Məhkəmə qərarları › İş №2(102)-3270/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3270/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3270/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Aztəminatlı X1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi, əmlkadan əvəzsiz istifadə, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Aztəminatlı X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2703/2024 nömrəl i, 22 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 oktybar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014cü il tarixli, 2(001)11516/2014 saylı qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilmiş ünvan 1un qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə X4 payları müəyyən edilmiş və həmin paylara uyğun İddiaçı və X4 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədə həmçinin qeyd edilmişdir ki, birgə nikah dövründə həmin torpaq sahəsində tikilmiş tikiliyə də paylar bərabər olmaqla, ½ hissədə arvadın, ½ hissədə ərin əmlak hüquqları olsa da, hazırki mərhələdə tikiliyə dair hər hansı bir sənəd təqdim edilə bilmədiyindən, tikilinin bölünməsi mümkün deyildir. Gələcəkdə tikili reyestrdən qeydiyyatdan keçərkən paylar bərabər hesab edilməlidir.

2. Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)11516/2014 saylı qətnaməsi icra edilmiş, ünvan ünvan 1un qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin 125 kv.m hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi, Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır.

3. Binəqədi bələdiyyəsi (satan ) ilə İddiaçı (alıcı) arasında bağlanmış Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində olan sahənin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən Bələdiyyə (satıcı) mülkiyyətindəki ünvan 1un qərb hissəsində yerləşən 125 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün İddiaçı (alıcıya) təklif etmiş, alıcı isə fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul etmişdir.

4. Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 saylı qətnaməsi ilə X7 ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində 14 dekabr 2004-cü il tarixdə, 1506 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 09 yanvar 2006-cı il təvəllüdlü X8 və 14 mart 2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanınd a saxlanması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq X3 hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Hazırki işin icraatı zamanı Bakı şəhəri Binqədədi Rayon Məhkəməsinin 16(001)16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ünvan 1un qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. 6. xx.xx.2023-cü il tarixli Akta əsasən İddiaçı ünvan 1un qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədiləcəyi təqdir də qanunvericilikdən irəli qələn məsuliyyət Cavabdeh X9 İctimai Birliyinin sədri X5 izah olunmuşdur.

7. İddiaçı sifarişi əsasında "xxxx" MMC-nin tərtib etdiyi 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil etdiyi müəyyən edilmişdir.

8. Cavabdeh X9 İctimai Birliyinin rəsmi internet səhifəsində, facebook və instagram səhifələrində yerləşdirilmiş 2019-2022-ci illəri əhatə edən fotoşəkillərdən görünür ki, Cavabdeh X9 İctimai Birliyi həmin dövrdə ünvan 1un Qərb küçəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərmişdir.

9. İş üzrə qəbul edilmiş məhkəmə aktları 10. a)B irinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 250 kv.m torpaq sahəsinin ona məxsus olan 125 kv.m sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh X9 İctimai Birliyinin (bundan sonra “cavabdeh” və ya “İctimai Birlik”) qeyriqanuni istifadəsi nəticəsində həmin fərdi yaşayış evinə dəymiş 71200 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 304 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.İddia tətləbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissədə paylı mülkiyyətçisidir. Belə ki, Bakı şəhəri Bin əqədi Rayon Məhkəməsinin 19 dekabr 2014cü il tarixli 2(001)-11516/2014 nömrəli qətnaməsinə əsasən Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 nömrəli qərarı ilə ünvan 1un qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə X4 (iddiaçının keçmiş əri) payı müəyyən edilmiş, sözügedən torpaq sahəsinin 125 kv.metr hissəsi iddiaçının adına rəsmiləşdirilmişdir. 13.İddiaçının X7 ilə nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasından sonra iddiaçı bir müddət xarici ölkədə yaşadığı üçün sözügedən əmlakın hansı vəziyyətdə olması ilə bağlı məlumatlı olmamışdır. Azərbaycana qayıtdıqdan sonra iddiaçı uşaqları ilə birgə evi ndə yaşamaq istəsə də, keçmiş əri X7 tərəfindən qeyd olunan əmlakın – fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi iddiaçının razılığı olmadan cavabdehin qeyri-qanuni olaraq icarəsinə verildiyini öyrənmişdir. Həmin əmlakın cavabdehə icarəyə verilməsinə dair iddiaçının keçmiş əri ilə cavabdeh arasında heç bir müqavilə olmamışdır. Həmin fərdi yaşayış evi cavabdehə qeyri-qanuni icarəyə verilərkən paylı mülkiyyətçi kimi iddiaçının razılığı alınmamışdır. Bu da iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. 14.Azərbaycana himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qayıtdıqdan sonra iddiaçı evdə yaşamaq niyyətini və qanunsuz yolla icarəyə verilmiş əmlakın boşaldılaraq ona təhvil verilməsini cavabdehin rəhbərliyinə bir neçə dəfə bildirsə də, onlar tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmiş və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. 15.Bundan sonra, iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı "əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və ona təhvil verilməsi" tələbi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan mübahisə ilə bağlı mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə iddiaçı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək ünvan 1un qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsinin ona məxsus olan 125 kv.metr sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına, ondan istifadə etməyinə olan maneənin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, ey ni zamanda cavabdehin qeyd edilən fərdi yaşayış evində fəaliyyətinin dayandırılması növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə iddiaçının ərizəsi qismən təmin edilərək, iddiaçının ünvan 1un qərb hissəsində 250 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına və ondan istifadə etməyinə maneə törədilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri aparılan zaman cavabdeh iddiaçıya məxsus olan 250 m2 torpaq sahəsində yerləşən üçmərtəbəli fərdi yaşayış evind ən çıxmış və beləliklə, iddiaçının fərdi yaşayış evindən qanuni istifadəsi təmin edilmişdir. İcra hərəkətlərinin aparılması barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev, iddiaçı və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. 16.Cavabdeh həmin fərdi yaşayış evindən iddiaçının iradəsi əleyhinə qeyriqanuni (heç bir hüquqi əsas olmadan) istifadə etdiyi dövrdə daşınmaz əmlaka böyük miqdarda maddi ziyan vurmuşdur. İddiaçı bununla bağlı Qiymətləndirici şirkət olan "xxxx" MMC ilə müqavilə bağlayaraq, fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməsini sifariş etmişdir. "xxxx" MMC tərəfindən fərdi yaşayış evinə texniki baxış keçirilmiş, əmlaka dəymiş maddi ziyanın məbləği müəyyən edilərək, 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 2 0-02/23 nömrəli mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyinə əsasən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil edir. 17.Buna görə də cavabdehin iddiaya məxsus olan fərdi yaşayış evindən qeyriqanuni istifadə etməsi nəticəsində həmin fərdi yaşayış evinə mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğdə dəymiş maddi ziyanın məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 18.İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir. 19.Birinci instansiya məhkəməsi X6 (iddiaçını keçmiş əri) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. 20.Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarət olub ki, mübahisəli fərdi yaşayış evi iddiaçının keçmiş əri xxxin mülkiyyətində olmuş 250 kv.m torpaq sahəsində yerləşir. İddiaçı 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bu torpaq sahəsinin və mübahisəli fərdi yaşayış evinin bölünməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia bu fərdi yaşayış evinin bölünməsi hissəsində rədd edilmiş və yalnız torpaq sahəsinin ½ payla bölünməsi hissəsində təmin edilmişdir. Göründüyü kimi, bu fərdi yaşayış evinin iddiaçıya aid olmasını sübut edən heç bir sənəd yoxdur. Əksinə, Binəqədi Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının bu fərdi yaşayış evinə heç bir hüququnun olmadığı təsbit edilmişdir. Belə olan halda fərdi yaşayış evi nəinki iddiaçının mülkiyyətində və ya qanuni s ahibliyində deyil, hətta bu fərdi yaşyış evinin, ümumiyyətlə, hər hansı hüquqla iddiaçıya məxsusluğu təsdiq edilmir. İddiaçının bu fərdi yaşayış evinə hüququnun olmamasını həm də o sübut edir ki, bu əmlak onlardan əvvəl də digər şəxslərin istifadəsinə verilsə də, iddiaçı heç vaxt bunu mübahisələndirməmiş və buna qarşı çıxmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu əmlaka dəymiş zərərin əvəzini tələb etmək üçün zəruri subyektiv huquqa malik deyildir. Habelə, iddiaçının bu fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmasını təsdiq edən heç bir sübutun olmadığı nəzərə alınsa, bu əmlakın kirayə verilməsi üçün də belə şəxsdən icazə almaq və bu cür şəxsə hər hansı bir əvəz ödəmək qanunvericiliyə, o cümlədən MM-nin 215-ci maddəsinə zidd olardı. Eyni zamanda iddiaçı bu fərdi yaşayış evinin müxtəlif sahələrinə cavabdeh tərəfindən zədə vurulduğunu qeyd etsə də, bu zədələr barədə konkret məlumat təqdim etməmişdir. İddia etdiyi bu zədələrin konkret olaraq nə zaman yaranması göstərilməmiş və onların məhz cavabdeh tərəfindən vurulmasına dair heç bir sübut təqdim etməmişdir. Misal-1: zalda tavanın lepkasının bəzi yerdə çatlamasmı qeyd edərək, iddiaçı bu zədənin təmiri üçün cavabdehdən 170 manatdan artıq vəsait tələb edir (rəy, v.7 və 23). Lakin bu zədənin yaranmasında cavabdehin təqsirini və ya rolunu təsdiq edən heç bir sübut təqdim etmir. Bundan başqa, iddiaçı zədələnmiş əşyaların ilkin dəyərini, ilkin vəziyyətini, istifadə müddətini, yararlılıq müddətini, aşınma dərəcəsini və zədənin xarakterini nəzərə almayaraq, cavabde hdən bu əşyanın təmirini deyil, əsassız olaraq bu əşyanı bütünlüklə bahalı brendə aid yeni əşya ilə əvəz edilməsini tələb edir. Misal-2: Mətbəxdə mebelin zədələnməsini qeyd edərək iddiaçı bu zədənin təmirini deyil, cavabdehdən dəyəri 5980 manatdan artıq olan “İKEA” brendinə aid yeni mətbəx mebelinin alınmasını tələb edir (rəy, v.7 və 24). Təbii ki, bu cür tələbi əsaslı və qanuni hesab etmək olmaz. Cavabdeh bu fərdi yaşayış evindən istifadə etdiyi müddət ərzində əmlaka heç bir zərər vurmamışdır. Mütəxəssis rəyində qeyd edilmiş zədələrin heç biri cavabdeh tərəfindən törədilməmişdir. Əksinə, cavabdeh iddiaçının keçmiş əri xxxin razılığı ilə bu fərdi yaşayış evinin həyətində təmizlik və abadlıq işləri aparmış, evin zirzəmisini isə təmizləmişdir. xxx bu fərdi yaşayış evinə tez-tez gəlmişdir. O, əmlaka hər hansı bir zədə aşkar etsəydi, buna dair cavabdehə irad bildirərdi. Lakin cavabdehin bu əmlakdan istifadə etdikləri müddət ərzində xxx tərəfindən belə bir irad olmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yeganə məqsədi bu fərdi yaşayış evinin kapital təmiri üçün tələb olunan vəsaiti tam şəkildə cavabdehdən almaqdır. İddiaçı "xxxx" MMC-nin 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyinə istinadən iddia edir ki, fərdi yaşayış evinə 71200 (yetmiş bir min iki yüz) manat məbləğində ziyan vurulmuşdur. Bu rəy saxta olduğu üçün sübutlar içərisindən çıxarılmalıdır. Bu rəyi obyektiv və müəyyən edilmiş sahəvi normativ aktlara və işin hallarına uyğun hesab etmək mümkün deyil. Odur ki, subyektiv hüquqa malik olmayan iddiaçının iddiası yolverilməz və tamamilə əsassızdır. 21.Birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında 25 aprel 2023cü il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir. 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin kürsü mərtəbəsinin divarları boya ilə rənglənmiş, döşəməsinə metlax vurulmuşdur. Divarlarında işıq plafonları quraşdırılmışdır. Qarajın baş tərəfində taxtadan arakəsmələr quraşdırılmışdır. Birinci və ikinci mərtəbədə yaşayış evinin yaşayış (qonaq və yataq otaqları) otaqlarının və dəhlizinin divarlarının və tavanın şpakyovka qatı ilə üzləndiyi, boya ilə rəngləndiyi, divar kağızı ilə üzləndiyi müəyyən edilmişdir. Mənzilin otaqların tavanın kənarlarına perimetr boyu gips materialdan divar künclükləri (paduqalar) vurulmuş, üzəri boya ilə rənglənmişdir. Mətbəxin, dəhlizin, qonaq və yataq otaqlarının döşəməsinə taxta vurulmuş, üzəri laklanmışdır. Sanitariya qovşaqlarının divarlarına kafel, döşəməsinə metlax, tavanına asma tavan vurulmuşdur. Sanitariya qovşaqlarının daxilində sanitar-texniki qurğu, avadanlıqlar və onlara aid müvafiq aksesuarlar quraşdırılmışdır. Tədqiq olunan mənzilə divariçi elektrik və istilik boru xətləri çəkilmiş, elektrik qutuları yerləşdirilmiş və istilik radiatorları quraşdırılmışdır. Baxış zamanı fərdi yaşayış evinin kürsü, birinci və ikinci mərtəbələrində divara çoxlu sayda oyuqların açıldığı, işıq plafonlarının yerlərinin söküldüyü, elektrik xətl ərinin divar üstünün dağıdılmış, kafellərin bəzi yerlərdə sındığı, döşəməyə vurulmuş lak qatının ovulduğu, döşəmə taxtalarının bir-birindən aralandığı, qaraldığı və s. qüsurların olduğu müşahidə olunmuşdur. Tədqiq olunan yaşayış evində yuxarıda qeyd olunan qüsurların xüsusiyyətlərini nəzərə alaraq, həmin qüsurların kənar müdaxilə və susızma nəticəsində baş verməyə xarakterik olduğu müəyyən edilir. Yaşayış evində yaranmış qüsurların hansı dövrə aid olmasının müəyyən edilməsinə dair metodika olmadığından, həmin qüsurların 2019-cu ildən əvvəl və ya 2019-cu ildən sonra istifadə zamanı əmələ gəlib-qəlməməsinə dair tədqiqat aparılmadı. Lakin tədqiq olunan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq 25023,5 manat təşkil edir. 23.Cavabdehin nümayəndəsi iddiaya və ekspert rəyinə etiraz edərək göstərmişdir ki, ekspert rəyində mütəxəssis rəyini 99 faiz kopyalamışdır. Mütəxəssis və ekspert rəyi evin kapital təmirinə yönəlmişdir. Ekspert rəyi əsaslı, qanuni və obyektiv deyildir. Ev cavabdehin istifadəsinə veriləndə iddiaçının məlumatı və razılığı olmuş, etirazı olmamışdır. İddiaçıya üçüncü şəxs tərəfindən göndərilən 500 dollar pulun bir hissəsi həmin evin istfadəsinə görə verilən haqdan verilmişdir. Üçüncü şəxs öz ərizəsində qeyd edir ki, bu evi o, inşa etmişdir və sahibi də özüdür. O, bu fərdi yaşayış evini bir neçə dəfə müxtəlif şəxlərin istifadəsinə vermişdir. Sonuncu dəfə isə bu fərdi yaşayış evini xeyriyyəçiliklə məşğul olan cavabdehin istifadəsinə vermişdir. Cavabdeh fərd i yaşayış evindən istifadə etdiyi gündən bu evdə olan oboy, kafel, metlax, mebel, avadanlıq və s. əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə, heç bir xəsarət yetirməmiş və heç bir əmlak ziyanı vurmamışdır. Əksinə, iddiaçının keçmiş ərinin razılığı ilə bu fərdi yaşayış evinin həyətində, zirzəmisində abadlıq və təmizlik işləri aparmışdır. Ev cavabadehin istifadəsində olduğu müddət ərzində iddiaçı evə gəlir və evin durumunu yoxlamış və hər dəfə müşahidə etmişdir kicavabdeh bu evi daim təmiz və səliqəli saxlayır. Həm mütəxəssis, həm ekspert rəyində qiymətlər şişirdilmişdir. 24.Birinci instansiya məhkəməsində iş üzrə rəy vermiş ekspert bildirmişdir ki, məhkəmə ekspertizasının rəyini qanunvericiliyə uyğun əsaslı və obyektiv hesab etmək olar. Ekspertiza, baxış zamanı əldə edilən məlumatlara əsasən aparılmışdır. Qüsurlar müəyyən edilmiş və smeta tərtib edilmişdir. Smeta da müvafiq preyskurantlar və digər məlumatlara əsasən bazar qiymətlərinə əsasən aparılır. Məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın aparılması üçün baxış zamanı əldə edilmiş məlumatlardan və aparılmış hesablamalardan istifadə olunmuşdur. Qiymətlər bu gunkü olan bazar qiymətləri ilə müəyyən edilir. Rəydə qeyd edilmiş qüsurların 2018-ci il və ya ondan əvvəl yaranmasını müəyyən etmək üçün hər hansı bir metodika yoxdur. Yaşayış yerinə baxış keçirərkən fotoçəkiliş aparmışdır. Videoçəkilişə zərurət olmamışdır. Aşınma dərəcəsinin tikinti-təmir işlərinin müəyyən edilməsinə dair metodika yoxdur. Müəyyən edilmiş qüsurlar, o cümlədən oyuqların açılması, kabel xətlərinin üstünün açılması, kafelin sınması aşınma nəticəsində baş verə bilməz. Radiatorun kranı qırılmışdır. Elektrik açarı və yuvasının ehtiyatsız istifadə nəticəsində təmirinə zərurət yaranmışdır. Tavanda oyuqlar açılmış, həmçinin su sızması izləri vardı. Tərtib etdiyi smetada göstərilən qüsurların aradan qaldırılması aşınma nəticəsində deyil, müdaxilə nəticəsində yaranan qüsurlardır. Rəydə qeyd edilən əmlakların ilkin vəziyyətini müəyyən etməmişdir. Rəydə qüsurları və onların dəyərlərini qeyd etmişdir. Rəydə qüsur kimi qeyd edilən əşyaların cavabdehin istifadəsinə verildikdə hansı vəziyyətdə olduğunu bilmir. Divar kağızaları İtaliya istehsalı olmaya bilər, lakin keyfiyyətli kağızlardır. Əlavə elektrik işləri, əlavə santexnika işləri, zibilin daşınmas ı və s. xərcləri təcübələrinə əsasən işin həcminə görə müəyyən etmişlər. Evin kürsüsünün divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsü, dərinliyi müxtəlif olur, dəqiq deyə bilmir. Evin birinci mərtəbəsinin divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsünü, dərinliyini də dəqiq deyə bilmir. Ehtiyac olmadığından ölçməmişdir. İşıq plafonlarının həm özləri, həm də yerləri sökülmüşdür. Kürsüdə 3 ədəd plafon sökülmüşdür. Evin birinci mərtəbəsində neçə plafonun söküldüyünü smetada qeyd etmişdir. Elektrik xətlərinin divar üstünün dağıdılması dedikdə divarın üst səthində şırım açılması nəzərdə tutulmuşdur. Elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarların, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumatı heç bir mütəxəssis dey ə bilməz. Evin birinci, ikinci mərtəbəsində elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarlarda, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumat verə bilməz. Evin zirzəmisində, birinci, ikinci mərtəbəsində qırılmış kafelləri sayla deyil, kvadratmetrlə qeyd etmişdir. Sınıqların ölçüləri barədə də məlumat verə bilməz. Evin zirzəmisinin hansı hissədində kafelin qırıldığını xatırlamır. Evin ikinci mərtəbəsinin döşəməsində olan lak qatının neçə ədəd ovuntusunun olmasını deyə bilmir. Evin birinci mərtəbəsinin döşəməsində olan lak qatında qüsur yoxdur. Döşəmə taxtalarının aralanması zirzəmiyə aid deyil. Evin birinci və ikinci mərtəbələrində döşəmə taxtalarının aralanması, yeri, aralanmanın ölçüsü barədə dəqiq məlumat verə bilmir. Taxta döşəmələrdə olan qaralmaların səbəbi su sızmasıdır. Evin birinci, ikinci mərtəbələrində taxta döşəməsinin qaralmış taxtalarının ölçüsü, sayı, yeri barədə məlumat verə bilmir. Bu, kürsüyə aid deyil. Taxta döşəmənin silinməsi belə qaralmaya səbəb ola bilməz. Rəydə qüsurlar ümumi göstərilmiş, baxış zamanı əldə edilmiş qeydlərə əsasən xırdalıqla smetada ətraflı göstərilmişdir. Su sızma ikinci mərtəbədə döşəmədə, birinci mərtəbənin tavan və divarlarında müşahidə edilir. Mütəxəssis rəyinə nəzər yetirmiş, lakin tam şəkildə ondan istifadə etməmişdir. Baxış zamanı müəyyən edilmiş qüsurların hamısını rəydə qeyd etmişdir. Dəymiş zərərin orta qiymətini göstərmişdir. 25.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi olaraq 25023,50 (iyir mi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,84 (yüz altı manat səksən dörd qəpik) manat pulun alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pulun cavabdehdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kərim Xudayev) 26.Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərlə istinadən qeyd etmişdir ki, cavabdehin etirazında iddiaçının mövcud iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını bildirsə də, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsindən görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. 27.Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırki tələblə bağlı ikinci məsələ isə evə dəymiş maddi ziyanın cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəməyə ünvanladığı ərizəsində evə cavabdeh tərəfindən ziyan vurulmaması, əksinə, X4 razılığı ilə cavabdehin fərdi yaşayış evinin həyətində, zirzəmisində abadlıq və təmizlik işləri aparması, cavabdehin evi daim təmiz və səliqəli saxlaması, eyni zamanda X4 evi bir neçə dəfə müxtəlif şəxlərin istifadəsinə verməsini bildirsələr də, nə cavabdeh, nə də X7 həmin evin cavabdehdən öncə müxtəlif şəxlərin istifadəsinə veril məsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. 28.Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Bunun əksinə olaraq tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və digər iş materiallarından cavabdehin Bakı fərdi yaşayış evində müəyyən fəaliyyətlə məşğul olduğu öz təsdiqini tapır. Cavabdehin iş materiallarında olan internet səhifəsində yerləşdirilmiş fotoşəkillərin tarixindən görünür kİ, cavabdeh sözügedən fərdi yaşayış evində 2019cu ilin fevral ayından və daha əvvəl fəaliyyətə başlamışdır. Fotoşəkillərə vizual olaraq baxış keçirdikdə də görünür ki, fərdi yaşayış evinin cavabdehin istifadəsinə verildiyi ilkin dövrlərdə divarlar, divar kağızalrı, döşəmə yaxşı v əziyyətdə olmuşdur. 29.Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(001)-674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə də təsdiq olunur ki, cavabdeh 2023-cü ilə qədər mübahisəli 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-674/2023 saylı mülki iş üzrə iddiaçı məhz hazırkı cavabdehə qarşı “əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbini irəli sürmüşdür. Buradan da təsdiq olunur ki, cavabdeh 5 ilə yaxın müddətdə 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərmişdir. 30.Birinci instansiya məhkəməsi evə dəymiş maddi ziyanın m əbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşaraq göstərmişdir ki, məhkəmə tərəfindən həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, fərdi yaşayış evinə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq 25023,5 manat məbləğindədir və bu məbləğ cavabdehdən tutulmalıdır. 31.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Mənzil Məcəlləsinin 15, 29.4-cü, Mülki Prosessual Məcəllənin 4.1, 88, 101.3, 103.1-ci maddələri ilə əsaslandı rmışdır. 32. b)Apellyasiya instansiyası məhkəməsində icraat 33.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.Cavabdehin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli evə paylı və ya tam mülkiyyət hüququnun olmaması, ümumiyyətlə, bu evin hər hansı hüquqla ona məxsus olmaması Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2 qətnaməsi ilə də təsdiq olunmuşdur. İddiaçının bu evə dair hüququnun olmaması həm də onunla təsdiq olunur ki, bu ev onlardan əvvəl də digər şəxslərin istifadəsinə verilmiş, lakin iddiaçı heç vaxt buna qarşı çıxmamış və bunu mübahisələndirməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu evə dəymiş z ərərin əvəzini tələb etmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır. Lakin məhkəmə buna düzgün hüquqi qiymət verməmiş və iddiaçının əsassız varlanması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə bu evi mülkiyyət hüququ ilə məxsusluğu gözlənilən əmlak kimi qiymətləndirib evin yalnız ½ hissəsinin iddiaçıya aid olma ehtimalını qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir. Buna baxmayaraq, qətnamənin nəticə hissəsində ziyana görə cavabdehdən tutulmalı olan məbləğin 100%-ni iddiaçıya aid edərək ziddiyətli qətnamə qəbul etmişdir. İddianın hüquqi əsasını MM-nin 215-ci maddəsi təşkil edir. İddiaya qarşı etirazda da qeyd edilmişdir ki, MM-nin 215-ci maddəsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı bu evin paylı və ya tam mülkiyyətçisi olmadığına görə, bu əmlakın kiray ə verilməsi üçün ondan icazə almaq və bu cür şəxsə mülkiyyətində olmadığı əmlakla bağlı hər hansı bir əvəz ödəmək qanunvericiliyə, o cümlədən bu normaya zidd olardı. Bundan başqa, iddiaçı özü də məhkəmədə etiraf etmişdir ki, 3-cü şəxsin bu evi cavabdehin istifadəsinə verməsindən məlumatlı olmuşdur və 3-cü şəxsin ona hər ay göndərdiyi 500 dollar pulun bir hissəsi icarəyə götürülmüş bu əmlakdan verilmişdir. Ekspert ziyan və ya zərəri deyil, qüsurları müəyyən etmişdir. Rəydə qeyd olunmuş qüsurlar ziyan və zərər anlamına gəlmir. Bu qüsurların cavabdeh tərəfindən yetirilməsi və onun zərərin vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi də sübut olunmur. Bundan başqa, nə ekspert, nə də ki, məhkəmə evin cavabdehə hansı vəziyyətdə verildiyini, qüsurların konkret olaraq nə zaman yarandığını müəyyən edə bilməmiş, məhkəmə isə əlavə olaraq bu zədələrin cavabdeh tərəfindən vurulmadığını təsdiq edən 3-cü şəxsin ərizəsinə heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə evin tavanında lepkanın çatlamasında da cavabdehi təqsirli bilmiş və buna görə cavabdehdən 105 manatın tutulmasını qət etmişdir, halbuki lepkanın çatlamasında cavabdehin təqsirli olması fiziki cəhətdən mümkün deyil. Həmçinin məhkəmə qüsur kimi qeyd olunmuş əmlakın ilkin vəziyyətini, dəyərini, istifadə və yararlılıq müddətini, aşınma dərəcəsini və zədənin xarakterini nəzərə almamışdır. 35.Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 da apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu evi o, 2007-ci il tarixində inşa etmişdir və sahibi də odur. Fərdi yaşayış evinin təmirindən uzun vaxt (2007-ci il tarixindən) keçdiyindən təmir korlanmışdır. Bu fərdi yaşayış evini bu vəziyyətdə, xeyriyyəçiliklə məşğul olan cavabdeh İctimai Birliyin istifadəsinə vermişdir. Cavabdeh bu fərdi yaşayış evindən istifadə elədiyi gündən bu fərdi yaşayış evində olan oboy, kafel, metlax, mebel, avadanlıq və s. əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə, heç bir xəsarət yetirməmiş və heç bir əmlaka ziyan vurmamışdır. O, fərdi yaşayış evini bu vəziyyətdə cavabdehə təhvil vermişdir. Əksinə, onun razılığı ilə cavabdeh fərdi yaşayış evinin həyətində, zirzəmisində abadlıq və təmiz lik işləri aparmışdır. Ev cavabdehin istifadəsində olduğu müddət ərzində cavabdeh evi daim təmiz və səliqəli saxlamışdır. İddiaçı uzun müddət Bakı şəhərində olmadığından, fərdi yaşayış evinin vəziyyəti haqqında heç bir məlumatı olmamışdır. 37.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2703/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “cavabdehdən maddi zərərin əvəzi olaraq 25023,50 (iyirmi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pulun tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə də təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmuş, apellyasiya şikayətinin verilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçıdan tutularaq həmin şəxslərin özlərinə ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrliyi və məruzəsi ilə), Günay Axundova, Cəmilə Musayeva) 38.Apellyasiya instansiya məhkəməsi ilk növbdədə iddiaçını subyektiv hüquqi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin üzərində hazırki iş üzrə iddiaçının ½ hissədə pay hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Mübahisəli mənzil də həmin torpaq sahəsinin üzərində yerləşdiyindən və ondan ayrılması mümkün olmadığından hazırki iş üzrə iddiaçının qeyd edilən mənzillə bağlı iddia irəli sürməkdə subyektiv hüququ mövcuddur. 39.İddia tələbinin əsaslılığı ilə bağlı isə apellyasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərək mübahisəli mənzilə dəymiş zərərin müəyyən edilməsi istiqamətində araşdırma aparılmış və müəyyən bir məbləğ hesablanmışdır. Lakin qeyd edilməlidir ki, istər həmin ekspert rəyində, istərsə də, ekspertin birinci instansiya məhkəməsində verdiyi izahatında həmin zərərin məhz cavabdeh tərəfindən həmin mənzildən istifadə olunması nəticəsində yaranması halını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli ev cavabdehin istifadəsinə verilərkən sonuncu ilə mənzilin mülkiyyətçisi, yəni üçüncü şəxs X7 arasında hansısa təhviltəslim aktı aparılmamış, mənzilin cavabdehə ve rilərkən hansı vəziyyətdə olması, hazırda müəyyən edilən qüsurların həmin vaxt mövcud olub-olmamasını təsdiq edən hər hansı mötəbər sübutlar iş materiallarına əlavə olunmamışdır. 40.Həmçinin iddiaçı mübahisəli mənzilə cavabdeh tərəfindən su axıdıldığını və bunun nəticəsində də mənzilə ziyan dəydiyini qeyd etsə də, bu fakt da özünü heç bir əsaslı dəlillə təsdiqini tapmamışdır. O cümlədən işin halları ilə də müəyyən olunur ki, iddiaçı ilə X7 arasında hələ ailə münasibətləri mövcud olarkən onlar həmin mənzildə yaşamış və həmin vaxtdan indiyədək istifadə və yararlılıq müddəti, aşınma dərəcəsi də nəzərə alınmalıdır. Lakin qeyd edilən halların heç biri öz təsdiqini işin gedişatında tapmamışdır. 41.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 21, 1096.1, 1097.1, 1115-ci, Mülk i Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, istinadla əsaslandırmışdır. 42.Kassasiya şikayətinin və ona etirazın dəlilləri 43.a) Kassasiya şikayətinin dəlilləri 44.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 45.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli Ekspert Rəyinin 3-cü səhifəsində evdə aşkar olunmuş zədələrin və qüsurların həcmi, xarakteristikası qeyd edilmişdir: “Eyni zamanda baxış zamanı yaşayış evinin kürsüsü, birinci və ikinci mərtəbələrində divarlarda çoxsaylı oyuqların açıldığı, işıq plafonlarının yerlərinin söküldüyü; elektrik xəttlərinin üstünün dağıdılması; kafellərin sındığı; döşəməyə vurulmuş lak qatının ovulduğu; döşəmə taxtalarının birbirindən aralandığı, qaraldığı,,,və digər qüsurların olması (siyahıda qeyd edilir) müşahidə olunur. Buna baxmayaraq, apelyasiya instansiyası iddianı sübut edilməməsi əsası ilə təmin etməmişdir. 46.b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 47.Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə etiraz iddiaya etirazın və apellyasiya şiakyətinın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmaya n şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Madd ə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

47. İddia tələbi əmlaka vurulmuş zərərin ödənilməsi barədir. İddiaçı əmlakına cavabdehin zərər vurmasına istinad etmişdir.

48. Əmlaka zərər vurulması iddialarının tə min olunması şərtləri bunlardır: əmlaka zərər vurulması; zərərin hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulması; zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Yalnız bu şərtlərin məcmu halında mövcud olması müəyyən edildiyi halda, iddianın tam və ya qismən təmin olunmasından danışmaq olar.

49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə mübahisəli ev cavabdehin istifadəsinə verilərkən sonuncu ilə mənzilin sahibi, yəni üçüncü şəxs X7 arasında hansısa təhvil-təslim aktı aparılmamış, mənzilin cavabdehə verilərkən hansı vəziyyətdə olması, hazırda müəyyən edilən qüsurların həmin vaxt mövcud olub-olmamasını təsdiq edən hər hansı mötəbər sübutlar iş materiallarına əlavə olunmamışdır.

50. Başqa sözlə, hazırkı işdə delikt ö hdəliyinin yaranması üçün qanunda nəzərdə tutulmuş dispozisiya şərtləri mövcud olmamışdır.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş həmin hallarına əsasən hazırki qərarın 36-37-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

52. Həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir.

53. İş materialarına əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin qərarı ilə təkzib edilir.

56. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar