Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-327/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-327/2024 Açar sözlər: özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-300/2023 saylı iş üzrə, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən C avabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə, şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə İddiaçınə Azərelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı ilə, İddiaçın iddiası əsasında Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavab deh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(107)-270/2021 saylı qərarına əsasən, cavabdeh Yevlax rayonu, Havarlı Bələdiyyəsi, 3-cü şəxs DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-16/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-58/2020 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir.
5. D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icrasına dair bildirişdən görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)16/2021 saylı qərarı icra olunaraq Cavabdeh2 və Cavabdeh1 adına tərtib olunmuş hər iki daşınmaz əmlaklara dair hüquqların dövlət reyestrindən çıxarışlar ləğv edilərək bu barədə məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən İddiaçı koorperativinə məxsus torpaq sahəsində inşa edilmi ş fərdi yaşayış evinin, hasarın və digər tikililərin, Cavabdeh2 tərəfindən İddiaçı koorperativinə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehlərin vəsaitləri hesabına sökülməsi, tikinti materiallarının torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin torpaq sahələrindən çıxarılmaları haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 311 saylı qərarı ilə yaradılması və nizamnaməsi təsdiq olunmuş təmsil etdiyi İddiaçınə 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarla şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsind ən Havarlı arxının cənub hissəsindən 10,0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin idarəçiliyində olmuşdur. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 yanvar 2018-ci il tarixli məktubu əsasında təmsil etdiyi hüquqi şəxsə məlum olmuşdur ki, kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh2 satılmış və DƏDRX- nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 29 noyabr 2017-ci il tarixd ə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11640229 №-li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh1 satılmış və DƏDRXnin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Havarlı Bələdiyyəsinin həmin qərarları qanunsuz olduğuna, yəni İddiaçı qanuni istifadəsində olan torpaq sahələrinin Havarlı Bələdiyyəsinə heç bir aidiyyəti olmadığına və Mingəçevir şəhərinin inzibati ərazisinə aid olduğuna görə İddiaçı tərəfindən cavabdeh Yevlax rayonu Havarlı Bələdiyyəsinə, üçüncü şəxslər DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh1 qarşı Şəki İnzibati Məhkəməsində “torpaq sahələrinin satılmasına dair Havarlı Bələdiyyəsinin qərarlarının etibarsız hesab edilməsi” barədə iddia qaldırılmış və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-l(116)-16/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. Qərardan verilən apelyasiya şikayətləri təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minərək cavabdehlərin a dlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar və hüquqların dövlət qeydiyyatı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Eyni zamanda Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-l(116)- 58/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir. Lakin cavabdehlərə tikinti aparmalarının dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 İddiaçınə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi, Cavabdeh2 isə pəncərəbaşı hissəyə qədər yarımçıq ev tikmiş və hər ikisi tikililəri sökməkdən imtina etmişlər. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxar ılmasını xahiş etmişdir.
8. Məhəkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 368 nömrəli qərarına əsasən Havarlı Bələdiyyəsinin mülkiyyətində 600 kv.m olan torpaq sahəsi ona satılmış və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRXin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, ona torpaq sahəsi satılmamışdan əvvəl alqı-satqı ilə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı DTXK-nın rəyi alınmışdır. Həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A sariyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü veri lmişdir. "Tacir” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998-ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bə lədiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq, yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədi ilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. O da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya Federasiyasına getdiyi üçün həmin hüquq dövlət reye strində qeydiyyata alınmamışdır. Bununla belə "Tacir” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən, Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli və 379 saylı qərarlarının və həmin qərarların hüququ nəticələrinin ləğv edilməsi barədə qaldırdığı iddia əsassız olsa da, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmişdir. Hazırda o, mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikd ə orada yaşayır. Onun başqa torpaq sahəsi və yaşayış evi yoxdur. Belə olan halda yeganə yaşayış evinin sökülməsi, onun özünün və ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacaqdır. Hesab edir ki, iddiaçı tərəf vaxtında məlumat vermədiyinə və susduğuna görə ona qarşı iddia qaldırmaq hüququnu itirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbinin təmin edilməsi, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən s ahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılsın, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülməsi və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Ona görə də onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır.
11. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarına əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki həmin qərarda torpaq sahəsi İddiaçı qanuni istifadəsinə verilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021- ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı qanuni qüvvəsini almış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilərək Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair A216503 seriyalı, **********88 reyestr nömrəli çıxarış və 0.06 ha torpaq sahəsinə dair A170416 seriyalı, **********73 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də hə min məhkəmə qətnaməsi hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir.
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
14. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququ nun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur.
15. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
16. Məhkəmə hesab etmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azıelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən Tacir ko operativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülməli və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2,152.1, 152.2, 152.3-ci maddələrinə, “Torpaq islahatı haqqında” AR Qanunun 9, 10, 84, 111-ci maddələrinə, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı, “Akimova Azərbaycana qar şı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının subyektiv hüququ mövcud olmasa da onun iddia tələbi qanunsuz olaraq təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına əsasən hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik deyildir. Həmçinin iddiaçı əmlakın qanunsuz sahiblikdən tələbi üzrə müddəti ötürsə də, məhkəmə bu hala qiymət verməmişdir. Həmçinin məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. Təqdim etdiyi sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehlərin leyhinə əsaslandırılmışdır. Qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İddiaçının mülkiyyət üzərində hüququnun olub olmaması aydınlaşdırılmayıb. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və qüvvədə olması aydınlaşdırılmayıb.
20. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın ap arılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 25 iyun 2023-cü il tarixli, 10/3984 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2- 1822/2023 saylı mütəxəssis rəyinə əsasən, Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış torpaq sahəsinin naturada göstərilmiş koordinatları müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsin in 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış və İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları və ölçüləri müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin daxilin yerləşən 0.0548 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edildiyi və istifadə edilən sahədə tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsində tikilmiş tikililərlə aid məlumatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçın ə ayrılmış torpaq sahəsində Cavabdeh1 tərəfindən aparılmış tikinti işlərinin hansı tarixdə inşa olunmasına dair metodika olmadığından, həmin tikilinin nə zaman inşa olunmasını müəyyən etmək mümkün olmamışdır.
21. Ekspertiza tədqiqatı zamanı və ekspertin istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 04 may 2023-cü il tarixli mütəxəssis rəyi ilə Cavabdeh1 tərəfindən İddiaçınə ayrılmış torpaq sahəsinin 548 kv/m hissəsindən istifadə edildiyi, Cavabdeh1 tərəfindən məhz həmin 548 kv/m torpaq sahəsində tikinti işlərinin aparıldığı, məhkəmənin çıxarılmasını qət etdiyi 600 kv/m torpaq sahəsinin 52 kv/m hissəsinin isə iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşməsi müəyyən edilmişdir.
22. Şəki Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının (hakimlər: Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Hüseynov) 14 sentyabr 2023-cü il tarixli, 2(107)-300/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, iddianın Cavabdeh1 qarşı təmin olunmuş 52 kv/m, yəni, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İ.Ağayevin tərtib etdiyi 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sa həsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddia tələbi Cavabdeh1 52 kv/m, yəni, 4 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına aid hissədə təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-1(116)58/2020 saylı qərardadı ilə mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehə qadağan edilmişdir. Lakin cavabdehə tikinti aparmalarını dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 İddiaçınə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi inşa etmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının əmlakın qanunsuz sahiblikdən tələbi üzrə müddəti ötürsə də, məhkəmənin bu hala qiymət verməməsinə dair dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə həmin tələblərə iddia müddəti şamil edilmir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə ayrıldığından, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldıldıqdan sonra digər torpaq sahəsi iddiaçının qanuni sahibliyində qaldığından iddiaçının qanuni sahibli yində olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətində göstərilənlər əsassızdır. Lakin məhkəmə kollegiyası həmin dəlillərin iddiaçının ona ayrılmış torpaq sahəsinin hüdudları xaricindəki torpaq sahəsinə subyektiv hüquqa malik olmaması və iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları xaricindəki torpaq sahəsinə münasibətdə gəlinən nəticədə qətnamənin tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamasına dair hissəsi ilə razılaşır.
26. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 25 iyun 2023-cü il tarixli, 10/3984 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Resp ublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2- 1822/2023 saylı mütəxəssis rəyinə əsasən, Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış torpaq sahəsinin naturada göstərilmiş koordinatları müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının s ol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış və İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları və ölçüləri müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin daxilin yerləşən 0.0548 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edildiyi və istifadə edilən sahədə tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsində tikilmiş tikililərlə aid məlumatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçınə ayrılmış torpaq sahəsində Cavabdeh1 tərəfindən aparılmış tikinti işlərinin hansı tarixdə inşa olunmasına dair metodika olmadığından, həmin tikilinin nə zaman inşa olunmasını müəyyən etmək mümkün olmamışdır.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1. 1133.2, 1146, 1151.1, 1159.1, 1166, 1176.1, 1177, 1193. 1194, 1195, 1202.2, 1243.2, 1385.1, 425.1, 442-ci maddələrinə, “Notariat haqqında” Qanunun 17-ci, 57-ci və 58- ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 217.2, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh X1 (vəkil Nümayəndə) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın ona aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi barədə yen i qərar qəbul edəlməsini xahiş edir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən işə baxırlarkən ve qətnarnə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, iş obyektiv, hərtərəfli ve tam araşdırılmış, məhkəmə iş üzrə mövcud sübutlara düzgün qiymət vermiş va tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gələrək sonda qanuni və əsaslı qətnamə çıxarmışdır. Qey olunanlara əsasən, Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixti 2(107)-300/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiy ası
31. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
34. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
35. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. Maddə 111. 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq s ahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
37. Maddə 111. 3-cü bəndi. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
51. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(107)-300/2023 nömrəli iş üzrə, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.