Məhkəmə qərarları › İş №2(102)-3268/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3268/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3268/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn mübahisələr, maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-103/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsinin əsas yolunda Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarında qapısını açması və qapının arxadan gələn İddiaçı özünə məxsus idarə etdiyi “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. 2. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən, yol nəqliyyat hadisəsi Cavabdeh təqsirindən baş vermiş, buna görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. 3. "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən təşkil edilən “Toyota” Bakı mərkəzinin rəsmi servisi “Toyota Əhmədli” filialının xx.xx.2024-cü il tarixli qüsur aktına görə “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 17400 manat məbləğində qiymətləndirilmişdir.

4. Bakı Toyota Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən “X2 LC300” avtomobili üçün arxa xizək RH 1 ədəd olmaqla, 207.63 manat, düymə 10 ədəd olmaqla, 25.42 manat, germetik 4 ədəd olmaqla, 50.85 manat, cəmi ehtiyat hissələri 283.90 manat; görülmüş işlər: dəmirçi xidmətləri qanadın təmiri (iç və çöl) + podqon 783.90 manat, rəngsaz xidmətləri 995.76 manat, sökülübyığılma xidmətləri 466.10 manat, elektrik xidmətləri 144.07 manat, digər xidmətlər (arxa bufer+şarlotta tunning+spoyler tunnig, qanad spoyleri) 254.24 manat cəmi 2927.97 manat olmaqla ümumilikdə 2900 (iki min doqquz yüz) manat avtomobilə çəkilmiş xərc müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 12400 manat, dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə a lınmaqla maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 182.10 manat məbləğində məhkəmə rüsumunun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, təqsirli, hüquqa zidd əməli nəticəsində iddiaçıya və avtomobilinə dəyən ziyan nəticəsində cavabdeh tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Avtomobili iddiaçı 0 km-dən (tam yeni model) 2023-cü il fevral ayında rəsmi “Toyota Gəncə” filialından almış, avtomobil hazırda rəsmi “Toyota Bakı Mərkəz”ində qeydiyyatdadır və rəsmi servisin qarantiyası altındadır. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı iddiaçı tərəfindən avtomobilinin icbari sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və "xxxx" ASC ilə bağlanmış icbari sığorta müqaviləsi üzrə həmin şirkət tərəfindən 5000 manat sığorta ödənişinin maksimum həddi maddi ziyanın əvəzi olaraq qismən iddiaçıya ödənilmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği (5000 manatı) qüsur aktı ilə təsdiq edilmiş maddi zərərin ümumi məbləğindən (17400 manatdan) çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 12400 manat məbləğində pulun tutularaq kompensasiya şəklində iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin iddiaçı tərəfindən cavabdehə avtomobilinə vurduğu zərər nəticəsində kompen sasiyanın ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixli pretenziya (bildiriş) məktubu göndərilmiş, lakin bu istiqamətdə heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçı mülkiyyətində olan “X2 LC300” markalı, 99-XM400 dövlət qeydiyyat nişanlı avtomobil turbo motorlu (3.5 turbo mühərrik həcmi) tam komplektasiyalı yeni model olduğu üçün və 0 km-dən alındığı üçün əmlaka dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 90000 ABŞ dolları (153000 manat) olduğu nəzərə alınsa, minimum 10% əmtəəlik görünüşün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq iddiaçı mülkiyyətçi kimi təxmini 9000 ABŞ dol ları (15300 manat) civarında əlavə zərərə uğramışdır. (bu əsaslandırma ilə bağlı 1-ci instansiya və Ali məhkəmənin presedent qərarı iş materiallarına əlavə olunur). Həmin ziyanın vurulması nəticəsində iddiaçı həm də dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də, cavabdehdən maddi ziyandan əlavə, mənəvi zərərin əvəzi olaraq 3000 manat pul tutulmalıdır.

7. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 18 mart 2025-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, vəkilə ödənilmiş 2000 manat xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, iddia iddia tələbinə əsasən "Paşa Sığorta ASC ilə bağlanmış xx.xx.2024cü il tarixli, P PA********** saylı icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən təşkil edilən "xxxx" MMC-nin rəsmi servisi “Toyota Əhmədli” filialının xx.xx.2024-cü il tarixli qüsur aktına görə “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 17400 (on yeddi min dörd yüz) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli, “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil 0 km-dən (tam yeni model) 2023-cü il fevral ayında rəsmi Toyota Gəncə filialından alınmış, hal-hazırda Rəsmi Toyota Bakı mərkəzində qeydiyyatdadır və rəsmi servisin qarantiyası altındadır. Əvvəla qeyd edilməlidir ki, "xxxx" MMC-nin “Toyota Əhmədli” adlı hər hansı filialı yoxdur, tamamilə birbirinə aidiyyəti olmaya n fərqli şirkətlərdir. İddiaçı sadəcə “Toyota Əhmədli” adlı şirkətin “Toyota” sözündən istifadə edərək, məhkəməyə təqdim etdiyi qüsur aktının sanki "xxxx" MMC-dən verilmiş kimi təqdim edərək, iddia tələbini “əsaslandırmağa” çalışmışdır. İkincisi, cavabdehin iddiaçıya məxsus avtomobilin "xxxx" MMC-də təmir olunmasına heç bir etirazı yoxdur və bunu mübahisələndirmir. Lakin iddiaçı özü, avtomobilinin "xxxx" MMC-də deyil, “Toyota Əhmədli” adlı Şirkətdə təmir etdirəcəyi ilə bağlı Qüsur aktı təqdim edərək, guya avtomobilini həmin Şirkətdə təmir edəcəyi görüntüsü yaratmağa çalışmışdır. Halbuki, iddiaçı avtomobilini xx.xx.2024-cü ildə "xxxx" MMC- də təmir etdirmiş (lakin bunu gizlətmişdir) və təmir, ehtiyat hissələrinin dəyişdirilməsinə görə cəmi 2900 manat ödəniş etmişdir. Buna baxmayaraq, həqiqə ti gizlətmiş, xx.xx.2024-cü ildə "xxxx" ilə əlaqəsi olmayan “Toyota Əhmədli” adlı şirkətdən qüsur aktı əldə edərək, avtomobilinə dəyən zərəri 17400 manat qiymətləndirmişdir. İcbari Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdehin icbari avtomobil sığortasını həyata keçirən “Atəşgah” Sığorta tərəfindən 5000 manat məbləğində pul vəsaiti iddiaçının avtomobilinin icbari sığortasını həyata keçirən "xxxx" ASC-yə köçürülmüş, sonuncu həmin məbləği iddiaçının hesabına ödəmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobili xx.xx.2024-cü ildə "xxxx" MMC-də təmir edilmiş, təmir xərci 2900 manat təşkil etmiş, Sığorta Şirkəti tərəfindən isə iddiaçıya 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halla r, iş materiallarında olan sənədlərlə təkzib edilir.

9. İddiaçının sifarişi əsasında tərtib edilən "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli Daşınar Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis hesabatı ilə buraxılış ili 2022-ci il olan, “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10%-dək (13600 AZN) həcmində azalma müəyyən edilir.

10. Birinci instansiya məhkəməsi avtomobilin qiyməti, avtomobilə dəymiş real zərərin və avtomobilin əmtəəlik görünüşünün azalması və s. xüsusatların müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş, ekspertizanını aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

11. Məhkəmə Eks pertizası Mərkəzinin 9/6535 8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ilə buraxılış ili 2022-ci il olan, “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2024-cü il mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140000,0 manatdır, digər suallara metodika olmadığından cavab verilməmişdir.

12. Birinci instansiya məhkəməsi avtomobilin qiyməti, avtomobilə dəymiş real zərərin və avtomobilin əmtəəlik görünüşünün azalması və s. xüsusatların müəyyən edilməsi məqsədilə yenidən ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 25 noyabr 2024-cü il tarixli məlumatda avtomobilin 2024-cü il m art ayına olan orta bazar qiyməti (140000 manat) istisna olmaqla, digər suallara, o cümlədən, qəza nəticəsində avtomobilin dəyərini nə qədər itirməsi barədə suala eyni markalı, eyni vəziyyətdə olan avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat olmaması əsası ilə cavab verməyin mümkün olmamasını göstərmişdir.

14. Birinci instansiya məhkəməsi avtomobilə dəymiş real zərərin və avtomobilin əmtəəlik görünüşünün azalması və s. xüsusatların müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

15. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyinə görə b uraxılış ili 2022-ci il olan, “X2 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış detalları (arxa xizək, 10 ədəd düymə) və 04 ədəd germetik olan hissələrin, avtomobilin təmir-bərpa xərclərinin isə dəyəri nəzəri hesablama yolu ilə təxminən 2925 (iki min doqquz yüz iyirmi beş) manatdır. Qəza nəticəsində avtomobilin dəyərini nə qədər itirməsi ilə bağlı suala isə cavab verilmək mümkün olmayıb.

16. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-1/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 14100 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, iddiaçı tərəfindən ödənilmiş 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 manat və vəkilin göstərdiyi yardıma görə 1000 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını qət etmiş, məhkəmə ekspertiza xərcini tərəflər arasında bölmüş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Daçqın Səfərov)

17. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-1/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin e-2(090)-01/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qətnamənin məzmununda yol verilmiş yanlışlıq (açıq hesab səhvi) düzəldilmiş, qətnamədə qeyd edilən “14100 (on dörd min yüz)” ifadəsi “12025 (on iki min iyirmi beş)” kimi, “84 (səksən dörd)” ifadəsi isə “71,35 (yetmiş bir manat, otuz beş qəpik)” kimi oxunmuşdur.

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, buraxılış ili 2022-ci il olan, “X2 LC300” markalı, **-XM-*** dövlət nömrə nişanlı avtomobil iddiaç ının mülkiyyətindədir. Həmin avtomobil ilə cavabdehə məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan Mercedes Benz C230 minik markalı, 99NX862 dövlət qeydiyyat nişanlı avtomobil arasında xx.xx.2024-cü il tarixdə, saat 12:10-da Bakı şəhəri, Xəzər rayonu, Vişnovka yolunda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində cavabdehə məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan avtomobil tərəfindən iddiaçıya məxsus avtomobilə maddi zərər vurulmuşdur. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə olunmuş, iddiaçının mülkiyyətində olan buraxılış ili 2022-ci il olan, “X2 LC300” markalı avtomobilə 2925 manat məbləğində mad di ziyan dəymişdir.

19. Birinci instansiya məhkəməsi avtomobilin əzilməsi nəticəsində iddiaçıya dəymiş zərərin 2925 manat olmasını Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etdiyini göstərmişdir.

20. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya məxsus avtomobilin normal vəziyyətdə bazar dəyərinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən) 140000 manat, onun təmirə məruz qalmış vəziyyətdə qiymətinin həmin məbləğin 10%-dək, yəni 13600 manat daha az (ən azı) olmasını, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilməsini müəyyən edə rək göstərmişdir ki, cavabdehin mülki hüquq məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

21. Birinci instansiya məhkəməsi ilk olaraq iddiaçı tərəfindən tələb edilən zərər (qüsur) aktı üzrə 12400 (on iki min dörd yüz) manat dəymiş maddi ziyan ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində maddi ziyan ilə bağlı "xxxx" ASC tərəfindən xx.xx.2024cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına istinad edilərək maddi ziyanın müəyyən edilməli olduğunu göstərsə də, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda qiymətləndirilən avtomobilin məxsus olduğu şirkət “Toyota Əhmədli” göstərilmiş, məhk əmə araşdırılması zamanı isə iddiaçıya məxsus avtomobilin “Toyota Gəncə” filialından alınması müəyyən edilib. Hazırda rəsmi "xxxx" mərkəzində qeydiyyatda və rəsmi servisin qarantiyası altında olduğundan və iddiaçıya məxsus avtomobilin təmir-bərpa işləri məhz həmin servisdə aparıldığından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyində "xxxx" MMC mərkəzinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən avtomobilin təmir bərpa xərcinin məbləği 2925 (iki min doqquz yüz iyirmi beş) manat olması göstərilmişdir.

22. Bu səbəbdən də birinci instansiya məhkəməsi dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, h əmin ekspert rəyi sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 2925 (iki min doqquz yüz iyirmi beş) manat həddində, avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş zərər üzrə isə onun normal vəziyyətdə 2024-cü il üçün olan bazar qiymətinin 13600 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi 5000 manat nəzərə alınmalıdır.

23. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar isə göstərmişdir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası üçün çəkdiyi olduğu xərclərin yaranmasına, həmçinin mənəvi sa rsıntı və şüura təsir göstərən mənfi reaksiya səbəb olan hallara gətirib çıxarmışdır.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya təyin edilməlidir.

25. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğinə münasibətdə isə hesab etmişdir ki, hazırkı vəziyyətdə 500 (beş yüz) manat məbləğində pul iddiaçıya dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmi ş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir

26. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya 5000 manat məbləğində sığorta ödənişinin edilməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməklə 11525 manat (2925+13600-5000) avtomobilə dəymiş zərərin əvəzi və 500 manat mənəvi ziyanın əvəzi olmaqla, cavabdehdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 12025 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir.

27. Bundan əlavə, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 121.1ci maddəsinin tələblərini nəzər almaqla hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının vəkilə çəkdiyi 2000 manat xidmətlərə görə 1000 (bir min) manatı cavabdeh alınaraq iddiaçıya verilməlidir. Belə ki, hazırki iş üz rə iddiaçının nümayəndəsi və vəkilinin göstərdiyi xidmətlərə dair məlumatlar (xərclər və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən prosessual hərəkətlər Elektron Məhkəmə Sistemində yaradılan elektron kabinet vasitəsi ilə aparılmışdır.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 448.1, 459.1, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 77.1, 121.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişd ir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə “iddiaçıya məxsus avtomobilin normal vəziyyətdə bazar dəyəri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən) 140000 manatdır, onun təmirə məruz qalmış vəziyyətdə qiyməti həmin məbləğdə 10%-dək, yəni 13600 manat daha azdır (ən azı), iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquq məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir”. Əvvəla, məhkəmənin istinad etdiyi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024- cü il tarixli ekspert rəyində avtomobilin təmirə məruz qalmış vəziyyətdə qiymətinin həmin məbləğin 10%-dək, yəni 13600 manat daha azdır (ən azı) olması istiqamətində hər hansı tədqiqat aparılmamış və həmin Ekspertiza Rəyində belə bir ifadə işlədilməmişdir. Əksinə, həmin Ekspert Rəyində bu suala cavab verilmədiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və yenə də Ekspertlər tərəfindən “yerli internet saytlarında qeyd edilən məlumatlarda (elanlarda) tədqiqat obyektinə uyğun analoji nəqliyyat vasitələri zədəsiz və rənglənməmiş (istehsal olduğu boya ilə) formada satış üçün təklif olunur. Odur ki qəza nəticəsində avtomobilin dəyərini nə qədər itirmək barədə suala cavab vermək mümkün olmadı” qeyd edilib. Belə olan halda, sual olunur, birinci instansiya məhkəməsinin 06 sentyabr 20 24-cü il tarixli ekspert rəyini təhrif edərək, guya həmin ekspert rəyində avtomobilin qəzadan sonra dəyərinin 10 faizi həcmində (13600 manat) dəyər itirməsini qeyd etməkdə məqsədi nədir?! Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə avtomobilin qəzadan sonra dəyərinin 10 faizi həcmində (13600 manat) dəyər itirməsini iddiaçı tərəfindən təqdim edilmiş, heç bir mötəbər mənbələrə əsaslanmadan tərtib edilmiş "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınar əmlakın qiymətləndirilməsi barədə rəyi əsasında tərtib etmişdir. Həmin rəylə tanış olduqda, açıq aşkar görünür ki, mütəxəssis tərəfindən hər hansı araşdırma aparılmamış, istinad edilən internet resurslarından çıxarılan elanlarda qeyd edilən avtomobillərin isə hazırkı işə aidiyyəti yoxdur. Bel ə ki, mütəxəssis tərəfindən bazar araşdırması aparılan zaman bazarda eyni model və təmirli avtomobillərin qiymətləri müqayisə edilməli olduğu halda, təmirsiz avtomobillərin qiyməti ilə müqayisə aparılmışdır ki, bu da mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alır. Digər tərəfdən, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsi "X1" tərəfindən individual paketlə (xüsusi ön-arxa bamper, qanadlar, salon elementləri ilə) sifariş olunmuşdur. Paketin dəyəri 15000 (on beş min) manat təşkil edir”. Lakin hansı araşdırmanın nəticəsi olaraq mütəxəssisin bu nəticəyə gəlməsi müəyyən edilmir. Bundan başqa, mütəxəssis yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10%-dək (13 600 AZN) həcmində azaldığını "xxxx" ASC tərəfindən xx.x x.2024-cü il tarixli, 258988 nömrəli qiymətləndirilmə hesabata əsasən tərtib etmişdir. (17400 AZN) həcmində. Halbuki, birinci instansiya məhkəməsi qətnaməsində həmin qiymətləndirmə hesabatını sübut kimi qəbul etməmiş və avtomobilə dəymiş ziyanın 2925 manat olduğu qənaətinə gəlmişdir. Hətta, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Yolnəqliyyat hadisələri ekspert tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçir ilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir”. Göründüyü kimi, avtomobildə zədələnmiş hissələrin vizual baxışla müəyyən edilməsinin mümkün olmaması təmirin yüksək keyfiyyətlə aparıldığını və avtomobilə dəymiş zərərin ciddi olmadığını göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin heç bir əsası olmayan, qiymətləndirmə şirkətinin rəyinə istinad edərək avtomobilin əmtəə görünüşünün 10 faiz itirilməsi barədə nəticəyə gəlməsi başa düşülən deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 2925 manat məbləğində zərər dəyməsi və sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instans iya məhkəməsi mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pulun tutulması barədə nəticəyə gəlsə də, gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Belə ki, iddiaçı tərəfindən keçirilən mənəvi iztirabın özünü konkret olaraq nədə ifadə etməsi əsaslandırılmamış, məhkəmə də formal mülahizələr əsasında iddia tələbini qismən təmin etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının çəkdiyi vəkil xidmətinə görə 1000 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutulması barədə nəticəyə gəlsə də, iş materiallarında vəkilə ödənilən 2000 manat məbləğində xidmət haqqına dair qəbz iş materiallarında yoxdur. Buna baxmayaraq, məhkəmə yalnız iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən arayışa istinad etməklə, hüquqi xidmət haqqı olaraq, cavabdehdən 1000 manat məbləğində xərcin tutulması barədə nəticəyə gəlmişdir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəyən 2925 manat məbləğində pul vəsaiti cavabdehin hesabına sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar da kifayət qədər əsaslı və hər hansı şübhədən kənardır. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi iddiaçının avtomobilinə dəyən zərərin 2925 manat olması və sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi edilməsi müəyyən edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilən m ütəxəssis rəyi iş materiallarında olan AR ƏN Ekspertiza Mərkəzinin rəyləri ilə ziddiyyət təşkil edir və məhkəmə əsaslandırmamışdır ki, nə üçün "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 20 iyun 2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilin ümumi dəyərinin 10 faizi həcmində (13600 manat) azalma olduğu qənaətinə gəlib. Halbuki, birinci instansiya məhkəməsi qətnamədə Paşa Sığorta tərəfindən təqdim edilmiş zərərin 17500 manat olması ilə bağlı qiymətləndirmə rəyini qəbul etməmiş, avtomobilə dəyən zərərin 2925 manat olduğu barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi avtomobilin hadisə nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10 faizinədək (13600 manat) həcmində azalma olduğunu müəyyən etsə də, gəldiyi nəticə ilə b ağlı aydınlaşdırmamışdır: - "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi iş materialları ilə təsdiq edilirmi? Mütəxəssis rəyində istinad olunan Paşa Sığorta tərəfindən verilmiş (Toyota Əhmədli) qiymətləndirmə aktı (zərərin 17500 manat olması) məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə müəyyən etmişdir ki, avtomobilin təmir və ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb edilən vəsait cəmi 2925 manat olmuş və dəyişdirilmiş və təmir edilmiş ehtiyat hissələri həmin qiymətləndirmə rəyində göstərilənlərdən fərqlidir. Belə olan halda, mütəxəssisin həmin qiymətləndirmə rəyinə istinad etməklə, avtomobilin dəyərinin 10 faizi həcmində azalması barədə gəldiyi nəticə şübhə altına alınır və mötəbər hesab edilə bilməz. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam, hərtərəfli baxılmamışdır.

31. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)103/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdehdən “X2 LC300” markalı, 99- XM-400 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2925 manat, həmin nəqliyyat vasitəsinin mövcud bazar dəyərinin aşağı düşməsinə görə 4440 manat olmaqla 7365 manat məbləğindən iddiaçıya ödənilmiş 5000 manat sığorta ödə nişi çıxılmaqla ümumilikdə 2365 (iki min üç yüz altmış beş) manat məbləğində maddi zərər, 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə nisbətdə 14.02 (on dörd manat sıfır iki qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə (maddi zərərə dair digər hissə, mənəvi zərərə dair tam) rədd edilməsi, ekspertiza xərcinin tərəflər arasında bölünməsi, apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 84.04 (səksən dörd manat dörd qəpik) manat miqdarının iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. (hakimlər Mehdi Əliyev (sədrlik edən və məruzəçi), Vüqar Quliyev, Zamiq Əliyev)

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə avtomobilə dəymiş maddi zərərin həcmi Azərbaycan Respublikası Naxçıvan M R Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə 2925 manat olaraq müəyyən edilmişdir (cild 2, səh 51). Bu məbləğ iddia qaldırılarkən iddiaçı tərəfindən gizlədilmiş, cavabdeh tərəfindən əldə olunaraq məhkəməyə təqdim edilmiş "xxxx"nin həmin avtomobilin faktiki təmiri ilə bağlı fakturasında göstərilən 2900 manatla uyğunluq təşkil edir (cild 1, səh 140, 149). İddiaçı avtomobilə dəymiş ziyanla bağlı bundan artıq məbləği əsaslandıra bilməmişdir. Çünki, iddiaçı iddia ərizəsində özü də avtomobilin məhz "xxxx"ndə rəsmi qeydiyyatda olduğunu göstərmişdir. Buna görə iddiaçının niyə məhz Sığorta şirkətinin “Toyota Əhmədli” şirkətinə (“Toyota Bakı Mərkəz”i ilə bağlı olmasına dair sübut yoxdur) əsasən qiymətləndirilməsinə əsaslanması sual doğurur. Bu vaxımdan faktiki təmir xərcini əks etdirən sənəd və ekspert rəyi daha əsaslı və mötəbər sübut kimi qəbul edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobilin bazar dəyərinin azalması nəticəsində dəymiş maddi zərər məsələsi ilə bağlı ekspert rəyi mövcud deyildir, belə ki, ekspertiza qəza nəticəsində avtomobilin bazar dəyərinin hansı məbləğdə azaldığını müəyyən etməyin mümkün olmadığını göstərmişdir (cild 2, səh 53). İddiaçı tərəfin təqdim etdiyi "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin xx.xx.2024-cü il tarixli rəyi isə avtomobilin dəyər azalmasını bazar qiymətinin 10%-i həcmində qiymətləndirmişdir (cild 1, səh 114). Lakin bu qiymətləndirmə hansı metodologiyaya əsaslandığı və hansı real bazar araşdırmasına istinad etdiyi göstərilmədən aparılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respu blikasında məhkəmə təcrübəsində hələlik bu məsələyə dair vahid yanaşma və meyar müəyyən edilmədiyini nəzərə alaraq beynəlxalq təcrübədən istifadə etməyi zəruri hesab etmişdir.

35. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi ABŞ və Almaniya məhkəmə təcrübəsinə xüsusilə diqqət çəkərək göstərmişdir ki, yol-nəqliyyat hadisələri zamanı dəymiş zərərin nəticəsində avtomobilin dəyərinin azalmasının hesablanması üçün beynəlxalq miqyasda ən çox istinad edilən hüquqi standartları formalaşdırmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi bu xüsusda ABŞ məhkəmə praktikasında “Diminished Value” (avtomobilin qəza səbəbindən bazar dəyərinin azalması) hesablanarkən ən çox istifadə olunan 17(c) formuluna nəzər salaraq diqqətə çatdırmışdır ki, bu formul üzrə ilkin olaraq avtomobilin müəyyən edilən bazar satış dəyərinin 10%-i əsas götürülür və daha sonra avtomobilin aldığı zərərin ağırlığına görə əmsala vurulur (ağır zədə - 1.00 əmsal, orta zədə - 0.5 əmsal, yüngül zədə - 0.25 əmsal). Bundan sonra avtomobilin yürüş məsafəsi də xüsusi əmsal kimi tətbiq edilir (0-19,999 mil - 1.00 əmsal, 20,000-39,999 mil – 0.80 əmsal, 40,000-59,999 mil - 0.60 əmsal). (ABŞ 17(c) formuluna dair ətraflı məlumat üçün mənbəyə keçid linki).

37. Misal üçün, avtomobilin dəyəri 150000 ABŞ dolları və yürüşü 20000 mildirsə və aldığı zərər kiçik dərəcəli sayılırsa, dəyər azalması belə hesablanır: 15000 dollar (150000 dolların 10%-i) × 0.25 (kiçik dərəcəli zədələnmə əmsalı) × 0.8 (20000 milə uyğun yürüş əmsalı) = 3000 dollar. Beləliklə, hətta nəzəri olaraq avtomobil dəyərinin 10%-lik əsas məbləği götürülsə də, faktiki zərər dəyər azalmasının əsas ölçüsünə çevrilir və nəticədə real bazar azalması ilkin məbləğin 1-5%-dən artıq olmur.

38. Almaniya məhkəmə təcrübəsində isə bu məsələ "Merkantiler Minderwert" kimi tanınır və avtomobilin zərərdən sonra bazar dəyərindəki azalmanı müəyyənləşdirmək üçün əsasən “Ruhkopf – Sahm” və ya “Hamburger Model” metodları tətbiq olunur. Həmin metodlara görə avtomobilin yaşına və zərərin xarakterinə görə dəyər azalması avtomobilin ümumi bazar dəyərinin əsasən 1-7%-i arasında dəyişir. Adətən kosmetik və kiçik zədələnmələrdə isə bu rəqəm avtomobilin bazar dəyərinin 1-3%-dən artıq olmur (Almaniyanın məhkəmə təcrübəsi barədə daha ətraflı məlumat üçün mənbəyə keçid linki).

39. Beləliklə, qeyd olunan təcrübəyə görə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, yol-nəqliyyat h adisələrində zədənin kiçik, orta və ağır olması, həm zərərin avtomobilin konstruksiyasına və texniki təhlükəsizlik elementlərinə təsiri, həm də təmir xərclərinin miqdarı ilə müəyyən edilir. Kiçik zədələnməyə yalnız kosmetik xarakterli pozuntular, məsələn, bamperin, yan ətəyin dəyişdirilmədən düzəldilməsi, cızıq və lokal boya işləri daxildir. Belə hallarda təmir xərcləri avtomobilin bazar dəyərinin 1-3%-ni keçmir və bazar dəyərinin də eyni həcmdə azalmasına səbəb olur. Orta zədələnmələrdə metal hissələrin əvəzlənməsi və daha geniş boya işləri aparılır, lakin struktur bütövlük pozulmur, bu halda təmir xərcləri və bazar dəyəri itkisi adətən 3-7% arasında olur. Ağır zədələnmə isə struktur hissələrin, daşıyıcı elementlərin, təhlükəsizlik sistemlərinin və mühərrik kimi əsas mexaniki hissələrin z ədələnməsini əhatə edir və bazar dəyərinin 10-30%-dək azalmasına səbəb ola bilər. Eyni zamanda, beynəlxalq təcrübə təmir xərclərinin zədənin qiymətləndirilməsində mühüm meyar olduğunu vurğulayır. Təmir xərcləri real zərərin miqyasını, dolayısı ilə isə bazar dəyərindəki azalmanı müəyyən edən əsas göstəricilərdən birinə çevrilir.

40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə nəzərdən keçirilən qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi avtomobilin orta bazar dəyərinin (148.000 manat) müəyyən edilməsi hissəsində kifayət qədər metodologiya və istinadlara söykəndiyindən əsaslıdır. Lakin dəyər azalmasına münasibətdə heç bir metodologiyanın tətbiqinə dair izah verilmədiyindən əsassızdır və real vəziyyəti tam əks etdirmir. Belə ki, qiymətləndirmə şirkətinə iddiaçı tərəfindən yalnız "xxxx" ASC-nin təqdim etdiyi və ümumi təmir xərclərini 17.400 manat göstərən sənəd verilmişdir. Halbuki avtomobil iddiaçı tərəfindən "xxxx"ndə faktiki olaraq cəmi 2900 manat xərc çəkilərək təmir olunmuş, lakin iddiaçı bu faktı qiymətləndirmə şirkətindən gizlətmişdir. Qiymətləndirmə şirkətinin rəyi də yalnız ona təqdim olunan sənədlərə əsaslanaraq tərtib edilmiş, real təmir xərcləri barədə araşdırma aparılmamışdır.

41. Avtomobilə dəymiş faktiki zərərin 2925 manat olması (avtomobilin dəyərinin təqribən 2%-i), zərərin xarakterinin əsasən kosmetik və kiçik həcmli olduğu ekspert rəylərindən və işin fotolarından açıq-aydın görünür. Belə bir halda, avtomobilin dəyərinin hətta yeni olduğu nəzərə alınsa belə, bazar dəyər ində 10%-lik (təxminən 14 min manatlıq) bir azalmanın baş verməsi heç bir beynəlxalq və milli təcrübəyə uyğun deyil və hüquqi əsaslandırılması qeyri-mümkündür.

42. Nəzərə alınmalıdır ki, avtomobilin dəyərindəki azalma faktiki olaraq dəymiş zərərin ağırlığı ilə mütənasib olmalıdır. Kosmetik təmir olunan və cəmi 2925 manat məbləğində təmir xərci çəkilən avtomobilin dəyərində 13600 manatlıq azalma baş verməsi həm iqtisadi, həm də hüquqi baxımdan əsassız və qeyri-mütənasibdir.

43. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının vəkilinin iddia ərizəsinə əlavə etdiyi oxşar iş üzrə məhkəmə qərarları (cild 1, səh 27) hazırkı iş üzrə məhkəmə üçün məcburi əhəmiyyət daşımasa da, həmin işin faktiki halları (dəymiş ziyanın həcmi, dəyər azalmasının dəymiş ziyana nisbəti) hazırda baxıla n işin faktiki hallarından tamamilə fərqlidir və vahid məhkəmə təcrübəsi baxımından analoji iş kimi qiymətləndirilə bilməz.

44. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iş üzrə təyin olunmuş ekspertiza tərəfindən avtomobilin dəyər azalmasına dair konkret rəy verilməsi mümkün olmamış və qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy də hər hansı metodologiya ilə əsaslandırılmamışdır. Belə olan halda, beynəlxalq təcrübəni nəzərə alınmaqla avtomobilin bazar dəyərindəki azalmanın qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilən ümumi bazar dəyərinin (148.000 manat) 3%-i, yəni 4440 manat miqdarında hesablanması əsaslı və ədalətlidir.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, avtomobilə vurulan 2925 manatlıq maddi zərər və avtomobilin mövcud bazar dəyə rinin 4440 manatlıq azalması nəzərə alınaraq, ümumi maddi ziyan 7365 manat təşkil edir. İddiaçıya sığorta şirkəti tərəfindən artıq 5000 manat ödənildiyindən, cavabdehdən tutulmalı məbləğ 2365 manat müəyyən edilir.

46. Mənəvi zərərin əvəzi ilə bağlı iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə nə mənəvi sarsıntının baş verməsi, nə də bu sarsıntının iddiaçı tərəfindən hansı formada keçirildiyi sübut edilməmişdir.

47. İddiaçı tərəfindən çəkildiyi iddia olunan vəkil xərclərinə dair iş materiallarında yalnız vəkil xərclərinə dair arayış mövcuddur və müvafiq ödəniş qəbzi təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən vəkil xidmətlərinə görə xərc yalnız ödənişi təsdiq edən sənəd əsasında tutulmalıdır. Bu səbəbdən vəkil xərci üzr ə mötəbər sübut təqdim edilmədiyindən həmin tələb də təmin edilə bilməz.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108-ci, Mülki Prosessual Məcəllənin 77.1, 121.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təsbit olunmuş “zərər in tam həcmdə ödənilməsi” prinsipi nəzərə alınmamışdır. Məhkəmə yalnız avtomobilin təmir xərcləri ilə məhdudlaşaraq, bazar dəyərin real bazar şərtlərinə uyğun azalmasını qiymətləndirməmişdir. Mülki Məcəllə21-ci maddəsinə görə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin və bazar dəyərin azalmasının tam ödənilməsi təmin olunmalıdır. Lakin məhkəmə tərəfindən avtomobilin faktiki təmir xərcləri əsasında zərər hesablanmış, amma avtomobilin bazar dəyərinin azalması sübutlar əsasında yetərincə qiymətləndirilməmişdir. Beynəlxalq məhkəmə təcrübəsi nəzərə alındığı qeyd edilsə də, məhkəmə tərəfindən ekspert kimi şərh verilmiş, əsaslandırma isə aydın olmayan, ölkəmizdə heç bir məhkəmə tərəfindən məhkəmə təcrübəsi kimi nəzərə alınmayan ABŞ və Almaniya məhkəmə təcrübəsinə istinad edilmişdir. Beləliklə, bunlar nəzərə alınmaqla, avtomobilin bazar dəyərindəki azalmanın yalnız 3% olaraq qəbul edilməsi əsassızdır və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil edir. Baxmayaraq ki, ekspertiza rəyində bazar dəyərinə münasibət bildirilməmiş, məhkəmə tərəfindən isə ekspert kimi bu məsələyə münasibət bildirilmiş, hətta “əsaslandırma” təqdim edilmişdir. Əksinə, iddiaçının təqdim etdiyi mütəxəssis rəyində isə qeyd edilən dəyərin azalması barədə rəy verilmiş, lakin məhkəmə buna sübut kimi qiymət verməmiş və özü ekspert qismində çıxış edərək, avtomobilə dəymiş ziyanı “kiçik miqdarda“ ziyan kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən iş materiallarındakı ekspert və mütəxəssis rəyinə qeyri-adekvat yanaşma MPMin maddəsində nəzərdə tutulan sübutların hərtərəfli, tam və obyektiv araşdırılması prin sipinin pozulmasıdır. Məhkəmə yalnız iddiaçının mövqeyinə uyğun olmayan sübutları əsas götürmüş, amma iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə sənədlərinə lazımi hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə isə iş materiallarında olan qiymətləndirmə rəylərinə zidd mövqe sərgiləyərək, iddiaçının xeyrinə təqdim olunmuş sübutları araşdırmadan kənara qoymuşdur. Yenidən təkrar və ya əlavə ekspertiza keçirilsə və ekspert qarşısında suallarla, konkret istinadlarla məsələ qoyulsaydı, ekspertlər konkret rəy verə bilərdilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməld ir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurla r, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, iddiaçı qətnaməni iddianın avtomobilin azalma dəyəri üzrə məbləğin təmin edilməyən hissəsində mübahisələndirib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qət namə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İddia tələbi delikt nəticəsində dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsi barədədir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə işin hallarına uyğundur.

58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

59. İddiaçı avtomobilin bazar dəyərinin 10 faiz azalması ilə bağlı tələbini işdəki sübutlarla tam təsdiq edə bilməyib. Onun sifarişi əsasında tərtib edilmiş mütəxəssis rəyini isə apellyasiya instansiyası məhkəməsi avtomobilin bazar dəyərinin 10 faiz azalması hissəsində qəbul etməmiş və nəyə görə qəbul etmədiyini də əsaslandırmış, eləcə də daha aşağı azalma faiz ilə bağlı qiymətləndirmə apararaq həmin hissədə iddianı qismən təmin etmişdir.

60. Bu baxımdan, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları, o cümlədən ekspert və mütəxəssis rəylərini düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, nəhayət, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Kassasiya şikayətinin dəlillərinə – apellyasiya instansiyası məhkəməsini digər ölkələrin təcrübəsinə istinad etməsinin, məhkəmənin özünün ekspert kimi hesablama aparmasının düzgün olmaması, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli olması – gəldikdə, məhkəmə kollegiyası bu dəlilləri qətnamənin ləğvi üçün əsas görmür.

62. Belə ki, iddiaçı özü avtomobilin bazar dəyərinin 10 faiz azalması ilə bağlı mötəbər sübut təqdim etməyib, qeyd edildiyi kimi, onun sifarişi əsasında tərtib edilən mütəxəssis rəyini isə həmin hissədə apellyasiya instansiyası məhkəməsi qiy mətləndirməklə qəbul etməyib.

63. Avtomobilin bazar dəyərinin azalma faizini müəyyən etmək üçün əlavə və ya təkrar ekspertiza təyin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi bu yöndə üç dəfə ekspertiza təyin etmiş və ekspertiza avtomobilin bazar dəyərinin azalma faizini müəyyən edə bilməyib.

64. Avtomobilin bazar dəyərinin azalma faizini müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsinin digər ölkələrin təcrübəsinə istinad etməsi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu yanaşma, həmin meyarla bağlı apellyasiya məhkəməsinin öz qiymətləndirməsinı əsaslandırmaq üçün istinad edilən məlumat bazasıdır və həmin ölkələrin məhkəmə təcrübəsinin tətbiqi demək deyil.

65. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar