Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3264/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ı vvə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” və “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-462/2021 nömrəli i ş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 22.05.1992-ci il tarixli, 52/283 saylı orderə əsasən Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzili order əsasında İddiaçı verilmişdir. Həmin orderin surətindən o da görünür ki, həmin orderdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da adı qeyd edilmişdir. 27.09.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İd diaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun və 10.09.2012-ci il təvəllüdlü oğlu X1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülmələri və onlara yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayı t şəhər məhkəməsinin 10.06.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzil 22.05.1992-ci il tarixli, 52/283 saylı order əsasında onun adına verilmişdir. Cavabdehlər onun qızlarıdır. Cavabdeh1 2012-ci il tarixindən ailə quraraq köçmüş və yaşayış sahəsini daimi olaraq tərk etmişdir. Digər Cavabdeh2 da 2012-ci ildən qeyd olunan ünvanda yaşamır. Qızları əcnəbi vətəndaşla ailə quraraq ölkəni tərk etmiş və hazırda da xarici ölkədə yaşayırlar. Cavabdehlər uzun müddətdir ki, ailə qurub başqa evə gəlin köçüblər. Qanuna uyğun olaraq onların yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunan mənzili "Mənzil Fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən özəlləşdirmək istəsə də, qeydiyyatda olan, lakin burada yaşamayan qızlarının razılığı olmadan bu proseduru həyata keçirə bilmir. Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 31.01.1991-ci ildə Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzilində anadan olmuşdur. O, anadan olan gündən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Həmin mənzil dövlət mənzil fonduna məxsus orderli evdir. O, və azyaşlı övladı hal-hazırda həmin mənzildə rəsmi olaraq qeydiyyatdadırlar. Lakin xeyli müddətdir ki, atası onu həmin mənzilə buraxmır. Bu səbəbdən də, o, azyaşlı övladı ilə birlikdə küçələrdə qalmaq məcburiyyətindədir. Hesab edir ki, onun və azyaşlı övladının mübahisəli mənzildə yaşamaq hüququ vardır və bu hüquqları məhdudlaşd ırıla bilməz. Lakin cavabdeh olan atası buna mane olur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O dəfələrlə mübahisəli mənzilə köçüb yaşamaq istəsədə, atası buna imkan verməmişdir. Buna səbəb isə onun başqa millətdən olan oğlanla ailə qurmasıdır. Hesab edir ki, onun daimi yaşayış yeri olmadığına görə o, mübahisəli mənzilə köçürülməlidir. Bundan başqa atası, onun Almaniyada ailəsi ilə birlikdə yaşayan bacısını da qeydiyyatdan çıxarmaq istəyir. O, bu barədə bacısı Cavabdeh1 məlumat vermiş, bacısı Almaniyada vətəndaşlıqla bağlı məsələlərdə onun qeydiyyatının olmaması ona problem yarada biləcəyindən ehtiyyat edərək atasına müraciət edib onu qeydiyyatdan çıxarmamasını xahiş etsədə atası razı olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətna məsi ilə (hakim A.İsmayılov, ş № 2(060)-2355/2020) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2, 10.09.2012-ci il təvəllüdlü oğlu X3 ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülməsi və onlara yaradılan maneələr İddiaçı qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Sumqayıt şəhəri, 6 m kr., 27 saylı evin, 80 nömrəli mənzilində qeydiyyatda olmasına baxmayaraq,o, 2012-ci ildə ailə quraraq mübahisəli mənzildən köçmüş, sonra isə ailəsi ilə birlikdə Almanyaya gedərək, hazırda da orada yaşayır. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyindən və bu müddət ərzində mübahisəli mənzilə qayıtmaq və yaşamaq yönündə iradəsi olmadığından, onun mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia tələbinə münasibətdə qeyd etmişdir ki, onun mübahisəli mənzilə istifadə hüququ i tirilə bilməz. X2 ilə Cavabdeh2 arasında bağlanmış nikah 16.02.2018-ci il tarixdə pozulmuş və akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə onların birgə nikahlarından olan 10.09.2012-ci il təvəllüdlü X3 anası- Cavabdeh2 himayəsinə verilmişdir. Cavabdeh2 boşandıqdan sonra qeydiyyatda olduğu mənzilə köçmək istəsədə, başqa millətdən olan şəxslə ailə həyatı qurduğuna görə atası ona icazə verməmiş və onun halhazırda daimi yaşayış yeri yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-462/2021) İddiaçı apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 08 sentyabr 2020-ci il t arixli 2(060)-2355/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 2012-ci ildə rus vətəndaşı ilə ailə qurdundan sonra, mübahisəli evi tərk etmiş və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində yataqxana alaraq, orada 2015-ci ilədək yaşamışlar. Sonradan, yəni 2015-ci il tarixdə boşanan zaman həmin yataqxananı ke çmiş əri sataraq, ona uşağı ilə birlikdə 3000 manat kompensasiya ödəmişdir. Bundan sonra Cavabdeh2 türk vətəndaşı İlkər Akay ilə ailə həyatı qurub, Türkiyəyə yaşamaga köçmüş və bir neçə il orada yaşadıqdan sonra, yenidən boşanıb Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdeh bu müddət ərzində mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmuşdur və həmin mənzilə köçürülməsinə cəhd göstərməmişdir, hazırda qeydiyyatda olan mənzildə ona məxsus olan heç bir əşya yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkil Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apely asiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)462/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün saymışdır. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavab deh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində onun tələbi qətnamənin tam ləğv olunmasına yönəlməsinə baxmayaraq, dəlilləri yalnız özünün iddiası və İddiaçı ona qarşı iddia tələbi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız dəlillərin yönələn hissədə qanuniliyi yoxlanır. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən icar ədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müd dətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına istinad etm işdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qər arında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-462/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3264/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3264/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver