Məhkəmə qərarları › İş №2(102)-3261/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3261/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3261/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakının faktiki olaraq qəbul edilmiş hesab edilməsi və qəbul edilmiş mirasdan 4/7 hissədə payın iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)344/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 və X3 iddiaçı və cavabdehlərin valideynləridir.

2. X3 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.

3. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

4. Torpağın mülkiyyətə verilməsinə dair JN-062F Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə X1 və Cavabdeh4 mülkiyyətinə XXX rayonu XXX kəndindəndə 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar RİH Biləsuvar rayon Dövlət Arxivinin 04 iyun 2018-ci il tarixli Arxiv çıxarışına əsasən, Biləsuvar rayon Dövlət Arxivində saxlanılan təsərrüfatbaşına kitaba baxış zamanı X1 aşağıda göstərilən tərkibdə ailə üzvünün olması təsdiqlənmişdir: X6, X2, Cavabdeh5, X5, X8, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1. X1 evi 1977-ci il tarixdə tikilmiş, sahəsi 52 kv.metrdir.Təsərrüfatbaşına kitabda İddiaçı (bundan sonra – iddiaçı) adına rast gəlinməmişdir

6. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə Biləsuvar Rayon Notariat Kontorununun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, valideynlərindən ona çatası miras əmlakdan ona düşən hissədən iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir.

7. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Biləsuvar Rayon Notariat Kontorununun xüsusi notariusu tərə findən təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, valideynlərindən ona çatası miras əmlakdan ona düşən hissədən iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir.

8. Cavabdeh3 xx.xx.2018-ci il tarixdə Cəlilabad Rayon Notariat Kontorununun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizə ilə valideynlərindən ona çatası miras əmlakdan ona düşən hissədən iddiaçının xeyrinə imtina etmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı **********00 reyestr nömrəli 09 iyul 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, XXX rayonu XXX kəndindəndə 0,28 ha torpaq sahəsi X4 və X1 xüsusi mülkiyyətindədir.

10. Biləsuvar rayon Notariat Ofisinin XXX iyul 2021-ci il tarixli X XX nömrəli məktubuna əsasən, mərhum X6 barəsində vərəsəlik işi açılmamış və onun heç bir vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə XXX rayonu XXX kəndində ərazisində 0,28 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-062F nömrəli şəhadətnamə əsasında mərhum atasının mülkiyyətinə verilmiş və atalarından onlara miras qalmış əmlakın övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi və qəbul edilmiş mirasın paylara bölünərək 4/7 hissədə payın iddi açıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən etibarən Rusiya Federasiyasında daimi olaraq yaşamış və oranın vətəndaşıdır. Lakin, Azərbaycan Respublikası ərazisinə arabir gəlib-getmişdir. Anası vəfat edərkən o, Rusiya Federasiyasında olmuş, ataları XXX vəfat edəndə isə ona dərhal məlumat verilməsinə baxmayaraq, pasportunun vaxtı bitdiyi və Azərbaycan Respublikasından yeni getdiyi üçün yalnız atasının il mərasimi ərəfəsində 2016-cı ilin aprel-may aylarında gələ bilmişdir. Azərbaycan Respublikası ərazisində 1-2 ay müddət qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır.Son vaxtlar Azərbaycan Respublikasına qayıtmış və Masallı rayonu ərazisində ailəsi ilə birlikdə yaşayır.Mərhum atalarına məxsus 0,2 8 hektar torpaq sahəsi üzərində ataları tərəfindən 2 mərtəbədən ibarət həyətyanı fərdi yaşayış evi tikilmişdir ki, həmin evin birinci mərtəbəsində qardaşı Cavabdeh6 öz ailəsi ilə, ikinci mərtəbəsində isə iddiaçı, öz arvadı ilə birlikdə yaşayır və həmin əmlakdan 0,28 ha torpaq sahəsi də daxil olmaqla birlikdə istifadə edirlər. Onlar atalarından qalan miras əmlakın qəbulu məqsədi ilə notariat orqanına vərəsəlik işinin açılması üçün heç vaxt müraciət etməmiş və bu barədə ərizə verməmişlər. Digər cavabdehlər isə Biləsuvar rayonunda və başqa rayonda özlərinə ev tikərək ailə üzvləri ilə birlikdə həmin evlərində yaşayırlar, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Dövlət Notariat Kontorunda ərizə yazaraq valideynlərindən qalan miras əmlakından iddiaçının xeyrinə imtina edərək ona vermişlər.

13. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(022)-630/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Əhmədov) iddia rədd edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı nə hüquqi nə da faktiki cəhətdən mirası qəbul etməmişdir.

15. Eyni zamanda, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 07-08 iyun 2018-ci il tarixlərdə notarial qaydada təsdiq olunmuş ərizə ilə öz payları olan miras əmlakdan qardaşları İddiaçı xeyrinə imtina etsələr də, nəzərə almaq lazımdır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər və üzrlü səbəb olduqda, məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Öz miras paylarından İddiaçı xeyrinə imtina edən həmin şəxslərin ataları mə rhum X1 vəfat etdiyini bilmələri, onun dəfn və yas mərasimlərində iştirak etmələri vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gün hesab edilməlidir. Buna görə də, onlar öz miras paylarından imtina edərkən qanunla müəyyən edilmiş müddəti ötürmüşlər.

16. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı **********00 reyestr nömrəli 09 iyul 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mübahisəli XXX rayonu XXX kəndindəndə 0,28 ha torpaq sahəsi hal-hazırda X4 və X1 xüsusi mülkiyyətindədir.

17. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1243, 1246, 1256, 12 62, 1263 1273, 1273-1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-344/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Müşfiq Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator şikayətini əsaslandırarkən atasından qalmış miras əmlakdan məcburi pay almaq hüququnun məhkəmələr tərəfindən nəzərə alınmadığını bildirmişdir.

23. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Məcəlləsinin 1243.2-ci maddəsinə istinad etmişdir. Mülki d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyy ətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

34. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Ma ddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

38. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

39. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Mad də 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliy inin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, iddiaçı işə mahiyyəti üzrə baxılarkən nə özünün və nədə onun xeyrinə miras əmlakdan imtina edən digər vərəsələrin mirası faktiki olaraq qəbul e tmələri halını sübuta yetirə bilməmişdir.

51. İddiaçının özünün iddia ərizəsində yazdıqları ilə təsdiq olunur ki, miras açılanda iddiaçı mirası qəbul etməmiş, mərhum atasının vəfatından bir il sonra ölkəyə qayıtmış və bundan sonra da mirasın qəbul edilməsi üçün heç bir tədbir görməmişdir. İşin sübuta yetirilmiş halı ondan ibarətdir ki, miras qoyan ölənədək və miras açıldıqdan sonra mübahisəli evdə Cavabdeh6 öz ailəsi ilə birlikdə yaşamışdır və yaşamaqda davam edir.

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-344/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar