Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3264/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMMC-nin Cavabdeh qarşı ilk, Cavabdeh "xxxx" MMMC-yə qarşı qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X29, X30, X31, X41 və Kərimova Aynur Telman qızının İddiaçı MMMC-yə qarşı müstəqil, İddiaçı MMMC-nin Cavabdeh və "xxxx" MTK-ya qarşı iddia tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə QƏRARİ Açar sözlər: mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ümumi yığıncağının qərarlarının mübahisələndirilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin öhdəlikləri, əqdin etibarsızlığı, sahibliyin qanunsuz sahibdən qaytarılmas ı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X15 ibarət tərkibdə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “əmlak və pul tələbi barədə” ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və qarajların təhvil verilməsi barədə” qarşılıqlı iddiası, üçüncü şəxslər X47, X39, X40, X48, X29, X30, X31, X41 və Kərimova Aynur Telman qızının cavabdeh İddiaçı MMMC-yə qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 may 2025-ci il tarixli 2(103)-127/2025 nömrəli qətnaməsindən İddiaçı MMMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X30, X31, X41 və Kərimova Aynur Telman qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 20 fevral 2015-ci il tarixli müqavilə əsasında MİK tərəfindən Svetlana Əhəd qızına Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 10-11-12 saylı qarajlar, 03 mart 2015-ci il tarixli müqavilə əsasında isə həmin yaşayış binasının İİİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 18-19 saylı qarajlar verilmişdir.
2. Həmçinin "xxxx" MTK 06 may 2015-ci il tarixli müqavilə əsasında payçı X 19 23/19 ünvanda yerləşən yaşayış binasının İ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 5-6 saylı qarajı, 22 yanvar 2016-cı il tarixli müqavilə əsasında X23 15 saylı qarajı, 25 fevral 2017-ci il tarixli müqavilə əsasında X20 13-14 saylı qarajları, 25 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Kərimova Aynur Telman qızına 16 saylı qarajı, 15 sentyabr 2017-ci il tarixli müqavilə əsasında X21 yaşayış binasının İİİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 24-25 saylı qarajları, 25 sentyabr 2018-ci il tarixli müqavilə əasında X32 26-27 saylı qarajları, 29 sentyabr 2019-cu il tarixli müqavilə əsasında X24 yaşayış binasının İİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 32-33 saylı qarajları vermişdir.
3. Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 mərtəbəli yaşayış binasının mülkiyyətçiləri tərəfindən İddiaçı yaradılmış, idarə heyətinin sədri Cavabdeh seçilmiş və Cəmiyyət Ədliyyə Nazirliyinin X5 Reyestrində xx.xx.2019-ci ildə qeydiyyata alınmışdır.
4. İddiaçı ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə Cəmiyətin idarə heyətinin sədri X4 və bununla bağlı dəyişiklik X5 Reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ BİRİNCİ MÜLKİ İŞ ÜZRƏ İCRAAT (İddiaçı MMMC-nin Cavabdeh qarşı “əmlak və pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və qarajların təhvil verilməsi barədə” qarşılıqlı iddiasına, üçüncü şəxslər X47, X39, X40, X48, X29, X30, X31, X41 və Kərimova Aynur Telman qızının cavabdeh İddiaçı MMMC-yə qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi barədə” müstəqil iddiasına dair mülki iş üzrə) a) Birinci instansiya məhkəməsində birinci mülki iş üzrə icraat
5. İddiaçı (bundan sonra - MMMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı 16 mərtəbəli yaşayış binasının (bundan sonra - 16 mərtəbəli yaşayış binasının) həyətində yerləşən yardımçı tikiliyə, - binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması, adı çəkilən yardımçı tikilinin və avtombil dayanacağının MMMC-nin ümumi əmlakı sayılaraq MMMC-yə təhvil verilməsi, - MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd kamera, 1 ədəd videoqeydiyyat aparatı, kamera görüntülərin i özündə əks etdirən 1 ədəd monitor, MMMC-nin nizamnaməsi, VÖEN şəhadətnaməsi, kommunal haqların yığımı barədə qeydlər olan jurnallar, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alğı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh tərəfindən MMMC-yə təhvil verilməsi; binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat, MMMC-nin bank hesabında olan pul vəsaiti, kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürülmüş 100 manat, Nadir Kərimovdan qabaqcadan götürülmüş 75 manat pulun Cavabdeh tərəfindən MMMC-yə geri qaytarılması barədə qətnamı çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı MMMC iddia ərizəsini on unla əsaslandırmışdır ki, 16 mərtəbəli yaşayış binasının sahə mülkiyyətçilərinin narazılığı və MMMC-nin idarə heyətinin sədri Cavabdeh etimadın tam itirilməsi səbəbindən mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq bir qrup sahə mülkiyyətçilərinin təşəbbüsü ilə MMMC-nin ümümi yığıncağı çağırılmış, xx.xx.2022-ci il tarixli iclasda açıq səsvermə əsasında sahə mülkiyyətçilərinin ümümi səs çoxluğu ilə MMMC-nin yeni idarə heyəti və sədrinin seçilməsi qərara alınmış, həmin dəyişiklik dövlət reyestrində qeydə alınmışdır. Lakin bundan sonra Cavabdeh mənzil qanunvericiliyinə əsasən MMMC-nin ümümi əmlakı sayılan və binanın həyətində yerləşən yardımçı tikilini yeni idarə heyətinə təhvil verməmiş, qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Cavabdeh mütəmadi olaraq bina sakinlərinə fərdi qay dada yaxınlaşmaqla, yeni yaradılmış idarə heyətinin guya qanunsuz yaradıldığını və binanın saxlanma xərclərinə görə olan kommunal haqları yeni idarə heyətinə deyil, ona ödəmələrini bildirib sakinlərdə yanlış fikir formalaşadıraraq hazırkı idarə heyətinin qanuni fəaliyyətinə süni manelər yaratmağa başlamışdır. Cavabdeh həmçinin ayrı-ayrı sakinlərə yaxınlaşaraq, onlara MMMC-nin yeni idarə heyətinin yaradılması zamanı keçirilən iclasda lehinə verdikləri səslərin guya aldadılaraq verdiklərini boynuna almaları və yazılı qaydada səslərinin geri götürmələri barədə onlara təsir etməyə başlamışdır. Cavabdeh adı çəkilən yardımçı tikilidə yerləşən və MMMC-nin ümumi əmlakı sayılan avadanlıqları, yəni həmin yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd müşahidə kamerasanı, 1 ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitor, şəxsi əşyalar isitisna olmaqla ümumi əmlak sayılan bütün avadanlıqlar, həmçinin MMMC-nin bank hesabında olan pul vəsaiti, MMMC-nin Nizamnaməsi, MMMC-nin VÖEN şəhadətanməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin sürətlərini yeni idarə heyətinə təhvil verməmişdir. Bundan baqa, Cavabdeh MMMC-nin ümumi əmlakı sayılan binanın zirzəmisində yerləşən avtomobil dayanacağından isitifadə edən bir qrup sakinə dayanacağın guya ona və bacısı "xxxx" MTK-nın hazırkı sədri Svetlana Kazımovaya məxsus olduğunu bildirmiş və bu səbəbdən ordan isitifadəyə görə ona pu l ödənilməsini tələb etmişdir. Binanın texniki avadanlıqlarını elektrik enerjisi ilə təmin edilməsinə görə avqust ayına (Cavabdeh İdarə heyətinin sədri olduğu dövrdə) yaranmış 544 manat elektrik enerjisi sərfiyyat borcu, həmçinin məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə avqust ayına hesablanmış 350 manat pul bina sakinlərinin könüllü vəsaiti hesabına yığılaraq yeni yaradılmış idarə heyətinə verilmiş və hazırkı İdarə heyəti tərəfindən qeyd edilən xərclər ödənilmişdir. MMMC-nin ümümi əmlakı sayılan yardımçı tikili və onun içərisindəki inventarı, həmçinin MMMC-nin hüquqi sənədləri və eyni zamanda yuxarıda qeyd olunmuş pul vəsaitlərinin təhvil verilməsi barədə Cavabdeh dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, o, bu tələblərə məhəl qoymamış, təhvil-təslim aktlarını imzalamaqdan imtina etmişdir. Cavabdeh idarə heyətinin sədri olduğu dövrdə, binanın sakini Zülfiyyə Abdullayevadan 2022-ci il üzrə kommunal xidmətə görə 300 manat ödənişi qabaqcadan almış, lakin 100 manat pul vəsaitini yeni idarə heyətinə geri təhvil verməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə binanın sakini olan Nadir Kərimovdan 100 manat kommunal xidmət haqqını qəbul etsə də 75 manat pul vəsatini MMMC-nin yeni idarə heyətinə təhvil verməmişdir.
7. Cavabdeh MMMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, - MMMC-nin xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək, onun yaratdığı bütün hüquqi nəticələrin tamamilə ləğv edilməsi, - MMMC tərəfindən qanunsuz zəbt edilmiş, mülkiyyətində olan Xətai rayonu, S.Ə.Şirvani küçəsi 23/19 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının cavabdehdən alınıb ona təhvil verilməsi, 602 manat vəkil xidmət haqqı və 100 manat dövlət rüsumu olmaqla, cəmi 702 manat məhkəmə xərclərinin cavabdeh MMMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və saxta sənədlərin tərtib edilməsində iştirakçı olan şəxslər barəsində xüsusi qərardad qəbul edilərək, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə "xxxx" MTK-ya Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319 saylı məhəllədə yüksək mərtəbəli yaşayış s ahəsinin tikintisi həvalə edilmişdir. Həmin yaşayış sahəsinin sədri mərhum həyat yoldaşı X42 olmuşdur. Yaşayış binası 95% onun şəxsi vəsaiti hesabına tikilib vətəndaşlara təhvil verilmişdir. Əri 2011-ci il tarixdə vəfat etdiyindən MTK-nın dövlət qurumlarına tam təhvil verilməsi prosesi yarımçıq qalmışdır. Binanın yerləşdiyi ərazidə MTK-nın sərəncamında və istifadəsində yalnız öz şəxsi vəsaiti hesabına inşa edilmiş özbaşına tikili olan ofis sahəsi vardır. Qalan bütün yaşayış və qeyriyaşayış sahələri müqavilə əsasında özgəninkiləşdirilərək vətəndaşların sərəncamına verilmişdir. Həyat yoldaşı Rövşən Rüstəmov rəhmətə gedəndən sonra 4 il binanın idarəçiliyi Oqtay Pənahəliyev, Emin Həsənov, Seymur Nəzərəliyev adlı və s. şəxslər tərəfindən idarə edilib. xx.xx.2019-cu il tarixdə binada yaşayan sak inlərlə birlikdə İddiaçı MMMC-ni yaratmışdır. xx.xx.2022-ci il tarixdə övladının müalicəsi ilə bağlı qısa müddət ərzində Türkiyə Respublikasına getmiş, xx.xx.2022-ci il tarixdə qayıtmışdır. Onun olmadığı müddətdən sui-istifadə edən, onunla əvvəldən ədavətləri olan sakinlər lifti dayandırmış, camaatı isti yay günündə hündür mərtəbəli binada liftsiz qoyaraq ona qarşı camaatda qıcıq yaratmışlar. Həmin işləri də məhz onunla əvvəldən ədavətləri olan Emin, Mehparə Sadıqova, İnarə, Fərid və Oqtay Pənahəliyev etmişlər. Sakinlərin əksəriyyətinə “kupça” alınacaq adı ilə tərtib etdiyi sənədlərə imza çəkdirmişlər. O, binanın idarəçiliyini üzərinə götürdükdən sonra bir hissəsi öz vəsaiti və bir hissəsi MTK tərəfindən satılmış bir neçə avtomobil qarajından əldə edilən vəsait hesabına 1-ci blokun liftini n şaxtasını tam təmir etdirib (təxminən 7000 manat). Avtomobil qarajlarının təmizlənməsi və təmiri, tamamilə asfalt örtüklə örtülməsi, elektrik şitlərinin tam yenilənməsi, mərtəbələrə elektrik rubilniklərinin tam yenisinin əvəzlənməsi (təxminən 50000 manata) onun tərəfindən təmin edilmişdir. Su quyularının və onların nasos sisteminin yenilənməsi də qeyd etdiyi həmin vəsait hesabına MTK rəhbərliyi və şəxsən onun tərəfindən həyata keçirilmişdir. Fövqalədə Hallar Nazirliyinə binanın təhvil verilməsi üçün verdiyi rəyə şəxsi vəsaiti hesabına 25000 dövlət rüsumu ödəyib. Çünki həmin rüsum olmadan qazın çəkilişinə belə icazə verilmirdi. Bundan sonra qazın çəkilişini də qısa müddətdə həyata keçirib. Qaz çəkilişi ilə bağlı da cəmi sakinlərdən yığılan vəsait 41000 manat olsa da, tərəfindən də əlavə o laraq 70000 manat öz vəsaiti ilə ödəmişdir. Qaz çəkilişi ilə bağlı qazı çəkən şəxslərə (usta, fəhlə və s) 15000-dən çox vəsaiti də yenə öz hesabına etmişdir. Bəzi sakinlər var idi ki, qaz çəkilişi ilə bağlı ondan xahiş etmişlər ki, sən pulu ver, verəcəyik, lakin qaz çəkiləndən sonra həmin pulları da verməmişlər. 2019-cu ildə MMMC-ni təsis etdikdən sonra bu xidmətlər tərəfindən davam etdirilmişdir. MMMC ona qarşı iddia ərizəsi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən ofis otağının MMMC-nin ümumi əmlakı olması ilə bağlı hər hansı sübut təqdim edə bilməyib. Həmin özbaşına tikili həyat yoldaşı tərəfindən tikilmişdir, hazırda MTK-nın balansındadır. MMMC-yə məxsus hər hansı bir daşınar və daşınmaz əmlak yoxd ur. MMMC-nin idarə olunması üçün istifadə etdiyi ofis MTK-nın xüsusi mülkiyyətində olan əmlakdır və ora quraşdırılmış kamera sistemləri də MMMC yaranmamışdan əvvəl şəxsi vəsaiti hesabına 2014-cü il tarixdə quraşdırılmışdır. Həmin binanın altında yerləşən bütün avtomobil dayanacaqları MTK tərəfindən vətəndaşlara satılmışdır və vətəndaşların xüsusi mülkiyyətindədir. Sadəcə həmin şəxslərdən onun sözünü deyən və onun xidmətlərini unutmayan, saxta iclaslarda iştirak etməyən şəxslərin mülkiyyətini zorla zəbt ediblər. Həmin şəxslər müstəqil qaydada hazırkı iş üzrə iddia irəli sürməyi düşünürlər. İlk iddiaçı qeyd edir ki, guya tərəfindən xx.xx.2022-ci il tarixdə bina sakini Zülfiyyə Abdullayevadan 300 manat, xx.xx.2022-ci il tarixdə Nadir Kərimovdan 100 manat pul alınmış lakin ona xidmət göstərilm ədiyindən bu pullar ondan tələb edir. Zülfiyyə Abdullayevanın və Nadir Kərimovun belə bir tələbi varsa, özləri ona qarşı iddia qaldıra bilərlər. Yuxarıda qeyd etdiyi kimi, sentyabr ayının 2-dən Türkiyə Respublikasında olan müddətdə ofis binasına hücum edərək qanunsuz yollla zəbt ediblər. MMMC tərəfindən 2022-ci ilin avqust ayında kommunal pullardan cəmi 1400 manat pul yığılıb, 6000 manatdan çox isə pul xərclənib. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, guya MTK ilə ixtisaslaşmış lift təmiri müəssisəsi ilə müqavilə olmamışdır. Ona görə FHN tikilinin istismarını dayandırmışdır. Halbuki, "xxxx" MMC ilə MMMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış bir illik texniki xidmət müqaviləsinə əsasən liftlərə texniki xidmət göstərilir. İddiaçıların süni şəkildə yaratdığı problem nəticəsində özləri qəsdlə lifti sentyabr ayında dayandırıblar. MMMC təsis edilərkən iştirakçıların sayı 150 nəfərdən ibarət olmuşdur. Nəticələrinin etibarsız hesab edilməsinə dair tələb etdiyi xx.xx.2022-ci il tarixli iclas keçirilən zaman guya 80 nəfər sakin iştirak edibdir. Hətta bir nəfər sakin (X34) ölkədən kənarda (Qazaxıstanda) olub və iclasda iştirak edibdir kimi qeyd edərək onun yerinə imza çəkmişlər. Həmin iclasda MMMC-nin iştirakçısı olmayan 18 nəfəri iştirakçı kimi qeyd etmişlər. Halbuki, bu tamamilə qanunsuzdur. Bundan başqa, digər cəmiyyət üzvlərinin bir qismi çıxarış adı ilə aldadılaraq, imza çəkməyə məcbur edilmişdir. Həmçinin iclas zamanı video lentə alınmış materialdan görünür ki, Süleymanova Balaxanım MMMC-yə sədr seçilmiş, lakin iclas protokolu saxtalaşdırılaraq sədr kimi X33 qeyd edilərək, Ədliyyə Nazirliyinə saxta sənəd təqdim edilmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X29, X30, X31, X41 və Kərimova Aynur Telman qızı İddiaçı MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən: payçı X32 məxsus 26-27 nömrəli X25 məxsus 18-19 nömrəli, X35 məxsus 10,11,12 nömrəli, X20 məxsus 13-14 nömrəli, X19 məxsus 5-6 nömrəli, X21 məxsus 24-25 nömrəli, Kərimova Aynur Telman qızına məxsus 16 nömrəli, X24 məxsus 32-33 nömrəli, X23 məxsus 15 nömrəli avtomobil dayanacaqlarından (qarajlardan) cavabdeh MMMC-nin çıxarılması və həmin qarajların onlara təhvil verilməsini xahiş etmişdir.
10. Üçüncü şəxslər tələblərini onunla əsaslandırmışdır ki, onlar müqavilə əsasında "xxxx" MTK- dan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında inşa edilmiş binaların altında yerləşən avtomobil dayanacaqlarını almışlar. 2022-ci ilin sentyabr ayından MMMC onlara məxsus avtodayanacaqları qanunsuz olaraq zəbt edərək, başqa şəxslərə icarəyə verərək onlara məxsus pulu mənimsəmişdir. Dəfələrlə MTK-ya bununla bağlı tədbir görülməsini xahiş etsələr də, MTK həmin avtodayanacaqların onlara verildiyini, lakin MTK deyil, MMMC tərəfindən zəbt edildiyini, hətta həmin avtodayanacaqların MMMC tərəfindən öz mülkiyyətinə çevirmək istəməsi ilə bağlı məhkəmədə iddia qaldırdığı bildirilmişdir. Bu səbəbdən hazırkı tələblə 3-cü şəxs qismində məhkəməyə qoşulmuşlar. Zəbt edilmiş avtodayanacaqlar onlara qaytarılmalı, zəbt etdikləri müddətdə avtodayanacaqlardan mənimsədikləri vəsait onlara qaytarı lmalıdır.
11. Məhkəmə iclasında MMMC-nin nümayəndəsi Vəkil1 bildirmişdir ki, hazırda FHN rəyi əsasında, eləcə də mövcud qanunvericiliyin tələbləri baxımından qaraj və avtodayanacağın təyinatı fərqləndirilməlidir. Çünki bunların faktiki təyinatı fərqlidir. İclasla bağlı hər hansı qanunsuzluq olmamış, Cavabdeh binanın texniki və təşkilati məsələləri ilə, əsasən də bu amillərdən biri kimi lift problemi və s. məsələlərin olması iclasın keçirilməsinə və onun sədrlikdən uzaqlaşdırılmasına əsas olmuşdur. Qeyd olunanlara əsasən ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. X11 bildirmişdir ki, sakinlərin ən vacib problemi öz mənzillərinin dövlət qeydiyyatına alınmasına dair çıxarışla təmin olunmalarıdır. Bu səbəbdən avqust ayında belə qərara gəlinmişdir ki, məsələ ilə bağlı MMMC ilə əlaqə saxlasınlar. Nəticədə yığıncaq keçirildi. Ona yığıncağın bildirişini əvvəlcədən imzaladıblar. Bunun səbəbini soruşduqda isə, bildirişlərin hər bir sakinin ünvanına göndəriləcəyini bildirdilər. İclas bir çox məsələnin həlli ilə bağlı yığılmasına baxmayaraq, əsas müzakirə mövzusu MTK-nın ləğvi ilə bağlı oldu. Bu barədə əvvəlcədən heç bir məlumatları olmamışdır. Lift problemi ilə əlaqədar hər bir sakin kimi onu da bu məsələ qayğılandırmış və qeyd etmişdir ki, lift avqust ayının əvvəllərindən işləmirdi. Bu müddətdə Cavabdeh Bakıda olmamışdır. Cavabdeh rəhbərliyi dövründə vətəndaşların bir sıra kommunal təminatlarını şəxsən həyata keçirmiş, həmçinin qaraj sahələrinin təmizlənməsi məsələlərini həll etmişdir.
13. X43 bildirmişdir ki, 2013-cü il tarixindən həmin binada 44- cü mənzildə yaşamaqdadır. Binanın kommunal və s. məsələlərini Cavabdeh həyata keçirmişdir. MMMC-yə rəhbər təyin olunması ilə bağlı ümumi yığıncağ keçirilmiş və o da katib qismində iclasda iştirak etmişdir. Bütün sakinlərin əsas problemi mənzillərə dair çıxarışla təmin olunmalarıdır. Lakin iclasda rəhbərlik məsələləri müzakirə olunmuş və ilkin səsvermədə Xanım müəllimə sədr seçilmişdir. Bir neçə gün sonra isə yenidən səsvermə təşkil olunmuşdur.
14. X12 bildirmişdir ki, 5-6 ay bundan əvvəl dövlət orqanlarının nümayəndələrinin də iştirakı ilə iclas keçirilmiş və özləri MMMC təsis etmişlər. Ümumi yığıncağın qərarı ilə əvvəlcə Xanım müəllimə seçilmiş, lakin onun səhhəti ilə bağlı ailəsi tərəfindən razılıq olmadığından, elə həmin gün yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir.
15. X6 bildirmişdir ki, sözügedən binada hazırda çoxsaylı problemlər vardır. Ən əsas problem çıxarışla təmin olunmamalarıdır. Digər problemlər qismində liftin fəaliyyət göstərməməsi də buna misal ola bilər. Özü hüquqşünas olduğundan bu problemlərin hüquqi tərəfləri ilə kifayət qədər məlumatlıdır. Yığılan ödənişlərin təyinatı və xərclənmələrinə hesabat barədə onlara məlumat verilmir. Bütün bu problemlərin aydınlaşdırılması üçün sakinlərin iclası keçirilmişdir. İclasın video-çəkilişləri aparılmışdır. Ümumi yığıncağın qərarı ilə əvvəlcə Xanım müəllimə seçilmiş, lakin onun səhhəti ilə bağlı ailəsi tərəfindən razılıq olmadığından, elə həmin gün yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir. Səsvermədə şəxsən iştirak etmiş, əvvəlcə Xanım müəlliməyə, sonra isə Mehriban xanıma s əs vermişdir. İclasda 150-200-ə qədər şəxs iştirak etmişdir. Həmin binada qaraj sahəsi vardır.
16. X69 bildirmişdir ki, binada çoxsaylı problemlər vardır. Binanın qaz təchizatı yoxdur. Bu barədə sakinlərdən ödəniş alınsa da, heç bir nəticəsi olmamışdır. Buna baxmayaraq, ödənişləri həyata keçirmişlər. Bütün bu narazılıqların nəticəsi olaraq, digər sakinlərin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilərək, MMMC yaradılmışdır. İclas təqribən 3-4 ay bundan əvvəl keçirilmişdir. Ən əsas məsələ evlərinin çıxarışlarının olmamasıdır. Səsvermədə şəxsən iştirak etmiş, əvvəlcə Xanım müəlliməyə sonra isə, Mehriban xanıma səs vermişdir.
17. X10 bildirmişdir ki, binada bir sıra narazılıqlar olduğundan yığıncaq keçirilmiş və bununla əlaqədar təşkil edilən iclasda Xanım müəllimə s ədr seçilmişdir. Lakin Xanım müəllimə etiraz bildirdiyindən, yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir. İclas şəffaf şəkildə həyata keçirilmişdir. Mehriban xanımın namizədliyini şəxsən irəli sürmüşdür. MMMC 1 il qabaq təşkil olunmuşdur. Təsis iclasında heç bir sakin iştirak etməmişdir.
18. Şahid qismində dindirilmiş X13 bildirmişdir ki, bina hələ tikilməyə başlamamış mənzillərlə bağlı razılıq əldə edib mənzil almışdır. Lakin çıxarış almaq məsələsi hər zaman problemli olmuşdur. Cavabdeh çıxarışla bağlı söz dedikdə, bir aya məsələnin həll olunacağını bildirmiş, lakin məsələ həll olunmamışdır. Bu narazılıqlar əsasında sakinlərin iclası keçirilmiş, iclasda xeyli adam iştirak etmişdir. İclasda onun seçilməyi məsləhət görülmüşdür. Lakin altı ay əvvəl əməliyyat olunduğundan, həmçinin yaşı ilə əlaqədar olaraq ailə üzvləri razılıq verməmiş, özü imtina etmişdir. Həmin gün Mehriban xanımın təklifi irəli sürülmüş və Mehriban xanım seçilmişdir. Sentyabrın 18-də iclas keçirilmişdir və həmin gün Mehriban xanım seçilmişdir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin MMMC-yə qarşı “mülkdən çıxarılma və mülkün təhvil verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, Cavabdeh MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” təl əbinə dair qarşılıqlı iddia təmin edilərək, MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolu etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi, Xətai rayonu S.Ə.Şirvani küçəsi 23/19 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının MMMC-dən alınıb Cavabdeh təhvil verilməsi, 602 manat hüquqi xidmət haqqının və 100 manat dövlət rüsumunun, cəmi 702 manat məhkəmə məsrəflərinin MMMC-dən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
20. Məhkəmə ilk iddiaçı MMMC-nin iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən MMMC-yə məxsus olan avtomobil dayanacağına qanunsuz sahibliyi, ordan istifa də etməsi, yardımçı tikilinin və avtomobil dayanacağına qanunsuz müdaxiləsi verilmiş iddia tələbi üzrə sübut olunmur. V.Rüstəmovnın qanunsuz müdaxiləsi nəticəsində MMMC-nin öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olması iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda, liftlərdə və binanın həyətində olan 12 ədəd kameranı, 1 ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitoru, həmçinin MMMC-nin nizamnaməsi, MMMC-nin VÖEN şəhadətnaməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh olması sübut olunmamışdır.
21. Binanın fasiləsiz elektrik ene rjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat pul vəsaiti, həmçinin MMMC-nin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 manat pul vəsaitinin Cavabdeh tələb olunması üçün hüquqi əsas mövcud deyil.
22. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər MMMC-yə qarşı “mülkiyyətdən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, üçüncü şəxslərin hər birinin ayrıayrılıqda yeraltı avtomobil dayanacağında yerləşən qaraj sahələri mövcuddur və bununla bağlı "xxxx" MTK ilə müqavilələr bağlanmışdır. Qeyd olunan şəxslərin verdikləri iddia üzrə cavabdeh MMMC-nin qarajdan çıxarılması, onlara təhvil verilməsi tələbləri irəli sürülsə də, MMMC-nin iddiaçıların hüquqlarına müdaxiləsi və ya maneə yaratmasını təsdiq edə biləcək mötəbər sübutları ilə müəyyən olunmamışdır.
23. Məhkəmə Cavabdeh “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsinə dair” tələbi üzrə bildirmişdir ki, MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağı keçilən zaman Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qanunvericilik normaları pozulmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, keçirilmiş iclasda X1 seçilməsi barədə qərar qəbul edilsə də, sonradan tərtib olunmuş protokolda sədr olaraq M.Sadıqova g östərilmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş X43 iclasda iştirak etdiyini, ilk səsvermədə X2 seçilməsini, bir neçə gün sonra isə iclas keçirilərək M.Sadıqovanın sədr seçilməsini göstərsə də, digər şahidlər səsvermənin elə həmin gün olması barədə ifadə vermişdir.
24. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmir.
25. Bundan başqa, MMMC tərəfindən iclasın keçirilməsi qaydası pozulmuş, Mənzil Məcəlləsinin 44 və 45-ci maddələrinin tələblərinə əməl edilmədən çağırılmışdır.
26. Qarşılıqlı iddiaçının “ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli a vtomobil qarajının cavabdehdən alınıb ona təhvil verilməsi” hissəsində iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh ilə "xxxx" MTK arasında ünvan 4 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının payçının mülkiyyətinə verilməsinə dair müqavilə mövcuddur (8 fevral 2016-cı il tiarixli müqavilələri). Belə olduğu halda, iddia ərizəsi üzrə cavabdeh MMMC tərəfindən Cavabdeh həmin sahədən istifadə etməsinə müdaxilənin qarşısı alınmalı, qarajların təhvil verilməsi tələbi təmin olunmalıdır.
27. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının “saxta sənədlərin tərtib edilməsində iştirakçı olan şəxslər barəsində xüsusi qərardad qəbul ed ilərək Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi” barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, iş üzrə tərəflərin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir.
28. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 148.2, 152.1, 157.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1, 113.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İKİNCİ MÜLKİ İŞ ÜZRƏ İCRAAT (İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK–ya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş) b) İkinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
29. İddiaçı MMMC cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK-nın arasında bağlanm ış, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 mərtəbəli yaşayış binasnın zirzəmisində yerləşən 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab olunmasını tələb etmişdir.
30. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MTK-nın sədri X38 arasında bağlanan 16 mərtəbəli yaşayış binasının zirzəməsində yerləşən 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilələrin mövcudluğunda, MMMC-yə məhz həmin şəxslər tərəfindən Nərimanov Rayon Məhkəməsinə verilən iddiadan sonra məlum olmuşdur. Çünki həmin yeraltı avtomobil dayanacaqları həm MTK tərəfindən, həm də 2019-cu ildə yaradıldıqdan sonra MMMC, daha MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh özü tərə findən müxtəlif bina sakinlərinə aylıq haqq əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh idarə heyətinin sədrliyindən uzaqlaşdırıldıqdan sonra həmin yeraltı dayanacaqlardan MMMC-nin iştirakçılarının (bina sakinlərinin) istifadəsini məhdudlaşdırmaq məqsədilə "xxxx" MTK-nın sədri olan bacısı Svetlana Kazımova ilə geri - 2016-cı il tarixə, guya “qarajlara pay hüququnun əldə edilməsinə” dair uydurma əqdlər bağlamış və məhkəmədə həmin sahələrin onlara məxsus olmasını iddia etmişdir. Mənzil qanunvericiliyinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər o cümlədən avtomobil dayanacaqlarının yerləşdiyi zirzəmi ümumi paylı mülkiyyət hüququ ilə çox mənzilli binanın sahə mülkiyyətçilərinə məxsusdur və həmin ümumi əmlak olan sahənin binanın təsdiq edilmiş layihəsində nəzərdə tutulmuş təyinatından asılı olmayaraq (qaraj və ya avtodayanacaq) həmin sahənin azaldılmasına və ya özgəninkiləşdirilməsinə yol verilmir. Həmin ərazi bir sıra kommunikasiya (işıq, su, kanalizasiya) xətlərinin keçdiyi, hətta mənzillərin elektrik sayğaclarının yerləşdiyi və mühəndislik nöqteyi-nəzərindən texniki zirzəmi sayıldığı üçün ümumiyyətlə həmin sahənin ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətinə verilərək qaraj formasında istifadə edilməsi qanunvericiliyə tamamilə zidd olmaqla bərabər, həm də bina sakinlərinin təhlükəsizliyini əsaslı sürətdə riskə atmaqdadır. Hətta FHN-nin binaya dair MTK-ya ünvanladığı bir sıra məktublarda həmin ərazinin məhz texniki zirzəmi olması göstərilmişdir. Di gər tərəfdən mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə yalnız binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Lakin yeraltı avtomobil dayanacaqlarının ayrı-ayrı şəxslərin məhz istifadəsinə verilməsinə dair MTK-nın ümumi yığınacağı keçirilməmiş və ümumi yığıncağın ümumiyyətlə belə bir qərarı olmamışdır. Odur ki, "xxxx" MTK-dan dəqiq desək onun sədri Svetlana Kazımova ilə uydurma əqdlər bağlamaqla MMMC-nin iştirakçıları olan bina sakinlərinin ümumi əmlakı sayılan yeraltı avtomobil dayancağından sərbəst və maneəsiz istifadəsini süni şəkildə məhdudlaşdırmaqla onların binanın ümumi əm lakından istifadəsinə dair hüquqlarını kobudcasına pozmuş olur. Məhz bu səbəbdən “MMMC onun iştirakçıları və bilavasitə MMMC-ni idarə edən sakinlərin cavabdehlər tərəfindən binanın ümumi əmlakdan istifadəsini məhdudlaşdıran hərəkətlərinə son qoymaq və bina sakinlərinin pozulmuş hüquqlarının bərpa edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
31. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
32. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqavilələrin uydurma əqd olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
33. Məhkəmə iddiaçının qarajların binan ın həmin ərazinin məhz texniki zirzəmi olması, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən avtomobil dayanacaqlarının yerləşdiyi zirzəmi ümumi paylı mülkiyyət hüququ ilə çox mənzilli binanın sahə mülkiyyətçilərinə məxsus olduğu ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı bu halın həqiqətə uyğun olmadığı müəyyən edilmişdir.
34. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) ümumi paylı mülkiyyət hüququ ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərə məxsusdur. Lakin hazırkı mülki iş üzrə keçirilmiş yerində mü ayinə zamanı, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 X45 xx.xx.2014-cü il tarixli 508 nömrəli rəyi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən binanın layihə sənədlərinə xx.xx.2005-ci il tarixli 6213 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, sözügedən binanın altında zirzəmi, üstündə isə mansarda mərtəbəsi nəzərdə tutulmuşdur. Binanın 1-ci mərtəbəsində inzibati otaqlar və ticarət obyektləri, qalan mərtəbələrində isə yaşayış mənzilləri, zirzəmidə isə şəxsi avtomobillər üçün dayanacaqlar layihələndirilmişdir. Digər tərəfdən məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da, sözügedən sahələrin avtomobil dayanacağı kimi istifadə edildiyi müəyyən edilmişdir.
35. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 340-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35, 119 və 122-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birləşdirilmiş işlər üzrə icraat
36. MMMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir.
37. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin onların iddiasının rədd edilməsinə aid hissədə ləğv edilməsini və həmin iddianın təmin olunmasını xahiş etmişlər.
38. Üçüncü şəxs Dilarə Qocayeva ayrıca apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-753/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin onun iddiasının rədd edilməsinə aid hissədə ləğv olunmasını və Dilarə Qocayevanın iddiasının təmin olunmasını xahiş etmişdir.
39. MMMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5551/2024 nömrəli 09.2024-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdi rilmişdir.
41. MMMC-nin Cavabdeh qarşı yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsində son qoyulması tələbi üzrə dəlillərin araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, ekspert qarşısında Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxslərin adlarına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahələrin binanın (16 mərtəbəli yaşayış binasının) layihə sənədlərində qaraj, yoxsa texniki zirzəmi kimi nəzərdə tutulmasının müəyyən olunması barədə sual qoyulmuşdur.
42. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyi ilə müəyyən edilib ki, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sə nədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub (cild 4, iş v. 188).
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-127/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)753/2023 nömrəli qətnaməsindən MMMC-nin verdiyi apellyasiya şikayəti, üçüncü şəxslər Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın birgə verdiyi apellyasiya şikayəti və üçüncü şəxs Dilarə Qocayevanın ayrıca verdiyi apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətn aməsindən MMMCnin apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
44. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, binanın həyətində yerləşən yardımçı tikili binanın hissəsi deyil. İddia tələbinin özündə də qeyd olunmuşdur ki, həmin tikili binada deyil, binanın həyətində yerləşir. MMMC bu tikilinin binanın hissəsi olduğunu təsdiq edən sübut təqdim etməyib. Odur ki, həmin tikiliyə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinin tətbiq edilməsi, yəni tikilinin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab edilməsi mümkün deyil.
45. Məhkəmə kollegiyası binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağı barədə tələblə bağlı qeyd edib ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarix li 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmiqaraj kimi nəzərdə tutulub. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmiqaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Odur ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib.
46. MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd kamera, 1 ədəd videoqeydiyyat aparatı, kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitor, MMMC-nin nizamnaməsi, MMMC-nin VÖEN şəhadətnaməsi, kommunal haqların yığımı barədə qeydlər olan jurnallar, sahə mülkiyyətçiləri ilə bağlanmış kommuna l müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alğı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh sahibliyində olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
47. MMMC-nin ilk iddiasındakı 2-ci tələb, yəni binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat, MMMC-nin bank hesabında olan pul vəsaiti, kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürülmüş 100 manat, Nadir Kərimovdan qabaqcadan götürülmüş 75 manat Cavabdeh tərəfindən MMMC-yə geri qaytarılma sı barədə tələb əsassızdır.
48. Belə ki, ilk iddia ərizəsində qeyd olunmuşdur ki, binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə yaranmış 544 manat borc, habelə binanın məişət tullantılarının daşınmasına görə hesablanmış 350 manat borc bina sakinlərinin vəsaiti hesabına yığılaraq yeni yaradılmış İdarə heyətinə verilmiş, lakin İdarə heyəti tərəfindən qeyd edilən xərclər aidiyyəti üzrə ödənilməmişdir.
49. Məhkəmə qeyd etmişdir ki, həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ MMMC-yə məxsus deyil, pul ödənişi etmiş müvafiq şəxs (bina sakini) Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad edərək pulun geri qaytarılmasını tələb edə bilər. Eyni qayda Zülfiyyə Abdullayevadan alındığı iddia edilən 100 manata və Nadir Kərimovdan alındığı iddia edilən 75 manata da aidir. MMMC-nin bank hesabında olan pul vəsaitinin Cavabdeh olması isə müəyyən olunmur.
50. Birinci mülki iş üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında birinci tələb, yəni MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələr ləğv edilməsi barədə tələb əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ümumi yığıncaq keçirilən zaman Mənzil Məcəlləsinin tələbləri pozulmuşdur. İş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, keçirilmiş iclasda X2 seçilməsi barədə qərar qəbul edilsə də, sonradan tərtib olunmuş protokolda sədr olaraq X33 göstərilmişdir. X43 iclasda iştirak etdiyini, ilk səsvermədə X1 seçilməsini, bir neçə gün sonra isə iclas keçirilərə k X7 seçilməsini göstərsə də, digər şahidlər səsvermənin elə həmin gün olması barədə ifadə vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmir. Bundan başqa, ümumi yğıncaq Mənzil Məcəlləsinin 44 və 45-ci maddələri tələblərinə əməl edilmədən çağırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.
51. Birinci mülki iş üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında ikinci tələb, yəni binanın 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokunun altında yerləşən 31 nömrəli avtomo bil qarajının cavabdeh MMMC-dən alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi barədə tələb əsaslıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MTK arasında həmin qarajların payçı Cavabdeh mülkiyyətinə verilməsinə dair xx.xx.2016-cı il müqavilə mövcuddur.
52. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil.
53. Ona görə də məhkəmə kollegiyası Mülki Məcəllənin 164-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məh kəməsi həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlmişdir.
54. Birinci mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 9 nəfər üçüncü şəxsin onlara məxsus, həmin binada yerləşən 5-6, 10, 11, 12, 13-14, 15, 16, 18-19, 24-25, 26-27, 32-33 nömrəli avtomobil dayancaqlarından (qarajlardan) MMMC-nin çıxarılması və həmin qarajlar üçüncü şəxslərə təhvil verilməsi barədə tələbi əsasızdır.
55. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, üçüncü şəxslər Vəsilə Əsgərova, Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Nüşabə Rüstəmova, Təranə Qasımova, Aynur Kərimova və Dilarə Qocayevanın adlarına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahələr binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Müəyyən olunmuşdur ki, qeyd oluna qarajlar üçüncü şəxslərin özlərinin sahibliyindədir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şəxsən iştirak edən üçüncü şəxslər Esmira Kazımova və Suraya Qurbanova, habelə məhkəmə iclasında şəxsən iştirak etməyən digər üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 bu faktı, yəni qarajların üçüncü şəxslərin özlərinin sahibliyində olmasını təsdiq etdilər. Göründüyü kimi, üçüncü şəxslər qarajlar üzərində sahiblikdən məhrum edilməyiblər.
56. Ona görə də, məhkəmə kollegiyası Mülki Məcəllənin 164-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhk əməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ikinci mülki iş üzrə iddiaçı MMMC-nin iddia ərizəsində irəli sürülən, cavabehlər Cavabdeh ilə "xxxx" MTK-nın arasında bağlanmış,həmin binanın zirzəmisində yerləşən 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab olunmasına dair tələb əsassızdır. Belə ki, tələb onunla əsaslandırılmışdır ki, avtomobil dayanacağı yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Tələbin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinad olunmuşdur. Lakin avtomobil dayanacağına həmin maddənin göstərişinin tətbiq edilməsi mümkün deyil.
58. Belə ki, Məhkəmə Ekspertizası Mərkə zinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərininin ümumi paylı mülkiyyətinə aid deyil. Odur ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
59. MMMC (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, birinci mülki iş üzrə ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edi lməsi barədə, ikinci mülki iş üzrə isə iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
60. Kassasiya şikayəti MMMC-nin iddia ərizəsinin, qarşılıqlı iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında şəxsən iştirak etmiş və bu fakt iş materiallarına əlavə edilmiş videogörüntülərdə təsdiqini tapmışdır. Belə ki, Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsin in əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Məhz bu səbəbdən hesab edirlər ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilən ümumi yığıncağın qəbul etdiyi qərarından məhkəməyə şikayət vermək üçün subyektiv hüququ yaranmamışdır.
61. MMMC-yə məxsus sənədlərin araşdırması zamanı məlum olmuşdur ki, adı çəkilən binada yaşayan iki sakinə 2015-ci ilin müvafiq olaraq 27 fevral və 20 mart aylarında imzalanmış kommunal xidmətlərə görə qəbzin üzərinə vurulmuş MTK-nın möhürü ilə, X27 və X22 məhkəməyə təqdim etdikləri guya 2015-ci ilin 20 fevral və 03 mart tarixli qarajların alqı-satqısına dair müqavilələrə vurulmuş "xxxx" MTK-nın möhüründən təmiz fərqlidir. MTK-nın ilkin möhürü 2014-cü il tarixdə olan MTK-nın 2-ci redaksiyasında olan Nizanmaməsində ö z əksini tapmışdır. Yeni yaradılan digər möhür isə təxminən 2017ci il tarixdən başlayaraq MTK tərəfindən istifadə olunmaqdadır. Başqa sözlə, MTK-nın halhazırda istifadə etdiyi möhür 2015-ci il tarixdə ümumiyyətlə olmamış, qarajların alqı-satqısı ilə bağlı Hidayət-N MTK ilə Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxslər arasında bağlanan müqavilələr geri tarixə sonradan saxta olaraq tərtib edilmişdir.
62. Apellyasiya məhkəməsi MMMC tərəfindən iclasın keçirilməsi qaydalarının pozulması və Mənzil Məcəlləsinin 44 və 45-ci maddələrinin tələblərinə əməl etmədən ümumi yiğincağin çağırılması qənaətinə gəlsə də, öz mövqeyini heç bir sübut və dəlillərlə əsaslandırmamış, sadəcə formal olaraq birinci instansiya məhkəməsinin iddia tələbini bu hissədə tətmin etməməklə düzgün nəticəyə gəlməsinin qey d etməklə kifayətlənmişdir. Sahə mülkiyyətçiləri tərəfindən iclasın keçirilməsi qaydası Mənzil Məcəlləsinin təkcə 44-cü maddəsində nəzərdə tutulmuşdur və 45-ci maddədə ümumiyyətlə iclasın keçirilməsi qaydası ilə bağlı məsələlər nəzərdə tutulmadığı üçün məhkəmənin həmin maddəyə istinad etməsi tamamilə əsassızdır. MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağında sakinlərin uzun müzakirələrdən sonra sonda məhz X17 MMMC-nin idarə heyətinə sədr seçilməsinin təsdiqi ilə bağlı verdiyi şahid ifadələrini demək olar ki, nəzərə almamışdır. Bir nəfər sakinin verdiyi natamam şahid ifadəsini əsas götürmüş, digər şahidlərin ifadələri isə diqqətə alınmamış, şahid ifadələrinə məcmu halda qiymət verməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, MMMC-nin xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yiği ncağinin keçirilməsi barədə sahə mülkiyyətçilərinə mənzil qanunverciliyinin tələblərinə uyğun olaraq iclasa ən azı 10 gün qalmış yazılı şəkildə məlumat blankını onlara şəxsən imza edib qəbul etməklə məlumat verilmişdir. Həmin məlumat blankında nəzərdə tutulan ümumi yiğincağin hansı tarixdə, harada keçiriləcəyi, hansı məsələlərin konkret olaraq müzakirə olunacağı və ümumi yiğincağinin çağırılmasının təşəbbüskarlarının kim olması öz əksinə tapmışdır. Lakin məhkəmə konkret nəyə əsasən MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsini əsaslandırmamış, bununla da məhkəmə tərəfindən MPM-in 88, 217.1-ci və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
63. Mübahisə predmeti barəsind ə müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X29, X30, X31, X41 və Kərimova Aynur Telman qızı (Vəkil2 qızı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətlərinə münasibətdə ləğv edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərinin təmin edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi, vəkil mübahisə predmetinə aid olan qarajların hazırda üçüncü şəxslərin faktiki sahibliyində olması barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Nümayəndə sadəcə həmin qarajlar üzərində üçüncü ş əxslərin sahiblik və istifadə hüquqlarının olması barədə danışa bilərdi. Hətta elə bir məlumat vermiş olsa belə, həmin məlumatın verilməsi zamanı yanlışlığa yol verilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə prosesinin iştirakçısı olan 9 nəfər üçüncü şəxsdən 2 nəfərinin öz qrajları üzərində faktiki sahibliyinin bərpa edilməsi, digər şikayət vermis şəxslər üçün hüquqi əhəmiyyət kəsb etmir. Müqavilə əsasında onlara məxsus olan qarajlar cavabdehin idarə heyətinin üzvü olmuş şəxslər tərəfindən ümumi istifadədə olan sahə kimi tez-tez başqa şəxslərin istifadəsinə verilir, həmin qarajlar onların tanımadığı şəxslər tərəfindən avtomobil saxlamaqla faktiki olaraq istifadə edilir. Ona görə də, gələcəkdə bu kimi hallarla rastlaşmamaq üçün onların apellyasiya şikayəti təmin edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
66. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
67. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
68. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 69. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutu lmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
70. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
71. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
72. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etiba rsızdır.
73. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda)
74. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
75. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək ü çün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ü mumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
76. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
77. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
78. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir:... 43.2.5. Bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
79. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.
80. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər.
81. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığın cağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı.
82. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.
83. Maddə 45.6. Çoxmənzilli binanı n sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.
84. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir;
85. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənz iltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir;
86. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
87. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
89. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
90. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
91. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
92. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
93. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
94. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
95. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
98. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə kassasiya şikayətləri təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş ləğv olunan hissədə yenidən baxılması üçün göndərilməlidir.
99. Belə ki, işin mübahisəsiz halları bu qərarın 1-4-cü paraqraflarında əksini tapmışdır.
100. Baxılan işdə iki mülki iş birləşdirilmişdir.
101. Birinci mülki işdə ilkin iddiaçı tərəfindən üç iddia irəli sürülüb. Birinci iddia tələb ində MMMC 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsində son qoyulması tələb edilib. Bu tələb Mənzil Məcəlləsinin 35.1ci maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, bəhs olunan yardımçı tikili yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. İşə baxmış məhkəmələr bu tələb üzrə müəyyən ediblər ki, həmin tikili binada deyil, binanın həyətində yerləşir və yardımçı tikilinin yaşayış binasının hissəsi olduğunu təsdiq edən sübut təqdim edilməyib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layih ə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Yardımçı tikiliyə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinin tətbiq edilməsi, yəni tikilinin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab edilməsi üçün əsaslar yoxdur.
102. Birinci mülki işdə irəli sürülən ikinci iddiada, MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd kamera, 1 ədəd videoqeydiyyat aparatı, kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitor, İddiaçı MMMC-nin nizamnaməsi, İddiaçı MMMC-nin VÖEN şəhadətnaməsi, kommunal haqların yığımı ba rədə qeydlər olan jurnallar, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alğı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh tərəfindən MMMC-yə təhvil verilməsi tələb edilib. Həmin tələb üzrə məhkəmələr müəyyən edib ki, tələb edilənlərin Cavabdeh sahibliyində olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib.
103. Məhkəmə kollegiyası, MMMC-nin Cavabdeh qarşı “binanın həyətində yerləşən yardımçı tikiliyə və binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına cavabdehin qanunsuz sahibliyinə və istifadəsində son qoyulması”, habelə “MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan əşyaların alınması” tələbləri üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki MMMC-nin bu tələbləri bilavasitə sübutetmə ilə bağlıdır və MMMC həmin tələblərin təmin olunması üçün zəruri olan sübutları təqdim etməmişdir.
104. Birinci mülki işdə irəli sürülən üçüncü iddiada binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat, MMMC-nin bank hesabında olan pul vəsaiti, kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürülmüş 100 manat, Nadir Kərimovdan qabaqcadan götürülmüş 75 manat Cavabdeh tərəfindən İddiaçı MMMC-yə geri qaytarılması tələb edilib. Bu tələb onunla əsaslandırılıb ki, binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə yaranmış 544 manat borc, habelə binanın məişət tullantılarının daşınmasına görə hesabla nmış 350 manat borc bina sakinlərinin vəsaiti hesabına yığılaraq yeni yaradılmış İdarə heyətinə verilmiş, lakin İdarə heyəti tərəfindən qeyd edilən xərclər aidiyyəti üzrə ödənilməmişdir. İşə baxmış məhkəmələr bu iddia tələbini rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ MMMC-yə məxsus deyil, pul ödənişi etmiş müvafiq şəxs (bina sakini) Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad edərək pulun geri qaytarılmasını tələb edə bilər. Eyni qayda Zülfiyyə Abdullayevadan alındığı iddia edilən 100 manata və Nadir Kərimovdan alındığı iddia edilən 75 manata da aiddir. MMMC-nin bank hesabında olan pul vəsaitinin Cavabdeh olması isə müəyyən olunmur.
105. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nətic ə ilə də razılaşır. Çünki MMMC-nin bu tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanır, lakin məhkəmələr müəyyən edib ki, iddianın təmin olunması üçün həmin normanın dispozisiya şərtləri mövcud deyildir.
106. Birinci mülki işdə Cavabdeh verdiyi qarşılıqlı iddiada iki tələb irəli sürülüb: 1) MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi; 2) Həmin binanın 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokunun altında yerləşən 31 nömrəli avtomobil qarajının MMMC-dən alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi.
107. Cavabdeh binanın zirzəmisində yerləşən 34-35 və 31 nömrəli avtomobil qarajlarının MMMC-dən alınaraq ona təhvil verilməsi tələbi təmin olunub. Məhkəmə kollegiyası hesab edir ki, bu iddianın təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Çünki bu qarajlar Cavabdeh tərəfindən "xxxx" MTK-dan müqavilələr əsasında əldə olunmuşdur. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, bu qarajlar binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub (cild 4, iş v. 188). Həmçinin Mənzil Məcəlləsinin 35.1-ci maddəsində sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən hissələrin siyahısında zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti kimi nəzərdə tutulmayıb.
108. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qarşılıqlı iddianın “MMMCnin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi” hissində də iddianı təmin edib. Bu zaman apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni iki dəlillə əsaslandırıb. Birinci dəlil ondan ibarətdir ki, iş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, keçirilmiş iclasda X2 seçilməsi barədə qərar qəbul edilsə də, sonradan tərtib olunmuş protokolda sədr olaraq X33 göstərilmişdir. X43 iclasda iştirak etdiyini, ilk səsvermədə X1 seçilməsini, bir neçə gün sonra isə iclas keçirilərək X7 seçilməsini göstərsə də, digər şahidlər səsvermənin elə həmin gün olması barədə ifadə vermişdir. xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolu çoxmən zilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmir.
109. Məhkəmə kollegiyası hesab edir ki, bu əsaslandırma və gəlinən nəticə, MPM-in 14-cü maddəsində nəzərdə tutulan işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmır.
110. Belə ki, MMMC-nin xx.xx.2022-ci il tarixli növbədənkənar iclasının protokolundan görünür ki, həmin tarixdə yeni idarə heyətinin və təftiş komissiyasının seçilməsi gündəlik məsələlər kimi müzakirə edilmiş, X33 idarə heyətinin sədri seçilmişdir.
111. Birinci instansiya məhkəməsində MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağı ilə bağlı 7 nəfər şahid dindirilmişdir.
112. Bu şahidlərdən X37, X16, Baylan Alim, X26 və X8 ifadələri o məzmundadır ki, iclasda idarə heyətinin sədrinin seçilməsi müzakirə olunub, əvvəl Balaxanım Süleymanova sədr s eçilib, lakin Balaxanım Süleymanova sədrlikdən imtina etdiyinə görə elə həmin gün yeni səsvermə keçirilərək, Mehparə Sadıqova sədr seçilib.
113. Şahidlərdən yalnız bir nəfər - X67 bildirmişdir ki, ümumi yığıncağ keçiriləndə katib qismində iştirak etmiş, iclasda “ilkin səsvermədə Xanım müəllimə sədr seçilmişdir. Bir neçə gün sonra isə yenidən səsvermə təşkil olunmuşdur”.
114. Məhkəmənin buna əsasən ümumi yığıncağın protokolunun çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmədiyi barədə gəldiyi nəticə, işin hallarının tam araşdırılmasına əsaslanmır.
115. Çünki ümumi yığıncaqda yetərsay varsa və X3 seçilməkdən imtina etdikdən dərhal sonra - xx.xx.2022-ci il tarixdə yenidən səsvermə keçirilməklə M.Sadıqova sədr seçilibsə, burada qəbul edilmiş qərarın mülkiyyətçilərin ir adəsini ifadə etməməsi barədə nəticəyə gəlməyə əsas olmayacaqdır. Çünki qərar səsvermənin nəticələri əsasında səslərin sayına görə qəbul edilir və qərarın mülkiyyətçilərin iradəsinə uyğun olmaması o halda ola bilərdi ki, qərar sədr seçilməsi məsələsində səsvermənin nəticələrinə zidd olsun.
116. Protokolun real iradəni əks etdirməməsi arqumenti şahid ifadələri əsasında araşdırılarkən nəzərə alınmalıdır ki, sübutların keyfiyyət və kəmiyyət üstünlüyü baxımından eyni fakta dair tək bir zidd ifadə, hüquqi nəticə üçün həlledici ola bilməz. Bu halda ziddiyyətin aradan qaldırılması üçün əlavə araşdırma aparılmalı və ya ziddiyyətli vəziyyətlə bağlı qiymətləndirmə əhatəli olmalıdır.
117. Bundan başqa, ümumi yığıncağın Mənzil Məcəlləsinin 44 və 45-ci maddələrinin tələblərinə əməl edilmədən çağırılmas ı barədə gəlinən nəticə də tam əsaslandırılmayıb. Qətnamədə sözügedən normanın məzmunu qeyd olunsa da, yığıncaq keçirilməsi zamanı məhz hansı tələbə riayət olunmaması göstərilməyib, bunun qəbul olunmuş qərarın legitimliyinə təsir dərəcəsi əsaslandırılmayıb.
118. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 9 nəfər üçüncü şəxsin onlara məxsus olan, həmin binada yerləşən 5-6, 10, 11, 12, 13-14, 15, 16, 18-19, 24-25, 26-27, 32-33 nömrəli avtomobil dayancaqlarından (qarajlardan) MMMC-nin çıxarılması və həmin qarajların üçüncü şəxslərə təhvil verilməsi barədə tələbi məhkəmə tərəfindən rədd edilmişdir.
119. Apellyasiya instansiyası məhkəməsi bu barədə gəldiyi nəticəni belə əsaslandırıb ki, müəyyən olunub ki, qeyd oluna qarajlar üçüncü şəxslərin özlərinin sahibliyindədir. Apel lyasiya icraatı zamanı məhkəmə iclasında şəxsən iştirak edən üçüncü şəxslər Esmira Kazımova və Suraya Qurbanova, habelə məhkəmə iclasında şəxsən iştirak etməyən digər üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 bu faktı, yəni qarajların üçüncü şəxslərin özlərinin sahibliyində olmasını təsdiq etdilər. Göründüyü kimi, üçüncü şəxslər qarajlar üzərində sahiblikdən məhrum edilməyiblər. Ona görə də məhkəmə Mülki Məcəllənin 164-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib.
120. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki əvvəla, Suraya Qurbanovanın və apellyasiya instansiyası məhkəməsinin iclasında şəxsən iştirak etməyən digər üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclas protokolunda əksini tapmış izahatlarında, qarajların onların sahibliyində olması göstərilməyib.
121. Digər üçüncü şəxs Esmira Kazımova isə izahatında onun tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirib ki, “hazırda MMMC-nin rəhbərliyi qarajları mülkiyyətçilərin ümumi paylı mülkiyyəti elan etmişdir”. Sədrlik edənin sualına cavabında E.Kazımova bildirib ki, "xxxx".
122. Nəzərə alınmalıdır ki, MMMC-nin binanın zirzəmisində olan qaraj sahələri ilə bağlı birmənalı mövqeyi ondan ibarətdir ki, avtomobil dayanacaqları yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. MMMC bu mövqeyini Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinadla əsaslandırır. Eyni zamanda, MMMCnin Cavabdeh qarşı binanın zirzəmisində yerləşən y eraltı avtomobil dayanacağına qanunsuz sahibliyinə və istifadəsində son qoyulması tələbinin dəlilləri, habelə Cavabdeh MMMC-yə qarşı binanın altında yerləşən 34-35 və 31 nömrəli avtomobil qarajarının təhvil verilməsi tələbinə MMMC-nin etiraz dəlilləri də, MMMC tərəfindən məhz bu hüquqi mövqe ilə əsaslandırılmışdır. İşə baxmış birinci, həm də apelyasiya instansiyası məhkəmələri MMMC-nin mövqeyini qanunsuz saymasına baxmayaraq, MMMC avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması tələbinin təmin olunmasında və Cavabdeh MMMC-yə qarşı 34-35 və 31 nömrəli qarajarın təhvil verilməsi barədə iddianın rədd olunmasında israrlıdır.
123. Bu baxımdan MMMC-nin eyni hüquqi əsaslara istinadla yaratdığı mübahisələr üzrə fərqli nəticələrə gəlinməsi hüquqi müəyyənlik baxımı ndan yolverilməzdir. MMMC-nin qarajlarla bağlı hüquqi mövqeyi, Esmira Kazımovanın tələbi üzrə faktik halların dəqiq araşdırılmasını tələb edir.
124. İkinci mülki iş üzrə MMMC-nin cavabdehlər Cavabdeh ilə "xxxx" MTK-nın arasında bağlanmış 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsi barədə xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab olunmasına dair tələb məhkəmələr tərəfindən rədd olunub. Həmin tələb MMMC tərəfindən Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdı ki, avtomobil dayanacağı yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Lakin yuxarıda da qeyd edildiyi kimi avtomobil dayanacağına həmin maddənin göstərişinin tətbiq edilməsi mümkün deyil. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025- ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub. Odur ki, apelyasiya instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib.
125. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMMC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, yaratdığı hüquqi nəticələrin ləğv edilməsi” hissəsində, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər S.Qasımovaı, D.Qocayeva, S.Qurbanova, E.Kazımova, V.Əsgərova, N.Rüstəmova, T.Qasımova və A.Kərimovanın cavabdeh MMMC-yə qarşı «avtomobil dayanacaqlarından (qarajlardan) çıxarılması və həmin qarajların təhvil verilməsi» tələbinə dair iddiası üzrə araşdırma proses sual qanunvericiliyə uyğun sayıla bilməz.
126. Belə ki, MPM-in 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
127. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunl arına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
129. Məlumdur ki, məhkəmə qətnaməsi hüquqi müəyyənlik xassəsinə malik olmalıdır. Çünki hü quqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
130. Hüquqi müəyyənlik prinsipinə uyğun qətnamə aşağıdakı meyarlara cavab verməlidir: Qətnamə qanuna uyğun və əsaslandırılmış olmalıdır; Qətmamə aydın və birməna lı olmalı, tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməli, məhkəmənin gəldiyi nəticə haqqında şübhə yeri qalmamalıdır; Mübahisə yekunlanmış olmalı, mübahisəyə tam aydınlıq gətiriməli və mübahisələndirilən münasibətlər sabitlik qazanmalı, sonradan eyni predmeti əhatə edən iddialara əsas verməməlidir; Qətnamə icra ediləbilən olmalı, məzmunu icra mərhələsində prosedur (texniki) və hüquqi çətinlik yaratmamalıdır. Bu prinsip pozulduğu halda qərarın icrası çətinləşir, eyni predmet üzrə təkrar iddialar yaranır, hüquqi münasibətlərin sabitliyi pozulur, vətəndaşların məhkəməyə inamı azalır.
131. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıdq qeyd olunan hissələrdə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPMnin tələblərinə əməl olunmadan çıxarıldığına gör ə qətnamə qizmən ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
132. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
133. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: İddiaçı (qarşılıqlı və müstəqil iddialar üzrə cavabdeh) İddiaçı MMMC-nin ka ssasiya şikayəti qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X30, X31, X41 və Kərimova Aynur Telman qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)127/2025 nömrəli qətnaməsi: iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi, İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi hissəsində; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X39, X40, X48, X30, X31, X41 və Kərimova Aynur Telman qızının cavabdeh Xətai-17 ” MMMCyə qarşı «avtomobil dayanacaqlarından (qarajlardan) çıxarılması və həmin qarajların təhvil verilməsi» tələbinə dair iddiasının rədd olunmasına aid hissədə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.