Məhkəmə qərarları › İş №2(102)-3263/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3263/2020

03.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3263/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindənAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(004)-2730/2019 h akim F.İ.Əyyubov) İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan X1rşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-460/2020 hakimlər V.N.Sadıqov, İ.Ə.Kərimli, A.N.İmanov)İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoru Nazim Qasımov tərəfindən verilmiş işdən azad olunma barəsində 80-K nömrəli xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının cavabdehdən onun xeyrinə tutulması, iddiaçı barəsində töhmətin verilməsinə dair 459 nömrəli xx.xx.2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan vurulmuş mənəvi ziyana görə 5000 manatın tutulmasına dair hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. İşin halları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoru Nazim Qasımov ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cu il tarixli əmək müqaviləsinə əsasən sonuncu Plastik və X3 İ Cərrahiyə şöbəsinə böyük tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdən bir ay müddətinə Yanı q şöbəsinə tibb bacısı vəzifəsinə keçirilməsi barədə əmr verilmişdir. xx xxxxxx 2019-cu il tarixli əmrlə müəssisədaxili intizam qaydalarını pozduğuna görə İddiaçı töhmət verilmişdir. xx xxxxxx 2019-cu il tarixli əmrlə İddiaçı Cərrahiyyə bölməsinə böyük tibb bacısı vəzifəsinə qaytarılmışdır. xx.xx.2019-cu il tarixli əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2019-cu il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan X1rşı iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət edərək işdən azad olunması barədə 80-K nömrəli xx.xx.2019-cu il tarixli əmrin ləğv edilərək onun işə bərpa olunması, məcburi iş buraxm aya görə əmək haqqının ödənilməsi, onun barəsində töhmətin verilməsinə dair 459 nömrəli xx.xx.2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi və vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı xx.xx.2019 tarixdə istehsalat zərurəti ilə əlaqədar digər şöbəyə köçürülmək barədə müdiriyyətin əmri ilə tanış olduqdan sonra əvvəlcə təhvil-təslim prosesinə razılıq versə də sonra kəskin şəkildə fikrini dəyişərək buna etiraz etmiş, heç kəsi, hətta klinikanın səlahiyyətli işçilərini belə iş otağına buraxmamış, faktiki olaraq müdiriyyətin göstərişlərini icra etməkdən əsassız olaraq imtina edərək təhvil-təslimə imkan verməmişdir və onun bu hərəkətləri aktlaşdırılaraq sənədləşdirilmişdir. İddiaçının işlərində və fəaliyyətində qanun pozuntuları, çatışmazlıqlar yox idisə niyə o müdiriyyətin göstərişlərinə tabe olaraq təhvil-təslim etməmişdir, bundan yayınmışdır, məsuliyyətdən yayınmaq, komissiyanın işini pozmaq məqsədi ilə şantaj yolunu tutaraq səhiyyə nazirliyinin qaynar xəttinə zəng etməklə müdiriyyətə qanunsuz olaraq təsir göstərmək yolunu tutmuşdur. İddiaçı birinci cərrahiyyə şöbəsinin böyük tibb bacısı işləmiş, onun barəsində tərtib edilmiş aktda texniki və me xaniki səhv olaraq onun vəzifəsi birinci cərrahiyyə şöbəsinin baş tibb bacısı kimi yazılmışdır. Halbuki şöbələrdə baş tibb bacısı sözlərinin orfoqrafik olaraq düzgün işlədilməməsi xüsusatından sui-istifadə edilmişdir. Bütün rəsmi sənədlərdə iddiaçının konkret olaraq birinci cərrahiyyə şöbəsinin tibb bacısı olması göstərilir ki, digər şöbələrdə olduğu kimi həmin şöbədə də baş tibb bacısı ştatı yoxdur, yalnız böyük tibb bacısı ştatı vardır. Digər tərəfdən, tramadol tərkibli güclü təsir edən maddələrin uçotdan artıq sayda otağında aşkar edilməsinə görə o məsuliyyət daşımaldır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qə tnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, ona töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi ni, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini və 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. İddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilmir. Apellyasiya məhkəməsi iş materiallarında iddiaçının vəzifəsinin həm «böyük tibb bacısı», həm də «baş tibb bacısı» kimi təqdim olunduğuna istinad edərək, ilk növbədə iddiaçının tutduğu vəzifəyə və bu vəzifə üzrə əmək funksiyalarına aydınlıq gətirməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nda ayrı-ayrılıqda “Baş tibb bacısı”, “Tibb bacısı” və “Kiçik tibb işçisi”nin nümun əvi vəzifə təlimatları yer almış, “Böyük tibb bacısı”nın nümunəvi vəzifə təlimatı müəyyən edilməmişdir. İddiaçının əmək müqaviləsində, əmək kitabçasında və digər sənədlərdə onun vəzifəsi “Böyük tibb bacısı” kimi qeyd olunmuş, iş materiallarından da müəyyən olunur ki, cərrahiyyə klinikasında “Baş tibb bacısı” ştatı da mövcud olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş baş həkim Ayaz Məmmədov verdiyi ifadəsində iddiaçını baş tibb bacısı kimi təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsi ilə işçinin əmək funksiyasının əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 156-cı maddəsində əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddəl ərinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 8 nömrəli qərarı ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4” təsdiq edilmişdir. “Kitabça” ilə həm baş tibb bacısı, həm də böyük tibb bacısı vəzifələri nəzərdə tutulmuşdur ki, bu təsnifata uyğun olaraq da iddiaçının məhz böyük tibb bacısı vəzifəsində işləməsi müəyyən olunur. “Kitabça”ya əsasən, baş tibb bacısı əmək funksiyasına uyğun olaraq, orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman ma ddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Böyük tibb bacısı əmək funksiyasına uyğun olaraq, öz ixtisası üzrə rəhbərlik etdiyi sahədə orta və kiçik tibb heyətinin işini təşkil edir və onlar tərəfindən əmək funksiyala rının yerinə yetirilməsinə nəzarət edir. Həkimlərin normal işləməsi üçün orta və kiçik tibb heyətindən tələb olunan şəraitin yaradılmasını və şöbədə (yarımstansiyada) ümumi intizam qaydalarına riayət olunmasını təmin edir. Şöbənin (yarımstansiyanın) müntəzəm olaraq tibbi alətlər, dərman və tibbi materiallarla təchiz olunmasına nəzarət edir. Şöbədə (yarımstansiyada) əmlakın və tibbi inventarın qorunması və avadanlığın vaxtında təmir olunması, xəstələrin qidalanması və yeməklərin şöbələrə daşınması işlərini təşkil edir. Güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılmasını və saxlanılmasını, şöbənin (yarımstansiyanın) heyəti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, aseptika və antiseptika qaydalarına düz gün riayət olunmasını təmin edir. Tələb olunan hesabat qeydiyyat sənədlərini aparır. Həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət edir. Göründüyü kimi, böyük tibb bacısının əmək funksiyalarına güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılması və saxlanılması aid olsa da, tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi və saxlanılması işlərinin təşkili baş tibb bacısının əmək funksiyalarına aid edi lmişdir. Hazırki işdə isə söhbət yalnız güclü təsir edən dərmanlardan gedir. xx.xx.2018-ci il tarixli aktla iddiaçının xidməti otağından aşkar olunması iddia olunan dərmanlar narkotik tərkibli vasitələr yox, onlardan Tramadol tərkibli olanlar güclü təsir edən maddə hesab olunur. Belə dərmanların düzgün uçotunun aparılması və saxlanılması isə böyük tibb bacısının vəzifə borcudur. Cavabdehin apellyasiya icraatı zamanı təqqdim etdiyi müxtəlif tarixli Tələbnaməhesablardan (sonuncu xx.xx.2018-ci il tarixlidir) müəyyən olunur ki, Tramadol tərkibli dərmanlar məhz iddiaçıya təhvil verilmişdir. Beləliklə, güclü təsirli və tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılması və saxlanılması böyük tibb bacısının əmək funksiyalarına aid olması mübahisə doğurmamalıdı r. Bu halı iddiaçının özü də mübahisələndirməmişdir. İşin mübahisəlindirilən halı iddiaçının xidməti otağının açılması və oradan uçotdan kənar Tramadol tərkibli dərmanların aşkar olunmasıdır. Cavabdehin iddiasına görə, iddiaçı xx.xx.2018-ci il tarixdə xidməti otağını bağlayaraq, iş yerini tərk edib, sonrakı günlərdə işə çıxmadığı üçün otaq möhürlənmiş və yalnız xüsusi yaradılmış kommisiya tərəfindən xx.xx.2018-ci il tarixdə açılmışdır. İddiaçı isə iddia edir ki, hələ xx.xx.2018-ci ildə o, işdə olduğu vaxt onunla təhvil-təslim etmək əvəzinə, onun razılığı və məlumatı olmadan xidməti otağı açılaraq, otaqdan dərmanlar və tibbi ləvazimatlar daşınaraq atılmış, o da həmin hadisəni telefonu vasitəsilə qeydə almışdır. O, otağında aktda göstərilən, yəni uçotdan kənar dərmanları saxlamamışdır. Apell yasiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi CD-yə baxış keçirilərək müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixdə təhvil-təslim etməyib, xidməti otağını bağlayaraq iş yerini tərk etməsi barədə cavabdehin dəlilləri öz təsdiqini tapmır. Onun xidməti otağının elə həmin gün birtərəfli qaydada açılaraq, oradan bir çox dərman və tibbi ləvazimatların daşınaraq məhv edilməsi aşkar şəkildə müəyyən olunur. Belə olan halda isə otağın xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bağlı qalması və yalnız xx.xx.2018-ci il tarixdə komissiya tərəfindən açılması və uçotdan kənar güclü təsir edən dərmanlar aşkar olunması barədə cavabdehin sonrakı dəlilləri, o cümlədən bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələri əhəmiyyətsizdir. Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddənin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanun la qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddənin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddənin 2-ci bəndinə əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötü rən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə iddiaçının işdən azad olunmasının faktiki əsasları işin yuxarıda qeyd edilən halları ilə təsdiqini tapmır. İddiaçının əmək funksiyasını yerinə yetirməməsi və bununla bağlı iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulması müəyyən olunmur. Az ərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri müəyyən edilmişdir. Apellyasiya məhkəməsi iddiaçıya töhmət verilməsi barədə xx xxxxxx 2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi barədə tələbə münasibətdə hesab etmişdir ki, həmin əmr etibarsızdır. Tərəflər arasında hazırki əmək mübahisəsinin yaranmasına əsas səbəb iddiaçının razılığı alınmadan onun istehsalat zərurəti əsası ilə xx.xx.2018-ci il tarixli əmrlə 1 aylıq müddətə yanıq şöbəsinə tibb bacısı vəzifəsinə keçirilməsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəq qəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Göründüyü kimi, işçi istehsalat zərurəti və boşdayanma hallarının qarşısının alınması məqsədi ilə bir ay müddətinə müvəqqəti olaraq razılığı olmadan başqa işə keçirilə bilər, lakin qeyd olunan halda işçi səhhətinə mənfi təsir edən və aşağı ixtisaslı işə keçirilə bilməz, bunun üçün onun razılığı olmalıdır. Hazırki işin hallarından isə görünür ki, iddiaçı böyük tibb bacısı vəzifəsindən aşağı ixtisaslı tibb bacısı vəzifəsinə keçirilsə də, bunun üçün onun razılığı alınmamışdır. Belə olan halda isə həmin əmr qanunvericiliyin tələbləri pozu lmaqla verilmişdir. Cavabdeh həmin əmrin tələblərinin iddiaçı tərəfindən yerinə yetirilməməsinə istinad etsə də, görünən odur ki, iddiaçı qanunsuz əmrə etiraz etməklə, özünün qanuni mənafelərini qorumaq niyyətində olmuşdur. Digər tərəfdən isə, əmr qanunsuz olsa belə, iddiaçı onu mübahisələndirməmiş və öhdəsində olan əmlakı təhvil-təslim etməkdən imtina etməmişdir. İddiaçıya töhmət verilməsi barədə xx.xx.2018-ci il tarixli 459 nömrəli əmrin məzmunundan da göründüyü kimi, töhmət iddiaçıya yanıq şöbəsinin əməkdaşı kimi müəssisədaxili intizam qaydalarını pozduğuna görə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, 187-ci maddəsi ilə intizam tənbehinin verilməsi qaydaları müəyyən edilmişdi r. İddiaçı işdə olan xx.xx.2018-ci il tarixli izahatında xx.xx.2018-ci il tarixdə saat 09:30 radələrində İ Cərrahiyyə şöbəsindən İİ Cərrahiyyə şöbəsinə icazəsiz getdiyi, yanğın təhlükəzliyini pozaraq işinə məsuliyyətsiz yanaşdığı göstərilmişdir. Cavabdeh tərəf iddiaçının izahatına əsaslanmış, iddiaçı isə həmin izahatı yazmadığını, əmrdən məlumatı olmadığını bildirmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş İddiaçı adından olan izahatda “izahatı verənin imzası” yazılarının üst tərəfindəki imzanın – İddiaçı tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş İddiaçı adından olan izahatdakı “Ə.Əliyev ad. AzDHTİ-nin Plastik və Rekostruktiv Cərrahiyə klinikasının baş həkimi Məmmədov Ayaz. xx.xx.1968. Azərbaycan Bakı şəhəri. A zərbaycanlı orta İ cərrahiyə şöbəsi, böyük tibb bacısı Bakı şəhər Əmircan qəs E.Həsənov, ev 91, m 10 İddiaçı xx.xx.2018-ci il tarixində saat 09:30 radələrində İ cər, şöbəsindən İİ cər şöbəsinə icazəsiz getdiyim üçün, yanğın təhlükəzliyini pozduğum üçün işimə məsuliyyətsiz yanaşdığım üçün izahat verirəm və bir daha təkrarlanmayacağına söz verirəm” yazılar – İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. İddiaçı bildirir ki, həmin izahat onun tərəfindən yazılmamışdır. İmza ona məxsus ola bilər, çünki digər sənədlərlə birlikdə imzalaması istisna deyildir. Əgər göstərilən hal baş vermiş olsa idi, izahat da onun tərəfindən yazılardı. Əmrin olduğunu hazırki işin icraatı zamanı bilmiş və bununla bağlı iddiasının həcmini artırmışdır. Apellyasiya məhkəməsi iddiaçı nın dəlillərini inandırıcı hesab edərək belə nəticəyə gəlmişdir ki, izahatın mətni iddiaçıya məxsus olsaydı, onu iddiaçının özü yazardı. Eləcə də əmrin iddiaçıya elan olunması və onun surətinin iddiaçıya təqdim olunması müəyyən olunmur, cavabdeh bununla bağlı sübut təqdim etməmişdir. Digər tərəfdən, 459 nömrəli xx.xx.2018-ci il tarixli əmrdə “müəssisədaxili intizam qaydalarını pozması” dedikdə, iddiaçının konkret olaraq hansı qaydaları pozması aydın deyildir və bu pozuntunu işin araşdırılan halları ilə də müəyyən etmək mümkün olmamışdır. Bu halda, apellyasiya instansiya məhkəməsi iddiaçının işdən azad olunması barəsində 80-K nömrəli xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının cavabdehdən onun xeyrinə tutulması, habelə iddiaçı barəsində töhmətin verilməsinə dair 459 nömrəli xx.xx.2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx x 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar