24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3260/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözləri: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1945/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı və Cava bdeh2 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinə 24 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilin mülkiyyətçisidir. 2. 07 avqust 2021-ci il tarixdə Bakı-Kənar-Dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 14- cü kilometrində iddiaçı Bakı istiqamətinə idarə etdiyi mülkiyyətində olan avtomobillə, Cavabdeh2 (bundan sonra cavabdeh) arxa-arxaya idarə etdiyi “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli qüsur aktına əsasən, iddiaçıya məxsus “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə 13039,59 manat xərc tələb olunduğu müəyyən edilmişdir. 4. 06 noyabr 2021-ci il tarixdə Cavabdeh2 CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərar Cavabdeh2 tətbiq edildiyindən, barəsində aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13100 manat məbləğində maddi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, Cavabdeh2 idarə etdiyi avtomobil Cavabdeh2 qardaşı Cavabdeh1 (bundan sonra cavabdeh) mülkiyyətində olmuşdur. Cavabdeh2 həmin avtomobili bir tərəfdən etibarnaməsiz idarə etmiş, digər tərəfdən də həmin avtomobilin üçüncü şəxslərə vura biləcəyi zərərlərə qarşı icbari sığortası aparılmamışdır. Halbuki, avtomobilin sığortasını həyata keçirmə öhdəliyi Cavabdeh1 olmuşdur. Hadisə ilə bağlı təhqiqat başlanılmış, ekspertiza Cavabdeh2 törədilmiş hadisədə təqsirli bildiyi üçün, 24 noyabr 2021-ci ildə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, işin istintaqı davam edərkən, təqsirləndirilən şəxs “8 Noyabr– Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qanuna və amnistiya aktına əsasən onun barəsində cinayət işinə xitam verilmişdir. Qərarda ona izah etmişdir ki, məruz qaldığı ziyanı mülki qaydada rayon məhkəmələrində qaldıra bilər. Zərər hesablanarkən, avtomobil salonunda olan və açılan hər hava yastığı, sensorlu kəmərlərin xərci bu qiymətə daxil edilməmişdir. Hadisədən də görünmüşdür ki, ona zərər vuran avtomobilin mülkiyyətçisi X2r və o, avtomobilinin idarə olunması üçün öz qardaşına etibarnamə verməmişdir. Üstəlik, öz avtomobilinin icbari sığortasını da etdirməmiş və icbari sığortası olmayan avtomobili etibarnaməsiz öz qardaşına vermişdir. Başqa sözlə o, üçüncü şəxslərə öz avtomobili ilə vurula biləcək zərərin qarşısını almaq üçün heç bir tədbir almamışdır. Bu səbəbdən, Cavabdeh2 ona təqsirli olaraq vurduğu zərərə görə şəxsən və öz əmlakı ilə məsuliyyət daşıyır. Cavabdehlərdən Cavabdeh2lə daha əvvəl görüşüb ona güzəşt olaraq avtomobilin qeyri-original ehtiyat hissələrinin pulunun ödəməsi ilə zərərin qarşılamasını tələb etmişdir. Lakin sonuncu sadəcə 2500 manat verə biləcəyini, ondan daha yüksək məbləğdə zərərin kompensasiyasını istəməyinin əsassız olduğunu qeyd etmişdir. Qabırğası zədələndiyi üçün rentgen müayinəsinə ödədiyi xərc 50 manat təşkil etmiş, AT U terapevtik klinikasında etdirmişdir. 18 manata ağrıkesici krem, 20 manata da korset almışdır. Bu da toplamda 88 manat maddi zərər meydana gətirmişdir. Habelə gecələr yatanda əziyyət çəkmiş, çünki həmişə sağ tərəfində yatdığı halda, uzun müddət sağ tərəfində yatması mümkün olmamışdır. Qəzadan sonra avtomobilində ciddi nasazlıqlar yaranmış və onların tamamilə düzəltdirə bilməmişdir. Məsələn hava yastıqlarının qabaq sol sensoru dəyişdirilməlidir, onun ədədi 80 manatdır, üstəlik sifarişlə gətirilir, onu hələ də dəyişdirə bilməmişdir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər iddiaya münasibət bildirən zaman onlara qarşı qaldırılmış tələbləri qəbul etməmişlər.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1950 nömrəli ekspert rəyinə əsasən nəzəri hesa blama yolu ilə işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Honda CR-V” markalı, **DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9517 manat müəyyən edilmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 28 sentyabr 2023-cü il tarixli, e-2(008)-521/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,17 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüqüq pozuntusu (delikt) “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən törədilsə də, o, avtomobili qanuni əsas (etibarnamə) olmadan idarə etdiyindən, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 ilə birlikdə maddi məsuliyyət daşıyır.

11. Məhkəmə hesab etmişdir ki, əlavə olaraq 23 may 2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşmüşdür.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1, 1108.1 və 1108.3cü maddələri,Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Cavbadeh Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə ekspertiza iddiaçının təqdim etdiyi qüsür aktına əsasən hesablanmışdır. Halbuki, həmin avtomobilin şəkilindən görünmüşdür ki, avtomobilə o qədər ziyan dəyə bilməz. O, avtomobil təmiri ustası olduğundan avtomobillərdən də kifayət qədər anlayışı olmuşdur. Avtomobil detallarının qiyməti faktiki bazar qiymətinə u yğun olmamışdır. Bəzi avtomobil detalları isə ümumiyyətlə həmin toqquşma zamanı zərər görə bilməzdi. Lakin iddiaçı istədiyi kimi siyahi tərtib etmiş və məhkəmədə bu sahədə xüsusi biliyə malik olan şəxs olmadığından həmin nüansları gözdən qaçırmışdır. İş üzrə ekspert isə avtomaşını görmədən ona təqdim edilmiş siyahi üzrə müəyyən hesablama apararaq məlum qənaətə gəlmiş və nəticədə məhkəmə ekspertizanın göstərdiyi rəqəmi təmin etməklə məlum qənaətə gəlmişdir. Halbuki, həmin avtomobilinə maksimum dəymiş ziyan 2000-2500 manat ola bilərdi. İddiaçı ilkin olaraq o məbləği tələb etdikdə maddi imkanı olmadığı üçün verə bilməmişdir. Bundan başqa cinayət işi üzrə istintaq hərəkətləri belə düzgün aparılmamışdır. Məhkəmə sadəcə iş üzrə xitam verilməsini müəyyən etsədə, hansı əsaslarla xitam verilməsini və cinayət işi materiallarını ətraflı araşdırmamışdır. Belə ki, cinayət işi üzrə keçrilmiş ekspertizanın nəticələrinə baxan zaman yol nəqliyyat hadisəsi zamanı iddiaçının da səhvi olduğu aşkar olunmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqatlar İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 20 avqust 2021-ci il tarixli yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar üzrə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 sentyabr 2021-ci il tarixli 8/2008-ci il tarixli ekspert rəyi düzgün olmamışdır.

15. Cavabdeh1 Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, hadisənin törədilməsində onun heç bir təqsiri olmamışdır. O, qanunvericiliyə uyğun olaraq həmin avtomobili etibarnamə əsasında istifadə etməsi üçün qardaşına vermişdir. Ən azından sorğu verilib onun adından qardaşı Cavabdeh2 adına həmin avtomobili idarə etmək üçün etibarnamənin mövcud olubolmamasını müəyyən etmək olardı. Beləliklə iddiaçının şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, əvəzi onun tərəfindən deyil, zərərvuran tərəfindən ödənilməlidir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1945/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyev) Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada 9517 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hər 2 apellyasiya şikayətinin dəlillərindən birini hadisənin baş verməsində Cavabdeh2 təqsirinin olmaması və iddiaçının da təqsirinin olması təşkil edib. Qeyd olunan xüsusatlar hazırkı məhkəmə araşdırmasının predmeti ola bilməz. Belə ki, cinayət prosesini həyata keçirən orqanın qərarları ilə təqsirli bilinən şəxs Cavabdeh2dur, araşdırmanın nəticəsi olaraq əməlin törədilməsində təqsirli bilinmiş, bəraətverici əsaslar olmadan – amnistiya aktına əsasən məsuliyyətdən azad olunmuş v ə qərar onun tərəfindən mübahisələndirilməmişdir.

18. Şikayətlərin digər dəlilini zərərin məbləği təşkil edib. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin məbləği ekspert rəyinə əsasən, həmçinin, köhnəlmə faizi tətbiq edilməklə müəyyən olunub və bu rəyin əsassızlığını təsdiq edən hər hansı bir sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır.

19. Cavabdehlər tərəfindən məhkəmə araşdırması zamanı yenidən ekspertizanın keçirilməsi xahiş olunsa da, bu barədə vəsatət məhkəmənin qərardadına əsasən təmin olunmamışdır. Həmin qərardadda əsas kimi qeyd olunmuşdur ki, vəsatətdə ekspertiza təyin oluqması xahiş edilsə də, işin hallarından görünür ki, zərərin məbləğinin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təy in olunaraq rəy alınmışdır. Buna görə də yenidən keçiriləcək ekspertiza ya təkrar, ya da əlavə ekspertiza ola bilər və bunun üçün də vəsatət əlavə sualların tədqiqinə ehtiyac yaranması, əvvəlki rəyin əsassızlığı və digər xüsusatlar baxımından əsaslandırılmalıdır. Lakin vəsatətin məzmunundan görünür ki, bu istiqamətdə hər hansı bir əsaslandırma aparılmamışdır.

20. Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi qeyd olunan xüsusatlar hadisənin törədilməsində onun heç bir təqsirinin olmaması, qardaşının adına etibarnamənin mövcud olması və zərərin əvəzinin zərərvuran tərəfindən ödənilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd olunan hallarla bağlı araşdırma apararkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobil üzərində mülkiyyət hüququ olmamışdır. Həmin avtomobil 26 iyul 2016-cı il tarixdə X 3 adına qeydiyyata alınmış, 17 sentyabr 2021-ci il tarixdə alqı – satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmləşdirilmişdir, etibarnamə əasında Cavabdeh1 22 may 2021-ci il tarixdən 22 may 2022-ci il tarixə kimi, Cavabdeh2 isə 22 iyun 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə kimi həmin avtomobili idarə etmək hüququ olmuşdur. Hadisə 07 avqust 2021-ci il tarixdə baş verdiyindən həmin vaxt hadisəni törədən şəxs avtomobili qanuni əsaslarla idarə etmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hadisə törədilərkən avtomobilin mülkiyyətçisi tamamilə başqa şəxs olduğundan, həmin avtomobili idarə etmək üçün hər 2- ci cavabdehin etibarnaməsi olduğundan, hadisə Cavabdeh2 tərəfindən törədildiyindən və Cavabdeh1 məsuliyyətinin yaranması üçün hər hansı bir əsas mövcud olmadığından iddianın sonuncuya münasibətdə qismən təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassız hesab edilmişdir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1098.1, 1108.1-ci, MPM-in 14.2, 77, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkili X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsinə, iddiaçının iddia ərizəsi tam təmin edilməsinə bu mümkün deyilsə işin yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, avtomobili hər iki qardaş bir yerdə istifadə edirdi, və həmin avtomobili Cavabdeh2 deyil, məhz Cavabdeh1 toqquşmadan qısa müddət sonra təmir edərək, 18 Avqust 2022-ci il tarixində X1 adına etibarnamə vermişdir. Habelə mübahisəyə birinci instansiya məhkəməsində baxılanda, məhz Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət etməsi, onun həmin avtomobildən azından mənfəətinin olmasını sübut edib. 2 ayrı nəfərə toqquşma tarixindən əvvəl və sonra etibarnamə verməsi də onu sübut etmişdir ki, toqquşmaya səbəb olan avtomobil Cavabdeh1 istifadəsində olması idi.

25. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, cavabdehə münasibətdə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xa hiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə r (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

33. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

34. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin o nun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

35. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Qətnamədən həm iddiaçı, həm də, Cavabdeh2 tərəfindən kassasiya şikayəti verildiyindən apellyasiya instansiyası məhkə məsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən hüquqi məsələlərə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş ayrı-ayrılıqda kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1945/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar