Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3262/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Mənzildən çıxarılma. 11.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(103)-3085/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvani küç., ev 15, mənzil 140 ünvanında yerləşən, ümumi sahəsi 125,7 kv.m. mənzilini İddiaçı bağışlamışdır.
2. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu tarixdə 455 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Həmin qətnaməyə əsasən tərəflər arasında Bakı 14 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nət icəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gəlmiş, habelə övladları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 Cavabdeh yanında qalması barədə razılaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babayeva (Sucayeva) Gülnar Arif qızı və xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2-da yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər nikah bağlayaraq ailə qurmuş, Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında xx.xx.2010-cu tarixdə 455 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər birgə nikahdan anadan olmuş övladları – xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anasının yanında qalmasına və cavabdehin iddiaçıdan aliment tələbinin olmamasına dair razılığa gəlmişlər. Tərəflər hazırda uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2-da yerləşən yaşayış sahəsində yaşayırlar. Həmin mənzil nikah dövründə iddiaçının anası X3 ilə bağladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqa viləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı “Çıxarış” verilmişdir. Tərəflər arasında ailə münasibətlərinə xitam veriləndən sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə könüllü olaraq mənzili tərk etməsi təklif edilmiş, lakin o, bundan imtina etmişdir. Bunun nəticəsində iddiaçı öz əmlakından istifadə edə və sərəncam verə bilmir.
6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(004)5675/2023 nömrəli qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8 yanvar 2024-ci il tarixli, 2(004)388/2024 nömrəli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmiş, Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçdiyi ndən yalnız onun mülkiyyəti hesab olunur. Odur ki, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən və tərəflər birgə nikahdan doğulmuş uşaqlarının cavabdehin yanında qalması barədə razılaşdığından, iddia təmin edilməli və cavabdeh Babayeva (Sucayeva) Gülnar Arif qızının, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 27.1, 27.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil M əcəlləsi) 30.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və Babayeva (Sucayeva) Gülnar Arif qızının, 18.01. 2011-ci il təvəllüdlü X1 və 04.08. 2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mənzil 140-da yerləşən mənzildən istifadə hüququ barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh şikayəti ni onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və qanunsuz, əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə qətnamə çıxararkən uşaqların 8 və 13 yaşlarında olduğunu, onların başqa yaşayış yerinin olmadığını, eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən uşaqların analarının yanında qalmalı olduğunu nəzərə almamışdır. Eyni zamanda, məhkəmə cavabdehin həmin mənzildə 14 il yaşadığını və bununla da iddiaçı ilə həmin mənzildən istifadə etməkdə eyni hüquqlara malik olduğunu nəzərə almamışdır.
13. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, uşaqlar məktəbə, həmçinin əlavə təhsil almaq üçün kurslara gedirlər. Onlar təhsil alması və gələcəkdə ali məktəbə daxil olmaları üçün normal şəraitdə yaşamalı və n ormal ev şəraitindən istifadə etməlidirlər. Özü müəllimə işləyir. Aldığı maaş onların təhsilinə və yeməklərinə ancaq çatır. Mənzildən çıxarılsalar, kirayədə yaşamağa məcbur olacaqlar. Bakı şəhərində ev kirayə xərclərinin çox baha olduğunu hamı bilir. Beləliklə o, övladlarının nə normal yaşayışını, nə də normal təhsil almasını təmin edə bilməyəcək. Bu hal da onların bir vətəndaş kimi gələcəkdə yetişməsinə mane olacaq. Əgər iddiaçı onu və övladlarını həmin 14 il yaşadığı mənzildən çıxarmaq istəyirsə, ona və övladlarına kompensasiya ödəməlidir. Həmin kompensasiyanın miqdarı adambaşına 36.000 müəyyən edilməklə cəmi 108.000 manat təşkil etməlidir. Qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətinə əlavənin təmin edilməsi, ona və övladlarına onlar 23 yaşına çatana kimi mənzildən istifadə hüququ nun verilməsi, əks təqdirdə onlara 108.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli, 2(103)-3085/2024 saylı qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İsgəndərov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(004)388/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlanılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxl anılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən edilir ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, cavabdehin uşaqları ilə birlikdə çıxarılması xahiş edilən mənzil bağışlama müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mənzil bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla bir likdə yaşayan ailə üzvləri həmin mənzildən onunla bərabər istifadə etmək hüququ əldə etmişlər. Tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən və tərəflər uşaqlarının cavabdehin yanında qalması barədə razılaşdığından iddia təmin edilməlidir.
17. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mənzil qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı idd ianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
18. İşdən görünür ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılsa da, ərizədə cavabdeh göstərmişdir ki, onun və övladlarının gedib yaşayası bir evi yoxdur. Onun tək ana olaraq himayəsində iki azyaşlı uşağı saxlamaq, onlara təhsil vermək və kirayədə yaşamağa gücü çatmır. Cavabdeh bunu apellyasiya şikayətində də göstərmişdir.
19. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatlardan da görünür ki, cavabdehin mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur.
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehin uşaqları ilə birlikdə digər yaşayış s ahəsində məskunlaşana kimi iddiaçıya məxsus mənzildən 1 il müddətə istifadə hüququ saxlanılmalıdır.
21. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, mənzil qanunvericiliyində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvü arasında ailə münasibətlərinə xitam verildikdə, sonuncunun mənzildən istifadə hüququna xitam verilərkən kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 139.1, 152.1, 225.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəllənin 34.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəllənin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı, Azərbaycan Respublikasının MPM- in 14.2, 77.1, 217.2, əsaslandırmışdır. 217.3. 217.4, 384.0.3, 392.2-ci maddələrinə istinadla Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edərək, övladlarının mübahisə predmeti olan mənzildən istifadə hüquqları 23 yaşına çatana kimi saxlanılması barədə q ərar qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır Beləki, məhkəmə qətnamə çıxararkən iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyini, cavabdehlə uşaqlar arasında münasibətlərə xitam verilmədiyini, uşaqların Uşaq hüquqları haqqında qanunvericiliyə görə həmin mənzildən idtifadə hüquqarının olduğunu, uşaqların hələ 18 yaşına çatmadığını, cavabdehin məktəbdə müəllimə işlədiyini, aldığı maaşla bir il ərzində özünü yaşayış yeri ilə təmin edə bilməyəcəyini, eyni zamanda böyük uşağın hal-hazırda aktiv şəkildə ali məktəbə hazırlaşdığını, bununla əlaqədar cavabdehin uşağın bütün təhsil xərclərini özünün çəkdiyini nəzərə almamışdır. Eyni zamanda məhkəmə Mən zil Məcəlləsində istifadə hüququnun müddətinin müəyyən edilmədiyini, qanunun müddət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını da nəzərə almamışdır.
25. Məhkəmə Babayeva (Sucayeva) Gülnar Arif qızının, 18.01 2011-ci il təvəllüdlü X1 və 04.08. 2015-ciil təvəllüdlü X4 Bakışəhəri Yasamal rayonu X8 Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxararkən həmin uşaqların 8 və 13 yaşlarında olduğunu, onların başqa yaşayış yerinin olmadığını, eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən uşaqların analarının yanında qalmalı olduğunu nəzərə almamışdır. Eyni zamanda maddədən də görünür ki, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Qətnamə çlx arılarkən qanunun bu norması nəzərə alınmamışdır.
26. Məhkəmə iddiaçının öz doğma övladlarını mənzildən qovmaq istərkən uşaqların onun kimi həmin mənzildən istifadə hüquqlarının olduğunu, iddiaçının bununla da uşaqların uşaq hüquqları haqqında beynəlxalq konvensiyalarda, Azərbaycan Respublikasının mülki, ailə qanunvericiliyiilə təsbit edilmiş mənzilə olan mülkiyyət hüquqlarının pozulduğunu nəzərə almamışdır. Eyni zamanda məhkəmə cavabdehin həmin mənzildə 14(on dörd) il yaşadığını, və bununla da iddiaçı ilə həmin mənzildən istifadə etməkdə eyni hüquqlara malik olduğunu nəzərə almamışdır
27. Qeyd etdiyi kimi, cavabdeh və onun uşaqları Bakı şəhəri Yasamal rayonu X8 Naxçıvani küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzilindən istifadə hüququna malikdirlər. Həmin uşaqların Uşaq hüqu qları haqqında beynəlxalq Konvensiyada,Uşaq hüquqları haqqında beynəlxalq bəyannəmələrdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ailə Məcəlləsində, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda təsbit edilmiş mənzilə olan mülkiyyət hüquqlarının pozulması qadağandır.
28. Qeyd etdikləri kimi tərəflər arasında nikah münasibətlərinə xitam verilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 30.1-ci və 30.4-cü maddələrinə əsasən cavabdeh və onun uşaqları iddiaçının ailə üzvləri hesab olunurlar. Mənzil Məcəlləsinin 30-cü maddəsində qeyd olunur ki, ailə münasibətlərinə xitam verildikdə, mülkiyyətçinin ailə üzvünün istifadə hüququ müəyyən müddətə məhkəmənin qərarı əsasında saxlanıla bilər. Deməli, istifadə hüququnun hansı müddə tə saxlanılması qanunda müəyyən edilməmişdir. Qanun müddət məsələsini məhkəmənin mülahizəsinə buraxır. Digər tərəfdən, ailə münasibətlərinə ərlə arvad arasında xitam verilmişdir. Axı uşaqlar da mülkiyyətçinin ailə üzvləri sayılırlar və iddiaçı ilə uşaqları arasında ailə münasibətlərinə xitam verilməmişdir. Deməli, uşaq hüquqları haqqında qanunvericiliyə görə, uşaqların Bakı şəhəri Yasamal rayonu X8 Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzildən istifadə hüquqarı vardır. Eyni zamanda qeyd edirik ki, cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə 2010-cu ildən, yəni 14 ildir yaşayır. Konstitusiya məhkəməsinin qərarına görə ər-arvad, uşaqlar, valideyinlər ailə üzvləri sayıldığından və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə onların notariat qaydada həmin mənzilə qeydiyyata düşməklərinə ehtiyac olmadığına görə istifadə hüquqları birbaşa yaranır.
29. Digər tərəfdən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi qeyd edir ki, mülkiyyətçinin keçmiş ailə üzvü özünü mənzillə təmin edə bilmirsə, onun istifadə hüququ müəyyən müddətə saxlanılır. Mıhkəmə qətnaməsi ilə ona və uşaqlarına həmin mənzildən istifadə hüququ 1(bir) il müddətinə müəyyən edilmişdir. Cavabdeh müəllimə işləyir və ayda 800 manat əmək haqqı alır. Həmin əmək haqqı ilə cavabdeh bu günkü bazar qiymətləri şəraitində həm uşaqların və özünün xərclərini çəkməli, həm də bir il ərzində özünü mənzillə təmin etməlidir. Bu vəziyyət ağlabatan hal sayıla bilərmi? Sualın cavabı sualın özüdür.Cavabdeh bu gündən sonra 10 il belə işləsə Bakı şəhərində mənzil ala bilməz, hətta ipoteka ilə belə ala bilməz. Çün ki uşaqlar böyüdükcə onların xərcləri də artır. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən bu halları nəzərə almalı idi. Əgər iddiaçı keçmiş ailə üzvlərinin, cavabdehin və uşaqlarının Bakı şəhəri Yasamal rayonu X8 Naxçıvani küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzildən istifadə hüquqlarına xitam vermək istəyirsə, onda onlara müvafiq kompensasiya ödəməlidir. Cavabdeh və uşaqları həmin mənzildə 14 ildir ki, yaşamış və halhazırda da yaşayırlar. Həmin kompensasiya elə ödənilməlidir ki, cavabdeh və uşaqları özlərinə başqa yerdə mənzillə təmin edə bilsinlər.
30. İddiaçının keçmiş ailə üzvlərininm yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdı qda mümkündür. Əgər iddiaçı kompensasiya ödəyə bilmirsə və cavabdeh və uşaqları özlərini başqa yerdə mənzillə təmin edə bilmirlərsə, onda onların həmin mənzildən istifadə hüquqları saxlanılmalıdır. Tərəflər arasında ailə bağlılığının olması həmin mənzildən istifadə hüququnun notarial qaydada təsdiq olunmasını və daşınmaz əmlakın dövlət reyestrində qeyd olunmasını tələb etmir. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hakim qətnamə qəbul edərkən qeyd olunan halları araşdırmamış, nəticədə isə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Həmin qətnamə ləğv edilməlidir.
31. İddiaçı Babayeva (Sucayeva) Gülnar Arif qızının, 18.01 2 011-ci il təvəllüdlü X1 və 04.08. 2015-ci il təvəllüdlü X4 Bakı şəhəri Yasamal rayonu X8 Naxçıvani küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edərkən özünün haqlı olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
32. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Bu hal isə qanunsuz və əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir. Beləliklə, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır.
33. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 27.3-cü, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1, 49.2, 50.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikasının MPM-in 77.1, 88.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin on a mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
39. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
40. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşay ış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
42. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keç miş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: 43. -Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən ist ifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: 44. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tə ləb etmək hüququ olan şəxsləri ehtiva edir. 45. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli qərardadındakı hüquqi mövqe:
46. Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırki iş üzrə kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması barədə dəlili ilə əlaqədar hesab edir ki, həmin dəlilə hüquqi qiymət verilməməlidir.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməkl ə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə ko llegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli 2(103)3085/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.