Məhkəmə qərarları › İş №2(102)-3263/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3263/2021

14.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3263/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3) qarşı iddia tələbinə dair Cavabdeh1 qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əsl olmayan cavabdeh, iddia tələbinə cavab verməli olan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Cavabdeh3 və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və evə dair (bundan sonra – mübahisəli ünvan) Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 16.04.1992-ci il tarixli texniki pasport İddiaçı (bundan sonra – iddiaçı) adına tərtib olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 nömrəli iş üzrə 30.09.2002-ci il tarixli qiyabi qətnaməsi ilə X1 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında ol an torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və onun adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, hazırkı iş üzrə iddiaçının müraciətinə əsasən Məhkəmənin 18.11.2015ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, itirilmiş icraat bərpa edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 nömrəli iş üzrə 10.12.2015-ci il tarixli qətnaməsi ilə X1 hazırkı iş üzrə iddiaçıya qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. X2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-8074/2016 nömrəli iş üzrə 06.10.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 13.06.2017-ci il tarixdə mübahisəli ünvana dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına yeni texniki pasport tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli ünvanda özbaşına tikintilərin aparılmasının cavabdehlərə qadağan edilməsi, aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, Cavabdeh1 5.000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələri iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış sahələri babasından atasına, atasından isə iddiaçıya miras qalmışdır. Məlum məhkəmə aktlarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən onun adına 11/458 inventar nömrəli, 24.06.2017-ci il tarixli yeni texniki pasport verilmişdir. Mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi və cavabdehlərin sözügedən ünvanda yerləşən torpaq və yaşayış sahə lərindən çıxarılmaları barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.06.2017-ci il tarixli, 2(011)-3730/2017 nömrəli qətnaməsi ilə qismən təmin edilərək mübahisəli yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin icra mərhələsində olmasından və icra edilməməsindən sui-istifadə edərək cavabdehlər sahibliyində və istifadəsində olan torpaq sahəsində özbaşına tikinti işləri aparırlar. Cavabdeh1 qarşılıqlı iddia ilə müraciət edərək, mübahisəli ünvanda yerləşən 1 saylı evin və ətrafında olan torpaq sahəsinin ½ hissədə onun, ½ hissədə iddiaçının istifadəsində olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15.10.1994-cü il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olaraq, onun yaşadığı mübahisəli evə gəlin köçmüşdür. Bir gə nikahlarından 3 uşaqları var. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.07.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 1992-ci ildə tərtib etdiyi fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu iddiaçının adına olmuşdur. Hesab edir ki, iddiaçı ilə 1994-cü ildən 2015-ci il tarixədək birgə nikahda olduqları müddət ərzində birgə istifadədə olmuş torpağın ½ hissəsi miqdarında ona pay düşməlidir. Məhkəmə baxışı zamanı Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-80/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəli yev) ilk iddianın qismən təmin edilməsi, cavabdehlər tərəfindən mübahisəli ünvanda yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılmasının qadağan edilməsi və aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, cavabdehlərdən ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində tərəflərin istifadə və sahiblik hüquqlarının yaran masına əsas verən müvafiq icra hakimiyyətinin orqanının qərarı olmamışdır. Torpaq və yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport isə hüquqmüəyyənedici sənəd deyil, əmlakın texniki göstəricilərini (yaşayış və torpaq sahəsinin cizgilərini – sərhədlərini) müəyyən edən sənəd olduğundan, tərəflərə həmin torpaq sahəsi üzərində hər hansı hüququn yaranmasına əsas vermir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, özbaşına tikintidə yaşayan və qeydiyyatda olan şəxslərin həmin tikiliyə istifadə hüququ əldə etməsi istisna edilir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlərin mübahisəli ünvanda yerləşən torpaq sahəsində texniki pasportda öz əksini tapmamış, yarımçıq tikililərin inşa olunduğu, torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin texniki pasportunun iddiaçının adına tərtib ol unması, bununla da, onun özbaşına tikilinin sökülməsi tələbi ilə çıxış etmək hüququ olan şəxs olması və özbaşına tikililərin inşa edilməsi ilə onun hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Mənəvi ziyan tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin tələblə bağlı məhkəməyə sübutlar təqdim olunmadığından və tələb kifayət qədər əsaslandırılmadığından, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianı rədd etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiasının əsaslandırılması üçün məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin mübahisəli evin və ətrafındakı torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik olmadığı müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1.2, 5.3, 146.1, 158.1.2, 158.3, 180.1, 180.2, 180.4-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 48, 55-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 (bundan sonra – üçüncü şəxs) apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən 1,8 sot torpaq sahəsi uzun müddətdir ki, üçüncü şəxsin faktiki sahibliyindədir. Həmin torpaq sahəsində tikinti işləri apardığı zaman sonuncu müəyyən etmişdir ki, iddiaçı, məhkəmə prosesində ta nıdığı İddiaçı keçmiş həyat yoldaşına və övladlarına qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin qərardadına əsasən, torpaq sahəsində aparılan tikintinin dayandırılması qərara alınmışdır. Qətnamə qəbul edilərkən üçüncü şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı saxta yollarla texniki pasport almış, üçüncü şəxsə məxsus olan, hətta üzərində tikili olan torpaq sahəsini öz texniki pasportuna daxil etmişdir. İddiaçının ailə üzvləri, yəni cavabdehlər də təsdiq edə bilər ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən yarımtikili üçüncü şəxsə məxsusdur. Dəfələrlə məhkəmə iclaslarında, hətta sonuncu məhkəmə prosesində iştirak etsə də, hakim üçüncü şəxsin çıxışlarına, mülkiyyət hüquqlarının pozulmasına münasibət bildirməmişdir. Hətta onu pro ses iştirakçısı kimi qətnamədə qeyd etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6156/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev) üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06.10.2016-cı il tarixli qətnaməsinə istinadla, MPM-in 82.3-ci maddəsinin tələbləri baxımından həmin qətnaməyə əsasən müəyyən edilmiş halların yenidən sübuta ehtiyacı olmadığını qeyd etmiş və 13.06.2017-ci il tarixli texniki pasporta əsasən mübahisəli torpaq sahəsinin və evin texniki pasp ortunun iddiaçının adına tərtib olunduğunu, iş üzrə keçirilmiş ekspertiza rəyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamədən üçüncü şəxs kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7671/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vermiş üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsindəki tikililər cavabdehlərə deyil, ona məxsusdur. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iclas protokolunda iddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh olan keçmiş həyat yoldaşı sələmə pul alıb, pulu qaytara bilmədiyinə görə pul əvəzi nə torpağı hazırkı iş üzrə üçüncü şəxsə vermiş, həmin torpaq sahəsində ona məxsus tikililər və darvazanın hamısını üçüncü şəxs Cavabdeh3 sökmüşdür. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin əsl olmayan cavabdehlərə qarşı verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, sökülməsi tələb olunan tikililərin apellyasiya şikayəti vermiş Cavabdeh3 aid olubolmamasını araşdırmamış, bununla da ilkin iddia tələbinin təmin edilib-edilməməsi ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə öz mövqeyini MPM-in 54.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3706/2020 nömrəli iş üzrə 1 9 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı verdiyi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia tələbləri rədd edilmiş, İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin mövqeyindən çıxış edərək, müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikinti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs tərəfindən aparılmışdır. Bu halı üçünc ü şəxs birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsi birbaşa Cavabdeh3 hüquqlarına toxunmasına baxmayaraq, eləcə də sonuncu, ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq, iddiaçı onu iddia ərizəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Cavabdeh3 üçüncü şəxs kimi cəlb etməklə kifayətlənmiş, onu əsl cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyyəti üzrə baxmaqla kifayətlənmişdir və bununla da qətnamənin ləğv edilməsi üçün əsas hesab olunan prossessual pozuntuya yol vermişdir. Həmin prosessual pozuntunun apellyasiya icraatı zamanı aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə öz mövqeyini MPM-in 54.1, 54.2, 88, 217-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddia tələblərinin rədd edilməsi hissəsində ləğv olunmasını, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. İddia əsl cavabdehlərə qarşı qaldırılmışdır. Mübahisəli torpaq sahəsinin üçüncü şəxsin ist ifadəsində olması və həmin torpaq sahəsindəki tikililərin cavabdehlərə deyil, sonuncuya məxsus olması sübuta yetirilməmişdir. Həmin hal, məhkəmə gedişatı zamanı üzə çıxmışdır. Üçüncü şəxs adı ilə işə cəlb olunmuş Cavabdeh3 hazırkı iş üzrə cavabdeh deyildir, çünki o iddiaçını məhkəmədə tanımış və bunu apellyasiya icraatı zamanı bildirmişdir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 88, 217, 218.1, Torpaq Məcəlləsinin 48-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən, onun izahatı dinlənilmədi. Üçüncü şəxs və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olu nmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillə ri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxsin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia t ələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə edilmiş göstərişlərin yerinə yetirildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar