Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3262/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3262/2022 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri, 08 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-520/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı3 ilə Cavabdeh arasında 4 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı3 7000 manat məbləğində pul vəsaitini faizsiz xx.xx.2020-ci il tarixədək borc formasında Cavabdeh vermişdir.
2. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı4 ilə Cavabdeh arasında 4 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı4 7000 manat məbləğində pul vəsaitini faizsiz xx.xx.2020-ci il tarixədək borc formasında Cavabdeh vermişdir.
3. Bakı şəhəri 51 saylı notariat ofisinin xüs usi notariusu tərəfindən təsdiq edilmiş X3 ilə Cavabdeh arasında 4 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X3 10000 manat məbləğində pul vəsaitini faizsiz xx.xx.2020-ci il tarixədək borc formasında Cavabdeh vermişdir.
4. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı2 ilə Cavabdeh arasında 4 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı2 10000 manat məbləğində pul vəsaitini faizsiz xx.xx.2020-ci il tarixədək borc formasında Cavabdeh vermişdir.
5. İddiaçı3, İddiaçı4, X3 və İddiaçı2 tərəfindən Cavabdeh ünvanlanmış 24 may 2021ci il tarixli pretenziya məktubuna əsasən borc məbləğinin 3 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar X3, İddiaçı2, İddiaçı3 və İddiaçı4 - Cavabdeh (bundan sonra – cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 (on min) manat əsas borc, borcun gecikdirilməsinə görə 500 (beş yüz) manat, vəkil xidmətinə görə ödənilmiş 50 manat pul olmaqla, ümumilikdə 10.550 (on min beş yüz əlli) manat pulun və məhkəmədə iddia qaldırmağa görə ödənmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi; cavabdehdən 10.000 (on min) manat əsas borc, borcun gecikdirilməsinə görə 500 (beş yüz) manat, vəkil xidmətinə görə ödənmiş 50 manat pul olmaqla, ümumilikdə 10.550 (on min beş yüz əlli) manat pulun və məhkəmədə iddia qaldırmağa görə ödənmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödə nilməsi; cavabdehdən 7.000 (yeddi) manat əsas borc, borcun gecikdirilməsinə görə 350 (üç yüz əlli) manat, vəkil xidmətinə görə ödənmiş 50 manat pul olmaqla, ümumilikdə 7.350 (yeddi min üç yüz əlli) manat pulun və məhkəmədə iddia qaldırmağa görə ödənmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı3 ödənilməsi və cavabdehdə 7.000 (yeddi) manat əsas borc, borcun gecikdirilməsinə görə 350 (üç yüz əlli) manat, vəkil xidmətinə görə ödənmiş 50 manat pul olmaqla, ümumilikdə 7.350 (yeddi min üç yüz əlli) manat pulun və məhkəmədə iddia qaldırmağa görə ödənmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, müqavilələrin 2-ci bəndinə əsasə n, cavabdeh hər bir iddiaçıya müqavilə üzrə borcunu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh yuxarıda qeyd olunan iddiaçıların heç birinin borcunu qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı iddiaçılar cavabdehlə dəfələrlə əlaqə saxlasalar da, onun ünvanına pretenziya məktubu göndərilsə də, borc yenə də qaytarılmamışdır. Beləliklə, cavabdehin iddiaçılara olan borcunu ödəməməsi onların əmlak hüquqlarını kobudcasına pozmuş və buna görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin cavabdeh tərəfindən iddiaçılara məxsus pulların qanunsuz olaraq özündə saxlanıldığına görə gecikdirilən müddət üzrə faizlər hesablanmalı və illik 5% (beç faiz) olmaqla əlavə olaraq iddiaçılar X3 ilə İddiaçı2 hər birinə ayrı-ayrılıqda 500 ( beş yüz) manat, iddiaçılar İddiaçı2 ilə İddiaçı3 hər birinə isə ayrı-ayrılıqda 350 (üç yüz əlli) manat əlavə pul məbləği ödənilməlidir. Həmçinin iddiaçıların məhkəmədə peşəkar hüquqi müdafiə vasitəsi, yəni vəkil ilə təmsil və müdafiə olunmaları üçün də vəkilə ödənmiş toplam 200 (iki yüz) manat məbləğində vəsait də iddiaçıların hər birinin xeyrinə 50 (əlli) manat olmaqla cavabdehdən tutularaq iddiaçılara ayrı-ayrılıqda ödənilməlidir.
8. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(056)-1010/2021 nömrəli 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bağlanılan kredit müqavilələrinin şərtlərinə iddiaçılar tərəfindən əməl edilmiş, lakin cavabdeh razılaşdırımış müddətdə borcu qaytarmaqdan imtin a edərək, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh borcunu vaxtında qaytarmadığına görə iddia tələbinin 5% dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulması hissəsi də əsaslı olduğundan təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 430, 442, 445.2.1, 448.1, 739.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) 2(106)-520/2022 nömrəli mülki iş üzrə 1 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.1, 442, 739.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında pulun götürülməsi ilə bağlı hər iki tərəfin iradə ifadəsi olan borc müqaviləsi bağlansa da həmin məbləğlər həmin şəxslərdən alınmamışdır. Cavabdeh bir nəfərdən borc məbləği almış, həmin məbləğ iddia ərizəsində göstərilən qədər olmamış, habelə həmin alınmış məbləğ qaytarılmışdır. Bu halın sübuta yetirilməsi üçün cavabdehin iştirakı təmin edilməli, isin halları, şahidlər və faktiki hallar araşdırılmalı idi. Yalnız formal borc müqavilələrinə əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Həmin məbləğin müqavilələrdə göstərilməsi belə hələ həmin məbləğin cavabdeh tərəfindən alınmasını qabaqcadan sübut etməməlidir. Məhkəmə həm cavabdehin iştirakını təmin etməmiş, həm də apellyasiya şikayətinin dəlillərinə münasibət b ildirməmiş, bundan başqa işin araşdırılması zamanı bu iddiaçıların necə bir yerdə iddia qaldırmaqları, haradan bir-biriləri ilə əlaqədə olmaları halları aydınlaşdırılmamış, ümumiyyətlə bu qədər pul məbləğinin həqiqətən verilib- verilməməsi məsələlərinə hüquqi qiymət verilməmişdir. Halbuki götürülən borc məbləğləri bir nəfərə məxsus olmuş, məbləğ həmin iddia tələblərində göstərilən qədər olmamış, habelə borc qaytarılmışdır. Məhkəmələr yalnız müqavilələrə əsaslanmaqla iddianı tam təmin etmiş, digər sübutlara, vəsatətlərə isə əhəmiyyət verməmişlər. Halbuki, tək borc müqaviləsinin olması məhkəmə üçün məcburi qüvvəyə malik deyil. Bu uydurma və yalançı əqd ola bilər ki, hazırki müqavilələrdə məhz yalançı əqdlərdir. Buna görə işin digər halları ilə araşdırılmalı və digər sübutlarla birlikdə hüq uqi qiymət verilməlidir.
17. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 448, 739, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.2, 185-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
20. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fa iz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlillərinə uyğun bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya bildirir ki, iddiaçının notarial borc müqavilələrinə əsaslanan tələblərinin təmin edilməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğun olmuşdur. Cavabdehin etirazları isə həmin tələbləri aradan qaldıran mahiyyətdə deyil.
31. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yu xarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-520/2022 nömrəli iş üzrə 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.