Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3267/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)347/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.B.Cavadzadə, iş 2(004)-300/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək N saylı evin 8 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin dəyəri olan 17.706,0 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, İ.Ə.Kərimli və A.N.İmanov) cavabdehlərin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: xx xxxx 2012-ci il tarixdə “xxxx” MMC ilə İddiaçı arasında çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC sifarişçi İddiaçı bir ota qlı mənzillə təmin etmək, İddiaçı isə mənzilin dəyərini təşkil edən 25.132 manatın 20 faizini əvvəlcədən, qalan 80 faizini isə 18 ay müddətində ödəmək barədə üzərlərinə öhdəliklər götürmüşlər. MMC mənzilin tikilib təhvil verilməsi ilə əlaqədar üzərinə düşən öhdəliyi icra etməsinə baxmayaraq İddiaçı MMC-yə cəmi 14.850 manat ödəməklə mənzilin razılaşdırılmış qalan dəyərini ödəmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış müqavilənin ləğv edilməsi, İddiaçı mənzildən çıxarılması və ödədiyi 14.850 manatın ona qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunduqdan sonra İddiaçı 2018-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin qətnaməsi ilə çıxarılması qət olunmuş mənzilin təmirinə 25.000 manat məbləğində vəsait sərf etməsini əsas göstərməklə həmin məbləğin, dövlət rüsumuna görə ödədiyi 30 manatın, hüquqi xidmət haqqı kimi ödədiyi 200 manatın MMC-dən və onun direktoru Cavabdeh1 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apely asiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən onun evdən çıxarılmasına dair məhkəmə qətnaməsinin icrasından sonra mənzilin Hikmət İsmayılova satılmasını və onun mənzilin təmirinə 8000 manat məbləğində vəsait sərf etməsini iddia etməsini, yaxşılaşdırma işlərinin aparılması iddia olunan mənzilin tələbin yönəldiyi MMCdə qalmamasını və belə vəziyyətdə görülən təmir işlərinin dəyərinin ondan tələb edilməsinin Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə uyğun olmamasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə m əhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçının faktiki istifadəsinə verilmiş və o, məhkəmə qətnaməsi əsasında mənzildən çıxarılana qədər orada təmir-tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi mənzilin Hikmət İsmayılova satılmaq la MMCnin mülkiyyətində qalmamasını iddianın rədd olunması üçün əsas kimi qəbul edərkən qanunun yuxarıda göstərilən normasını düzgün təfsir etməmişdir. Məhkəmənin istinad etdiyi həmin hal tətbiq olunan maddi hüquq normasının dispozisiya şərtinə uyğun deyildir. Müəyyən olunduğu kimi iddiaçı mübahisəli mənzildə təmir işləri apardıqdan sonra məhkəmə qətnaməsi əsasında oradan çıxarılarkən onun tərəfindən görülmüş yaxşılaşdırma işləri MMC-də qalmışdır. Belə vəziyyətdə kollegiya hesab edir ki, yaxşılaşdırma işlərinin dəyərinin ödənilməsi vəzifəsi MMC-nin üzərinə düşür. Mənzili sonradan təmirli vəziyyətdə satması onu iddiaçı qarşısında maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iş üzrə müəyyənliyin yaranması təmin olunmamış, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3267/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3267/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver