Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3263/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi; podrat müqaviləsi, müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı, Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3067/2024 nömrəli 31 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sifarişçi İddiaçı və podratçı Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli 105 nömrəli podrat müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Nəsimi rayon icra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən mülkiyyətçilərə (İddiaçı və X1) məxsus 213472 saylı xx.xx.2014-cü il tarixli çıxarışda 44.6 kv.m yaşayış sahəsinə malik mənzilin yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçiyə məxsus olan 3 otaqlı 70 kv.m. (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin əvəzinə mülkiyyətçini yeni binada ümumi sahəsi 127.6 kv.m. ölçüdə eyni - “E” blokunda 10 və11 mərtəbələrdə yerləşən 2 ikiotaqlı (hər biri 63.8 kv.m olmaqla) 228 və 232 saylı mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MTK mülkiyyətçini yeni tikilən binanın “E” blokunda ümumi sahəsi 127.6 kv.m (onlardan 92.5 kv.m ödənişsiz, digər hissəsi isə ödənişli qaydada hər kv.m görə 1650 manat 3 il ərzində proporsional olaraq ödəməklə) olan 228 saylı və 232 saylı mənzillərlə (hər biri 63.8 k.m olmaqla) təmin etməyi, habelə yeni bina qanunvericiliklə müəyyən olunmuş qaydada istismara verilənədək mülkiyyətçiyə hər ay 600 manat məbləğində kirayə haqqının ödənilməsini öhdəsinə götürmüşdür.
4. Həmin müqavilənin 4.3-cü bəndinə əsas ən mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz.
5. Müqavilə şərtlərinə əsasən müqavilənin icra müddəti 3 il təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə öhdəliklərin icrası məqsədilə 232 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı övladı X2 ilə birlikdə 2014-cü ildə Cavabdeh MMC tərəfindən tikilərək satılan 44,6 kv.metr yaşayış sahəsinə malik mənzili alıb, 213472 nömrəli, xx.xx.2014-cü il tarixli ç ıxarış əldə edərək, rəsmi şəkildə mülkiyyətçisinə çevrilmişlər. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 173 nömrəli sərəncamına əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.metr (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, İddiaçı və övladı X2 xx.xx.2018-ci il tarixində bağlanılmış 105 nömrəli müqaviləyə əsasən, yeni bina inşa edərək yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə iddiaçını ümumi sahəsi 127,6 kv.metr olan eyni blokda – E blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 2 ədəd iki otaqlı (hər biri 63,8 kv.metr olan) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavab deh MMC müqavilə üzrə öhdəlikləri icra etməmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tələb üzrə cavabdeh qismində qeyd etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, aidiyyət məsələsinin həll edilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olduğunu müəyyən etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)806/2024 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla yeni binada 232 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur.
11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli, 105 nömrəli podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.metr (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçiyə məxsus 3 otaqlı, 70 kv.metr ölçüdə mənzilin əvəzinə mülkiyyətçini yeni binada ümumi sahəsi 127.6 kv.metr ölçüdə “E” blokunda 232 nömrəli mənzillə təmin etməyi öh dəsinə götürmüşdür. Müqavilə kifayət qədər müfəssəl formada tərtib edilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Həmin müqavilənin 3.1.1-ci bəndindən müəyyən edilir ki, müqavilənin icra müddəti 3 il təşkil edir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur.
12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayə ti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi ki, cavabdeh və iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsi 63.9 kv.metr göstərilmişdir və həmin mənzillərin ümumi sahələrinə əlavələr edildiyindən, yaranmış fərqə görə pul məbləği iddiaçıdan tutularaq mənzilin ona təhvil verilməsini təmin edə bilərdi və ya iddia tələbini rədd edə bilərdi. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o nun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Müqavilənin həmin bəndində, mülkiyyətçiyə veriləcək mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən kəskin fərqlənmədiyi halda artıq ödəniş tələb edilməməsi nəzərdə tutulmuşdur. Lakin tikinti prosesi zamanı cavabdehə məlum olmuşdur ki, həmin mənzilləri ümumi sahəsi 63.9 kv.metr olmaqla inşa edilməsi qeyri-mümkündür, həmin sahəyə 8.6 kv.metr əlavə edilməklə tikinti işləri davam etdirilmişdir. Göründüyü kimi, mü qavilədə nəzərdə tutulan kv.metrlə hazırkı mənzilin kv.metri arasında kəskin fərq yaranmışdır. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, həmin mənzilə edilən əlavə mülkiyyətçinin öz xeyrinədir, yəni mənzilin dəyəri artmış olur, belə olan halda əlavə edilmiş kv.metrə görə pul vəsaitinin iddiaçıdan tutulması ədalət prinsipi baxımından daha düzgün olardı.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3067/2024 nömrəli 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyinə dair qe yd etmişdir ki, cavabdehin yeganə dəlili “yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıq olması” qeyd olunmuşdur. Bununla bağlı izah edilimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələblərinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. İddia tələbinin əsasını təşkil edən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 105 nömrəli müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Göründüyü kimi, Mülki Məcəllənin 422.1-ci maddəsində müqavilədə ayrı qaydanın nəzərdə tutulması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməsi məsələləri də qeyd olunmuşdur. Həmin maddədən isə aydın olur ki, bu hallar mövcud olmadığı təqdirdə müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən söhbət gedə bilər. Lakin hazırkı müqavilədə konkret olaraq müəyyən edilmişdir ki, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması mülkiyyətçidən həmin sahəyə görə əlavə ö dənişin tələb edilməsinə əsas ola bilməz. Odur ki, əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hazırkı müqaviləyə şamil oluna bilməz.
17. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin qeyd etmişdir ki, müqavilənin 4.3-cü bəndində mülkiyyətçiyə veriləcək mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən kəskin fərqlənmədiyi halda artıq ödəniş tələb edilməməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən müqaviləyə baxış keçirilən zaman həmin maddədə kəskin fərqlənmə və s. kimi ifadələrin qeyd olunmadığı müəyyən edilmişdir.
18. Mülki Məcəllənin digər tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də b ağlaya bilərlər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə isə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Hazırkı mübahisə üzrə də müəyyən edilmişdir ki, müqavilə əsasında razılaşdırılmış şərtlər cavabdeh tərəfindən lazımi qaydada və vaxtda icra edilməmiş, nəticədə onun müqavilənin digər tərəfi olan iddiaçı qarşısında öhdəlikləri yaranmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 422.1, 425.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək (Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 422-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 105 saylı 11 iyul 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Əsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən “Mülk iyyətçi”yə məxsus 213472 saylı xx.xx.2014-cü il tarixli çıxarışda, 44.6 kv.m yaşayış sahəsinə malik mənzilin yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada “Mülkiyyətçi”yə məxsus olan 3 otaqlı, 70 kv.m ölçüdə mənzilin əvəzinə “Mülkiyyətçi”ni yeni binada ümumi sahəsi 127.6 kv.m ölçüdə eyni blokda “E” blokunda 10 və 11 mərtəbələrdə yerləşən 2 otaqlı (hər biri 63.8 kv.m olmaqla) 228 və232 saylı mənzillər ilə təmin etməyi öz öhdəsinə götürmüşdür. Lakin yeni tikilən binada həmin mənzillərin ümumi sahəsi 63.9 kv.m deyil, 72.5 kv.m təşkil etmişdir. Həmin mənzilləri müqavilədə nəzərdə tutulan kv.m sahəsinə əsasən tikilməsi binanın planına uyğun gəlməmişdir və mənzillərin ümumi sahəsinə artıq kv.m sahələri əlavə edilməsi zərurəti yaranm ışdır. Göründüyü kimi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbi ilə cavabdeh həmin binada tikilən mənzilin ümumi sahəsinə 8.6 kv.m əlavə etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK mənzilin ümumi sahəsinin 63.9 kv.m-dən artıq olacağını əvvəlcədən hesablaya bilməmişdir, binanın tikintisinin gedişatı zamanı zərurət yarandığından mənzilin ümumi sahəsinə 8.6 kv.m əlavə edilmişdir. Bu maddənin müddəalarına əsasən, cavabdeh mənzilin ümumi sahəsində yaranmış fərqə görə iddiaçıya müraciət etmiş və hər əlavə edilmiş kv.m görə 1650 (min altı yüz əlli) manat pul vəsaiti ödəməsini xahiş etmişdir.
23. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə istinad edərək, iddiaçının iddia tələbinin əsaslı oldu ğu nəticəsinə gəlmişdir. Halbuki müqavilənin həmin bəndində, mülkiyyətçiyə veriləcək mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən kəskin fərqlənmədiyi halda artıq ödəniş tələb edilməməsi nəzərdə tutulmuşdur. Lakin tikinti prosesi zamanı cavabdehə məlum olmuşdur ki, həmin mənzilləri ümumi sahəsi 63.9 kv.m olmaqla inşa edilməsi qeyri-mümkündür, həmin kv.m 8.6 kv.m əlavə edilməklə tikinti işləri davam etdirilmişdir. Göründüyü kimi, müqavilədə nəzərdə tutulan kv.m hazırda mənzilin kv.m arasında kəskin fərq yaranmışdır. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, həmin mənzilə edilən əlavə mülkiyyətçinin öz xeyrinədir, yəni mənzilin dəyəri artmış olur, belə olan halda, əlavə edilmiş kv.m görə pul vəsaitinin iddiaçıdan tutulması ədalət prinsipi baxımından daha düzgün olar.
24. Müqavilə stan dart formada olduğundan müqavilənin həmin bəndinə istinad etmək tərəflərin qarşılıqlı münasibətinin aydınlaşdırılması anlamına gəlmir. Məhkəmənin bu fikri ilə razılaşdığı halda, mənzilin ümumi sahəsinə 86 kv.m deyil 100-150 kv.m artırılsa idi belə iddiaçı həmin mənzili əldə etmiş olardı. Göründüyü kimi, məhkəmə tərəflər arasında qarşılıqlı münasibəti aydınlaşdırmamış yalnız standart müqavilə şərtlərinə əsaslanaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili Vəkil1 etirazı daxil olmuşdur.
26. Etiraz iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, müqavilədə konkret olaraq müəyyən edilmişdir ki, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması mülkiyyətç idən həmin sahəyə görə əlavə ödəniş tələb olunmasına əsas ola bilməz. Bu səbəbdən də əsas götürülmüş şəraitin əhəmiyyətlə dərəcədə dəyişməsi hazırkı müqaviləyə şamil oluna bilməz. Beləliklə, cavabdeh həm 1-ci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində heç bir yetərli sübut təqdim edə bilməmiş və hazırda verilmiş kassasiya şikayətini formal əsaslarla əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan m üqavilələr də bağlaya bilərlər.
29. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazı mi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müə yyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3067/2024 nömrəli mülki iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.