Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3267/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, İmişli Bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alma haqqında sənədlərin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1, İmi şli Bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı müqavilənin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alma haqqında sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2833/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. A 322890 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İmişli şəhəri ərazisində yerləşən 18,5 ha torpaq sahəsi İmişli oələdiy yəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarı və 19.01,2007-ci il tarixli 01 saylı icarə müqaviləsi əsasında əkin, örüş, balıqçılıq və qum karxanası kimi istifadə olunması məqsədilə 99 il müddətinə İddiaçı1 icarəyə verilmişdir.
2. A 171309 saylı xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İmişli bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 08 saylı protokolundan çıxarışa əsasən İmişli bələdiyyəsinin mülkiyyətində olan İmişli şəhəri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********53) yeri xəritədə qeydiyyata alınmışdır.
3. Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəh əri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017ci il tarixdə **********53 reyestr nömrəsi ilə mülkiyyət hüququ ilə İmişli bələdiyyəsinin adına qeydiyyata alınmışdır.
4. Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən xx.xx.2017-ci il tarixli 3M 80 nömrəli icarə müqaviləsinə əsasən İmişli şəhəri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2017-ci ildən xx.xx.2066-cı ilədək Cavabdeh1 icarə hüququ xx.xx.2018-ci il tarixdə **********53 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. A 254364 saylı xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İmişli rayon 2 saylı DNK-da təsdiq olunmuş xx.xx.2017-ci il tarixli 3M-80 saylı icarə müqaviləsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 14 saylı ərazi şöbəsinin xx.xx.2017-ci il tarixli AM003691 saylı şəhadətnaməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 14 saylı ərazi şöbəsinin xx.xx.2017-ci il tarixli 149 saylı protokolu əsasən Cavabdeh1 icarəsində olan İmişli şəhər Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsinin yeri xəritədə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 cavabdehlər Cavabdeh1, İmişli Bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı müqavilənin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alma haqqında sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh1 ilə İmişli bələdiyyəsi arasında bağlanmış 07.11,2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək həmin torpaq sahəsinə dair İmişli bələdiyyəsinin adına verilmiş A 171309 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, o cümlədən Cavabdeh1 adına verilmiş A 254364 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırmışdır ki, İmişli şəhəri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 18,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı1 19.01,2007-ci il tarixli icarə müqaviləsinə əsasən 99 il müddətinə icarə hüququ ilə əldə etmişdir. Torpaq sahəsinin yeri A 322890 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən müəyyən edilmiş və bələdiyyə tərəfindən ona təhkim edilmişdir. Cavabdeh1 ilə İmişli bələdiyyəsi arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin predmeti olan İmişli şəhəri, Qaradonlu Kürdəmir yolunun sağ tərəfində yerləşən 0,10 ha kən d təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 icarəsində olan həmin torpaq sahəsi ilə üst-üstə düşür.
8. İmişli Rayon Məhkəməsinin 2(036)-1615/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə İmişli Bələdiyyəsi arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin tərəfi olmadığından İddiaçı1 həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququ yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14, 238.1, 390.2, 421.1, 421.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 55, 66-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2833/21 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov, K.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 421.1, 421.2, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən İmişli şəhəri ərazisində yerləşən 18,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd koordinatları ilə Cavabdeh1 icarəyə verilən torpaq sahəsinin sərhəd koordinatları üst-üstə düşür və belə olan halda cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş müvafiq çıxarış məhkəmə tərəfindən etibarsız hesab olunmalı idi. Qeyd olunan hissədə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamışdır.
18. Ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi ƏMDX-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDX yerlı bölmələrinin nümayəndəsinin, rayon icra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin müəliyyətçisinin və onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakl ilə aparılır.
19. Həmçinin, cavabdeh İmişli Bələdiyyəsi vəzifə səlahiyətlərindən sui-istifadə etmişdir və məhkəmə bununla bağlı müvafiq qaydada xüsusi qərar çıxararaq araşdırılması üçün aidiyyəti orqana göndərməli idi.
20. Kassat or şikayətini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11, “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Mülki Məcəllənin 166.3, MPM-nin 88, 416, 417, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya bax ışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və h ansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2833/2022 nömrəli mülki iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.