Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3263/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə və istifadə hüququnun bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində xüsusi mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44,7 kv.metr olan fərdi yaşayış evi üzərində X3 1/16 hissə, X2 1/16 hissə, Cavabdeh2 1/16 hissə, X1 isə 13/16 hissədən ibarət paylı mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdə yaşayış sahəsindən istifadə hüququnun bərpası və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X6 və X5 ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 44.7 kv.m olan, yardımçı sahəsi 203.3 kv.m olan 1/16 hissə ilə onların mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsində istifadə hüquqlarının bərpa edilməsi və həmin evə köçürü lmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 44.7 kv.m olan, yardımçı sahəsi 203.3 kv.m olan yaşayış evi X3, X2, Cavabdeh2 1/16 hissə ilə, X1 isə 13/16 hissə ilə mülkiyyətindədir. X4 xx.xx.2015-ci ildə vəfat etmişdir və onun qaynanasıdır. Cavabdehlər qaynanasının vəfatından sonra ümumi mülkiyyətdə olan evə tamamilə sahiblənmiş və onun azyaşlı uşaqları Fərid və İmaməli ilə birlikdə həmin evə köçüb yaşamalarına imkan vermirlər. Onlar bir neçə dəfə evə köçməyə cəhd etsələr də, cavabdehlər maneə yaradaraq evə köçmələrini əngəlləmişlər. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2019cu il tarixli 2(062)-2456/2019 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlakın 1/8 hissəsi üzərində İddiaçı yetkinlik yaşına çatmamış və sonuncu ilə birlikdə yaşayan 22 may 2003-cü il tarixdə anadan olmuş Fərid və 07 mart 2005-ci il tarixdə anadan olmuş İmaməli adlı uşaqlarının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda Fərid və İmaməli adlı uşaqların həmin əmlakın 1/8 hissəsi üzərində valideynləri olan İddiaçı vasitəsilə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüquqları mövcud olur. Cavabdehlər İddiaçı uşaqlarının mülkiyyətçisi olduğu fərdi yaşayış evində yaşamalarına mane ə yaradırlar. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 158.1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Afiq Hüseynzadə) 2(104)-266/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qət naməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(062)-2456/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının da iclasında müəyyən edildi ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində xüsusi mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44,7 kv.metr olan fərdi yaşayış evi üzərində X3 1/16 hissə, X2 1/16 hissə, Cavabdeh2 1/16 hissə, X1 isə 13/16 hissə ilə mülkiyyətindədir. Cavabdehlər mülkiyyətçilər olan Fərid və İmaməli Hüseynovların sözügedən evə köçməsinə və orada yaşamasına maneə yaradırlar. X3 və X2 mübahisəli ev üzərində payları 1/16 hissədə müəyyən eidlsə də, istifadə və sahiblik qaydaları müəyyən edilməmişdir. X7 cavabdeh İddiaçı qarşı onunla cavabdehin yetkinlik yaşına çatmamış uşaqlarının birgə mülkiyyətində olan qeyd edilən bir otaqlı fərdi yaşayış evindən sonuncuların 1/16 hissədən paylarının naturada ayrılması tələbinə dair məhkəmədə iddia qaldırsa da, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının uşaqlarının fərdi yaşayış evinin 1/16 və 1/16 hissələri üzərində mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüquqları vardır və həmin uşaqlar yetkinlik yaşına çatmadığından, həmçinin mülkiyyətçi kimi öz ailə üzvlərini (analarını) mülkiyyətində olan evə köçürməyə ixtiyarları olduğundan birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi miras əmlakdan iddiaçılara müəyyən olunmuş miras payı çox az bir hissədir və həmin hissənin naturada bölünməsi mümkün olmamışdır. İddiaçıların miras payı qeyri-müəyyəndir və naturada bölgüsü mümkün deyildirsə, belə olan halda iddiaçılar hara köçürülə bilər? Yaxud onların onunla bir otaqda yaşaması nə dərəcədə qanuna uyğun hesab oluna bilər? Bu mənzildən istifadə qaydalarına zidd deyilmi? Həmin şəxslərin bu mənzilə köçürülməsi onun mülkiyyət hüququnun pozulması deyilmi? Mülkiyyətində olan əmlakdan istifadənin məhdudlaşdırılması deyilmi? Apelyasiya instansiya məhkəməsi tərəfindən sübutlar səthi araşdırılmış, məhkəmə əslində heç bir qanun normasına istinad etməmişdir. O, məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmiş, lakin məhkəmə işə onun iştirakı olmadan baxmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şik ayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahi ş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, y əni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətini iddiaçının uşaqları ilə birgə adıçəkilən yaşayış evinə köçürülməsinin onun mülkiyyət hüququnun pozulması, məhdudlaşdırması, bir otağa köçürülmələrinin qeyri-mümkünlüyü ilə əsaslandırmağa çalışmışdır. Qeyd edilən əsaslandırma isə formal xarakterli olmaqla apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin əsasını təşkil edə bilməz. Belə ki, cavabdeh olan kassator iddiaçının azyaşlı uşaqlarının özü kimi həmin mənzildə mülkiyyət hüququnun olmasını bildiyi halda, sanki onların hüquqlarının pozuntusu ilə öz hüquqlarının daha üstün qüvvəyə malik olduğunu göstərmək istəmişdir. Halbuki, iddiaçının azyaşlı uşaqla rı da kassator kimi sözügedən yaşayış evinin mülkiyyətçiləridir və onların mülkiyyət hüququ həm Azərbaycan Respublikasının Konstitusiyasının, həm də digər qanunvericilik aktlarının tələblərinə uyğu olaraq qorunmalı, mənzillə bağlı kimsəyə üstünlük hüququ tanınmamalıdır ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da qeyd edilən mövqedə olmuş və mübahisə üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə olan halda kasasiya şikayətinin formal dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-266/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.