Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3273/2023 01.08.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1964/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X1, X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüq uqu ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh1 onların ailə üzvləri ilə birlikdə, yəni X3, X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 məcburi çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Günel Abbasova) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 ünvan 1, 5 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1964/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X8 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu göstərilmədiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayətində yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli 1(101)-130/2020 nömrəli hökmü ilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin müsadirə edilməsinin qanunsuz olması barədə dəlillər əks olunmuş, kassasiya şikayəti verilən qətnamənin qanunsuz və əsassız olması barədə dəlillər, həmin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması barədə şərh göstərilməmişdir.. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 408.1.5. maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti geri qaytarıldı. - 404-1.1. maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. -. 404-1.2. maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.5 və 408.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh1 (vəkil Nümayəndə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1964/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3273/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3273/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver