Məhkəmə qərarları › İş №2(102)-3261/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3261/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3261/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qarşı ilk, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti 3-cü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, podrat müqaviləsi, podrat müqaviləsi üzrə pulun ödənilməməsi, işlərin qüsurlu görülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qarşı “podrat müqa viləsi üzrə pulun ödənilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “podrat müqaviləsi üzrə qüsurlara görə pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-56/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 kassasiya şikayətlərinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 bir hissəsi 20 may 2010-cu il tarixdə Cavabdeh1 adına, həmin ərazinin 1 saylı sahənin bir hissəsi 2 oktyabr 2019-cu il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

2. İddiaçı Cavabdeh2 arasında 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh2 adına rəsmiləşm iş evin tikintisini üzərinə götürmüşdür.

3. Mübahisə həmin müqavilə üzrə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 90000 manat pulun cavabdehlər Cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”), X3 və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırmışdır ki, cavabdehlər 2019-cu ilin əvvəllərində iddiaçıya ünvan 1 yerləşən 0,05 ha torpaq sahəsində ona təqdim olunmuş eskiz layihədə müəyyən olunmuş forma və göstəricilərə uyğun olaraq 2 mərtəbəli yaşayış evinin tikintisini sifariş etmişlər. Razılaşmaya əsasən tikilə cək yaşayış evinin tikinti, material və əmək haqqı məbləği, yəni tikintiyə görə muzd cavabdehlərin hər üçü tərəfindən müştərək qaydada iddiaçıya ödənilməli idi. Razılığa əsasən iddiaçı öz işçi briqadası ilə sifarişi yerinə yetirməli, cavabdehlər isə evin bünövrəsindən dam örtüyü bitənədək işləri yerinə yetirdikdən sonra 90.000 manat müəyyən olunmuş muzdu verəcəklər. Çünki tikinti xərclərini də iddiaçı yerinə yetirirdi. Sonrakı təmir və bəzək işlərinin xərcləri isə mərhələli şəkildə ödənilməli idi.

6. İddiaçı sifariş verilən iki mərtəbəli yaşayış evini təqdim olunmuş layihə əsasında bir neçə ay müddətinə tikərək başa çatdırmış, tikinti işlərini öz işçi briqadası ilə yerinə yetirmişdir. İddiaçı cavabdehlərdən yerinə yetirilmiş işlərə görə yaranmış borcu, yəni razılaşdırılmış muzdu ödəmələrin i tələb etsə də, onlar borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışlar.Yaşayış evi cavabdehlərdən birinin adına mülkiyyət hüququ üzrə qeydə alınmasına baxmayaraq onların hər üçünə məxsusdur.

7. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 752 və 753-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh2 da iddiaçıya (Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti 3-cü şəxs qismində göstərilməklə) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı 2010-cu ildə qohumu X4 Bülbülə qəsəbəsi 1-ci mədən ərazisində məskunlaşdırğını öyrəndikdə, onun qonşuluğunda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq s ahəsi alaraq fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Həmin vaxt qarşılıqlı iddiaçı Bakıda olmadığı üçün torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında xxx dostu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin əvvəllərində qarşılıqlı iddiaçı tikintiyə başlamaq qərarına gələrək, ona pul borcu olan Rusiya Federasiyası vətəndaşı qohumu X2 planlarını danışaraq, ondan borcu qaytarmağı xahiş etmişdir. xxx təxminən 2 həftədən sonra qarşıdakı xərcləri mümkün qədər azaltmaq üçün onun Bakıdakı biznes işlərinin bir qismini həll edən, tikinti materialları bazarında geniş əlaqələri və tikinti sahəsində təcrübəsi olan yaxın dostu İddiaçı (qarşılıqlı cavabdeh) 60000 manat müqabilində iki mərtəbəli evi tikib başa çatdırmağı öhdəsinə götürə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra qarşılıqlı cava bdehlə görüşüb pulu ona vermişdir. Qarşılıqlı cavabdeh ona izah etmişdir ki, 50.000 manat 2 mərtəbəli evi qaldırıb damını örtmək, 10.000 manat isə vergi və digər dövlət ödənişləri üçün tələb olunur.

10. Qarşılıqlı iddiaçı xx.xx.2019-cu il tarixdə torpaq sahəsini Cavabdeh1 ilə alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Bu zaman artıq evin tikintisi dayanmış, işin keyfiyyətsiz görülməsi səbəbindən 1 və 2-ci mərtəbələrin arasındakı beton monolitin bir hissəsi çökmüşdür. Buna görə 2-ci mərtəbənin ara divarları uçmaq üzrədir. Hesablamalara görə, bərpa işlərinə azı 10.000 manat vəsait tələb olunur.

11. Həmçinin qarşılıqlı iddiaçıya bəlli olmuşdur ki, qarşılıqlı cavabdehin sahibkar kimi VÖEN-i yoxdur, vergi və dövlət ödənişləri adı ilə ondan aldığı 10000 manat pulu da mənimsəyib.

12. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 762.1 və 765-ci maddələrinə istinad edilmişdir.

13. İddiaçının sifarişi ilə tərtib edilmiş "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarilxi mütəxəssis rəylərinə görə mübahisədə adı keçən evdə görülmüş qüsurlu işlərin aradan qaldırılması üçün 1373,30 manat tələb edilir, görülmüş işlərin həcmi və dəyəri isə 83223,23 mantdır.

14. Birinci instansiya məhkəməsində Cavabdeh1 göstərmişdir ki, sözügedən torpaq sahəsi 10 il bundan əvvəl formal olaraq onun adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsinin yerini belə heç bilməmişdir. Daha sonra 2019-cu il tarixdə torpaq sahəsini o, Cavabdeh2 satmışdır. Onunla iddiaçı arasında yaşayış evinin tikintisi barədə heç bir danışıq və razılaşma olmamışdır.

15. Birinci instansiya məhkəməsi ndə şahid X7 bildirmişdir ki, xxx ilə iddiaçı birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. xxx qatarla satılması üçün ölkəyə mal göndərir, iddiaçı isə həmin malın satılması müqabilində hər vaqondan 500 ABŞ dolları pul qazanmalı idi. Lakin sonradan iddiaçı xidmətin müqabilində 500 deyil, 1000 ABŞ dolları tələb etdiyi üçün xxx ilə razılığa gələ bilməmişlər. Bu səbəbdən xxx hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tikilən evin pulunu iddiaçıya ödəmişdir. Hazırda evdə qüsurlar vardır və həmin qüsurların aradan qaldırılması üçün kifayət qədər vəsait lazımdır.

16. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, iddiaçını, cavabdeh və Cavabdeh1 tanıyır. İddiaçı sifariş verilən evi tiksə də, pulunu almamışdır. Evin tikintisində o da iştirak etmişdir. Tikinti materiallarının və onların usta pulunu iddiaçı öz vəsaiti hesabına ödəyirdi.

17. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, tikintiyə ustaları o, gətirmişdir. Eyni zamanda iddiaçı sifariş edəndə tikinti materiallarını da o, çatdırmışdır. Ustaların pulunu iddiaçı ödəmişdir. İddiaçı sifarişçidən pulu almamışdır. İddiaçının pulu bitəndə, iddiaçı ustaların pulunu verə bilmək üçün öz avtomobilini 25000 manat pul müqabilində ona satmışdır.

18. Birinci instansiya məhkəməsi 30 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş, tikinti-texniki ekspertizasını Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizasını "xxxx" MMC-ə həvalə etmişdir.

19. Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 10/4671 nömrəli ekspert rəyinə əsasən ünvan 1 yerləşən 0,05 ha torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin arasında beton monolit örtükdə (birinci mərtəbədə girişdə yerləşən zalın tavanında) qabarmalar var, örtükdə çatlar əmələ gəlmişdir. Həmin qüsurların aradan qaldırılması üçün layihə əsasında bərpa-gücləndirmə işləri aparılmalıdır. Evə dair bərpa-gücləndirmə layihəsi tərtib edildikdən sonra dəymiş zərərin məbləği müəyyən edilə bilər. 20. "xxxx" MMC-nin 1 dekabr 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 yerləşən 0,05 ha torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilib başa çatdırılması üçün 78492,2 manat pul xərclənmişdir.

21. Cavabdehin sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi 13 yanvar 2022-ci il tarxili hesabata əsasən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahədə yerləşən və 2019-cu ildə inşa edilmiş evin tikintisinə həmin illərin qiyməti üzrə çəkilən xərcin dəyəri 48000 manatdır.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-70/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk qismən təmin edillərək 78492,20 manat məbləğində pul vəsaitinin Cavabdeh2 İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 1373,30 manat məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)

23. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tələbin hüquqi əsasını tərəflər arasında yaramış podrat münasibətləri təşkil edir.

24. Sözügedən evin tikintisinin Cavabdeh2 tərəfindən iddiaçıya sifariş edildiyi və tikintisinin iddiaçı tərəfindən həyata keçirildiyi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı tərəflər arasında olan sifarişin əvəzi olaraq pulun iddiaçıya ödənilib-ödənilməməsində və eyni zamanda iddiaçı tərəfindən tikinitisi həyata keçirilən yaşayış evində olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğindədir.

25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2019-cu ildə iddiaçı ilə Cavabdeh2 arasında 2 mərtəbəli yaşayış evinin tikintisi barədə şifahi razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdehin sifarişi əsasında iddiaçı sözügedən yaşayış evinin tikintisi həyata keçirməli və sifarişçiyə təhvil verməli idi. İddiaçı sifarişi həyata keçirib evin tikintisini başa çatdırsa da, razılaşdı rılmış məbləği sifarişçidən ala bilməmişdir. Sifarişçi (Cavabdeh2) həmin məbləği öncədən iddiaçıya ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

26. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 1 dekabr 2021-ci il tarixli rəyinə istinad edərək hesab etmişdir ki, ilkin iddia tələbi 78492,2 manat məbləğində təmin edilməli və həmin pul vəsaiti Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir.

27. Birinci instansiya məhkəməsi eyni zamanda ekspert rəyinə və iş materiallarında olan mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, tikintisi həyata keçirilən yaşayış evində olan nöqsanlar evin tikintisini həyata keçirən iddiaçının təqsiri ucbatından yarandığından həmin qüsurların aradan qaldırılması üçün 1373,30 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulub Cavabdeh2 ödənilməlidir.

28. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin vergi və digər ödənişlər üçün iddiaçıya ödənilmiş 10.000 manat məbləğində pulun qarşılıqlı cavabdehdən tutulması hissəsinə münasibətdə isə göstərmişdir ki, qarşılıqlı iddiaçı qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 329.3, 753.1, 755, 756.1, 762.1, 764.2, 769-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş dir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Sifarişçı Cavabdeh2 tapşırığı əsasında iddiaçının gördüyü işin – evin inşasının qüsurlu olması, habelə bununla bağlı Cavabdeh2 dəymiş zərərin təxmini hansı məbləğdə olması iş materiallarından tam aydın görünür. Lakin birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmədən "xxxx" MMC-nin verdiyi rəyi əsas götürmüşdür, halbuki rəydən də görünür ki, MMC-nin mütəxəssisi tərəfindən aparılmış qiymətləndirmə səthi aparılmış, mütəxəssis daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə t əsir edən amilləri, analoji əmlakların bazar dəyərini təhlil etməmişdir. Məhkəmə bunları nəzərə almamış, "xxxx" MMC-nin verdiyi rəyi mötəbər sübut kimi qəbul edərək, həmin rəyə əsaslanmışdır.Cavabdeh2 ona "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, QXM/151 saylı qiymətləndirmə rəyini məhkəməyə təqdim etsə də, məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə bu rəyə, ümumiyyətlə, qiymət verməmişdir. Bundan başqa, Cavabdeh2 məhkəməyə vəsatət verərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspertizanın keçirilməsini Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki, bu kimi ekspertizanın keçirilməsi zəruri idi. Bundan əlavə, Cavabdeh2 iclas protokolları ilə tanış olduqda müəyyən etmişdir ki, iclas protoko lu düzgün tərtib edilməmişdir və buna dair öz qeydlərini vermişdir. Hətta şahid xxxun evin tikintisi üçün İddiaçı 28.500 ABŞ dolları verməsini bildirsə də, bu barədə iclas protokoluna heç bir qeyd aparılmamış və qətnamədə şahid tərəfindən deyilənlər təhrif olunmuş formada yazılmışdır. Məhkəmə iclas protokoluna bir sıra qeydlər verilmişdir.

32. Apellyasiya baxışı zamanı evin tikintisinə çəkilmiş xərcin və evin inşasında yol verilmiş qüsurların müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi 18 avqust 2022-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanı Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır

33. Həmin qərardad üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/5843 nömrəli rəyə əsasən ünvan 1 yerləşən 2 mərtəbəli evin inşasına çəkilmiş xərc 39039,04 manat, qüsurların aradan qaldırılması üçün çəkiləcək xərc isə 38.600,20 manat təşkil edir.

34. Apellyasiya instansiyası məhkəməsi 23 fevral 2023-cü il tarixli qərardadla yenidən tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanı Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.

35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1727 nömrəli rəyinə əsasən 2 mərtəbəli yaşayış evində bərpa-gücləndirmə və təmir işləri aparılmış, ilkin ekspertiza zamanı müəyyən edilmiş qüsurlar tamamilə aradan qaldırılmışdır. Yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmış işlərə dair layihə - smeta sənədləri, istifadə edilmiş materialların alınmasına dair qaimə sənədləri olmadığından qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olma mışdır. İlkin ekspertiza zamanı müəyyən edilmişdir ki, yaşayış evinin inşasında mövcud olan qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 38.600,20 manat təşkil edir.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında 22 avqust 2023-cü il tarxili qərardadla təkrar ekspertiza təyin etmişdir.

37. Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7520 nömrəli rəyinə əsasən 2 mərtəbəli qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin təqribi dəyəri 12316 manatdır. Əvvəlki ekspertizaların nəticələri arasında yaranmış fərq baxış zamanı qüsurların aradan qaldırılması üçün görülmüş bərpa işlərinin dəqiqləşdirilməsi ilə izah olunur.

38. Qarşılıqlı iddiaçı apellyasi ya baxışında iddia tələbini dəyişərək, qüsurlara görə 12316 manat pulun tutulmasını xahiş etmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-56/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul məbləğlərinin müəyyən edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı ilk iddia qismən təmin edilmiş, 39.039,04 (otuz doqquz min otuz doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiasının qismən təmin edilməsi, 10.000 (on min) manat məbləğində pul vəsaitini n İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk və qarşılıqlı iddia tələbləri üzrə tutulmalı olan məbləğlərin əvəzləşdirilərək son nəticədə 29.039,04 (iyirmi doqquz min otuz doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki tələbin hüquqi əsasını tərəflər arasında yaramış podrat münasibətləri təşkil edir. İş materiallarına əsasən ünvan 1 bir hissəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına, xx.xx.2019-cu il tarixdə isə cavabdeh (q arşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sözügedən evin tikintisinin Cavabdeh2 iddiaçıya sifariş etdiyi və tikintinin iddiaçı tərəfindən həyata keçirildiyi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı tərəflər arasında olan sifarişin əvəzi olaraq pulun Cavabdeh2 tərəfindən iddiaçıya ödənilib-ödənilməməsində və eyni zamanda iddiaçı tərəfindən inşası həyata keçirilmiş yaşayış evində olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği ilə bağlıdır.

41. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin podrat münasibətlərini nizama salan normalarına istinadən ilk iddia tələbinə münasibətdə göstərmişdir ki, 2019cu ildə iddiaçı ilə Cavabdeh2 arasında 2 mərtəbəli yaşayış evinin tikintisi barədə şifahi razılıq əldə olunmuş, razılığa əsasən Cavabdeh2 sifarişi əsasında İddiaçı sözügedən yaşayış evinin tikintisi həyata keçirməli və sifarişçiyə təhvil verməli idi.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində işə baxılan zaman şahidlərin ifadələrinə əsasən müəyyən etmişdir ki, iddiaçı sifarişi həyata keçirib evin tikintisini başa çatdırsa da, razılaşdırılmış məbləği sifarişçidən ala bilməmişdir. Sifarişçi həmin məbləği öncədən iddiaçıya ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, işin apellyasiya qaydasında araşdırılması zamanı iş üzrə tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş tikilinin inşasına sərf edilmiş vəsaitin məbləği, habelə tikilinin inşası zamanı yol verilən qüsurların aradan qaldırılmasına lazım olan vəsaitin məbləği ilə bağlı birbirindən kəskin fərqlənən qiymətləndirmə rəylərinin mövcud olması müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflərin özlərinin sifarışı əsasında, habelə Rayon Məhkəməsinin təşəbbüsü ilə keçirilən qiymətləndirmə zamanı mübahisəli tikiliyə çəkilən xərclərin məbləği ilə bağlı fərqli rəqəmlər meydana çıxmışdır.

44. Bunları nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/5843 saylı rəyini əsas götürmüş, iş üzrə tərəflərin bu rəyi şübhə altına ala biləcək sübutlarını təqdim etməmələrini əsas gətirərək, həmin rəyi etibarlı sübut kimi qəbul etmiş hesab etmişdir ki, ilk iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi qismən təmin edilmə li və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 39.039,04 manat müəyyən edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirmişdir ki, həmin iddia üzrə də məbləğ ekspert rəyinə əsasən müəyyən edilməli, lakin qüsurlara görə iddiaçıdan cavabdehin xeyrinə 12316 manat deyil, 10000 manat pul tutulmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi verildikdən sonra qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya baxışı zamanı qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsinə (bax:38-ci bənd) qiymət verərək göstərmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kə nara çıxa bilər. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Buna görə də Cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsi” nəzərə alına bilməz.

47. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia qismən əsaslıdır və evin inşası zamanı yol verilmiş qüsurların aradan qaldırılması və bərpa işlərinin həyata ke çirilməsi üçün 10000 manat məbləğində pul iddiaçıdan (qarşılıqlı cavabdehdən) Cavabdeh2 xeyrinə tutulmalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin cavabdehdən vergi və digər ödənişlər üçün ona ödənilmiş 10.000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə göstərmişdir ki, qarşılıqlı iddiaçı qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə qarşılıqlı iddianı rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, hər iki tərəfdən bir-birinin xeyrinə qarşılıqlı pul vəsaiti tutulmalı olduğundan, daha az tutulmalı olan vəsait daha artıq tutulmalı olan vəsaitdən çıxılmaqla tutulmalı məbləğlər əvəzləşdirilməli, son nəticədə (39.039,04 – 10.000 =) 29.039,04 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı ya ödənilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 329.1, 329.3, 753.1, 755, 756.1, 762.1, 762.3, 764.2, 766-cu, Mülki Prosessual Məcəllənin218.3, 372.2 və 372.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv, ilkin iddianın tam təmin olunaraq 78492,2 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli ekspert rəyinin tam əsassızlığını iş materiallarına əlavə o lunmuş sübutlar və iş üzrə keçirilmiş sonrakı ekspertiza üzrə verilmiş rəy təsdiq edir. Həmin rəydə mübahisəli yaşayış evinin inşasına çəkilmiş xərcin məbləğinin 39039,04 manat təşkil etməsi həqiqətə uyğun deyil. Buna görə də məhkəmə "xxxx" MMC-nin 1 dekabr 2021-ci il tarixli rəyini nəzərə alaraq qətnamə qəbul etməli idi. Rəydə qeyd olunduğu kimi, ünvan 1 yerləşən 0,05 ha torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilib başa çatdırılması üçün 78492,2 manat tələb olunur. Məhkəmə həmin halı nəzərə alaraq ilkin iddianın təmin olunması üçün 78492,2 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul etməli idi.

53. Cavabdeh də (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk idd ianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti apellyasiya şikayətinin eyni dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspertiza mərkəzinin rəyi boşluqlarla dolu və əvvəlki rəylərə tam zidd olmuşdur. Sonuncu rəydə dam örtüyünün sökülməsi və yenidən bərpa edilməsinə heç bir qiymət verilməmiş, sadəcə evin yeni sahibinin dediklərininin bəzi hissələri əsas götürülmüş və əvvəlki sahibi tərəfindən evin hansı hissələrində yenidən inşa olunmasına diqqət yetirilməmişdir. Evin mərtəbə arası dəmir beton örtüyünün söküldüyü, armaturdan metal konstruksiya yığılaraq pilləkən hissəsində həmin tikintinin üstündə olan 20 sm enində olan mişar daşından inşa olunmuş arakəsmələr sökülərək yenidən inşa olunmuşdur kimi rəy verilmişdir. 19 mart 2024-cü il tarixli rəy tamamilə qərəzli şəkildə verilmiş rəydir və əvvəlki rəydə qeyd edilən material qiymətləri və miqdarı ilə ziddiyət təşkil edir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqd arı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 756.1. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur (maddə 755.). Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instan siyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

57. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd, cavabdeh (qarşılıqlı iddiaçı) isə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissələrində mübahisələndiriblər. Bu baxımdan, məhkəmə kollegiyası qətna məni tam yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, cavabdehin (qarşılıqlı iddiaçının) şikayətinin dəlillərinə tam qiymət vermişdir.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4050-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

62. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hər iki iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Həmçinin apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddəl ərinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

64. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

65. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətində ilk iddianın tam təmin edilməsini xahiş edərək, əsas kimi "xxxx" MMCnin 1 dekabr 2021-ci il tarixli rəyinə istinad etmişdir. Həmin rəyə əsasən mübahisədə adı keçən evin hazırki vəziyyətə gətirilib çatdırılması üçün 78492,2 manat pul tələb edilir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iş üzrə bir neçə ekspert rəyi alınmış, eləcə də işə mahiyyəti üzrə baxan məhkəmələrə tərəflərin sifarişi ilə tərtib edilmiş rəylər verilmiş, apellyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd edildiyi kimi həmin rəyləri prosessual normaları n tələblərinə uyğun olaraq düzgün qiymətləndirərək, Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/5843 saylı rəyini əsas götürmüş, tikiliyə çəkilmiş xərcin 39.039,04 manat olmasını da həmin rəyə əsasən müəyyən etmişdir.

67. Məhkəmə kollegiyası bununla bağlı onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

68. Görün düyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

69. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

70. Buna görə də iddiaçının dəlilləri əsaslı olmadığı üçün kassasiya şikayəti təmin edilməməlidir.

71. Həmçinin cavabdehin (qarşılıqlı iddiaçının) də kassasiya şikayətinin dəlilləri əsaslı deyil.

72. Cavabdeh də ilk iddia üzrə binanın tikintisinə və qarşılıqlı iddia üzrə qüsurlara görə xərcin ekspert rəyi ilə düzgün olmamasına istinad etmişdir.

73. Əvvəla, il k iddia üzrə binanın tikintisinə çəkilmiş xərclə bağlı qeyd edilməlidir ki, cavabdehin özünün sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi 13 yanvar 2022-ci il tarxili hesabata əsasən evin tikintisinə həmin illərin qiyməti üzrə çəkilən xərcin dəyəri 48000 manatdır. Nəzərə alınsa ki, apellyasiya instansiyası məhkəməsinin həmin hissə üzrə müəyyən etdiyi 39.039,04 manat məbləğ cavabdehin özünün sifarişi ilə tərtib edilmiş rəydə göstərilən məbləğdən də az olmuşdur, belə olan halda, cavabdehin bu dəlili əsaslı sayıla bilməz.

74. Bundan əlavə, qarşılıqlı iddia üzrə qüsurlara görə xərcin məbləği barədə 19 mart 2024-cü il tarixli rəyin tamamilə qərəzli olması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin rəydə qüsurların aradan qaldırılması üçün zərərin məbləği 12316 manat müəyyən e dilib ki, cavabdeh öz qarşılıqlı iddiasında həmin zərəri, ümumiyyətlə, 10000 manat qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi də qarşılıqlı iddianı həmin tələb həddində təmin etmişdir. Başqa sözlə, cavabdeh özü zərərin məbləğini 10000 manat qiymətləndirdiyi halda, onun ekspertizanın həmin məbləği daha artıq qiymətləndirməsinə etiraz etməsi əsassız olmaqla yanaşı, həm də məntiqli deyil.

75. Buna görə də cavabdehin də kassasiya şikayətinin dəlilləri əsaslı deyil və həmin dəlillər ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas ola bilməz.

76. Bu baxımdan, cavabdehin də kassasiya şikayəti təmin edilməməlidir.

77. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-56/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar