Məhkəmə qərarları › İş №2(102)-3264/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3264/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3264/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələblərinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-304/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 aprel tarixli 05 nömrəli qərarı ilə Cavabdeh və 3 nəfərdən ibarət olan ailə üzvlərinin mülkiyyətinə 1,98 hektar torpaq sahəsi verilmiş, həmin torpağa mülkiyyət hüququ JN-145 Kod 60806018 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ilin ödəniş ilinə Azərbaycan Respublikasının manatının məzənnəsi ilə hesablanmaqla 3846 ABŞ dolları və ya indiki məzənnə ilə 6538 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin və onun ailəsininMərazisində y erləşən 1,98 ha pay torpaq sahəsi olmuşdur. Cavabdehin pay torpaq sahəsini satmaq istədiyini bilmiş, həmin torpaq sahəsini alıb istifadə etmək istəmişdir. 2014-cü ilin yay aylarında cavabdehlə görüşüb torpağın ona satılması barədə aralarında şifahi razılığa gəlmiş, cavabdehə 3846 ABŞ dolları məbləğində pul vermişdir. Ödənişi həmin vaxt dolların manata olan məzənnəsi ilə 2700 manat cavabdehin özünə, 300 manatı isə cavabdehin xahişi ilə Nya vermişdir. Bundan sonra cavabdeh adına olan dövlət aktını ona vermişdir. Aralarında olan razılaşma cavabdeh tərəfindən pozulmuş, torpaq sahəsi onun adına keçirilməmişdir. Torpaq sahəsi 2020-ci il tarixə kimi onun istifadəsində olmuşdur.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdeh Bakı şəhərində yaşayır. Ca vabdeh sözügedən torpaq sahəsinin 2011-ci ildə şifahi razılaşmaya əsasən 2700 manata 10 il müddətinə iddiaçıya icarəyə vermişdir. Torpaq sahəsindən nəzərdə tutulmuş müddətdə iddiaçı istifadə etmişdir. Həmin müddət başa çatmışdır və torpaq sahəsi hazırda cavabdehin istifadəsindədir. İddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş edir.

5. Ağcabədi Rayon məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(017)-1190/2021 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia tələbi, iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımı sübutlarla təmin olunmamışdır. İddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır.

7. Məhkəmə araşd ırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin və onun ailəsininMərazisində yerləşən 1,98 ha pay torpaq sahəsi vardır. 2011-ci ildə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2700 manat pul müqabilində cavabdeh özünə və ailəsinə məxsus 1,98 ha pay torpaq sahəsini müvəqqəti istifadə üçün iddiaçıya vermişdir. Torpaq sahəsindən 2020-ci ilə kimi iddiaçı istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini satın aldığını göstərsə də həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iddiaçı torpağın onun adına alğı-satqı edilmədiyi üçün cavabdehə verdiyi pulun qaytarılmadığını mübahisələndirir. İddiaçı 10 il keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qər ar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 375.2, 381.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 76.1, 89.1, 89.3, 218.3, 373.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmişdir. İd diaçı cavabdehə məxsus 1,98 ha torpaq sahəsini satdığı üçün ona 3848 ABŞ doları pul vermişdir. Lakin cavabdehin nümayəndəsi həmin pulu 2011-ci ildə 1,98 ha torpaq sahəsini şifahi alğı-satqı müqaviləsinə əsasən deyil, onun icarəsinə verdiyini və icarə müddəti bitdiyi üçün geri aldığını, ona görə də iddiaçının ondan pul tələbinə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olduğunu göstərmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 13 yanvar 2022-ci il tarixli, 2(106)-304/2022 nömrəli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), S.Mayılov və İ.Əsədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçının cavabdehə qarşı iddiası rədd edilmişdir.

12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı 1,98 ha torpaq sahəsinin 2014-cü ildən onun istifadəsində olduğunu, lakin həmin torpaq sahəsinin alğı-satqısı barədə razılaşmaya əsasən cavabdeh tərəfindən onun sahibliyinə verildiyini göstərmişdir. Cavabdeh isə mülkiyyətində olan 1,98 ha torpaq sahəsini iddiaçının icarəsinə verdiyini və ondan icarə haqqı olaraq pul aldığını göstərmişdir. İşin mübahisəsiz halı isə cavabdehə məxsus torpaq sahəsindən iddiaçının istifadə etməsi və buna görə iddiaçının cavabdehə pul ödəməsidir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinə, Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1 və 1095-ci maddələrinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının cavabd ehdən pul tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin tətbiqinə dair 372-381-ci maddələrinə istinad etməklə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehdən alğı-satqı qaydasında əldə etdiyini iddia etdiyi 1,98 ha torpaq sahəsinə görə cavabdehdən qaytarılmasını tələb etdiyi pul tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələbinə uyğun hüquqi qiymət verilməlidir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, Mülki Məcəllənin 385.1, 386.1, 646.1, 146.1, 146.2, 1091.1, 1091.2, 1093.1, 1095, Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayət Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia müddətini tətbiq edərkən 1095-cu maddəyə istinad etməsi ədalətsiz və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehin ayrı-ayrı şəxslərlə icarə müqaviləsi bağlamasına dair sübutlar, həmin icarə müqavilələrinin surəti məhkəməyə təqdim edilsə də, həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin sübutlar təsdiq edir ki, cavabdeh həmin torpağı iddiaçıya icarəyə verə bilməzdi. Həmin ərəfədə torpaq sahəsi başqa şəxslərin icarəsinə verilmişdir. C avabdeh icarə müqavilələrin bitməsindən sonra torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəyinə dair söz vermişdi. Bu hal həm iddia müddətinin axımını dayandırır, həm də cavabdehin yalanlarını üzə çıxardaraq iddiaçının tələbinin haqlı olmasına dəlalət edir.

17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1, 384.0.4, 1095-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qan uni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

25. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 30. 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Verilmiş iddia tələbinə Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən olunmuş iddia müddətinin tətbiq edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Çünki iddiaçının əsaslandığı alğı-satqı müqaviləsi tərəflər arasında bağlanmamışdır və alğı-satqı öhdəliyinin yaranması barədə hər hansı sübut məhkəmələrə təqdim olunmamışdır.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Cavabdeh tərəfindən torpaq sahəsinə dair ayrı-ayrı şəxslərlə bağlanmış icarə müqavilələrinin nəzərə alınmaması, cavabdehin icarə müqavilələri bitəndən sonra torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəyinə söz verməsi barədə kassatorun dəlilləri, işin faktik hallarının araşdırılmasına aiddir. Lakin bu hallar kassasiya instansiyası məhkəməsində araşdırma predmeti ola bilməz. Ç ünki işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillər kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-304/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar