Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3261/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3261/2023 (Açar sözlər: gediş-gəliş yolunun açılması, servitut) Bakı şəhəri 30 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması, servitut tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh2 (bundan sonra - cavabdeh) qonşudurlar.
2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsi (bundan sonra - 560 saylı bağ sahəsi) 10 dekabr 2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 561 “a” saylı bağ sahəsi (bundan sonra - 561 “a” saylı bağ sahəsi) isə 20 iyul 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. 3. 2014-cü ildə iddiaçı digər qonşular olan 561 saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh1 (hazırkı iş üzrə cavabdehin əri) v ə 562 saylı bağ sahəsinin mülkiyyətçisi X2 qarşı bağdan yola nəqliyyat vasitəsilə çıxış üçün keçid yolunun bərpa edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)1760/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə tərəflər arasında razılıq əldə edilərək, mübahisə məhkəmədən kənar həll edildiyindən iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3157/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus bağ sahəsindən qəsəbədaxili yola piy ada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının bağ sahəsinə keçid yolu olmasaydı bağ sahəsinə mülkiyyət hüququ əldə edə bilməzdi, yəni mülkiyyət hüququ reyestr xidmətində qeydə alınmazdı. Keçid yolunun bərpası ilə bağlı məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehlə razılığa gəldiyi üçün iddia tələbindən imtina etmişdir. Lakin həmin razılıqdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi ic ra etməmiş, o isə bağdan istifadə edə bilməmişdir. Bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 noyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron baza məlumatlarında mövcud deyil və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və sözügedən istiqamətdə tikil ilər mövcuddur. İddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması məsələsinə Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq baxıla bilər.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahəsinin ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitutun təyin edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd olunan rəyi nəzərə almaqla, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından o, həmin sahəyə mülkiyyət hüquqlarını həyata keçirə bilməmiş, bununla da faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Buna görə də, həmin bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi cavabdehin mülkiyyətində olan bağ sahəsi onların ortaq divarından başlayaraq qəsəbədaxili yola qədər 3 metr enində servitutla yüklü edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cava bdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada servitutla cavabdehə məxsus bağ sahəsinin faktiki olaraq iki hissəyə bölünməsi, iddiaçıya məxsus bağ sahəsinə digər qonşuların bağından yol verilməsinin mümkün olması ilə əsaslandırılmışdır.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, şikayətin təmin olunmamasını xahiş etmiş, bildirmişdir ki, 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsini 1998-ci ildə əldə etmişdir. Son 20 ildən artıq müddətdir ki, bağ sahəsinə girib-çıxa və ondan istifadə edə bilməmişdir. Cavabdeh ona zəruri keçid ayırarsa ayrılan sahəyə görə 3000 manat ödəməyə razı olduğunu bildirmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4766/2019 nömrəli mülki iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işin fakti ki halları üzrə səhv nəticəyə gəlməsinə, işə əlavə edilmiş mütəxəssis rəyinə görə iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron bazalarda mövcud olmamasına, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaqla sözügedən istiqamətdə tikililərin mövcud olmasına, satınalma qiymətini çox baha dediyi üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı razılaşmanın əldə edilməməsinə, servitut təyin edilməsi müqabilində cavabdehin iddiaçıdan pul almaq niyyətində olmamasına və ümumiyyətlə öz torpaq sahəsindən iddiaçıya gediş-gəliş yolu vermək i stəməməsinə, iddiaçının cavabdehin ərazisindən yol üçün ona verilmiş torpaq sahəsinə görə cavabdehə 3000 manat pul ödəməyə razı olmasına, cavabdehə məxsus bağ sahəsindən giriş-çıxış yolunun ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə servitut təyin edilməsinin cavabdeh üçün daha çox məhdudiyyətlər yaratmaqla bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması üçün işlər) yaranmasına səbəb olacağına, belə olan halda həmin vəziyyətin mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlilik və qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmamasına, mülki qanunvericiliyin servitutun verilməsi üçün birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna etməsinə, bu barədə tərəflərin öz arala rında azad surətdə müqavilə bağlaya bilmələrinə, cavabdehin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsinin isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə zidd saylımasına istinad etmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 175, 256-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6453/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ilkin torpaq ayırma sənədlərində iddiaçının mülkiyyətinə verilən bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun olub-olmamasını, olmuşdursa həmin gediş-gəliş yolunun kimin tərəfindən, nə vaxt zəbt edilməsini və ya özününkiləşdirilməsini, həmçinin mövcud olmuş gediş-gəliş yolunun iddiaçının özünün özbaşına hərəkətləri nəticəsində ləğv edi lib-edilməməsini, eləcə də tərəflərin qanuni mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini, ölçüsünü və sair parametrlərini, onların faktiki istifadələrində artıq torpaq sahələrinin olub-olmamasını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə əlavə və ya təkrar ekspertizalar keçirib bu barədə əsaslandırılmış rəy almadan, eyni zamanda işə əlavə edilmiş 20 avqust 2018-ci il tarixli ekspert rəyini məhkəmə iclasında tədqiq edib, bütövlükdə sübutlara obyektiv baxıb hüquqi qiymət vermədən, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun naturada və elektron baza məlumatlarında mövcud olmaması qənaətinə gəlmişdir. Ümumiyyətlə gediş-gəliş yolu olmayan bağ sahəsinin isə iddiaçının mülkiyyətinə verilməsi inandırıcı, ağlabatan görünməmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar iddiaçıya zəruri keçid verilməsinin cavabdehdən tələb edilməsinin yolverilməz olduğunu, bunun sonuncu, o cümlədən iddiaçının özü üçün daha böyük zərərə səbəb ola biləcəyini, hazırki tələb üzrə keçidin daha az zərər vurduğu qonşuya qarşı yönəlmədiyini, eləcə də zəruri keçidin müəyyənləşdirilməsindən imtina edilərkən tərəflərin qarşılıqlı mənafelərinin nəzərə alındığını və sair göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut olmamış və apellyasiya instansiyası məhkəməsi hansı sübuta əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməmişdir.
21. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, a pellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 175.1, 175.2-ci və Torpaq Məcəlləsinin 54-cü maddələrinin təfsirində səhvə yol verərək, iddiaçının öz sahəsindən ictimai yola zəruri keçidi olmadığı üçün bilavasitə qonşusu olan cavabdehdən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etməsinə, qanunvericiliyə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma olmadıqda, servitutun məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını, bir sözlə keçidin daha az zərər vura biləcəyi qonşunu müəyyən etmədən, yalnız cavabdehin gətirdiyi arqumentlərlə razılaşaraq iddianı rədd etməsi, əslində iddiaçını bağ sahəsind ən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum etmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 175-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında cavablandırılması üçün aşağıdakı suallar qoymuşdur: 1) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 «a» saylı bağ sahəsinin sərhədləri ye rində müəyyən edilsin, artıq torpaq sahələri müəyyən edilərsə tərtib olunmuş sxemdə yerləri dəqiq göstərilsin; 2) iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmaması müəyyən edilirmi (gediş-gəliş yolu "mövcud olmuşsa, həmin yolun hansı qaydada tutulması, hazırda kimin torpaq sahəsinə düşməsi və s. bu kimi zəruri hallar müəyyən edilsin); 3) iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər; 4) birinci instansiya məhkəməsinin müəyyən etdiyi qayda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə adi istifadəni (orada yerləşən tikililər də nəzərə alınmaqla) mümkünsüz edirmi, edirsə texniki cəhətdən cavabdehə məxsus torp aq sahəsindən başqa hansı qaydada və formada keçid verilə bilər? Ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
24. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi 13 aprel 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki: “1. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edildi, iddia edilən yol sxemdə göstərildi (sxemlər əlavə edilib).
2. İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun haradan olması barədə məlumat aşkar edilmədi. 3.4. Gediş-gəliş yolunun haradan, şəhərsalma norma və qaydalarına uyğun açılması ilə bağlı qərardadda qeyd edilən digər sualların cavablandırılması tikintitexniki ekspertinin səlahiyyətlərinə aiddir”.
25. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 18 avqust 2021-ci il tarixli rəydə birinci və ikinci sualların cavabları mütəxəssis rəyinə istinadla həmin rəydən götürülmüş, 3-cü və 4-cü suallar mütəxəssislər tərəfindən cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-222/2021 nömrəli iş üzrə 5 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə bu sahədə ixtisaslı şəxslərin rəyi ilə iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə gediş-gəliş yolunun nə elektron baza məlumatlarında, nə də naturada mövcud olmadığı, bu yolun rəyə əlavə olunmuş sxemdə göstərilən şəkildə cavabdehin mülkiyyətin olan 561 “a” saylı torpaq sahəsinin hesabına təmin edilməsinin mümkün olması (digər qonşu torpaq sahələrinin hesabına təmin edilməsinin daha yolverilən olmasını müəyyən etməyin isə mümkün olmadığı) müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından iddiaçı, bağ sahəsindən onun faydalı təbii xassələrini has il etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 175, 255-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə digər qonşulara münasibətdə ekspertiza aparılmasını təmin etmədən mülki hüquq normalarını pozmuşdur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçı əks istiqamətdə özünün torpaq sahələrini satmışdır, halbuki iddiaçı həmin torpaq sahələrini satmazdan əvvəl özünə yol aça bilərdi. Lakin iddiaçı özü bunun nəticələrini vaxtında görmüş və heç bir tədbir görməmişdir.
32. Kassasiya instansiyası məhkəməsinin 2(102)-1400/2022 nömrəli iş üzrə 4 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilm əsi qərara alınmışdır.
33. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin hüquqi mövqelərini nəzərə alaraq, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisənin həlli üçün zəruri olan dörd sual qoymuşdur.
34. Ekspertizaya cəlb olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri ekspert qərarında qoyulmuş iki suala cavab vermiş, digər iki sualın (iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər; birinci instansiya məhkəməsinin müəyyən etdiyi qayda cavabdehin mülkiyyətində olan t orpaq sahəsindən təyinatı üzrə adi istifadəni (orada yerləşən tikililər də nəzərə alınmaqla) mümkünsüz edirmi, edirsə texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa hansı qaydada və formada keçid verilə bilər?) cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olduğu üçün onları cavablandırmaqdan imtina etmişdir.
35. Qərardadın icrasının həvalə edildiyi Məhkəmə Ekspertizası Mərkəzi öz rəyində birinci və ikinci sualların cavablarını mütəxəssis rəyinə istinadla həmin rəydən götürmüş, 3-cü və 4-cü suallar mütəxəssislər tərəfindən cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparmamışdır. Halbuki həmin sualların mütəxəssis tərəfindən cavablandırılmaması səbəbi məhz bu sualların tikinti-texniki ekspertinin səlahiyyətlərinə aidiyyəti olmuşdur.
36. Məhkəmə kolle giyası qeyd etmişdir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirmək, habelə kassasiya instansiyası məhkəməsində qərarında ifadə edilmiş göstərişlərin icrasını təmin etmək məqsədilə təyin etdiyi qərardad əsasında verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Nəticədə mübahisə servitutun verilməsi ilə bağlı Mülki Məcəllənin 175ci maddəsində sadalanan zəruri şərtlərə riayət edilib-edil mədiyi yoxlanılmadan həll edilmiş və kassasiya instansiyası məhkəməsinin MPM-in 420-ci maddəsinə əsasən icrası məcburi olan göstərişlərinin bir hissəsi icrasız qalmışdır.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 175, 255-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
38. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 10/7288 nömrəli ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış sənədinə əsasən ünvan 1 ünvanda 0,11 ha torpaq sahəsinin və **********28 nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda 0,08 ha toraq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 560 saylı bağ sahəsinə dair iş materiallarına əlavə edilmiş ilkin torpaq ayırma sənədləri arasında uyğunsuzluq olduğundan (1-ci cild, səh. 160) 560 saylı bağ sahəsinin cizgisində yol göstərilməmişdir. Lakin (2-ci cild, səh. 33) 560 saylı bağ sahəsinin digər cizgisində torpaq sahəsinin eninin 23,8 metr olan hissəsində 3 metr enində yol olduğu göstərilmişdir. Eyni zamanda **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışda qeyd olunan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçüləri (eni, uzunluğu, konfiqurasiyası və s.) ilə 560 saylı bağ sahəsinə dair iş materiallarına əlavə edilmiş cizgilərində qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcud olduğundan həmin torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü-dördüncü sualları üzrə: birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada (iddiaçının mülkiyyətində olan ünvan 1ndən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahələrinin ortaq divarlarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsində qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitut təyin edilsin) baxış zamanı yol kimi iddia olunan sahə **********28 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinin ortasından keçməklə torpaq sahəsini iki hissəyə böldüyündən həmin yolun açılması cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etmiş, eyni zamanda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi i stiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) yerləşməsini nəzərə alaraq, texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa qaydada keçid verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçının tələb etdiyi zəruri keçidin hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurmaqla olmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyil.
39. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-231/2023 nömrəli mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edi lməklə iddiaçının cavabdehə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etməklə yanaşı, onun mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) mövcud olduğundan cavabdehə məxsus torpaq sahəsindən başqa qaydada keçid verilməsi mümkün deyil.
41. Kollegiya işin faktiki hallarını, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmiş vəziyyəti nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzd ür. Belə ki, tələb edilən formada iddiaçının xeyrinə servitut təyin edilməsi mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadənin mümkünsüz etməklə bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması, cavabdehə məxsus torpaqda yerləşən tikinti sahələrinin kompensasiya edilməklə iddiaçının öz vəsaiti hesabına sökülməsi və s.) yaranmasına gətirib çıxaracaqdır. Belə olan halda həmin vəziyyət mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlik-qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmır.
42. Kollegiya həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmələr nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsində və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə on un xeyrinə servitut təyin edilməsini xahiş etsə də, iş materiallarından görünmüşdür ki, cavabdehin mülkiyyətində olan bağ sahəsi 561 saylı deyil, 561a saylı bağ sahəsidir. İddiaçının servitut tələb etdiyi 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh1 mülkiyyətindədir. Bu isə bir daha göstərmişdir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür.
43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 175, 255-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təm in edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən, yola çıxışı olmayan torpaq sahəsinə mülkiyyət sənədi verilmir. İddiaçı 560 saylı bağ sahəsinə olan hüquqlarını xx.xx.1998-ci il tarixində “Qeydiyyat Vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. Yəni, iddiaçıya məxsus torpaq sahəsinin gediş-gəliş yolu olmuşdur. Lakin, keçmiş “Bağlar idarəsi” deyilən qurum, həmçinin hazırkı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində arxiv sənədləri itirildiyinə görə hal-hazırda həmin sənədlərin (gediş-gəliş yolunun cizgisi) arxiv məlumatları əldə edilməmişdir. Bununla əlaqədar məsələnin aydınlaşdırlması üçün, ekspertin dindirilməsi zəruri olduğun halda apellyasiya instansiyası məhkəməsi bun u etməmişdir. Ekspertin dindirilməsi aşağıdakı səbəblərlə zəruridir: Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/7288 saylı ekspert rəyində aydın olmayan məqamlar olmuşdur. Belə ki, ekspert bəzi tikililərin sökülməsinin mümkün olmadığını qeyd etmiş, lakin, cavabdehə məxsus olan torpaq sahəsində həmin tikililərin, nə vaxt inşa edildiyinə aydınlıq gətirilməmişdir. Ekspert bunu qərəzli yanaşdığına görə aydınlaşdırmamışdır, çünki cavabdehə məxsus torpaq sahəsində həmin tikililər və ev tərəflər arasında mübahisə yarandığı tarixdən sonra inşa edilmişlər. Cavabdeh xüsusilə iddiaçıya məxsus torpaq sahəsi istiqamətindəki tikililəri iddiaçıya gediş-gəliş yolu verməməmək üçün inşa etmişdir.
46. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qətna məsində qeyd etmişdir ki, guya servitut tələb edilən torpaq sahəsi başqa şəxsə məxsusdur. Əgər həqiqətən belədirsə, Mülki Məcəllənin 255.7-ci maddəsinə görə, servitut şəxsdən yox, torpaq sahəsindən tələb edildiyini açıq aşkaq olaraq göstərir, yəni torpağın kimə aid olmasından asılı olmayaraq, həmin torpaqdan iddiaçıya gediş-gəliş yolu verilməlidir.
47. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7288 saylı ekspert rəyinə istinad edərək, qeyd etmişdir ki, göründüyü kimi birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etməklə yanaşı, onun mülkiyyətində olan torpaq sahəs inin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) mövcud olduğundan cavabdehə məxsus torpaq sahəsindən başqa qaydada keçid verilməsinin mümkün deyil. Apellyasiya Məhkəməsi burada ekspert rəyinin qərəzli və qeyri-obyektiv olduğuna diqqət yetirməmişdir. Belə ki, ekspertin istinad etdiyi «iddiaçının istifadəsində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər» cavabdehin hüquqmüəyyənedici sənədlərində, texniki passportunda olmamışlar və onlar tərəflər arasında mübahisə başlayandan sonra, cavabdeh tərəfindən qərəzli olaraq, iş üzrə obyektiv qətnamə qəbul edilməsinin qarşısını almaq məqsədi ilə inşa edilmişlər. Bu xüsusata Apellyasiya Məhkəməsində əhəmiyyət verilməmiş, hər hansı obyektiv araşdırma aparılmamışdır.
48. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4, 255.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
51. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
52. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
53. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
54. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xə ttə dözmək vəzifəsi əmələ gəlmir.
55. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
56. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
57. Maddə
54. Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıl ması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kass asiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin iş üzrə sonuncu qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.
69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
70. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/202 3 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.