Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3272/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın mübahisələndirilməsi) etibarsız hesab edilməsi, hərracın nəticələrinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracların nəticələrinin etibarsı z hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4113/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5762/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 17451,35 manat əsas borc, 5125,71 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627,06 manat borcunun tutulması, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alına raq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh X2 məxsus olan və tərəflər arasında ilkin olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması qət edilmişdir. 2. xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmiş hərracla bağlı xx.xx.2017-ci il tarixli, 01 nömrəli və xx.xx.2017-ci il tarixli, 01/2 nömrəli, eləcə də, xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmiş hərracla bağlı xx.xx.2017-ci il tarixli, 02 nömrəli və xx.xx.2017ci il tarixli, 02/2 nömrəli hərrac bildirişlərindən, eləcə də, “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən, "xxxx" MMC tərəf indən hərracın keçirilməsinə dair "xxxx" ASC-yə məlumat verilmişdir (Gəncə şəhəri, A.Abbaszadə, 92 ünvanına göndərilmişdir). 3. “Birja yenilikləri” qəzetinin 24.02-xx.xx.2017-ci il tarixli, 52 (52) nömrəli, 10xx.xx.2017-ci il tarixli, 54 (54) nömrəli və 14-xx.xx.2017-ci il tarixli, 58(58) nömrəli tirajlarına əsasən, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 32 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir. 4. “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli, 83 (83) nömrəli tirajına əsasən, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 32 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir.
5. Respublika Xammal və Əmtəə Birjas ı "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı məktubuna əsasən, icra sənədi qanunvericiliyə uyğun olaraq Açıq hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamışdır. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı hərracların etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş hərracların etibarsız hesab olunması və X2 məxsus Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv. m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin "xxxx" MMC-də açıq hərracda satışının yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektinin satılma ilə bağlı "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə hərrac X1 məxsus olan və tərəflər arasında ilkin olaraq 59500 manata qiymətləndirilmiş fərdi yaşayış evini LPO İddiaçı ASC- nin Gəncə filialına təklif etmişdir. LPO İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs deyildir və ona görə də filial ın hərrac mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti olmamış, belə səlahiyyət bankın Gəncə filialına verilməmişdir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verməlidir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Qanuna uyğun olaraq verilməlidir. Lakin Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ipoteka saxlayan LPO İddiaçı ASC-yə məlumat verilmədən "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olub-olmamasını müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxsləri n dövlət qeydiyyatı İdarəsinə sorğu yazılmış, cavabdan görünmüşdür ki, MMC-nin 5 il daimi fəaliyyəti olmamışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən ipoteka predmetinin satışını həyata keçirmək qanunla qadağandır. “Banklar haqqında” Qanunun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən icra sənədi tələbin təmin olunmaması Fondun LPO İddiaçı ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla külli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Qalib alıcı tərəfindən 7 təqvim günü keçməsinə baxmayaraq, ipoteka saxlayana hələ də ödəniş həyata keçirilməmiş və təqdim edilən ödəniş tapşırıqlarının təyinatında isə ödənişin İcra sənədi üzrə ödənilməsi qeyd olunmuşdur.
8. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə ərizə verərək, iddia ərizəsində texniki yanlışlıq olaraq cavabdeh kimi "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC-ni göstərmişdir. Bu səbəbdən cavabdeh "xxxx" MMC-ni əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdeh X3 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
11. Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) e-2(005)580/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidi yyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamış, ipoteka saxlayana təklif göndərilmiş, lakin təklif məktubuna cavab olmamış və sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, yəni ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun "xxxx" ASC-nin özünə deyil, filialına göndərilməsini və filialın həmin məktuba cavab vermək səlahiyyəti olmamasını əsas gətirərək, hərracın yenidən təşkil edilməsini tələb edir
13. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəti cələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
14. Qanuvericilik normalarının məzmunundan məlum olur ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
15. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlı olmuşdur.
16. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə göndərilmiş ipoteka predmetinin əldə olunması barədə təklif məktubu "xxxx" ASCnin G əncə filialına deyil, Əmanətlərin Sığortalanması Fondunun LPO İddiaçı ASC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Babək prospekti, 16-ya göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən hərracın baş tutmaması barədə məlumatlı olmamaları təkzib olunmuşdur. Həmçinin hərracların keçirilməsi vaxtı və yeri, hərracın baş tutmaması barədə məlumatlar “Birja Yenilikləri” qəzetində dərc edilmişdir.
17. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirmişdir ki, iddiaçı iddiasında "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmamasını iddia etsə də, lakin “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünmüşdür ki, "xxxx" MMC xx.xx.2004-cu il tarixdə qeydiyyata alınmış və fəaliyyət göstərmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsi olan “yenidən hə rracın keçirilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi keçirilmiş hərracların etibarsız olması hissəsində əsassız olduğundan, iddiaya həmin hissədə qiymət verilməsi üçün əsas olmamış, bu səbəbdən iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir.
19. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən qeyd etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 32 saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə birinci dəfə Açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olu nmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsini rəhbər tutaraq ipoteka saxlayan LPO İddiaçı ASC-yə təklif məktubu göndərmişdir.
20. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 32 saylı fərdi yaşayış evin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.7, 43.7-1, 44-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin ed ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə Hərrac X1 məxsus olan və tərəflər arasında ilkin olaraq 59.500 manata qiymətləndirilmiş Gənşə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini LPO İddiaçı ASC-nin Gəncə filialına təklif etmişdir. Məlum olduğu kimi, LPO İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs olmamış və ona görə də filialın Hərrac Mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə, belə bir səlahiyyət Bankın Gəncə filialına verilməmişdir. Hərracın keçirilməsi qaydala rı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 2011-ci il tarixdə qüvvədə olmuş 42.1-ci maddəsinə uyğun keçirilməmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilməsi qaydası pozulmuşdur. Məhkəmə bildirişlərin yalnız göndərilməsini qeyd etməklə iddiaçının sözü gedən hərracla bağlı xəbərdar olması qənaətinə gəlmişdir ki, bu, yanlış mövqe olmuşdur. Çünki sənədlərin göndərilməsi ilə şəxsin xəbərdar olması anlayışları fərqli olmuş və hüquqi nəticələr də fərqə mütənasib olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin belə bir qətnamə qəbul etməsi, mülki dövriyyə iştirakçısı olan Bankı qeyri-müəyyən vəziyyətə salmış və hüquqlarını pozmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr işlərə baxarkən yal nız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4113/24 nömrəli mülki iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8- ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçı hərracın hansı pozuntularla keçirildiyini konkret göstərə bilmir və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İkincisi, hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmeti olan evin bankın Gəncə filialına təklif edilməsi yaxud banka edilən təklifin filiala göndərilməsi həqiqi olsa belə bu hallar heç nəyi dəyişmir və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki fililal özü də bankın tərkib hissəsidir və həqiqətən təklif ona göndərilmişdirsə bu barədə bankın mərkəzi orqanına məlumat vermək vəzifəsi olmuşdur. Buna baxmayaraq, hərrac təşkilatı təklifi filila yox Bakı şəhəri Babək prospekti 16 ünvanına da göndərmişdir(bax.i.v.100;251;284). Gəncə fililalının ipotekanı əldə edilməsi barədə hərrac mərkəzinin təklifi üzrə qərar qəbul etmək səlahiyyəti olmaması da hazırki iddianı əsaslı etmir.
28. Hərracın keçirilməsi qaydaları hərracın keçirildiyi zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinə uyğun keçirilmişdir. İddiaçı mövcud qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilməsi qaydası pozulduğunu bəyan edirsə bunu aydın şəkildə göstərməlidir. Yəni, hansı qaydanın pozulduğu dəqiq müəyyən edilməlidir. Çünki iddiaçı hərracın keçirilmə yeri və vaxtını mübahisələndirməmişdir. Bu cür ümumi terminlərdən yalnız şikayət xatirinə istif adə edilməsi isə əsaslı sayıla və təsdiq edilmiş hesab oluna blməz.
29. Bununla yanaşı, ipoteka saxlyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla yanaşı, Mülki Məcələnin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərd ə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir.” İpoteka haqqında” Qanunun həmin vaxt qüvvədə olan 42.1-ci maddəsində isə qeyd olunur ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Göründüyü kimi, iş materialları ilə hərrac təşkilatının bu qaydalara riayət etməsi tam təsdiq olunur.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43, 44-cü, “İcra haqqında” Qanunun 51.1, 61.1, 61.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə, F.Cavadov və V. Asla novun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, şikayətin təmin olunmasını xahiş edirik.
33. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci və “İpoteka haqqında” Qanunun 42-ci maddələrinə isti nad edilməklə belə əsaslandırılmışıdır ki, Hərrac Mərkəzində 10 mart 2017-ci il tarixli bildirişlə birinci hərracın keçirilmə vaxtı 27 mart 2017-ci il, saat 11.00 müəyyən edilmişdir. Bundan sonra 31 mart 2017-ci il tarixli bildirişlə ikinci hərracın keçirilmə vaxtı 01 may 2017 ci il, saat 11.00 müəyyən edilmişdir. Bildiririk ki, pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə Hərrac X1 məxsus olan və tərəflər arasında ilkin olaraq 59.500 manata qiymətləndirilmiş Gənşə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini LPO İddiaçı ASC-ninGəncə filialına təklif etmişdir. Məlum olduğu kimi, LPO İddiaçı ASC-ninGəncə filialı hüquqi şəxs deyildir və ona görə də filialın Hərrac Mərkəzinin ipotekanın əldə edi lməsi barədə təklifinə qərar vermək səlahiyyəti olmamışdır. Qeyd etmək istəyirik ki, hərracın keçirilməsi qaydaları“İpoteka haqqında” Azərbaycan RespublikasınınQanunun 2011-ci il tarixdə qüvvədə olmuş 42.1-ci maddəsinə uyğun keçirilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilməsi qaydası pozulmuşdur.
34. Cavabdehlər qeyd etmişdir ki, “29 sentyabr 2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif olunmuşdur. Hərracın təklif məktubu sübut olaraq şikayətə əlavə edilmişdir. Lakin həmin məktub LPO İddiaçı ASC-yə çatdırılması barədə xəbərnamə sübut olaraq göstərilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-cü maddəsində qeyd edilmişdir ki, “İpoteka saxlayan təkrar hərrac baş tutm amış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Bildirmək istərdik ki, göstərilən maddəyə o zaman əsaslana bilərik ki, həmin hərracın keçirilməsində ipoteka saxlayanın məlumatı olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1.-ci maddəsində qeyd edilir ki, “Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.” O cümlədən 29 sentyabr 2019-cu il tarixli hərracın təklif məktubu ipoteka saxlayana göndərilməsini təsdiq edilməsi sübu ta yetirilməmişdir. Bildirmək istəyirik ki, İddiaçı ASC-yə nə “Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə BirjasıDaşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac mərkəzi” MMC tərəfindən nədəki, Gəncə şəhər Nizami İcra və Probasiya şöbəsi tərəfindən əmlakın alınmasına dair hər hansı təklif məktubu daxil olmamışdır. Hərrac təşkilatı tərəfindən Banka əmlakın alınmasına dair təklif məktubu göndərilmədiyindən (oferta) Bank hərracın nəticələri barədə məlumatlandırılmadığına görə ipoteka predmeti olan əmlakı almaqdan məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən o lunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini Açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
37. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təş kilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
38. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanu nu
39. Maddə Maddə 41.2 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.
40. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
41. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.
42. Maddə Maddə 42.1 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vas itələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
43. Maddə 43.1. (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada) Hərracın təşkilatçısı aşağıdakı hall ardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:
44. Maddə 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;
45. Maddə 43.1.2. hərracın iştirakçısı olmadıqda;
46. Maddə 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
47. Maddə 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
48. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim g ünü gec olmayaraq dərc etdirilir.
49. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
50. Maddə 43.4. (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
51. Maddə 43.5 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş sə bəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
52. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
53. Maddə 43.7 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
54. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
55. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsitərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyy ən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malikolan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasənhüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsitərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasıməhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2024-cü il tarixli 2(103)4113/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.